Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6096/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı adından etibarnamə üzrə nümayəndəsi kimi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nümayəndəsi olduğu İddiaçı mülkiyyət hüququ ilə məxsus olan 159 ədəd dini təyinatlı kitabları və 9 ədəd jurnalın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, mübahisə prokurorluq orqanı tərəfindən maddi sübut kimi götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların geri qaytarılması və bununla bağlı prokurorluq orqanının hərəkətləri ilə bağlıdır. Lakin bununla bağlı bildirməliyəm ki, qeyd edilən məsələ üzrə tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-133-cü maddələrində maddi sübutlar və maddi sübutlarla bağlı cinayət prosesini həyata keçirən orqanın hərəkətləri və qərarları göstərilmişdir. Eyni zamanda həmin məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə nəzarəti qaydasında məhkəmə, hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Odur ki, iddia ərizəsində qeyd edilən məsələyə mülki məhkəmə icraatında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalı və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ödənişi edən X1 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinə əlavə edilən sənədlər və ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu ödənişi edən X1 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6096/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6096/2023
20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver