Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5959/2025 29.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın mübahisələndirilməsi haqqında” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın mübahisələndirilməsi haqqında” iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsində Əliyev X1 İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (AR İXM): - Maddə 1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. - Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. - Maddə 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr baxırlar.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
6. Məhkəmə qeyd edir ki, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunverciliklə müəyyən edilmiş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. Azərbaycan Respublikası MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır.
7. İddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsi isə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv olunması ilə bağlıdır və bu xarakterli işlərə baxılması qaydası və əsasları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
8. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunmalıdır.
9. Belə ki, yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil.
10. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılmalı olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın mübahisələndirilməsi haqqında” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.
2. İddiaçıya şikayət ərizəsi ilə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev