Məhkəmə qərarları › İş №2(001)-609/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-609/2020

29.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-609/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh 3.190 manat məbləğində vəsait və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdən 2016-cı ilin dekabr ayınadək “Sanimed" şirkətində tibb nümayəndəsi vəzifəsində işləmiş, əsas vəzifəsi şirkətin dərmanlarını şəhərdə yerləşən müxtəlif apteklərə paylamaq olmuşdur. Həmin vaxt Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən “xxxxx” aptekin sahibi Cavabdehla tanış olmuş və onunla razılaşmışlar ki, nisyə şəklində ona dərman vasitələri versin, o isə dərmanlar satıldıqca ona hər ay pulunu ödəyəcəkdir. İlk əvvəl cavabdeh satılmış dərmanların pulunu vaxtında ödəsə də, 2016-cı ilin yay aylarında cəmi 3.190 manat məbləğində verdiyi dərmanların pulunu bu gunədək ona qaytarmaqdan imtina edir. Belə ki, cavabdeh 2016-cı ilin oktyabr ayında ona məxsus apteki “Avromed” şirkətinə icarəyə verdiyini və ona olan borcunu yaxın zamanlarda qaytaracağını bildirsə də, sonralar onu polis vasitəsilə tutduracağı ilə hədələməyə başlamışdır. Bir müddət sonra isə telefon nömrəsini qara siyahıya salmışdır ki, o, pula görə onu narahat etməsin. O da artıq başa düşmüşdür ki, cavabdehin pulu qaytarmaq niyyəti yoxdur. Onun bu qanunsuz hərəkətlərindən polisə şikayət etmiş, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqıqatçısı Arif Qarayev xx xxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, həmçinin məsələ mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-609/2020 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 3.190 manat məbləğində vəsait və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-609/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı əgər saxta dərmanların satışı ilə məşğul olurdusa, o zaman ondan aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Lakin o, bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçını tanımamışdır, iddiaçı iki il müddətində aptekə gəlib dərman verirmiş, amma onun bundan xəbəri olmamışdır. Ona işçisi tərəfindən bildirilmişdir ki, iddiaçı aptekə saxta dərmanlar verirmiş. İddiaçı həmin dərmanların üzərinə pul qoyub satırdı. O, məsələdən xəbər tutduqdan sonra iddiaçını aptekdən qovmuşdur. O, sonra apteki dərmanlar ilə birlikdə “Avromed”ə təhvil vermiş və aptek “Avromed”də təhvil verildikdə iddiaçının dərmanları aptekdən çıxardılmışdır. 2016-cı ildə iddiaçının işlədiyi şirkətdə belə saxta işlərə görə bir neçə şəxs həbs olunmuşdur. Sonra ona məlum olmuşdur ki, iddiaçının hərəkətləri nəticəsində ona 8.500 manat məbləğində ziyan dəymişdir. Belə ki, iddiaçının dərmanları satıldığından onun öz dərmanları satılmamış, nəticədə də onların istehlak müddəti bitmişdir. İddiaçı dərmanları verəndə müqavilə və qaimə tərtib etməlidir. Əgər belə sənədlər varsa, iddiaçı onları təqdim etsin. İddiaçının qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəməişmateriallarınıaraşdırıb, proses iştirakçılarının izahatlarınıdinləyib, toplanmışsübutlarahüquqiqiymətverərəkhesabedirki, iddiatəminedilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Arif Qarayev tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı iddiası mülki xarakater daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, 2014-2016-cı ilin dekabr ayınadək tibbi nümayəndə kimi özəl tibbi şirkətdə işləmiş, əsas vəzifəsi şirkətin dərmanlarını şəhərdə yerləşən müxtəlif apteklərə paylamaq olmuşdur. Həmi vaxt Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən aptekin sahibi Cavabdehla tanış olmuş və onunla razılaşmış ki, nisyə şəklində ona dərman vasitələrini versin, o isə dərmanlar satıldıqca ona hər ay pul ödəməli idi. Habil satılmış dərmanların pulunu vaxtında ödəsə də, 2016-cı ilin yay aylarından cəmi 3190 manat məbləğində verdiyi dərmanların pulunu ona qaytarmaqdan imtina edir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, 2014-cü il tarixdən 2016-cı il tarixədək Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “xxxxx” aptekin rəhbəri olmuş, 2016-cı ildə həmin apteki Avromed Şirkətinə icarəyə vermişdir. İddiaçı şikayət ərizəsi ilə tanış olmuş, bununla bağlı bildirmişdir ki, o, 2014-cü il tarixdən 2016-cı il tarixədək rəhbərlik etdiyi aptekə nisyə olaraq müxtəlif dərmanlar gətirmiş, həmin dərmanların üstünə qazanc əldə etmək üçün bir qədər pul qoyub satdıqdan sonra onun pulunu tam şəkildə ödəmişdir. Sonradan Məhəbbətin qeyri rəsmi işlədiyi və dərmanları onun üçün götürdüyü “Sanimed” tibb şirkəti bağlanmış, həmin şirkətin rəhbərliyi barəsində cinayət işi başlanmışdır. İstintaq davam etdiyi müddət ərzində Məhəbbət bircə dəfədə olsa borcu olması barədə ona heç nə deməmişdir. Lakin, cinayət işi məhkəməyə getdikdən sonra o, bir neçə dəfə ona zəng edərək, 1.700 manat borcunun olmasını demişdir. O, isə cavabında ona heç bir borcu olmadığını, verdiyi dərmanların pulunu tam şəkildə ödədiyinini bildirmişdir. Mallar ona verilərkən aralarında heç bir sənəd tərtib edilməmişdir. xx xxxxxxx 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında dərman preparatlarının nisyə alqı-satqısı ilə bağlı şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı ümumi dəyəri 3.190 manat olan dərman preparatlarını cavabdehə satmağı, cavabdeh isə onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğdə dərman preparatlarını iddiaçıdan aldığını cavabdeh Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində izahat verərkən təsdiq etmiş, lakin həmin malların dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, dərman preparatlarının dəyərini iddiaçıya ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 3.190 manat məbləğində vəsaiti iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.190 manat məbləğində vəsait və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3.190 (üç min bir yüz doxsan) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlikedən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar