Məhkəmə qərarları › İş №2(001)-6044/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6044/2022

17.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6044/2022 17.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dai iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun qardaşı vasitəsi ilə tanış olmuşdur. Qızı Zeynəb Universiteti bitirmiş, lakin işsiz idi. Ona iş axtarmaq məqsədi ilə cavabdehlə tanışlıq münasibəti yaratmışdır. Söhbət əsasında qızının işsiz olduğunu bildirmişdir. Cavabdeh onun tanışı olduğunu və kömək edə biləcəyini bildirmişdir. 09 oktyabr 2019-cu il tarixində ona qızını işə düzəltmək üçün 11.000 manat pul vermişdir. Müəyyən vaxt keçməsinə baxmayaraq cavabdehdən bir xəbər olmamış, onunla əlaqə saxlamış, cavabdeh bildirmişdir ki, ona 3.000 manat əlavə pul lazımdır. Həmin pulu cavabdehin hesab kartına Biləcəri qəsəbəsində yerləşən “Rahat” marketdə yerləşən ödəmə terminalı vasitəsilə ödəmişdir. Bundan sonra qızı xəstələnmiş və onun müalicəsi ilə məşğul olmuşdur. Bir müddət sonra cavabdehin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Elə bu məqsədlə də Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Müraciəti Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin baş təhqiqatçısı Kamandar Ələsgərovun icraatında olmuş, sonra isə Binəqədi RPİ-yə göndərilmiş və Nuru Həsənovun icraatına verilmişdir. Qərarın təsviri hissəsində göstərilir ki, cavabdeh 2019-cu il tarixində maddi vəziyyəti ilə əlaədar çətinlik çəkdiyi üçün ona müraciət etmiş, guya 3.000 manat borc pul məqsədi ilə almış, sonra da aldığı pulu hissə-hissə geri qaytarmışdır. Lakin pulun qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Dəfələrlə ona pulun qaytarılması barədə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirməklə imkanı yoxdur deyərək onun müraciətlərindən yayınır, bu günə kimi də pulu qaytarmır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı HK-1/1742 saylı ərizə əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı ilə 2003-cü ildə tanış olmuş, sonra isə yaxın münasibətdə olaraq qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış, lakin 2019-cu il tarixdən münasibətlərinin pisləşdiyi səbəbindən İddiaçı ayrılmış, Kəbirənin ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, yəni 2019-cu ildə maddi vəziyyəti ilə bağlı çətinlik çəkdiyi üçün İddiaçı 3.000 manat pulu borc məqsədi ilə almış, İddiaçı ona verdiyi 3.000 manat pulu onun tanıdığı şəxsdən öz adına faizlə götürmüş, həmin 3.000 manat pulu hissə-hissə qaytarmış, həmin vaxtdan sonra Kəbirədən borc pul almamış, həmçinin Kəbirədən qızı Zeynəb Əliyevanı işə düzəltməyi müqabilində ümumilikdə 12.000 manat pul almamış, sadəcə Zeynəbi təmənnasız olaraq tanışı Rafiq adlı şəxsdən işlədiyi firmada işə düzəlməsi üçün xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında təqdid edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan sonuncunun qızını işə düzəltmək məqsədilə 3.000 manat məbləğində pul almış, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh Polis İdarəsində qeyd olunan məbləği iddiaçıya qaytardığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3.000 manat məbləğində vəsait və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3.000 (üç min) manat məbləğində vəsait və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Binəqədi rayonu, 7 Mkr, S.S.Axundov küçəsi,1 Məhkəmə zalı № 5 İş № 2(001)-2554/2019. surət xx.xx.2019-cu il. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 73A İş üzrə iddiaçı: "xxxx" MMC-yə Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal, ev 38 İş üzrə cavabdeh: X1 Binəqədi Rayon Məhkəməsinin 2(001)-2554/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə Hakim: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar