Məhkəmə qərarları › İş №2(001)-6/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6/2021

02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6/2021 02.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması və sair barədə» iddiasına dair mülki işə Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması və sair barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4697/2017 saylı, 30 avqust 2017-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması və sair barədə» iddia ərizəsi üzrə icraat Yasamal Rayon Məhkəməsinin 2(004)-410/2016 saylı, 12 yanvar 2016-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılana və müvafiq qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bundan sonra, məhkəmə tərəfindən müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə iş üzrə icraatın dayandırılmasına əsas olan halın aradan qalxıbqalxmadığını müəyyən etmək üçün müvafiq sorğular göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş 6ÜŞ-18512/20 saylı cavab məktubuna əsasən məlum olur ki, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh X1 qarşı pul tələbi barədə ilkin, İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə qarşılıqlı tələbinə dair 2 (103)-9284/2017 saylı mülki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nin 20 dekabr 2016-cı il tarixli qətnaməsi 07 noyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almış, 02 fevral 2018-ci il tarixində icra edilməsi üçün Yasamal Rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. Buna görə də, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadına əsasən iş üzrə icraatın dayandırılması barədə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4697/2017 saylı, 30 avqust 2017-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması və sair barədə» iddia ərizəsi üzrə icraat təzələnsin və məhkəmə baxışı 02.06.2021-ci il tarixə saat 17.30-a təyin edilmiş, üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi və digər cavabdehlər məhkəmə baxışı iclasına üzürsuz səbəbdən gəlməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, buna görə də, işə mahiyyət üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «zəbt edilmiş ərazidən cavabdehlərin çıxarılması və sair barədə» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsinə şıkayət verə bilərlər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar