Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6029/2022 24.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Polad Texno MMC-yə qarşı 3700 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Polad Texno MMC-yə qarşı 3700 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, cavabdeh Polad Texno MMC ilə podratçı fiziki şəxs X9 arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Sumqayıt Superfosfat zavodunun ərazisində anbar binasında müxtəlif növ metalkonstruksiyalar qumlama üst ilə pasdan təmizlənib iki qat yerli boya ilə rənglənməli və sifarişçiyə, yəni Polad Texno MMC-yə təhvil verilməli idi. Həmin müqavilə əsasında ona orada iş təklif olunmuş və iki ay ərzində hər gün üçün 150 manat olmaqla, iki aya 4400 manat pul məbləğində vəsaitin ödənilməsi vəd edilmişdir. O, həmin iş təklifini qəbul etmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək orada işləmişdir. Lakin, onunla yazılı qaydada müqavilə bağlanmamış, vəd olunan 4400 manatdan ona cəmi 700 manat ödənilmişdir. Qalan 3700 manat pul isə ona bu günədək ödənilməmişdir. O, bununla bağlı cavabdehə ərizə ilə yazılı şəkildə müraciət etsə də, ərizəsinə bu günədək heç bir cavab verilməmişdir. Əmircan adlı işçi ona müqavilə bağlayacağını desə də, Əmircan, Elvin, Orxan adlı işçilər ona qalıq məbləği ödəyəcəklərini bildirsələr də, vədlərinə əməl etməmişlər. Məhkəməyə sübut qismində yalnız şikayətləri əsasında qəbul edilən qərarları təqdim edə bilir. Ona görə də Polad Texno MMC-dən 3700 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Polad Texno MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı iddia tələbini subyektiv hüququ olmadan qaldırmışdır. İddiaçı ilə Polad Texno MMC arasında hər hansı müqavilə və razılaşma mövcud olmamışdır. Belə razılaşma və ya müqavilənin olmadığı halda iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdehin Əmirca və Elvin adlı işçiləri olmamış, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir işin görülməsi tapşırılmamışdır. Ona görə də iddiaçının iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. X20 MMC ilə podratçı X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı müqavilənin surətindən müəyyən olunur ki, podratçı sifarişçinin sifarişinə əsasən sifarişçinin xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə əlaqədar Sumqayıt Superfosfat zavodunun ərazisində ambar binasında müxtəlif növ metalkonstruksiyaların qumlama üst ilə pasdan təmizlənib 2 qat yerli boya ilə rənglənməsini, sifarişçi isə işlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.-ci bəndindən müəyyən olunur ki, müqavilə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək qüvvədədir. Müqavilənin 5.1.-ci bəndindən müəyyən olunur ki, müqavilə üzrə görüləcək işin ümumi dəyəri 45000 manat təşkil edir və işlərin ümumi dəyəri bu müqavilə üzrə işlərin icrası ilə əlaqədar podratçının bütün xərclərini daxil edir və müqavilənin qüvvədə olduğu müddət ərzində artırıla bilməz. İddiaçı, X3, X10 və X7 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, onlar 2019-cu ilin sentyabr ayında özünü Superfostat zavodunun prorabı kimi təqdim edən Orxan Fərzəliyev və Əmircan adlı şəxslə tanış olmuşlar. Həmin şəxs Sumqayıt şəhəri Superfosfat zavodunun ərazisində anbar binasında müxtəlif növ metalkonstruksiyaların qumlama üsulu ilə pasdan təmizlənib 2 qat yerli boya ilə rənglənməsi işini onlara təklif etmiş, İddiaçı verdiyi hava vuran texnikanı işlətməyinə görə hər günə 150 manat hesabı ilə hər həftə sonu pulu ödəmək şərti ilə, X3, X10 və X7 ilə isə gördükləri boyama işinin hər kvadratına görə 3 manat ödənilməsi şərti ilə razılaşıb xx.xx.2019-cu il tarixdən işə başlamış və xx.xx.2019-cu il tarixdə işi dayandırmışlar. xx.xx.2019-cu il tarixdə İddiaçı özünə məxsus texnikanı Superfosfat zavodunun ərazisindən çıxarmışdır. Orxan Fərzəliyev adlı şəxs İddiaçı işlədiyi müddət ərzində əmək haqqı kimi üç dəfə cəmi 550 manat, X1, X5, X4 isə cəmi 600 manat pul ödəmişdir. Lakin sonradan Orxan hər dəfə bəhanələrlə əmək haqqını ödəməkdən boyun qaçırmağa başlamış, telefon zənglərinə cavab verməmiş, hazırda onun harada olması barədə məlumat yoxdur. Orxan Fərzəliyev ağ rəngli Nissan markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomaşın idarə edir. Sonradan məlum olmuşdur ki, Orxanın özünü Superfosfat zavodunun prorabı kimi təqdim etdiyi şirkət tamamilə başqadır. Belə ki, Bakı şəhərində olan Polad Texno MMC-nin direktorları X11 və Daşqın adlı şəxslərdir, podratçısı isə X6r. Ona görə də, müraciətin araşdırılaraq maddi ziyanın ödənilməsi üçün müvafiq qərar qəbul edilməsi xahiş olunur. İddiaçı tərəfindən Polad Texno MMC-yə ünvanlanmış pretenziyadan müəyyən olunur ki, İddiaçı 3700 manatın 10 gün müddətində ona ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı M.Məmmədovun xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, Sumqayıt Nəqliyyat-1 MMC-nin sürücüsü X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə aparılmış yoxlamanın nəticələrinə dair cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, İddiaçı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə verdiyi izahatında xx.xx.2019-cu il tarixdə təxminən saat 09:00 radələrində işə gələrkən ona məxsus Kaeser markalı kompressor aparatından oğurlanmış 2 ədəd betondağıdan alətin naməlum şəxs tərəfindən kompressor aparatının yaxınlığında zavodun hasarının dibinə atıldığını görüb həmin alətləri götürməsini göstərmişdir. Qərardan daha sonra müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə gecə saatlarında naməlum şəxslər İddiaçı məxsus, Sumqayıt Superfosfat zavodunun ərazisində yerləşən kaeser markalı kompressor aparatının yan qapılarının qıfılını sındıraraq alətlər qoyulan yerdən 2 ədəd betondağıdan aləti oğurlayaraq ona ümumilikdə 80 manat maddi ziyan vursalar da, xx.xx.2019-cu il tarixdə səhər saatlarında həmin alətləri oğurlayan naməlum şəxs, 2 ədəd betondağıdan aləti gətirib kompressor aparatının yaxınlığına atmış, İddiaçı əmlakının qaytarıldığını görüb şikayətçi olmadığını bildirmiş, araşdırma zamanı İddiaçı məxsus dəmir butkadan boyaların oğurlanması faktı öz təsdiqini tapmamışdır. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı T.T.Abdullayevin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı şikayəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilərək İddiaçı pulunu Super Fosfat ASC-dən almaq tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində Super Fosfat zavodunda işlədiyi əmək haqqını Daşqın adlı şəxsdən istədikdə sonuncu tərəfindən təhqir edilməsi və bıçaqla hədələnməsini bildirmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı izahatı alınmış Super Fosfat ASC-nin idarə heyətinin sədri X8 izahatında İddiaçı tanıdığını, Yaqubun xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Super Fosfat zavodunda kompressor aparatı ilə qumlama işləri gördüyünü, zavod ərazisində çalışan işçilərin pullarının vaxtlı-vaxtında iş icraçılarına verildiyini, Orxan adlı iş icraçısının Yaqubun pulundan bir hissəsini vermədiyi üçün Yaqubun zavoda müraciət etdiyini, ona pulunun tamlıqla Orxana verilməsi və pulunu Orxandan istəməsinin bildirildiyini, Super Fosfat ASC-nin investoru olan X18 Respublikasında yaşadığını, hörmətli insan olduğunu, qətiyyən Yaqub İsmayılovu təhqir etmədiyini, onu hədələmədiyini bildirərək Yaqubun pulunu ala bilmədiyi üçün Daşqın müəllimə böhtan atdığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qvazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı X20 MMC ilə podratçı X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı podrat müqaviləsinə əsasən görülməli işlərin cavabdeh tərəfindən ona həvalə edilməsini, gördüyü işlərin dəyərinə görə cavabdehin ona 3700 manat borcunun qaldığını bildirsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halları təsdiq edə biləcək hər hansı bir subutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş subutlarla müəyyən olunmuşdur ki, iddiaçının hələ 2019-cu ildə hazırkı tələbi ilə bağlı Super Fosfat ASC-yə qarşı Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də şiakayətləri araşdırılmış və ona Super Fosfat ASC-yə qarşı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Polad Texno MMC-yə qarşı 3700 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6029/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6029/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver