Məhkəmə qərarları › İş №2(001)-6018/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6018/2025

26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6018/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh Allahverənzadə X5 nümayəndəsi Kredo Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Allahverənzadə X9 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı notariat ofisi və X4 cəlb etməklə) “icra qeydinin ləğv edilməsi və pul tələbinin rədd edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Allahverənzadə X9 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı notariat ofisi və X4 cəlb etməklə) “icra qeydinin ləğv edilməsi və pul tələbinin rədd edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, hazırki mülki işin e-2(005)-3854/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmidir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində - Borc müqaviləsi və ipoteka müqaviləsinin Cavabdeh1 arasında bağlanmasına baxmayaraq borc pul faktiki olaraq iddiaçının oğlu X7 ilə Cavabdeh1 oğlu – ikinci Cavabdeh2 tərəfindən verilməsi, bütün danışıqların onların arasında baş verməsi, lakin qeyd olunan şəxsin polisdə işlədiyindən sənədləşmə işlərini anasının adından aparıldığı qeyd olunmuşdur. Eyni zamanda bildirmək istəyirəm ki, Aslanov Rasim ilə Cavabdeh2 arasında tək bu deyil əlavə olaraq 200 000 manat məbləğində razılaşma əldə olunmuş, lakin həmin əməliyyat üzrə sənədləşmə işləri borcverən - hazırkı iş üzrə Cavabdeh1 ilə X2 həyat yoldaşı X3 arasında aparılmışdır. Nəticədə, hazırkı iş üzrə Cavabdeh1 cavabdeh X1 qarşı “Borc müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iş e-2(005)-3854/2025 saylı iş üzrə hakim Ramin Quliyevin icraatına verilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, hər iki iş üzrə borcverən Cavabdeh1 olmuş borc alan isə bir iş üzrə X2 atası İddiaçı, diğər işdə isə X2 həyat yoldaşı X3 olmuşdur. Eyni zamanda, bu işlər üzrə borc müqavilələri Rasim ilə deyil – onun atası və həyat yoldaşı ilə bağlanması, borc müqavilələri üzrə tərtib olunmuş ipoteka predmetlərinin həmin şəxslərin adlarına olması səbəb olmuşdur. Göründüyü kimi hər iki üz üzrə tərəflər faktiki olaraq eyni tərəflərdən ibarətdir. Eyni zamanda bilfirmək istəyirəm ki, borc müqaviləsi ayrı ayrı olsada borc üzrə hesablaşmalar bir nəfər ilə aparıldığından iş üzrə sübutlarda eynilik təşkil etmişdir və bu işlər bir biri ilə əlaqəlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Allahverənzadə X9 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı notariat ofisi və X4 cəlb etməklə) “icra qeydinin ləğv edilməsi və pul tələbinin rədd edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-6018/2025 saylı mülki iş iddiaçı Allahverənzadə X6 cavabdeh X1 qarşı “borc müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3854/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda e-2(005)-3854/2025 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Allahverənzadə X9 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 14 saylı notariat ofisi və X4 cəlb etməklə) “icra qeydinin ləğv edilməsi və pul tələbinin rədd edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-6018/2025 saylı mülki iş iddiaçı Allahverənzadə X6 cavabdeh X1 qarşı “borc müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3854/2025 saylı mülki işlə bir icraatda birləşdirilməklə bir icraatda baxılsın və baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar