Məhkəmə qərarları › İş №2(001)-6041/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6041/2020

14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6041/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, X1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın faktiki sahiblik və istifadəyə verilməsi, əmlakın üzərindən qadağanın götürülməsi” tələbi üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri xx xxxxxxx 2020 -ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı mülkiyyət hüququ nəticəsində ona məxsus olan “Lexsus LX 570” minik, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun faktiki sahibliyinə verilməsi, həmin avtomobil üzərində mülkiyyət hüquqnun məhdudlaşdıran məhdudiyyətin aradan qaldıraraq həbsdən azad edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməz olduğuna görə ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. - 122.2, 122.2.2 və 122.2.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora, həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Qeyd olunan normaların məzmunundan da görünür ki, iddia ərizəsində irəli sürülmüş tələblərə (ərizələrə cavab verilməməsinin, cinayət işi üzrə qeyri – qanuni olaraq qərar çıxarılmağı hərəkətsizliyinin qeyri – qanuni hesab edilməsi, ərizələr əsasında araşdırma aparılması və cavab verilməsi, icraatda olan cinayət işinin yekunlaşdırılması və qərar verilməsi) mülki məhkəmə icraatında baxıla bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı mübahisənin cinayət prosesini həyata keçirilməsi ilə bağlı olmayan halda da mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü və 2.2.4-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi publik hüquq sahəsinə əmələ gələn mübahisələrə mülki deyil inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “əmlakın faktiki sahiblik və istifadəyə verilməsi, əmlakın üzərindən qadağanın götürülməsi” barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın, ona müvafiq tələblərlə yuxarı prokurora və məhkəməyə (məhkəmə nəzarəti qaydasında) və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar