Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-587/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 Mı̇ rzalı qızının və Muradov Farı̇ z Pərvı̇ z oğlunun Cavabdeh Seyfəddı̇ n qızına qarşı əmlak və zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 Mı̇ rzalı qızı və Muradov Farı̇ z Pərvı̇ z oğlu Cavabdeh Seyfəddı̇ n qızına qarşı əmlak və zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh Seyfəddı̇ n qızı ərizə ilə məhkəməyə müraciət edərək yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci bina 1-ci blok 17-ci mərtəbədə yerləşən 134 saylı mənzili boşaldaraq Kristal Abşeron QSC-yə təhvil verdiklərini, hazırda Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 19 ev 17-də yaşayır. Ona görə də mülki işin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Muradov Farı̇ z Pərvı̇ z oğlu ərizə ilə razılaşmayaraq izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci bina 1-ci blok 17-ci mərtəbədə yerləşən 134 saylı mənzilindən və pay hüququndan imtina edərək mənzili Kristal Abşeron QSC-yə qaytarmışdır. Lakin onda olan məlumata əsasən, Cavabdeh Seyfəddı̇ n qızı faktiki olaraq həmin mənzildə yaşayır və onun cavabdehdən tələb etdiyi əşyalar həmin ünvanda yerləşir. Ona görə də ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 Mı̇ rzalı qızı və iddiaçılar İddiaçı1 Mı̇ rzalı qızının və Muradov Farı̇ z Pərvı̇ z oğlunun vəkili və nümayəndəsi Vəkil ərizə ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəyə münasibətlərini dinləyib, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Seyfəddı̇ n qızı xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1885 və 1887 saylı arayışlarından müəyyən olunur ki, Cavabdeh Seyfəddı̇ n qızı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Məhkəmə hesab edir ki, cavabdeh rəsmi olaraq Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 19 ev 17 ünvanında qeydə alınmaqla yaşadığından hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 Mı̇ rzalı qızının və Muradov Farı̇ z Pərvı̇ z oğlunun Cavabdeh Seyfəddı̇ n qızına qarşı əmlak və zinət əşyaları tələbinə dair 2(001)-587/2023 saylı mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-587/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-587/2023
12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver