Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5956/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən 11.06.2019-cu il tarixdə, saat 17:25-də sürücülük vəsiqəsi olmaqla idarə etdiyi "Nissan Teana” markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətdə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yerləşən işıqforun yaşıl işığında piyada keçidinə yaxınlaşıb keçmək istəyərkən yolun sağ kənarında olan piyada üçün nəzərdə tutulan hissəsindən sola doğru qaçaraq yolu keçmək istəyən piyada Həsənov Vaqif İsgəndər oğlunu avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan V.İ.Həsənovun ölümünə səbəb olmuş - sağ təpə-gicgah sümüyünün kəllə əsasına keçən sınığı, beyin qaşaları altına və maddəsinə qansızmalar, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol tərəfli V, Vİ, Vİİ qabırğalarının sınıqları və sol ağciyər toxumasına qansızma, gicgah nahiyəsinin, sol qulaq seyvanının ön səthinin, sol bazunun ön səthinin, sol saidin arxa səthinin, bel nahiyəsinin, sol açıq-baldır oynağının iç səthinin sıyrıqları ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, təqsirləndirilən şəxs İddiaçı Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 1 (001)-36/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə İddiaçı bəraət verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi 16.03.2020-ci il tarixdə baxaraq hökmün dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Ali Məhkəmənin 28 oktyabr 2020ci il tarixli qərarına əsasən şikayət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yol nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra mərhum Həsənov Vaqif İsgəndər oğlunun yas mərasimində iştirak edərkən cavabdeh iddiaçının ona 10000 manat pul verəcəyi təqdirdə iddiaçıya qarşı heç bir halda şikayəti, iddiasının və tələbinin olmayacağını bildirdi. Bundan sonra iddiaçı tərəfindən qohumlarımın iştirakı ilə Cavabdeh 10000 manat məbləğində pul ödənilmiş, sonuncu isə 21 saylı Notaıiat Ofisinə gedərək ona dəymiş ziyanın iddiaçı tərəfindən tam ödənilməsi və ona qarşı heç bir şikayətinin, tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə ərizə yazmışdır. Lakin bir müddət sonra cavabdeh iddiaçıdan əlavə pul istəməyə başlamış və iddiaçı ona əlavə pul verməkdən imtina etdikdə sonuncu notarial qaydada vermiş olduğu ərizəni ləğv etdirmişdir. Həmin pulu ondan geri tələb etdikdə isə sonuncu pulu verməkdən imtina etmiş, əksinə iddiaçının bəraət aldığı hökmdən şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. O, 13.08.2021 və 16.08.2021-ci il tarixlərdə məhkəməyə ərizələrlə müraciət edərək, xəstə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edə bilməməsinin səbəblərinin üzrlü olmasını təsdiq etmək üçün ərizəsinə ikinci qrup əlil olmasına dair 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının 11.05.2016-cı il tarixli məlumatının, Mərkəzi hərbi həkim komissiyasının 24.03.2006-cı il tarixli qərarının, 04.12.2020-ci il tarixli resept blankının və 07.05.2021-ci il tarixli sorğunun surətlərini əlavə etmişdir. Məhkəmə qeyd olunan sənədlərin cavabdehin hal-hazırda məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməməsini təsdiq edən sübut kimi qəbul etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarıda olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli, 1(001)-36/2020 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh Vaqif oğlu ifadəsində göstərmişdir ki, mərhum Vaqif Həsənov onun atası olmuşdur. O, ailə üzvləri ilə birlikdə 2005-ci ildə Mingəçevir şəhərindən Bakı şəhərinə köçmüş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 108, ev 53 ünvanında yaşamışdır. Atası Vaqif Həsənov fərdi olaraq ev ustası kimi işləmiş, anası isə təqaüdçüdür. 11 iyun 2019-cu il tarixdə, saat təxminən 18 radələrində ona məlum olmuşdur ki, atası Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və xəstəxanaya aparılmışdır. O, dərhal xəstəxanaya getmiş və xəstəxanada atasının öldüyünü öyrənmişdir. Həmin zaman ona atasını vuran sürücünün Kazımov Rüfət Urfan oğlu olması məlum olmuşdur. 12 iyun 2019-cu il tarixdə dəfndə olarkən atasını avtomobillə vuran sürücü tərəfdən 3 qadının gəldiyini və başsağlığı verib getdiklərini eşitmişdir. 13 iyun 2019-cu il tarixdə saat 20 radələrində bu dəfə sürücü tərəfdən kişilər gələrək ona, qardaşlarına və əmilərinə başsağlığı vermişlər. Bundan başqa həmin şəxslər atasının dəfni və qəbirüstünün götürülməsində kömək edəcəklərini bildirmişlər. Atasının dəfni və gələcəkdə qəbirüstünün götürülməsi üçün o, iki qardaşı, anası və bacısı ilə məsləhətləşdikdən sonra sürücü tərəfdən gələnlərə 10000 (on min) manat xərc çıxacağını demişlər. 15 iyun 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş formada sürücü İddiaçı Urfan oğlu tərəfdən onlara 10000 (on min) manat ödəniş edilmiş, sonra isə onunla birlikdə anası, iki qardaşı və bacısı ayrı-ayrılıqda hadisəni törətmiş sürücüyə qarşı heç bir iddia, tələb və şikayətlərinin olmaması və gələcəkdə də olmayacağı barədə ərizə vermişlər. Sonradan onlara məlum olmuşdur ki, atasının hardasa 6000 (altı min) manata yaxın borcu vardır. Bundan sonra o, təqsirləndirilən şəxsdən həmin məbləğdə pul istəmiş, lakin sonuncu bundan imtina etmişdir. Ona görə də, o, notarial qaydada verilmiş barışıq ərizəsini ləğv etdirmişdir. Odur ki, məhkəmədən Kazımov Rüfət Urfan oğlu barəsində ittiham hökmünün qəbul edilməsini xahiş etmişdir. ... məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunmuşdur ki, piyada mərhum zərərçəkmiş şəxs Həsənov Vaqif İsgəndər oğlunun səkidən iti sürətlə qaçaraq avtomobil yoluna daxil olması vurulmaya kimi cəmi 1,0 saniyə vaxt keçimişdir. Belə olan halda isə sürücü Kazımov Rüfət Urfan oğlunun hadisənin qarşısını almağa texniki imkanının olması az inandırıcı olduğundan müdafiə tərəfindən verilmiş vəsatət əsasında məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunmuş və alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 26.12.2019-cu il tarixli, 31377 nömrəli ekspert rəyi ilə məhkəmə istintaqı zamanı müəyyən edilmiş mexanizm üzrə “Nissan Teana” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Rüfət Urfan oğlunun hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə yanaşı və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluğun olmaması müəyyən edilmişdir”. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli, 1(001)-36/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Kazımov Rüfət Urfan oğluna bəraət verilmiş və həmin hökm hal-hazırda qanuni qüvvəsini almışdır. İş materiallarında olan Cavabdeh 02.08.2021-ci il tarixli ərizəsindən görünür ki, tələb olunan 10000 manatın qaytarılmasına ona səhhəti və imkanı yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı tərəfindən Cavabdeh atasının ölümü nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq 10000 manat məbləğində pul verilmiş, 15.06.2019-cu il tarixdə cavabdeh ona vurulmuş ziyanın tam şəkildə ödənilməsi və iddiaçıya qarşı hər hansı tələb və şikayətinin olmaması barədə notariat kontorunda ərizə imzalamış, lakin sonradan iddiaçıdan yenidən pul tələb etmiş və iddiaçı əlavə ödəniş etməkdən imtina etdikdə, həmin ərizəni ləğv etdirmiş, birinci instansiya məhkəməsində ittiham hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmiş və sonradan qəbul edilmiş bəraət hökmünü (hər iki instansiyada) mübahisələndirmşdir. Göründüyü kimi, Cavabdeh hər hansı formada ziyanın vurulmasında İddiaçı təqsirinin olmaması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur və belə olan halda iddia tələbi təmin edilməli, cavabdeh Həsənov Vaqif Vasif oğlundan 10000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5956/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5956/2021
17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver