Məhkəmə qərarları › İş №2(001)-6014/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6014/2021

12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6014/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şabran rayonu Pirəbədil Bələdiyyəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Auditorlar Palatası və Şabran rayonu Pirəbədil Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “audit rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin auditoru X9 tərəfindən Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 01.01.2015-ci ildən 31 dekabr 2019cu il tarixədək olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı 04.09.2020-ci il tarixdə tərtib edilmiş audit rəyinin etibarsız hesab edilərək, ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin auditoru X9 tərəfindən Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 01.01.2015-ci ildən 31 dekabr 2019-cu il tarixədək olan dövrünün maliyyətəsərrüfat fəaliyyətinin auditi ilə bağlı gəldiyi nəticənin etibarsız sayılması, 04.09.2020-ci il tarixdə tərtib edilmiş audit aktının və audit rəyinin etibarsız hesab edilərək, ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Auditorlar Palatasını və Şabran rayonu Pirəbədil Bələdiyyəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 21 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həmin rəydə göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, o, real dəyəri 102.300 manat olan 2,57 ha torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə 28 nəfərə 17.084 manat pula satmamışdır. Həmin torpaq sahələri açıq hərrac vasitəsi ilə mövcud olan real bazar qiymətləri əsas götürülməklə satılmış, onun tərəfindən hər hansı qiymət müəyyən edilməmişdir. Bu təcrübə nəinki onun sədr olduğu bələdiyyədə, həmçinin bütün digər bələdiyyələrdə də mövcuddur və əvvəlki illərdə də bu təcrübə əsas götürülmüşdür. Lakin əvvəllər, habelə digər bələdiyyələrdə aparılmış auiditin nəticəsi olaraq tərtib edilmiş rəylərdə bu hallar mübahisələndirilən audit rəyindən fərqli olaraq nöqsan kimi göstərilməmişdir. Hazırda mübahisələndirdiyi audit rəyində göstərilənlər də onun barəsində cinayət işinin başlanması üçün əsas olmuş və həmin cinayət işinə hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra bir sıra prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəmə iclası təxirə salınmış və növbəti məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçını iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Auditorlar Palatasının nümayəndəsi X4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmış və iş üzrə qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şabran rayonu Pirəbədil Bələdiyyəsinin nümayəndəsi və vəkili X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən audit rəyinin etibarsızlığı iddia icraatı çərçivəsində mübahisələndirilə və ayrıca iddianın predmeti ola bilməz. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərin nəzərə alınmsını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, "ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə" müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Bununla belə, məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən tərtib edilmiş və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 01.01.2015-ci il tarixdən 31.12.2019-cu il tarixədək fəaliyyət dövrünü əhatə edən auditin nəticələrinə dair rəy iddiaçı barəsində cinayət işinin başlanmasının əsasını təşkil edən mötəbər sübut kimi çıxış etdiyindən həmin sübutun ayrıca iddia icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir və bu sənəd mülki məhkəmə icraatının predmetini təşkil edə bilməz. Belə ki, mübahisələndirilən rəyin əsaslı olub-olmamasına, o cümlədən iddiaçının əməlində cinayət tərkibinin əlamətlərinin olub olmamasına məhz cinayət icraatı qaydasında hüquqi qiymət veriləcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisəyə ayrıca icraat qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, İddiaçı Cavabdeh MMCyə qarşı “audit rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “audit rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülk iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar