Məhkəmə qərarları › İş №2(001)-588/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-588/2025

04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-588/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca giriş-çıxış qapısının açılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “əşyalarla bilrikdə evən çıxarılma və hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə (açar sözlər: əmlak, paylar, naturada bölgü, istifadə qaydası, çıxarılma) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 İlkin iddia üzrə Cavabdeh5 iştirakları ilə İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca giriş-çıxış qapısının açılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “əşyalarla bilrikdə evən çıxarılma və hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:

1. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca giriş-çıxış qapısının açılması” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi. 34 (köhnə nömrəsi 22) nömrəli evə istifadə qaydasının müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi. 34 (köhnə nömrəsi 22) nömrəli evin girişdən solda küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin 1-ci mərtəbədə olan 20.20 kv.m və 15.20 kv.m və 2-ci mərtəbədə 18.9 kv.m və kv.m. olan otaqların yardımçı sahələri ilə birlikdə onun (yəni İddiaçı1) istifadəsinə verilməsi və həmin evə ayrıca giriş-çıxış qapısının açılması, Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi. Çingiz İldırım küçəsi, 34 ( köhnə nömrəsi 22) nömrəli evin girişdən solda küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin 1-ci mərtəbədə olan 16.10 kv.m və 12.10 kv.m və 2-ci mərtəbədə 26.55 kv.m. və 15.75 kv.m. olan otaqların yardımçı sahələri ilə birlikdə onun (X4) istifadəsinə verilməsi və həmin evə ayrıca giriş-çıxış qapısının açılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulaıaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 ( köhnə nömrəsi 22) nömrəli evə istifadə qaydasınını müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi. 34 ( köhnə nömrəsi 22) nömrəli evin girişdən solda küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin l-ci mərtəbədə olan 20.20 kv.m və 15.20 kv.m və 2-ci mərtəbədə 18.9 kv.m və 10.5 kv.m. olan otaqların yardımçı sahələri ilə birlikdə onun, yəni İddiaçı1 istifadəsinə verilməsi və həmin evə ayrıca giriş-çıxış qapısının açılması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 ( köhnə nömrəsi 22) nömrəli evin girişdən solda küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin l-ci mərtəbədə olan 16.10 kv.m və 12.10 kv.m və 2-ci mərtəbədə 26.55 kv.m və 15.75 kv.m. olan otaqların yardımçı sahələri ilə birlikdə onun (X4) istifadəmə verilməsi və həmin evə ayrıca giriş-çıxış qapısının açılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə 22) saylı ev 1989-cu il tarixdə o və bacısı X8 tərəfindən X14 alınmasına görə ödənilən pulun verilməsi barədə ona X15 qohumu tərəfindən qəbz verilmişdir. Məqsəd 3 ailənin o, bacısı və qardaşının həmin evdə yaşaması olmuşdur. xx.xx.1991-ci il tarixdə mübahisəli evi qardaşı X9 adma rəsmiləşdirərək mülkiyyəti təsdiqləyən qeydiyyat şəhadətnaməsi alınmışdır. 1991 -ci ilin sentyabr ayından o və qardaşı ailə həyatı qıraraq mübahisəli evdə yaşamağa başlamışlar. Həmçinin onlarla birlikdə bacısı İddiaçı2 anamla birlikdə yaşamışdır. Mübahisəli ev bir mərtəbəli köhnə tikili olmaqla hər biri 2 otaq bir mərtəbədən ibarət olmaqla üç ayrı-ayrı evlərdən ibarət olmuşdur. Evin A tikilisində o ailəsi ilə, B tikilisində bacısı anası ilə və özbaşına olan tikili hissəsində isə qardaşı ailəsi ilə birlikdə yaşamışlar. Ailə qurduqdan sonra onun mübahisəli evdə 3 uşağı, qardaşının isə 4 uşağı doğulmuşdur. Qardaşının bir uşağı Cavabdeh5 doğulduğu tarixdən bacısı İddiaçı2 himayəsinə vermişdir, bacısı da onu böyütmüş və hal-hazırda bacısı ilə mübahisəli mənzildə yaşayır. Onun və qardaşının uşaqları uşaq vaxtından Binəqədi rayonu üzrə uşaq poliklinkasında qeydiyyatda olublar. 1991-ci il tarixdən o və ailəsi mübahisəli evdə yaşamışlar. Bacısı həmin tarixdən halhazıradək həmin evdə yaşayır. xx.xx.2004-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin 511 saylı sərancamı ilə yaşayış evinin darısqallığını nəzərə alınmaqla evin 2-ci mərtəbənin inşa edilməsinə icazə verilmişdir. O və bacısı X4 şəxsi vəsaiti hesabına mübahisəli mənzildə tikinti işlərinə başlamış və evlərin ikinci mərtəbəsini tikmişlər. Həmin vaxtlar onlar dövlət orqanlarında işləyirdilər. O, Bakı şəhəri Nizami rayonu Məhkəməsində, bacısı isə Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyirdilər. Qardaşı və ailəsi isə heç yerdə işləmədiyindən onların maddi köməyi ilə yaşayırdı. Onlar həm tikinti işlərinin xərclərini çəkir, həm də qardaşının ailəsinə baxırdılar. Tikinti zamanı qardaşının yaşadığı ev uçdu və onlar məcbur olub onun evini özüldən tikmək məcburiyyətində qaldılar. Tikinti işləri davam etdiyindən qardaşının qalmağa başqa yeri olmadığından bacısı yaşadığı evi qardaşına müvəqqəti yaşamağa verdi, o və bacını qızlığa götürdüyü övladı ilə birlikdə yaşadılar. Arada yaşanan mübahisələr üstündən qardaşı və ailəsinin qonşularla mübahisəsi və bu mübahisələrin getdikcə ailə daxilinə sıçramasından belə qənaətə gəldilər ki, mübahisəli ev satılsın və pulu bərabər şəkildə bölünərək hərə özünə ev alsın. Aradan uzun müddət keçsə də, qardaşı və onun ailəsi hər dəfə onu və bacısını müxtəlif yollarla aldadaraq evin satılmasına əngəl olmuşdur. Hər dəfə evin satılmasını və yaxud payların ayrılmasını dilə gətirəndə onları inandırmağa çalışdırmışdır ki, ev satılacaq sizin pul da veriləcək. 2023-cü ilin avqust ayında qardaşının başında şiş əmələ gəldi, onun müalicəsi üçün çalışdılar və 2024-cü ilin mart ayının 22-də qardaşı dünyasını dəyişdi. Onların vəsaiti hesabına onun yas mərasimini təşkil etdilər. Rəhmətə getdiyindən 4 ay vaxt keçdikdən sonra mübahisəli evin bacısı qızının adına keçirilməsini istədilər. Buna onun ailəsi qəti şəkildə imtina etdi ki, ev ona çatasıdır. Onlar bundan sonra başa düşdülər ki, cavabdeh tərəf onları uzun zaman aldatmış və hazırda da onlara heç bir pay verməyəcəyini bildirmişdir. Qardaşı rəhmətə getdikdən sonra başa düşdülər ki, cavabdehlər onların payını vermək istəmirlər. İddia ərizəsinə əlavə olunmuş şəkillərdə görünür ki, mübahisəli evin tikintisinə xeyli məbləğdə miqdarda pul xərclənib. Yeni tikili üzrə sxemdə A tikilisi olan sahə 2 otaq alt və üst ona, B tikilisi bacıs və övladlığa götürdüyü qıza, evin arxa hissəsində isə qardaşı və ailəsi yaşayırlar. Evin indiyə qədər bütün torpaq və kommunal xərcləri bacısı tərəfindən aldığı pensiya təqaüdündən qardaşının adından ödəniilib. Evin tikintisinə dair materialların alınması və usta pullarının verilməsi onlar tərəfindən olmuşdur. Cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə 22) nömrəli evi satıb onlara düşən payı vermədiklərinə görə onlar məcburiyyət qarşısında qalaraq evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldular. Cavabdeh X12 məhkəməyə 04 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Çingiz İldırım küçəsi, 22 saylı evə dair (Yeni qaydalarla AZ 1113, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, giriş 34) qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il tarixli çıxarış təqdim etmişdir. Həmin çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı evin (Yeni qaydalarla AZ 1113, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Çingiz İldırım küçəsi, giriş 34) 4/5 hissəsi X10 və 1/5 hissəsi isə Cavabdeh5 payı müəyyən edilmişdir. Ona görə də Cavabdeh5 cavabdeh kimi işə cəlb olunması zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(001)-6038/2024 il tarixli qərardadının birinci sualı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evin 1-ci mərtəbədə olan 20.20 kv.m və 15.90 kv.m ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evin 1-ci mərtəbədə olan 16.10 kv.m və 12.10 kv.m olan yardımçı sahələrinin ayrıca giriş çıxış qapılarının açılması ilə naturada bölgüsü mümkündür. Belə ki, faktiki vəziyyətdə qeyd olunan otaqlar bir-birindən təcrid şəkildə ayrılmışdır və hər bir sahənin ayrıca giriş çıxış qapısı mövcuddur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(001)-6038/2024-cü il tarixli qərardadının ikinci sualı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli rəyindən görünür ki Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evin İddiaçı1 və X4 yaşadığı ev ilə ayrıca giriş-çıxış, qapısı olmaqla naturada bölgüsü mümkündür. Belə ki, faktiki vəziyyətdə qeyd olunan fərdi yaşayış evləri bir-birindən təcrid şəkildə ayrılmaqla, hər birinin ayrıca giriş çıxış qapıları mövcuddur. Cavabdehlərlə aralarında mübahisəli hüquq münasibətləri 1989-cu ildə yarandığındından işə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq edilməlidir. Qarşılıqlı iddia üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “əşyalarla bilrikdə evən çıxarılma və hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan X4 əşyaları ilə birgə ünvan 2 ünvandan çıxarılması, İddiaçı1 və X4 ünvan 2 ünvanda hərəkətlərin edilməsinin qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı1 və X3 tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi əsaslıdır və təmin edilməklə qətnamə qəbul edilməlidir. X2 Solmaz Kamil qızı ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahdan dörd övladları dünyaya gəlmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi X9 adınadır, bu barədə qeydiyyat vəsiqəsi var, həmin ünvanda H.Ağayevin ərizəsi əsasında Binəqədi RİH-in 511 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən evin 2-ci mərtəbənin inşa edilməsinə icazə verilmişdir. H.Ağayev öz vəsaiti hesabına İİ mərtəbəni və əlavə tikinti işlərini aparmışdır. Onun ölümü ilə əlaqədar Bakı şəhəri 9 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsəlik dairəsi müəyyən edilmişdir. Münahisəli ünvanda yerləşən fərdi yaşayış evi hazırda Heybətəlinin həyat yoldaşı və övladlarınındır, iş üzrə İddiaçı2 qarşılıqlı razılıq əsasında uzun müddətdir ki, yaşayırlar. Heybətəli öldükdən sonra iş üzrə iddiaçılar belə formada iddia qaldırmışlar ki, iddia tamamilə əsassızdır, ev iş üzrə iddiaçılara qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlərə məxsus deyildir, ev Heybətəli Ağayevin mülkiyyətindədir, onun vəsaiti hesabına alınmışdır. İddiaçı1 uzun illərdir ki, mübahisəli evdə yaşamır və qeydiyyatda deyil, qeydiyyatı başqa ünvandadır. Mübahisəli evdə hazırda Ağayeva Firuzəxanım yaşayır.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddia tələbinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia ərizəsinin təmin edilməsini və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı2 məhkəməyə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişlər ki, iddia tamamilə əsassız olduğundan təmin edilməməlidir. X2 Solmaz Kamil qızı ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur, onların nikahından dörd övladları dünyaya gəlmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi X9 adınadır, həmin ünvanda H.Ağayevin ərizəsi əsasında Binəqədi RİH-nin 511 saylı xx.xx.2004-cü il tarixli sərəncamı Heybətəli Ağayevə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsinin tikintisinə icazə verilmişdir. Buncan sonra Heybətəli Ağayev öz vəsaiti hesabına həmin 2-ci mərtəbəni və əlavə tikint işlərini aparmışdır, çünki o zərgər olmuş və özünə məxsus pulu olmuşdur. Ağayev Heybətəlinin ölümü ilə əlaqadar olaraq Bakı şəhəri 9 saylı notariat ofisində vərəsəlik işi açılmışdır vərəsəlik dairəsi müəyyən edilmişdir. Mübahisəli ünvan hazırda Heybətəlinin həyat yoldaşı və onun övladlanındır, iş üzrə İddiaçı2 orada Heybətəlinin icazəsi əsasında uzun müddətdir ki, yaşayır. Heybətəli öldükdən sonra iş üzrə iddiaçılar belə formada iddia qaldırmışdırlar, iddia tamamilə əsassızdır, ev iddiaçılara məxsus deyildir, ev Heybətəli Ağayevin mülkiyyətindədir, onun vəsaiti hesabına alınmışdır. İddiaçılar hər ikisi də ünvan 5 ünvanında qeydiyyatdadırlar. İddiaçı1 mübahisəli fərdi yaşayış evində uzun illərdir ki, yaşamır. Ona görə də, onlar da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əşyaları ilə birgə fərdi yaşayış evindən çıxarılmaları və hərəkətlərin qadağan edilməsi barədə qətnanə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia üzrə cavabdehlərin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ilkin iddia tələbinin həcminin artırılmasına dair ərizəyə yazılı etiraz ünvanlayaraq, həmçinin izahatında bildirmişdir ki, iddiaçılar iş üzrə tərəf belə ola bilməzlər, çünki fərdi yaşayış evi onlara aid deyildir, heç bir mülkiyyət hüquqları yoxdur, mübahisəli evin mülkiyyətçisi deyil, ünvana qeydiyyatları belə yoxdur. X1 adına mübahisəli fərdi yaşayış evinə dair xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X1 adına mübahisəli fərdi yaşayış evinə dair Binəqədi rayon İcra hakimiyyətinin xx.xx.2004- cü il tarixli sərəncamı olmuşdur ki, evin 2-ci mərtəbəsinin inşa edilsin. Hazırda iddiaçıların istifadə və ayrıca gişir çıxış tələb etdiyi 2 -ci mərtəbədə inşa edilmiş otaqlarda X30yə icra hakimiyyətinin sərəncamı əsasında tikintisinə icazə verilmişdir və tikintini də o zaman Heybətəli öz vəsaiti hesabına etmişdir. Hazırda iddiaçıların istifadə və ayrıca giriş çıxış istədikləri fərdi yaşayış evi 1991-ci il tarixindən Heybətəlinin xüsusi mülkiyyətində olmuşdur. Vərəsəlik qaydasında da hal-hazırda fərdi yaşayış evi cavabdehlərin xüsusi mülkiyyətindədir. Bu sənədlər Ağayev Heybətəlinin sağlığında verilmişdir və iş materillarında da vardır. Məhkəmə iş üzrə xx.xx.2024-cü il tarixində məhkəmə texniki tikinti ekspertizası təyin edilməsi barədə qərardad qəbul edərək işi materialları ilə birlikdə Məhkəmə ekspertiza mərkəzinə göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2025-ci il tarixli 10/9030 saylı rəy vermişdir. Rəy tamamilə qanunsuzdur, belə ki, mübahisəli fərdi yaşayış evi mərhum cavabdehlərin valideyni X7 xüsusi mülkiyyətində olmuşdur. Birmənalı olaraq, iddiaçılara aid orada heç bir əmlak yoxdur. Tamamilə qanunsuz verilmiş bir rəydir. Cavabdeh5 isə iddiaçılar tərəfindən cavabdeh kimi cəlb edilmişdir, sənəd üzərində olmasa da, Brilyant, Ağayeva Firuzəxanım qızıdır, onunla birgə hal-hazıradək yaşayırlar. İddiaçıların heç birinin mülkiyyət hüququ mübahisəli fərdi yaşayış evində yoxdur. İddiaçılar mübahisəli fərdi yaşayış evində qeydiyyatda deyildir. İddiaçı1 mübahisəli fərdi yaşayış evində yaşamır. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh5 iddia tələbini qəbul edərək bildirmişdir ki, anası Firuzə Ağayeva ilə birlikdə mübahisəli həyətdə olan tikildə yaşayır. Onların evi ayrı giriş-qapisi olan evdir, bioloji anası onu ümumi girişi olan həyət buraxmır, ona qarşı maneələr yaradır. Evi bibisi və əmisi alıb. İddianı özünə münasibətdə qəbul edir. Məhkəmə iclasında Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası zərgər olmaqla uzun müddət həmin sahədə işləmişdir, imkanı yaxşı olmuşdur. Mübahisəli evi atası öz şəxsi vəsaiti hesabına alıb, bibisi ailə qurmadığı üçün həmin həyətdə olan evdə yaşamağa icazə verib. Əmisi isə övladı aali təhsilə qəbul olduqdan sonra uzun müddıtdir ki, həmin evi tərtk edib, başqa ünvanda yaşayır. İddiaçıların özlərinə məxsus olduğunu iddia etdikləri tikililərdə onların şəxsi əşyaları var, açar özündədir. Hazırda atası vəfat etdikdən sonra həmin ev 4/5 hissədə özünün mülkiyyətindədir, digər 1/5 hissə isə bacısı Briliyantın mülkiyyətidir. Ataasının xəstəliyi ilə əlaqədar bütün xərcləri o və ailəsi çəkmişdir. Atası vəfat edənədək aralarında hər hansı mübahisə olmamış, daha sonra əmisi və bibisi anasından mirasdan imtina etməklə onların adına keçirilməsini tələb etmişlər. Anası bu təklifdən imtina etdiyinə görə hazırda bu iddia ilə məhkəməyə müraciət edilib. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda digər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə oxşar məzmunda izahat verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Heç bir düşmənçilik yoxdur. Hər biri ilə eyni münasibəti vardır. Heybətəli ilə 1973-cü ildə birlikdə oxumuş, yaxın dost olmuşlar. Tərəflər arasında olan bütün proseslərlə yaxından tanışdır. Heybətəli evi bacısı ilə 1989-cu ildə almışdır. Əbülfəz həmin evi almağa onun maşını ilə getmişlər. Evi 30000 manata almışdılar və həmin evi Heybətəliyə kürəkənləri tapmışdı. Heybətəli ilə yaxın dost olmuşlar, ölüm ili dəqiq yadında olmasa da, onun toyunda yanında idi. Mübahisəli evdə Heybətəlinin bacısı və onun əri yaşayırdı. Evi erməni əsilli şəxsdən almışlar, pulu da Əbülfəz öz evindən götürüb gətirmişdir. Pulun Əbülfəzə bacısı tərəfindən və ya Heybətəli tərəfindən verildiyini xatırlamır. Heybətəli ilə aralarında ev söhbət olmayıb, ondan heç bir məlumat soruşmayıb. X28 rayonu 9-cu mkr.-da kirayədə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 verdiyi ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Həmin ailəyə gəlin gəlmişdir. Böyük gəlindir. Onlarla münasibətləri gözəldir.onlarda üç ev alınmışdır. Evi baldızı aldı. Uşaqları da saxlamağa köməklik edirdi. Onun yoldaşı ürəyi zəif idi. Heyybətəli o vaxtlar zərgər işləyirdi. Lakin o gəlin köçəndə heybətəli artıq işləmirdi. Sonra 3 evdən biri baldızına, digərləri qardaşlara verildi. Tam pulu Firuzəxanım vermişdir. Mübahisə olduğuna görə köçüb getdilər. Onların ailəsini iddiaçılar dolandırırdılar. Heybətəlinin imkanı olmayıb, o, içki içirdi, yığılan butulkaları o, təhvil verirdi. Demək olar ki, o, həmin evə tez-tez gedirdi, Heybətəli qızıl işi ilə məşğul olsa da, imkanı zəif idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Onlarla yaxın olmuşdur. Qardaşların toyu bir gündə olmuşdur. 1990-cı ildən bu tərəflər çox mehriban olmuşlar. Onun evinin arxasında Əbülfəz ev tikirdi. Ev tikdiyi zaman Əbülfəz gəlib ondan icazə aldı ki, sizin həyət tərəfə pəncərə açmaq istəyirik, o da razılıq verdi. 1990-cı ildən orada yaşayır. Ondan əvvəl Əbülgəzfil orada yaşayırdılar. Qardaşların toyları 1991-1992-ci illərdə olmuşdur. Qardaşı, Əbülfəz və bacısı orada yaşayırdı. Orada əvvəl bir tikili vardı, daha sonra başqa tikili tikildi. Tikili oldu iki. Heybətəlinin tikilisi ayrı idi. O evi Heybətəli özü tikdirmişdi. Əbülfəz, bacısı, uşaqları ayrı yaşayırlar. Afət də orada yaşayırdı. Son 3-4 ildir ki, orada yaşamır. Evin kim tərəfindən alındığını bilmir. O, tərəfrləri qonşu kimi tanımışdır. İİİ. İşin faktiki halları:

İş materiallarında olan: - Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı ev (36,1 kv.metr) 1960-cı illərdə X18 məxsus olmuşdur. xx.xx.1962-ci il tarixdə ev və həytyanı sahənin sxemi tərtib edilmiş, ümumi sahə 339,4 kv.m kimi qeyd olunmuşdur. - xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı ev xx.xx.1991-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 511 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamından çıxarışın surətindən görünür ki, H.Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı fərdi yaşayış evinin yaşayış üçün darıqsal olduğunu nəzərə alaraq həmin evin təqdim edilən layihə əsasında İİ mərtəbəsinin inşa edilməsinə icazə verilmişdir. - AZ-İİ seriyalı, 441865 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü ildə vəfat etmiş X6 miras qalmış əmlaka (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, ev 22) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində yerləşən əmlaka, miras qoyan xx.xx.2024-cü ildə vəfat etmiş X9 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından forma 37-nin vərəsə Cavabdeh1 verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsindən xahiş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9030 saylı ekspert rəyindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi 34 (köhnə nömrəsi 22) nömrəli evin mərtəbədə olan 20.20 kv.m və 15.90 kv.m ilə İddiaçı2 cızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi 34 (köhnə nömrəsi 22) nömrəli evin İ mərtəbədə olan 16.10 kv.m və 12.10 kv.m olan yardımçı sahələrinin ayrıca giriş-çıxış qapılarının açılması ilə naturada bölgüsü mümkündür. Belə ki, faktiki vəziyyətdə qeyd olunan otaqlar bir birindən təcrid şəkilde ayrılmışdır və hər bir sahənin ayrıca giriş çıxış qapısı mövcuddur. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Həybətəli oğlu və Cavabdeh4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi 34 (köhnə nömrəsi 22) nömrəli evin İddiaçı1 və İddiaçı2 yaşadığı ev ilə ayrıca giriş-çıxış qapısı olmaqla naturada bölgüsü mümkündür. Belə ki, faktiki vəziyyətdə qeyd olunan fərdi yaşayış evləri bir-birindən təcrid şəkildə ayrılmaqla, hər birinin ayrıca giriş çıxış qapıları mövcuddur. - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, ev 22 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, giriş 34) xx.xx.2024-cü il tarixdən 4/5 hissədə Cavabdeh2 adına qeydiyyatdan keçmiş, 1/5 hissədə Cavabdeh5 payı qeydiyyatdan keçməmişdir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq mübahisə ilə bağlı nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İlk və qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. «Mülkiyyət hüququ»nun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Göründüyü kimi, mübahisə təşkil edən A və B tikililərin həqiqətən iddiaçılara məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçılar tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Hazırki mübahisədə iddiaçıların naturada ayrılmasını tələb etdikləri əmlakda hər hansı pay və ya mülkiyyət hüquqları mövcud deyil. Bu səbəbdən, məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi 34 (köhnə nömrəsi 22) nömrəli ev üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları olmadığından, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca girişçıxış qapısının açılması” tələbinə dair ilkin iddi tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həminazadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü ki, mübahisəli fərdi yaşayış evi 1991-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X24 tərəfindən alınmış, mülkiyyətçinin vəfatından sonra 4/5 hissəfə Cavabdeh2 mülkiyyət hüququ tanınmaqla 1/5 hissədə pay Cavabdeh5 münasibətdə açıq qalmışdır. Hazırda qarşılıqlı iddiaçılar Firuzə Ağayevanın B tikilisindən çıxarılması tələbi irəli sürməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, bir mərtəbədən ibarət olmaqla alındığı, xx.xx.2004-cü il tarixli sərəncamla fərdi yaşayış evi yaşayış üçün darısqal olduğundan 2-ci mərtəbəsinin tikilməsinə Heybətəli Ağayevə icazə verilmişdir. Sonuncunun vəfatından sonra fərdi yaşayış evinin ümumi sahəsi 88.10 kv.m olmaqla vərəsənin mülkiyyət hüququ tanınmışdır. Buna baxmayaraq qarşılıqlı iddiaçılar tərəfindən Firuzə Ağayevanın yaşadığı və çıxarılma tələbi irəli sürülmüş B tikilisinin Cavabdeh2 mülkiyyət hüququ tanınması ilə bağlı hər hansı mötəbər sənədləri məhkəməyə təqdim edilməmiş, digər qarşılıqlı iddiaçıların isə ümumiyyətlə bu cür tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə belə qərara gəlir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməli, çəkilmiş xərclər tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca giriş-çıxış qapısının açılması” tələbinə dair ilk iddia tələbi rədd edilsin. İlkin iddia üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “əşyalarla bilrikdə evən çıxarılma və hərəkətlərin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar