Məhkəmə qərarları › İş №2(001)-605/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-605/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-605/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Aral Qrup MMC-yə və İnkom MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Aral Qrup MMC-yə və İnkom MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı cavabdeh İnkom MMC ilə xx.xx.2011-ci il tarixdə bağalanmış mənzil inşaat müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu 802/803-cü məhəllə K.Kazımzadə küçəsi ev 30E ünvanında yerləşən 4 otaqlı 275 kv.m. sahəsi olan 19 nömrəli üçün 820 000 ABŞ dolları ödəməyi razılaşmışdır. Qeyd olunan məbləğ xx.xx.2011-ci il tarixdə iddiaçı tərəfindən Aral Qrupun rəhbəri Ahmet Çetinə ödənilmiş, iddiaçıya xx.xx.2011-ci il tarixdə İnkom MMC-nin direktoru Tamer Pektaşın imzası ilə maliyyə arayışı təqdim edilmişdir. Müqavilə tərəfi İnkom MMC, hazırda İnkom MTK kimi fəaliyyət göstərir və onun qanuni təmsilçisi kimi göstərilən X8 Qrupunun rəhbəri Ahmet Çetinin həyat yoldaşıdır. İddiaçı DƏDRX-dən alınmış hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX serialı ******* nömrəli çıxarışda ünvan 1 ünvanında olan daşınmaz əmlakın ümumi sahəsi 210.5 kv.m. olması müəyyən edilmişdir. Belə olan halda artıq hesablanmış 64.5 kv.m. sahəyə görə iddiaçı tərərfindən 192 326 ABŞ dolları və yaxud hazırkı məzənnə ilə 326.95 manat ödənilmişdir. Bu fakt iddiaçıya bəlli olduqda o, artıq ödədiyi məbləğin qaytarılması üçün çoxsaylı müraciətlər etməsinə baxmayaraq, onu əvəzləmək üçün cavabdehlər tərərfindən dəfələrlə vədlər verilsə də, bu günə kimi cavabdehlər tərəfindən real addım atılmamışdır. Cavabdehlərin sadəcə vaxt uzatması iddiaçıya bəlli olduqda iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə göndərdiyi pretenziya məktublarına cavab verilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ünvan 2 ünvanında X3 Cəmiyyəti tərəfindən inşa edilən yaşayış binasında yerləşən 4 otaqlı 210.5 kv.m sahəsi olan 19 nömrəli mənzilə görə iddiaçı tərəfindən artıq ödənilmiş 192 326 ABŞ dollarının və yaxud hazırki məzənnə ilə 326 954 manatın və dövlət rüsumuna 618 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, tərəflər arasında mənzil inşaatı müqaviləsi bağlanarkən ümumi sahəsi 275 kv.m göstərilən mənzilə görə iddiaçı 820000 ABŞ dolları ödəmişdir. Danışıqlar bilavasitə Aral Qrup MMC-nin rəhbəri Ahmet Çetinlə aparılmış, pul vəsaiti də nəğd şəkildə həmin şəxsə ödənilmişdir. Lakin qəbz verilərkən Aral Qrup MMC-nin blankında İnkom MTK-nın ştampı və möhüründən istifadə edilmişdir. Eyni zamanda həmin günü avtomobil qarajının alınması üçün 50000 ABŞ dolları ödənilmişdir. Lakin xx.xx.2015-ci il tarixli 07584 nömrəli çıxarışıda sözügedən mənzilin ümumi sahəsinin 210.5 kv.m olması müəyyən edilmişdir. Belə olan halda 64 kv.m sahəyə görə iddiaçı tərəfindən əlavə ödəniş edilmişdir. Bu fakt iddiaçıya bəlli olduqdan sonra dəfələrlə həmin tikintiyə rəhbərlik etmiş şəxslə danışıqlar aparılmış olsa belə, müəyyən güzəştli alış-veriş olunması söhbətləri olduğu halda yekunda vədlərə əməl olunmamış və sonda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qiymət mənzilin sahəsinə görə müəyyən edilmiş, hər kvadratmetr üçün 3000 ABŞ dolları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarının, mənzillərin ümumi sahəsi otaqların, sanitar qovşağın, mətbəx, dəhliz olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsində yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarların, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın yuxarı yerləşdiyi sahə mənzilin ümumi sahəsinə aid edilmir. Qüvvədə olan qanunvericilik formalaşana qədər SSR qanunvericiliyinin tələbləri də mənzilin sahəsinin hazırda qüvvədə olan məcəllə ilə müəyyən olunan qaydada hesablamasını nəzərdə tuturdu. Mənzil tikinti müqaviləsində nəinki ara və çöl divarlar hesablanması, hətta ümumi liftin ətrafı kimi bütün binaya aid sahə də mənzil müqaviləsinə əlavə edilmişdir. Ondan əlavə vintilyasiya boşluqları, şaxtalarının ölçüləri də hesablanmışdır. Buna görə də iddiaçı tərəfindən tikinti şirkətinə pul ödənilmişdir. Təcrübə onu göstərir ki, ümumi sahə anlayışı deyəndə bəzi MTK-lar və MMC-lər fərqli yanaşırlar, əlavə ara divarların, kəsişmələrin altını, çöl divarlarını hesablayırlar. Lakin ümumi dəhlizin vintilyasiya şaxtalarını da hesablamaq praktikda görünməmişdir. Müqavilədə göstərilən şərtlərə əməl olunmamış, yəni mənzilin ümumi sahəsinə daxil olmayan sahələrə görə iddiaçıdan böyük məbləğdə pul vəsaiti alınmışdır. Oxşar məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3893/2023 nömrəli qətnaməsi vardır. Cavabdehlərin etirazları tam əssassızdır. Ona görə ki, İnkom MTK bilavasitə Aral Qrup MMC-nin nəzdində fəaliyyət göstərir, Aral Qrup MMC-nin rəhbəri Ahmet Cetin rəhbərlik edir. MM-nin 384.0.4-cü maddəsinin tələblərinə əsasən mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması ilə bağlı tələblərə iddia müddəti şamil edilmir. Ona görə də cavabdehlərin iddia müddətinin təbiqi ilə bağlı ərizələri əsassızdır. İddiaçı daşınmaz əmlaka dair dövlət reyestrdən çıxarış alandan sonra ölçü ilə bağlı MMC-yə, daha sonra da Ahmet Çetinə müraciət olunmuş, Ahmet Çetin də ölçülərdə fərqlilik olduğunu etiraf edib, həmin sahənin əvəzinə iddiaçıya əlavə qaraj təklif etmişdir. Daha sonra iddiaçıya qarajın sənədi təqdim edilmədiyindən, iddiaçı yenidən müraciət edərək, qaraj verilmirsə başqa güzəştlə əvəzləşdirmək üçün başqa əmlak verilməsini təklif etmiş, razılıq əldə olunmadığına görə iddiaçı məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Ahmet Çetini rəhbər olaraq tanıyır, danışıqlar onunla aparılmış, X9 Qrup MMC-nin rəhbəri, İnkom MTK isə sədri Ahmet Çetinin arvadı Nailə Çetindir. İnkom MTK formal olaraq Nailə Çetinin adına rəsmiləşdirilmişdir. Nailə Çetini nə danışıq prosesində, nə də ödəniş prosesində tanıyan və görən olmamışdır. Cavabdeh tərəfindən sənədlər təqdim edildikdən sonra iddiaçı başqa mütəxəssisə müraciət edərək mənzilinin sahəsini ölçdürüb, böyük fərq olunduğunu aşkar etdikdən sonra iddiaçı danışıqlara başlamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh İnkom MTK məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddia tələbinin əsası kimi İddiaçı onunla İnkom MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzil inşaatı müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin şərtlərinə görə İnkom MMC İddiaçı Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsi 802- 803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin E1 blokunun 5-ci mərtəbəsində mərtəbənin ümumi dəhlizinin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla 275 kv.m tikinti sahəsi olan 4 otaqlı, 19 saylı mənzil ilə təmin etməyi, sahib isə təmir xərcləri daxil olmaqla mənzilin ümumi dəyəri olan 820 000 ABŞ dolları məbləğində pul vəsaitini inşaatçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin predmeti İnkom MMC tərəfindən inşa edilmiş “Roseville” yaşayış massivindəki 4 otaqlı mənzil olmuşdur. Mənzilin ümumi sahəsi müqavilənin predmetinə aid deyil, yalnız mənzilin fərqləndirici əlaməti (parametri, ölçüsü) olaraq müqavilədə qeyd olunmuşdur. Yəni İnkom MMC sahibi hansısa ümumi inşaat sahəsi ilə deyil, bütövlükdə mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına dair hər hansı müddəa mövcud deyildir. Bu isə o deməkdir ki, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunduğundan fərqli olduğu (az və ya çox olduğu) təqdirdə mənzilə görə ödənilməli olan vəsaitin (mənzilin dəyərinin) azaldılması və ya artırılması imkanı tərəflərin razılaşması ilə nəzərdə tutulmamışdır. Bundan əlavə müqavilənin 1-ci bəndində mənzilin ümumi sahəsinin hesablanma qaydası da müəyyən edilmişdir. Həmin bəndə əsasən mənzilin ümumi sahəsinin hesablanması zamanı mərtəbənin ümumi dəhlizinin bir hissəsinin, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarların və kolonların tutduğu sahənin də nəzərə alınması qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış və mənzil inşaat müqaviləsi adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Podrat müqaviləsi üzrə tərəflər arasındakı hüquq münasibətlərini tənzimləyən qanunvericilikdə podratın nəticəsindən narazı qalan sifarişçinin istənilən vaxt müqavilədən imtina hüququ nəzərdə tutulmuşdur. Lakin podratın nəticələrindən narazı qaldığı halda istənilən vaxt müqavilədən imtina etmək hüququnun olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçı nəinki bu hüquqdan istifadə etməmiş, əksinə qüsurlu hesab etdiyi mənzili qəbul edərək, müqavilənin bağlanmasından sonra keçmiş uzun müddət ərzində müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi ilə bağlı qarşı tərəfə hər hansı tələb irəli sürməmiş, irad və ya etiraz bildirməmişdir. İddiaçının mülkiyyətində olan mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və ona DƏDR-dən müvafiq çıxarışın verilməsi üçün əsas İnkom MMC ilə iddiaçı arasında bağlanmış hər hansı müqavilə deyil, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı və pay haqqının ödənilməsi barədə maliyyə arayışı olmuşdur. Həmin sənədlərdə də mənzilin ümumi sahəsinin 217,14 kv.m. göstərilmişdir. Mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDRX təqdim edilməsi məqsədi ilə iddiaçıya bu sənədlər verildiyi zaman da o, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz bildirməmişdir. İddiaçı ilə İnkom MTK arasında mənzilin alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır. Belə bir müqavilə tərəflər arasında bağlana da bilməzdi, çünki qanunvericiliyin tələbinə görə MMC-dən fərqli olaraq mənzil-tikinti kooperativləri mənzillərin satışı ilə məşğul olmur, onlar yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə yaradılır. İddiaçı mənzil üzərindəki mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvü olaraq əmlak pay haqqını ödəmiş şəxs kimi MTK-nın verdiyi sənədlər əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh İnkom MMC arasında bağlanmış və mənzil inşaat müqaviləsi adlandırılmış xx.xx.2011-ci il tarixli müqavilə isə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 oktyabr 2019-cu il tarixli qərarında da qeyd etmişdir ki, əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanuna zidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir.” Göründüyü kimi, daşınmaz əmlak obyektləri barəsində bağlanan müqavilələr üçün qanunverici tərəfindən konkret bir forma müəyyən edilmişdir və yalnız bu formaya riayət edilməklə, yəni notariat qaydasında təsdiqlənməklə bağlanan müqavilələr qanuni və etibarlı hesab oluna bilər. Hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə isə mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozulmaqla bağlandığına görə əhəmiyyətsiz əqd olaraq etibarsız hesab olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar) Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1, və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini yeni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görədə hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünkü əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Daha sonra həmin qərarda qeyd olunur ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz....” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. (Qərardadın 14-cü bəndi.) Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. (Qərardadın 17-ci bəndi.) Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən yeni müddətin keçməsindən mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü özlüyündən etibarsızdır. (MM mad.337.3) Belə əqdlərin etibarsızlığı bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur. (MM maddə 329.1,340.1,340.2 və s.) Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsədə əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərcivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasında hüquqi mübahisəni həll edir. Odur ki ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Beləliklə, mülki prosessual qanunvericilyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarına və Ali Məhkəmənin qərardadına əsaslanaraq hesab edir ki, iddia tələbinin əsaslandırılması üçün iddiaçının istinad etdiyi xx.xx.2011-ci il tarixli mənzil inşaatı müqaviləsi qanuna zidd məcburi hüquq normalarının pozulması ilə bağlanmış əhəmiyyətsiz əqd olduğuna görə Mülki Məcəllənin 146.1 və 146.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığna görə həmin əqdin etibarsız hesab edilmsi üçün ayrıca tələbin irəli sürülüb-sürülməməsindən aslı olmayaraq hansı hüquqi nəticələrinin yaranmasına, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməsinə səbəb ola bilməz. İddia tələbinin əsaslandırılması üçün iddiaçı xx.xx.2011-ci il taqrixli mənzil inşaatı müqaviləsinə və Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının istinad etdiyi mənzil inşaat müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmış, bu tarixdən 1 il 6 ay sonra, yəni 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına hazırkı mübahisənin həlli zamanı tətbiq edilməsi MPM-nin tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikasının Konstitusiyasına və Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununa əsasən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. İddiaçının istinad etdiyi mənzil inşaat müqaviləsinin bağlandığı dövrdə mövcud olmayan və uzun müddət sonra qəbul edilmiş və qüvvəyə minmiş normativ hüquqi aktın hazırkı mühabisənin həlli zaman tətbiq edilməsi səhv nəticəyə gətrib çıxara bilər. İnkom MMC ilə İddiaçı arasında müqavilə bağlanan dövrdə hündür mərtəbəli binaların tikintisi fəaliyyəti sahəsində təşəkkül tapan işgüzar adətlərə uyğun olaraq yeni inşa olunan yaşayış binalarında mənzillərin satış qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilir və ödənilirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həmdə tərəflərin iradə ifadəsinin həqiqi mənasını bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafq hallar o cümlədən müqaviləyə qədər ki, danışıqlar və yazışmalar tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika işgüzar adətlər tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qarışıq müqavilələr təfsir edilərkən icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. (Mülki Məcəlləsinin 404.2 və 404.5-ci maddələri) Ona görə də İddiaçı cavabdehlər Aral Qrup MMC-yə və İnkom MTKya qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdeh İnkom MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini qəbul etməyib, məhkəməyə təqdim olunan İnkom MTK-nın etirazına uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, Heç bir fəaliyyəti olmayan Aral Qrup MMC-nin bu mübahisəyə heç bir aidiyyatı yoxdur. Aral Qrup MMC tikinti işləri ilə məşğul deyildir. MMC-nin işçisi belə yoxdur ki, məhkəmə nümayəndə qismində çıxış etsin, MMCnin hüquqlarını təmsil etsin, yeganə işçi direktor Ahmet Çetindir. İnkom MTK-da Ahmet Çetinlə danışıqların aparılması olubsa da, bu danışıqlar qanuni deyildir. X7 MTK-nın üzvlərindən biridir. İnkom MTK-nın nizamnaməsində Nailə Çetin sədr, Ahmet Çetin, X6 MTK-nın üzvüdir. Ahmet Çetinlə danışıqların aparılmasında qeyri-adi bir şey yoxdur. Müqavilə üzrə pul vəsaiti İnkom MTK-ya ödənilmiş, müqavilə İnkom MTK ilə bağlanmış, maliyyə arayışı İnkom MTK tərəfindən verilmişdir. İddiaçı tərəfindən 820000 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Qəbzdə nə Ahmet Çetinin, nə də Aral Qrup MMC-nin adı, Aral Qrup MMC-nin möhürü yoxdur. Qəbzdə ki, möhür İnkom MTK-nındır, imazaların Ahmet Çetinə aidiyyatı yoxdur. İddiaçıya təqdim olunan sənədlərdə möhür və imza İnkom MTKnın səlahiyyətli şəxsi olan Nailə Çetinə məxsusdur. İnkom müqavilə bağlanan zaman MMC olmuş, bina istismara qəbul edildikdən sonra MTK-ya çevrilmişdir. Ona görə də Aral Qrup MMC bu işə cavabdeh qismində cəlb edilməməlidir. İddiaçıya mübahisələndirilən müqavilə əsasında yox MTK-nın üzvü olaraq ümumi iclasın protokolundan çıxarış və pay haqqının ödənilməsi haqqında maliyyə arayışı təqdim olunmuşdur. Hər iki sənəd xx.xx.2015-ci il tarixdə verilmişdir. Həmin sənədlərdə mənzilin real ölçüləri 217 kv.m göstərilmişdir. Həmin vaxt iddiaçının artıq mənzilin sahəsi barədə məlumatlı olmuşdur. İddiaçının vəkilinin sonradan mütəxəssis dəvət olunaraq sahəni ölçdükdən sonra mənzilin sahəsinin əsil ölçüsünü öyrənməsi barədə arqumenti inandırıcı deyildir. Əqdə əsaslanan iddia tələbləri üzrə işə baxılarkən tərəflərin əqdi mübahisələndirib-mübahisələndirməməsindən asılı olmayaraq, məhkəmələr əqdin etibarlı olub-olması məsələsinə mütləq baxmalıdır. Tərəflər arasında 2011-ci ildə bağlanmış müqavilədən 1 il 6 ay keçəndən sonra qəbul edilmiş məcəllənin geriyə qüvvəsi ola bilməz. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin ölçülməsi qaydası müəyyən edilmişdir. Belə ki, müqavilədə ümumi dəhlizin bir hissəsi, eyvan, silkuliyasiya boşluğu, çöl, daxili divarlar və kalonların tutduğu sahə də daxil olmaqla nəzərə alınması göstərilir. Tərəflər azad surətdə müqavilə şərtlərini müəyyənləşdirib, qiymət barədə razılığa gələrək müqaviləni bağlamışlar. Müqavilədə də mənzilin dəyəri mənzilin sahəsinə bağlı deyildir, ümumi qiymət müəyyən edilmişdir. Mənzilin sahəsi fərqləndirici əlamətlərindən biri kimi göstərilmişdir. Mənzilin qiyməti mənzilin yerləşdiyi mərtəbəyə, otaqların sayına görə, eyvanın mənzərəsinə görə müəyyən edilibdir. O, Ahmet Çetindən iddiaçı ilə mənzilin sahəsi barədə danışıqlar aparılması barədə soruşmuş, Ahmet Çetin xatırlamadığını ona demişdir. Mənzilin sahəsində iddiaçının dediyi kimi çatışmamazlıq varsa, əlavə hansısa məbləğin geri tələb edilməsi əssassızdır. Tərəflər araında bağlanış müqavilə podrat müqaviləsidir. Podrat müqaviləsinin müddəalarına görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, sonradan qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. İddiaçı vaxtında mənzilin sahəsinin onun istədiyi ölçüdə olmadığını bililərək həmin vaxt pretenziya irəli sürə bilərdi, pulunu geri tələb edə bilərdi. Amma müqavilə bağlandığı gündən 12 il, çıxarış alındığı gündən 7 il keçdikdən sonra iddiaçı belə tələb irəli sürmüşdür. Daşınmaz əmlakla bağlı müqavilələrdən irəli gələn iddia müddəti 6 il təşkil etdiyi halda iddiaçı 7 ildən sonra, yəni 2015-ci ildə çıxarışı, ondan bir müddət əvvəl də maliyyə arayışını, ümumi iclasın protokolundan çıxarışı aldıqdan sonra artıq hüquqlarının pozulduğunu bilmiş, lakin iddianı 7 il keçəndən sonra vermişdir. Mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddiaçının vəkilinin arqumenti əsassızdır. Belə ki, iddianın əsası sırf pul tələbidir, müqavilədən irəli gələn öhdəliyin yerinə yetirilməməsidir. Bu da mülkiyyət hüququnun müdafiəsi ola bilməz. Ona görə də iddiaçının tələbi müqavilədən irəli gələn tələb olduğuna görə iddia müddəti tətbiq olunmalıdır. Cavabdeh Aral Qrup MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi onunla İnkom MTK arasında bağlanmış mənzil inşaatı müqaviləsinə istinad etmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, mənzil inşaatı müqaviləsi hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonunun inzibati ərazisinə aid olan İkom MMC ilə bağlanmış, maliyyə arayışına görə, mənzilin dəyəri iddiaçı tərəfindən İnkom MMC-yə ödənilmiş, mənzil sertifikatı iddiaçıya İnkom MMC tərəfindən verilmişdir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi bina İnkom MMC tərəfindən inşa edilmişdir. Pretenziya məktubu da iddiaçı tərəfindən məhz cavabdeh İkom MMC-yə ünvanlanmışdır. İddia ərizəsində ikinci cavabdeh kimi göstərilmiş Aral Qrup MMC ilə İddiaçı arasında heç bir əlaqə, hüquqi münasibətlər mövcud olmamışdır. Onların arasında hər hansı əqd bağlanmamış, müqavilə imzalanmamış, qarşılıqlı öhdəliklər yaranmamışdır. Digər cavabdeh İnkom MMC ilə də Aral Qrup MMC-nin heç bir əlaqəsi, bağlılığı, hüquqi münasibətləri yoxdur. İddiaçının nümayəndəsinin güya İnkom MMC-nin Aral Qurup MMC-nin tərkibinə daxil olması, ödəniş qəbzinin Aral Qrup MMC-nin rekvizitləri olan blankda təqdim olunması və sair bu kimi arqumentləri tam əsassızdır və heç bir sübutlarla təsdiq olunmur. İddiaçının təqdim etdiyi və iş materiallarında olan qəbzin surətindən də görünür ki, həmin sənəd İnkom MMC-nin möhürü ilə təsdiq edilmiş və orada nə Aral Qrup MMC-nin adı, ünvanı, VÖEN-ni və ya rekvizitləri, nə onun qanuni təmsilçisi Ahmet Çetinin adı qeyd olunmamış, nə də A.Çetinin imzası mövcuddur. Yalnız qəbzin yuxarı hissəsində Ara Qrup yazısı və ünvan qeyd edilmişdir ki, bunların də heç biri Aral Qrup MMC ilə əlaqələndirilə bilməz. Məlumat üçün qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet resursu olan taxes.gov.az saytında Kommersiya qurumlarının dövlət reyestri məlumatları üzrə axtarış zamanı X10 MMC (VÖEN: **********) məlumat əldə olunur. Bundan əlavə, iş materiallarına əlavə olunmuş, mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı da İnkom MMC-nin direktoru tərəfindən imzalanmış və MMCnin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda Aral Qrup MMC-nin hazırkı iddiaya cavab verməli olan şəxs olmadığına görə ümumiyyətlə onun cavabdeh qismində cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Ona görə də İddiaçı cavabdehlər Aral Qrup MMC-yə və İnkom MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh Aral Qrup MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Aral Qrup MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Aral Qrup MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 422. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin hesablanması qaydaları”: Bənd 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir.Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Bənd 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. Bənd 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. Bənd 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Bənd 3.6. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr - yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır. Döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Binanın müxtəlif hissələrində müxtəlif sayda mərtəbələr olarsa, həmçinin bina maillik olan sahədə yerləşdikdə və maillik hesabına mərtəbələrin sayı dəyişdikdə mərtəbəlik binanın hər bir hissəsi üçün ayrıca təyin edilir. Bənd 3.7. Yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir.Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İnşaatçı İnkom MMC ilə sahib İddiaçı arasında xx.xx.2011-ci il tarixdə aşağıdakı məzmunda mənzil inşaatı müqaviləsi bağlanmışdır: 1.Müqavilənin əhatə dairəsi: İnşaatçı inşaat sənayesində mövcud olan işgüzar adətlərə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan plan və spesifikaya uyğun olaraq Bakı şəhəri Nərimanov rayonu Kazımzadə kücəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış maüssivinin E1 blokunun 5 mərtəbəsində sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi eyvan sirkulyasiya boşluğu çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brüt 275.kv.m. tikinti sahəsi olan 4 otaqlı 19 saylı mənzil ilə təmin etməyi öhdəsinə götürür. Bu müqavilədə başqa hal nəzərdə tutulmazsa inşaatçı mənzilin inşaatını başa çatdırılması üçün lazımı olan bütün materiallar işçi qüvvəsi və avadanlıqları öz vəsaiti hesabına təmin edir. İnşaatçının adətən müraciət etdiyi təchizat mənbələrindən spesifikaqsiyada nəzərdə tutulan xüsusiyyətlərdə materialları əldə etmək imkanı olmadıqda həmin materialları əldə etmək imkanı olmadıqda həmin materialları eyni dizayın və kefiyyətə malik digər materiallarla əvəz etmək hüququna maqlik olur. 2.İnşaatın maliyyələşdirilməsi: Sahibin bu müqavilə çərçivəsində yerinə yetirilməli olan işləri maliyyələşdirmək üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixə sahib müvafiq ödənişləri icra etməzsə yaxud inşaatçıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə yaxud inşaatçıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə inşaatçı müqviləyə xitam vermək hüququna malik olur.

3. Müqavilənin məbləği və ödənişi: Mənzilin ümumi dəyəri təmir xərcləri daxil olmaqla 820 000 ABŞ dolları məbləğində müəyyən olunur. Bu müqavilə bağlanıldığı ana sahib inşaatçıya mənzilin ümumi dəyərini tam şəkildə ödəyir. 7.Mənzil üzərində hüquqların rəsmiləşdirilməsi: Sahib mənzilin dəyərini tam ödədiyi halda inşaatçı mənzilin inşaatı başa çatdırıldıqda onu sahibə təhvil verir və sahibin inşaatçıdan tələb etdiyi halda mənzil üzərində hüquqların rəsmiləşdirilməsi üçün sahibə kömək edir. Yekun ödəniş bir şərtlə yerinə yetirilmiş hesab edilir ki, tərəflər arasında başa çatdırılmamış məsələlərin olduğunu nəzərdə tutan yazılı sənəd mövcud olmasın. 8.Tərəflərin məsuliyyəti: Bu müqavilə ilə müəyyən edilən öhdəlikləri icra etməmiş və ya lazımi şəkildə icra etməmiş tərəf bunun nəticəsində digər tərəfə vurduğu ziyanı tam şəkildə ödəməlidir. Sahib mənzil inşa edilənə qədər bu müqaviləyə xitam verilməsini tələb edərsə mənzil üçün ödədiyi vəsaiti, yalnız mənzil üçüncü şəxslərə satıldıqdan sonra geri alacaqdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış İMS N 000150 saylı xx.xx.2011-ci il tarixli Mənzil sertifikatından müəyyən olunur ki, mənzil sertifikatının sahibi olan İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin E1 blokunun 5-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 275 kv.m., yaşayış sahəsi 214 kv.m., qeyri-yaşayış sahəsi 61 kv.m. təşkil edir. İnkom MMC-nin xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin E 1 blokunun 5-ci mərtəbəsində sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brüt 275 kv.m. tikinti sahəsi olan 4 otaqlı, 19 saylı mənzilin dəyəri İnkom MMC-yə tam olaraq ödənilmiş, mənzil sahibinin MMC-yə qeyd olunan mənzil ilə bağlı borcu yoxdur. Aral Qrup MMC-yə məxsus xx.xx.2011-ci il tarixdə direktor Tamer Pektaş tərəfindən imzalanan İnkom MMC-nin möhürü ilə təsdiqlənən qəbzin surətindən müəyyən olunur ki, X1 E-1 blok 5-ci mərtəbə sahəsi 275 kv.m. olan 19 saylı mənzilə görə 820000 ABŞ dollarını ödəmişdir. Aral Qrup MMC-yə məxsus xx.xx.2011-ci il tarixdə direktor Tamer Pektaş tərəfindən imzalanan İnkom MMC-nin möhürü ilə təsdiqlənən qəbzin surətindən müəyyən olunur ki, İddiaçı E-1 blok 5-ci mərtəbə sahəsi 275 kv.m. olan 19 saylı mənzilə görə 50000 ABŞ dollarını ödəmişdir. İnkom MTK üzvlərinin ümumi yığıncağının 29 saylı xx.xx.2015-ci il tarixli ümumi yığıncağının protokolundan çıxarışdan müəyyən olunur ki, Ç.Nailənin sədrliyi, Ç.Ahmetin katibliyi ilə keçirilən ümumi yığıncağın gündəliyində MTK-da payçılara məxsus yaşayış sahələrinin payçıların razılığı ilə bölüşdürülməsi məsələsi müzakirə olunaraq ümumi yığıncaq İddiaçı kooperativə üzv qəbul olunmaqla ona İnkom MTK-nın ünvan 5 ev 30E, E1-blok 6-cı mərtəbə, ümumi sahəsi 217,14 kv.m., yaşayış sahəsi 125,12 kv.m. olan 4 otaqlı 19 saylı mənzilinin düşməsi təsdiq edilərək, ailə tərkibi bir nəfər olan İddiaçı aid sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. İnkom MTK-nın baş mühasibi X.Fərhadov, sədri N.Çetin tərəfindən imzalanan və MTK-nın möhürü ilə təsdiqlənən xx.xx.2015-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən yaşayış binaları (30, 30A, 30B, 30C, 30D, 30E) İnkom MTK-nə məxsusdur. Bu binaların ev 30E, E1-blok 6-cı mərtəbə, ümumi sahəsi 217,14 kv.m., yaşayış sahəsi 125,12 kv.m. olan 4 otaqlı 19 saylı mənzilinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və İnkom MTK-nə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidəmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30e saylı evin 19 saylı, sahəsi 210,5 kv.m. olan mənzilinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2405 nömrəli reyestr kitabının 223865 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30e saylı evin 19 saylı mənzilinə dair xx.xx.2015-ci il tarixdə tərtib olunan texniki pasportdan müəyyən müəyyən olunur ki, 10 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşməklə dörd yaşayış otağı, dörd sanitar qovşağı, bir giriş, bir dəhliz, iki qarderob, bir eyvan və bir mətbəx tikililərindən ibarət olmaqla yaşayış otaqlarının sahəsi 128,5 kv.m., köməkçi otaqların sahəsi 82 kv.m. təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/312 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin hesablanması qaydaları”na əsasən, ünvan 6 ünvanında yerləşən 19 saylı mənzilin (təmirsiz vəziyyət əsas götürülməklə) ümumi sahəsinin 210,5 kv.m., mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları təbiq olunmadıqda) 216,1 kv.m. təşkli etdiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, aparılmış hesablamalar nəticəsində sözügedən mənzilin daxili mənzilin daxili divarlarının altına düşən sahə nəzərə alınaraq hesablandıqda ümumi sahənin 232 kv.m. olduğu müəyyən edilmişdir. Rəydən daha sonra məyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 19 saylı mənzilin ümumi sahəsi (210,5 kv.m.) ilə xx.xx.2011-ci il tarixli mənzil inşaat müqaviləsi göstərilən (275 kv.m.) sahə arasında 64,5 kv.m.fərq ümumi dəhlizin bir hissəsinin, eyni zamanda eyvanın, sirkulyasiya boşluğunun, çöl divarların, daxili divarların və kolonların tutduğu sahələr daxil edilməklə hesablanması səbəbindən olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İddiaçı İnkom MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziyalardan müəyyən olunur ki, İddiaçı onunla xx.xx.2011-ci il tarixdə İnkom MMC-nin bağladığı mənzil inşaatı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən 4 otaqlı sahəsi 275 kv.m. olan 19 nömrəli mənzilə görə 820 000 ABŞ dollarını xx.xx.2011-ci il tarixdə ödəməsini, bu barədə ona xx.xx.2011-ci il tarixdə İnkom MMC-nin direktoru Tamer Pektaşın imzası ilə maliyyə arayışı təqdim edilməsini, lakin DƏDRX-dən alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nöməli çıxarışda ünvan 8 ünvanında olan daşınmaz əmlakın ümumi sahəsinin 210.5 kv.m. müəyyən edilməsi, artıq hesabladıqları 64.5 kv.m. sahəyə görə tərəfindən ödənilmiş 192326 ABŞ dolları və yaxud hazırki məzənnə ilə 326954 manat ödədiyini, bu fakt ona bəlli olduqdan sonra artıq ödədiyi məbləğin qaytarılması üçün İnkom MMC-yə çoxsaylı müraciətlərinə baxmayaraq onu əvəzləmək üçün MMC tərəfindən dəfələrlə vədlər verilsədə bu günə kimi real addım atılmadığını, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzilin ümumi sahəsinin otaqların yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə lociyaların, eyvanların şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanması, həmin Məcəllənin 59.3-cü maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, sobanın yerləşdiyi sahə də mənzilin sahəsinə aid edilmədiyi bildirilərək, mülkiyyətində olan mənzilə artıq hesabladıqları 64.5kv.m sahəyə görə tərəfindən ödənilmiş 192326 ABŞ dollarının və yaxud hazırki məzənnə ilə 326954 manatın 15 gün müddətində qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, mənzilə dair müqavilə onun həyat yoldaşı İddiaçı ilə bağlansa da, bütün işlər bilavasitə onun tərəfindən aparılmış, mənzilin pulunu Ahmet Çetinə hər kv.m. üçün 2-3 ABŞ dolları fərqlə 3000 ABŞ dolları olmaqla onun tərfindən ödənilmiş, sonuncu ona sahəsi 275 kv.m olan mənzil satmış, o da, Ahmet Çetinə inanmışdır. 2015-ci ildən hal-hazıradək mənzildə yaşayış vardır. 2017-ci ildə onlara satılan mənzilin sahəsinin 275 kv.m əvəzinə 217 kv.m. olması məlum olmuşdur. Bu o deməkdir ki, ona 65 kv.m. yəni 30 faiz artıq mənzil sahəsi yazılmışdır. Bununla bağlı o, 2017-ci ildə Ahmet Çetinlə görüşüb danışmış, Ahmet Çetin həmin sahənin əvəzində onlara qaraj verəcəyini demişdir. 2015-ci ildə kvadratın fərqini biləndə Ahmet Çetin ona “səs etmə, digər bina sakinləri də bilib, mənə qarşı iddia qaldıracaqlar” demişdir. Daha sonra Ahmet Çetin vaxtı uzatmaqla onu aldatmış, qarajı verməmişdir. 2020-ci ildə o, lisenziyası olan təşkilatdan mütəxxəsis dəvət edib mənzilin sahəsini ölçdürmüşdür. Bundan sonra o, vəkilə müraciət etməmişdən 1 ay əvvəl Ahmet Çetinlə yenidən danışanda, sonuncu ona “kefim belə istəyir, vermirəm” cavabını verdiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanında yerləşən 4 otaqlı sahəsi 275 kv.m. olan 19 nömrəli mənzilə görə artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir, cavabdehlərdən Aral Qrup MMC iddia tələbinin ona aidiyyətinin olmadığını, iddiaçının iddia müddətini ötürdüyünü, İnkom MTK isə iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil verildiyini, xx.xx.2011-ci il tarixli müqavilənin əhəmiyyətiz əqd olduğunu, iddiaçının iddia müddətini ötürməsini bildirir. İşin hallarından isə müəyyən olunur ki, inşaatçı İnkom MMC ilə sahib İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış mənzil inşaatı müqaviləsinə əsasən inşaatçı inşaat sənayesində mövcud olan işgüzar adətlərə və müqavilənin ayrılmaz tərkib hissəsi olan plan və spesifikaya uyğun olaraq Bakı şəhəri Nərimanov rayonu Kazımzadə kücəsindəki 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış maüssivinin E1 blokunun 5 mərtəbəsində sahibi, 275.kv.m. sahəsi olan 4 otaqlı 19 saylı mənzil ilə təmin etməyi öhdəsinə götürmüş, sahib tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. İnkom MMC-nin təşkilatı hüquq forması dəyişilərək MTK-ya çevrildikdən sonra K.R. Cəfərova İnkom MTK-ya xx.xx.2015-ci il tarixdə üzv qəbul edilmiş, onun MTK-da olan 30E, E1-blok 6-cı mərtəbədə yerləşən 4 otaqlı 19 saylı mənzildən ibarət olan payının dəyərini ödəməsi və İnkom MTK-ya borcunun olmadığı MTK tərəfindən təsdiq edilmiş, MTK tərəfindən tərtib edilən sənədlərdə mənzilin sahəsi 217,14 kv.m. olaraq göstərilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdə iddiaçının Bakı şəhəri Nərimanov rayonu 802\803-cü məhəllə Kazım Kazımzadə küçəsi 30e saylı evin 19 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidəməti tərəfindən mülkiyyət hüququ qeydə alınarkən mənzilin sahəsinin 210,5 kv.m. olması müəyyən olmuşdur. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə sözügedən mənzilin faktiki ölçülərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidəməti tərəfindən verilən RX seriyalı ******* saylı çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İşin müəyyən edilən faktiki hallarından aydın olur ki, iddiaçının irəli sürdüyü dəlillər əsaslıdır, yəni bağladığı müqaviləyə əsasən faktiki olaraq ona 64,5 kv.m. az yaşayış sahəsi təhvil verilmiş, baxmayaraq ki, o, müqavilə bağladığı İnkom MMC-yə (hazırda İnkom MTK) müqavilədə qeyd olunan məbləği tam olaraq ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sübut etməli hal burada bitmiş hesab olunur. Mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmamasını əsaslandırmaq artıq cavabdeh İnkom MTK üzərinə düşür. Cavabdeh İnkom MTK isə bu halı hər hansı əsaslı dəlillərlə əsaslandıra, məhkəmə iclasında iştirak edən nümayəndəsi isə inşa edilmiş mənzilin sahəsinin hansı normativ akta, qaydalara əsasən hesablanmasını məhkəməyə izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Ona görə də məhkəmə cavabdeh İnkom MTK-nın mənzilin dəyərinin mənzilin hər kv.m. görə formalaşmamasına dair etirazında istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə cavabdeh İnkom MTK-nın tərəflər arasında bağlanmış əqdin etibarsız olmasına dair etirazında istinad etdiyi dəlillərə münasibət bildirib qeyd edir ki, qanuna əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi tələb olunduğundan, iddiaçını yaratdığı MTK-ya üzv olaraq qəbul edən, podrat müqaviləsi üzrə inşa edilmiş mənzilə görə ödənilmiş məbləği pay dəyəri olaraq qəbul edən cavabdehin hazırda müqaviləni əhəmiyyətsiz hesab etməsi tərəflər arasında bağlanan müqavilənin 8-ci bəndində müəyyən olunan müqavilə öhdəliklərinin lazımı qaydada icra etmədiyinə görə vurulmuş maddi ziyanı ödəmək məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə iddiaçının tələbinə iddia müddətinin təbiqinə dair ərizələrə münasibət bildirib qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: ...Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzilə dair mülkiyyət hüququları qeydə alındıqdan sonra iddiaçıya müqaviləyə əsasən təhvil verilmiş mənzilin sahəsinin 64,5 kv.m. az olması məlum olmuş, iddiaçı həyat yoldaşı vasitəsi ilə İkom MTK-nı yaradan üzvlərindən biri olan Ahmet Çətinə müraciət etmiş, bundan sonra MTK tərəfindən öhdəliklərin lazımı qaydada icra olunması üçün tərəflər arasında danışqlar aparılmış, MTK öhdəliyini lazımi qaydada icra etmədiyini etiraf edərək onu yaradan üzvü Ahmet Çetin vasitəsi ilə iddiaçıya başqa sahə veriləcəyini vəd etmiş, tərəflər arasında bu vədin icra olunması üçün uzun müddət danışıqlar aparılmış, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddiaçı İnkom MTK-ya pretenziyalar göndərmiş, həmin pretenziyalarda cavabdehə “ünvan 8 ünvanında olan daşınmaz əmlakın ümumi sahəsinin 210.5 kv.m. müəyyən edilməsi, artıq hesabladıqları 64.5 kv.m. sahəyə görə tərəfindən ödənilmiş 192326 ABŞ dolları və yaxud hazırki məzənnə ilə 326954 manat ödədiyini, bu fakt ona bəlli olduqdan sonra artıq ödədiyi məbləğin qaytarılması üçün çoxsaylı müraciətlərinə baxmayaraq onu əvəzləmək üçün ona dəfələrlə vədlər verilsədə bu günə kimi real addım atılmadığını” xatırlatmışdır. Məhkəmə qeyd edir ki, iddia müddətinin ötürülməsinə dair ərizə verən cavabandehlər ərizələrində istinad etdikləri halları sübut etmək vəzifəsi daşısalar da, İnkom MTK-nın nümayəndəsi MTK-nın üzvü olan Ahmet Çetinin iddiaçı tərəflə belə danışıqların aparılmasını xatırlamadığını bildirməklə kifayətlənmiş, ərizəsində istinad etdiyi halı sübut emək üçün Ahmet Çətinin izahatının alınması, iddiaçının pretenziyalarında qeyd olunan faktlarla bağlı MTK tərəfindən hansı cavabın verilməsini, yəni iddiaçının vəsatəti əsasında, məsuliyyəti barədə xəbardar edilməklə dindirilən şahidin ifadəsində qeyd etdiyi xüsusatları təkzib edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehlərin iddia təlbinə iddia müddətinin təbiq edilməsinə dair ərizələrini əsassız hesab edib, qəbul etmir. Belə ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Öhdəliyin icrası üçün möhlət istənməsi və bu kimi digər mühüm hallar, sonradan hüquqdan suistifadə edilərək öhləyin icra edilməməsindən və ya vurulmuş maddi ziyanın ödənilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı müqavilə şərtlərinin məhz cavabdeh İnkom MMC (hazırda İnkom MTK) tərəfindən pozulması öz təsdiqini tapdığından, İddiaçı cavabdeh İnkom MTK-ya qarşı müqavilədə nəzərdə tutulan və iddiaçıya verilməyən 64,5 kv.m. sahəyə görə 192326 ABŞ dolları tələbi əsaslıdır. Ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməli, məhkəmə xərcləri cavabdeh İnkom MTK-ya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İnkom MTK-dan maddi ziyana görə 192 326 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 618 manat İddiaçı xeyrinə tutulsun. İnkom MTK-dan ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar