Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6041/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə məcburi köçkün X3 arasında 02.12.2009-cu il tarixdə bağlanmış 6 saylı müqaviləyə əsasən, Nərimanov rayonu Səttərxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Xocavənd rayonu Salakətin kəndindən məcburi köçkün X1 4 nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 Nev Kom.-da 3 otaqlı 6 saylı mənzil müvəqqəti, yəni sakini olduğu Xocavənd rayonunun Salakətin kəndi işğaldan azad olunanadək ayrılmışdır. Cavabdeh dövlətin balansında olan ona və onun digər ailə üzvlərinə məcburi köçkün olduğu üçün müvəqqəti sığınacaq şəklində verilmiş Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə onun qardaşı İddiaçı1 ailə üzvü olaraq köçmüş, daha sonra Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülməsi üçün məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli 2(103)- 2054\2021 saylı qətnaməsinə əsasən Cavabdeh mənzilə köçürülmə tələbi təmin edilməmişdir. Cavabdeh uzun müddət Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilində yaşamasa da, özünə məxsus cehiz əşyalarını mənzildən aparmamışdır. Cavabdehə dəfələrlə özünə məxsus əşyaları mənzildən götürməsi təklif olunsa da, cavabdeh özünə məxsus əşyaları mənzildən aparmamışdır. Sonuncu dəfə Cavabdeh mənzilə gələrək özünə məxsus əşyaların şəklini çəkmiş, ona əşyalarını mənzildən çıxarması təklif olunsa da, cavabdeh icra məmuru ilə əşyalarını mənzildən götürəcəyini bildirmişdir. Mənzilə hər hansı bir hüququ olmayan, mənzildə yaşamayan cavabdehə məxsus əşyaların mənzildə qalması iddiaçı olaraq onların mənzildən istifadə hüquqlarına manelər yaradır. Ona görə də Cavabdeh məxsus cehiz əşyaları yataq dəsti, qorka, divan kreslonun cavabdeh tərəfindən Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı2 iddia ərizəsini müdafiə edib İddiaçı1 izahatını təsdiq etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə məcburi köçkün X3 arasında 02.12.2009-cu il tarixdə bağlanmış 6 saylı müqavilənin surətindən müəyyən olunur ki, Nərimanov rayonu Səttərxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Xocavənd rayonu Salakətin kəndindən məcburi köçkün X1 4 nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 Nev Kom.-da 3 otaqlı 6 saylı mənzil müvəqqəti, yəni sakini olduğu Xocavənd rayonunun Salakətin kəndi işğaldan azad olunanadək ayrılmışdır. Binəqədi rayon MKİS-in 22.07.2021-ci il tarixli 914 saylı arayışından müəyyən olunur ki, İddiaçı2 Xocavənd rayonundan məcburi köçkün olaraq Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilində müvəqqəti məskunlaşmışdır. Binəqədi rayon MKİS-in 22.07.2021-ci il tarixli 915 saylı arayışından müəyyən olunur ki, Hüseynov X4 rayonundan məcburi köçkün olaraq Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilində müvəqqəti məskunlaşmışdır. Binəqədi rayon MKİS-in 22.07.2021-ci il tarixli 913 saylı arayışından müəyyən olunur ki, Hüseynov X5 rayonundan məcburi köçkün olaraq Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilində müvəqqəti məskunlaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(103)-2054\2021 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iddiaçı Cavabdeh İddiaçı3 qarşı Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Ş. Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzili məcburi köçkün olan iddiaçılar İddiaçı1 və İddiaçı3 atası X1 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmış, hazırda həmin mənzildə iddiaçılar yaşamaqla mənzildən istifadə edirlər. Cavabdeh Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə köçürülməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: .... 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.5.-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən cavabdehin Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilinə hər hansı bir hüququnun olmadığı müəyyən edildiyindən həmin mənzildə yaşayan və mənzildən istifadə edən iddiaçıların cavabdehə məxsus cehiz əşyaları - yataq dəsti, qorka, divan-kreslonun cavabdeh tərəfindən Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzildən çıxarılmasına dair iddia tələbləri əsasalıdır, ona görə də təmin edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilində olan Cavabdeh məxsus cehiz əşyaları - yataq dəsti, qorka, divan-kreslo Cavabdeh tərəfindən Bakı şəhəri Ş.Məmmədova küçəsi 30/97 3 saylı evin 6 saylı mənzilindən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6041/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6041/2021
21.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver