Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5858/2025 22.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh Kontakt Home-a qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Kontakt Home-a qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Daxil olmuş ərizəni araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilməlidir. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmənin mövqeyi Hazırki iddia ərizəsini nəzərdən keçirərkən aşağıdakı nöqsanlar müəyyən olundu:
1. İddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarına əməl edilməmiş, cavabdehin adı Kontakt Home kimi, ünvanı isə A.Şərifzadə 174 kimi göstərilsə də, sözügedən ünvanın Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyi müəyyən edilir.
2. İddiaçının cavabdehə qarşı irəli sürülmüş konkret tələblərinə dair istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutlar, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməmiş, həmçinin iddiaçı yalnız bir nüsxədə iddia ərizəsi təqdim etməklə kifayətlənmiş, cavabdehi nəzərə alaraq iddia ərizəsinin surətlərini iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, məhkəmə iddia ərzisənin icraatının mümkünlüyü məsələsinə baxaraq, hesab edir ki, yuxarıda sadalanan nöqsanlar onun icraata götürülməsini istisna etdiyindən, o cümlədən də qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş forma və məzmuna əməl edilməməsi gələcəkdə işin obyektiv araşdırılmasına maneəçilik törətməklə yanaşı, cavabdeh şəxsin məhkəmə icraatı barədə məlumatlandırılmaması, çəkişmə prinsipinin pozulması ilə yanaşı onun rəsmi ünvanının göstərilməməsi daha böyük prosessual pozuntuya - ərazi aidiyyəti qaydalarına əməl etməməklə nəticələnə bilər. Bu əsasla iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı cavabdeh Kontakt Home-a qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. (dövlət rüsumu qəbz ********** saylı, 30 AZN, **********, 20 AZN) İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
X2