Məhkəmə qərarları › İş №2(001)-598/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-598/2022

23.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-598/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi (oğlu) İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı (X5, X17, X18, X6, X15, X19, Quliyeva (İbrahimova) Elnurə Bafadar qızı, Mahmudzadə (İbrahimova) Aynurə Bafadar qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlakın onlar tərəfindən qəbul edilməsi müddətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X5, X17, X18, X6, X15, X19, Quliyeva (İbrahimova) Elnurə Bafadar qızı, Mahmudzadə (İbrahimova) Aynurə Bafadar qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi (oğlu) İddiaçı1 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o və onun anası mirasın qəbulu ilə bağlı qanunvericilik barədə məlumatlı olmamışdır. Onlar hesab etmişdilər ki, X16 qulluq göstərdiklərindən, habelə ölümündən sonra ondan miras qalmış əmlakın məhz onun və anası İddiaçı2 tərəfindən qəbul edilməsinə X12 digər uşaqları etiraz etmədiyindən onlar ixtiyari vaxt aidiyyəti sənədləri notariat ofisinə təqdim etməklə vərəsəliyi rəsmiləşdirə bilərlər. Lakin anasının və özünün səhhətində olan problemlərlə bağlı, sonradan isə Covid- 19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edilməsi səbəbindən notariat ofisinə xeyli müddət müraciət etməmişdilər. 2021-ci ilin oktyabr ayında notariat ofisinə müraciət etdikdə isə müddətin ötürülməsi əsası ilə vərəsəlik işinin açılmasından imtina edilmişdir. Məhz həmin vaxt müddətlər barədə məlumat əldə etmişdilər. Onlar bu məsələ ilə bağlı qanunvericilikdə müddətlərin olması barədə məlumatlı olsalar idi, təbii ki, imkan tapıb Notariat ofisinə həmin müddətlərdə müraciət edərdilər. X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda onun və anasının istifadə və sahibliyindədir. Digər vərəsələr hazırda həmin əmlakı qəbul etmək niyyətində deyil və heç vaxt da olmamışdılar. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən məhkəməyə mübahisə ilə bağlı aidiyyəti sənədlər təqdim edilmiş və eyni zaman bildirilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X12 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün onun vərəsələri, yəni oğlu İddiaçı1 və arvadı İddiaçı2 notariat ofisinə ərizə ilə müraciət etmişlər. Müraciətlə bağlı müvafiq sənədlər götürülmüş və araşdırma aparılarkən müddətin ötürülməsi müəyyən edilmişdir. İddiaçıların mərhumla eyni ünvanda yaşamaları barədə dəlilləri əsassızdır. Belə ki, X12 mülkiyyətində olan fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşir. İddiaçılar isə ünvan 3 ünvanı üzrə pasport qeydiyyatındadır. Bu səbəbdən Mülki Məcəllənin 1243-cü, 1246-cı və 1248-ci maddələrin tələblərinə istinadən iddiaçılara müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərin nəzərə alınması və ədalətli qətnamə qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxslər Quliyeva (İbrahimova) Elnurə Bafadar qızı və X17 məhkəməyə ərizə ilə müraciət edərək, atalarından miras qalmış əmlakın qardaşı İddiaçı1 və anası İddiaçı2 keçməsinə etiraz etmədiklərini və həmin əmlakda olan paylarından imtina etdiklərini bildirmişdilər. Eyni zamanda, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X3, X13, X4, X8, X14 və Mahmudzadə (İbrahimova) Aynurə Bafadar qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinin və üçüncü şəxslər Quliyeva (İbrahimova) Elnurə Bafadar qızının və X9 iddia ərizəsinə münasibətini, habelə digər üçüncü şəxslərin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, cavabdehin iddia ərizəsinə münasibətini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı2 ilə xx.xx.1952-ci il təvəllüdlü X12 birgə nikahından xx.xx.1976-cı il tarixdə X5, xx.xx.1978-ci il tarixdə X15, xx.xx.1980-ci il tarixdə X10, xx.xx.1981-ci il tarixdə X11, xx.xx.1983-cü il tarixdə X19, xx.xx.1985-ci il tarixdə X18, xx.xx.1988-ci il tarixdə İddiaçı1, xx.xx.1990-cı il tarixdə X6, xx.xx.1993-cü il tarixdə X17 doğulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ağamirək İsfahani küçəsində istifadədə olan 0,02265 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 4 otaqlı, 71,6 kv.m. yaşayış, 78,9 kv.m. köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 1 otaq – y/s 18,6 kv.m., X12 3 otaq – y/s 53,0 kv.m. adlarına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 6579 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.1952-ci il təvəllüdlü X24 xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə qeyd aparılmışdır. Bundan sonra onun həyat yoldaşı İddiaçı2 və oğlu İddiaçı1 onun vərəsələri kimi, X12 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə müraciət etmişdilər. Lakin cavabdeh iddiaçıların miraz qalmış əmlakda yaşamaları barədə məlumatı əsassız hesab etmiş və mirasın qəbul müddətinin ötürülməsi səbəbindən vərəsəlik işinin açılmasından imtina etmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Belə ki, cavabdeh tərəfindən X12 mülkiyyətində olan fərdi yaşayış evinin ünvan 2 ünvanında yerləşdiyi, iddiaçıların isə ünvan 3 ünvanı üzrə pasport qeydiyyatında olduğunu müəyyən etmişdir. Hazırda iddiaçılar mirasın qəbulu ilə bağlı qanunvericilik barədə məlumatlı olmadıqlarını, X16 qulluq göstərdiklərindən, habelə ölümündən sonra ondan miras qalmış əmlakın məhz onlar tərəfindən qəbul edilməsinə X12 digər uşaqları etiraz etmədiyindən ixtiyari vaxt vərəsəliyi rəsmiləşdirmək imkanlarının olduğunu hesab etdiklərini, lakin səhhətlərində olan problemlərlə bağlı, sonradan isə Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edilməsi səbəbindən notariat ofisinə xeyli müddət müraciət etmədiklərini, 2021-ci ilin oktyabr ayında notariat ofisinə müraciət etdikdə isə müddətin ötürülməsi əsası ilə vərəsəlik işinin açılmasından imtina edildiyini, məhz həmin vaxt müddətlər barədə məlumat əldə etdiklərini, X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırda onların istifadə və sahibliyində olduğunu, digər vərəsələrin heç vaxt həmin əmlakı qəbul etmək niyyətində olmadıqlarını bildirirlər və mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş edirlər. Cavabdeh iddiaçıların miraz qalmış əmlakda yaşamaları barədə məlumatın əsassız olduğunu və mirasın qəbul müddətinin ötürülməsi səbəbindən vərəsəlik işinin açılmasından imtina etdiyini bildirir və iş üzrə qanunvericiliyin tələblərinə uyğu qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxslər X5, X15, (Mahmudzadə) X10, X19, X18 və X6 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, ataları X7 miraz qalmış əmlakın onlara çatası hissəsini qəbul etmədiklərini və qəbulundan imtina etdiklərini bildirmişlər. Quliyeva (İbrahimova) Elnurə Bafadar qızı və X17 məhkəməyə ərizə ilə müraciət edərək, atalarından miras qalmış əmlakın qardaşı İddiaçı1 və anası İddiaçı2 keçməsinə etiraz etmədiklərini və həmin əmlakda olan paylarından imtina etdiklərini bildirmişdilər. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1, habelə üçüncü şəxslər X5, X15, X10, X11, X19, X18, X6 və X17 xx.xx.2018-ci il tarixdə ölmüş xx.xx.1952-ci il təvəllüdlü X12 qanun üzrə birinci növbədə vərəsərəlidir. X24 tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. Qanun üzrə vərəsələrdən hər hansı biri onun ölümündən sonra qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət ərzində ondan miras qalmış əmlakın qəbul edilməsi barədə notariat kontoruna müraciət etməmişdilər. Yalnız xx.xx.2021-ci il tarixdə, yəni 6 aylıq müddət ötdüyü tarixdən təxminən 2 il 6 ay keçdikdən sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 mirasın qəbul edilməsi (vərəsəlik işinin açılması) üçün notariat ofisinə müraciət etmişlər. Digər vərəsələr X7 miras qalmış əmlakdan onlara çatası payı qəbul etmədiklərini, həmin paydan imtina etdiklərini bildirlər. Məhkəmə, işin hallarını, mirasın qəbul edilməsi üçün gecikdirilmiş ümumi müddəti, habelə iddiaçıların dəlillərini nəzərə alıb, belə qənaətə gəlir ki, gecikdirmənin səbəbi üzrlü sayılmalı və xx.xx.1952-ci il təvəllüdlü X12 ölümündən sonra ondan qalmış mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 3 ay uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü X12 ölümündən sonra ondan qalmış mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 3 ay uzadılmalıdır. Həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X12 ölümündən sonra ondan qalmış mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət 3 ay uzadılsın. Həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar