Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6139/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona vurmuş olduğu zərərin məbləği olan 50 000 (əlli min) manat miqdarında vəsaitin onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsində nəzərdə tutulmuş iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin aprel döyüşləri zamanı yaxınlığımda partlayış mərminin zərbə dalğasından aldığı xəsarətlər nəticəsində müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu fakt N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 549 nömrəli travma haqqında arayışında da öz əksini tapmışdır. 2018-ci ilin oktyabrnoyabr aylar, natamam remissiya mərhələsində", 2018-ci ilin dekabr ayında "baş beynin üzvü zədələnməsinin ayrı-ayrı davamlı ocaqlı nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri" diaqnozu ilə SQ BKH-da stasionar müayinə və müalicə olunmuşdur. Ağrılarının çox olması səbəbindən xx.xx.2019-cu il tarixdə SQ BKH-nın nevrologiya bölməsinə daxil olmuş, stasionar müalicə almışdır. xx.xx.2019-cu il tarixdə MN MHHK-sı tərəfindən "keçirilmiş qapalı kəllə-beyin travmasının dağınığ üzvi nişanələr, vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik ensefalopatiya. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində" ekspert diaqnoz qoymuşdur. 2016-cı ildən bu günə kimi daim həkim nəzarətində müayinə və müalicələr alır. Te-tez huşumu itirir, həmin an isə tutmalar olur və əsəbilik gərginlik keçirir. Sadaladığı bütün bu xəstəliklərlə bağlı sənədlərini Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etmiş, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində həmin xəstəlikləri əlillik əlamətinə aid olmadığı göstərilirdi. Buna görə ilk əvvəl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin 2-l(112)- 3057/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən mənim iddia tələbim təmin edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibatı orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mənim əlilliyimin müəyyən edilməsindən imtinanın əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir, belə ki, mənim orqanizmim həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan, hal-hazırda mövcud olan xəstəlik, travma və qüsurların müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə- tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 T 461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: "vətəndaş B.Ə.Hətəomovun tibbi sənədlərinə əsasən, o hazırda "F07.,F07.8-baş beyinin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emisonal-davamsız dəyişikliyi- (F06.8); tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə" diaqnozunda olan xəstəliklərindən əziyyət çəksə də, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində öz təsdiqini tapmadı". Tibbi sənədlərə əsasən diaqnozdakı xəstəliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə (xx.xx.2016-ci il) alınmışdır. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün onun tələbinin əsassız olduğu göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-946/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2l(112)-3057/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, "İddiaçı xx.xx.2022ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qovulması" qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-946/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından narazı qalaraq kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1886/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-946/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. O, yarımcanlıdır, onun iş qabiliyyəti yoxdur, hər daim qəbul etdiyi sakitləşdirici dərmanları var, hətta o, dərmanları qəbul etsə də, gecə yuxu yata bilmir, əsəbləri daim oyaqdır, gərgin vəziyyətdə və dinc, sakit yaşayışı yoxdur. Hərbi də travma almışdır. Bu fakt əvvəldə də dediyi kimi hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 1768 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində xəstəlikdir və hərhi xidmət dövründə həmin xəstəliklərə travma alaraq düçar olmuşdur. Hətta xx.xx.2023-cü il tarixdə tibb elmlər doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (hərbi travma) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə F07.0. Bu barədə ona "Psixi Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsi tərəfindən 660 nömrəli, 20 yanvar 2023-cü il tarixli arayış verilmişdir. Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 549 nömrəli Travma haqqında arayışında göstərilir ki, "gizir İddiaçı D-z: MN MTE və PAM-nin xx.xx.2019-cu il 254 nömrəli ekspert rəyi əsasında "mərkəzi sinir sisteminin üzvi zədələnməsinin dağınıq üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə nəticələnmiş, başın sol yan təpə və sol almacıq yaraları ilə müşayiət olunmuş qapalı kəllə beyin travması". Yaralanma (travmanın, kontuziyanın, xəsarətin) almışdır. O, bu xəsarətləri döyüş tapşırığını yerinə yetirən zaman almışdır. 2 nömrəli X1 müxtəlif dövrlərə məxsus ambulator kitabçadan çıxarışlarda, həm də iş üzrə araşdırma zamanı alınmış ekspert rəyində onda olan xsətəliklərin "F07.0, F07.8-baş beyinin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emisonal-davamsız dəyişikliyi- (F06.8); tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə" diaqnozu öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyetkiv araşdırılması məqsədilə, onu müayinə edən həkim 2 nömrəli X1 həkim psixiatrı X5 həkim mütəxəssis apelyasiya məhkəməsində də çıxış edərək, izahatında göstərmişdir ki, "İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasına 2022-ci ildə müalicə almaq üçün müraciət etdiyimi, 2016-cı il aprel döyüşlərindən əvvəl şəxsdə heç bir problemin olmadığını, lakin 2016-cı ildə kəllə-beyin travması aldıqdan sonra şəxsdə psixi pozğunluqların baş verdiyini, bununla bağlı ilk öncə professor Fuad İsmayılova müraciət edildiyini, onlara müraciət edən zaman özümə xəsarətlər yetirmiş, əlimdə, üzündə, qolumda kəsiklər olduğunu, daha sonra müayinə edildiyi üçün Bilal Əsədova müraciət etdiyini, Şəxsiyyət pozğunluqları travma mənşəli və qeyri-travma mənşəli olduğu, travma mənşəli pozğunluqlar birbaşa kəllə-beyin travması almış insanlarda yaranmış sosial davranış pozğunluqları olduğunu bildirmişdir. Daha sonra bildirmişdir ki, bu tip insanlar bütün gün dəlillik edib küçədə gəzmirlər, onlar cəmiyyətdə gördüyü insanlardır, bu tip psixi pozğunluğu olan şəxslər onları qıcıqlandıran bir hal baş verəndə bizdən fərqli daha kəskin, sərt reaksiyalar verə bilərlər. Həmin vaxt şəxs özünü idarə edə bilmir, əgər idarə edə bilsə, özünə və ətrafdakılara zərər yetirməz. Şəxsdə 2016-cı ildə alınmış kəllə-beyin travmasının nəticələrinin 2022-ci ildə büzurə verməsi də normal bir haldır. Həmçinin bu növ psixi xəstəliyi olan şəxslər intihara meyilli olurlar və müalicə ilə sağala bilən bir xəstəlik deyil. Sadəcə olaraq müalicə nəticəsində həmin xəstəliyin ağırlaşmasının qarşısı alınır, stabil saxlanılır". O, sözün əsl mənasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin günahı ucbatından sürünmüşdür. Qərarların qəbul olunduğu tarixləri bildirərək xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixdən süründürməçiliyə məruz qalmışdır. Bu xəstə canı ilə çox əziyyət çəkmişdir. 2 nömrəli X1 həkim psixiatrı X3 da bildirdiyi kimi onun kimi travması olan şəxslərə qıcıq yaradan hallar olmamalıdır. O isə 2 ildən çoxdur ki, çox əziyyət çəkmiş və bu yarımcanı ilə qapı-qapı gəzmişdir. O, daim həkim nəzarətində müayinə və müalicə alır. Daim qəbul etdiyi dərmanları var. Vəziyyəti heç də ürək açan deyil. Sağlamlığı yoxdur və bu halı ilə da süründürməçiliyə məruz qalmışdır. Səhhəti dözülməzdir. 2 ildən çoxdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqsiri səbəbindən həm maddi, həm də ki, mənəvi əziyyət çəkmişdir. Ona dəymiş maddi-mənəvi zərər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ödənilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı inzibati orqanın qanunsuz qərarı nəticəsində ona dəymiş zərəri-kompensasiya məbləğini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Hesab edirəm ki, mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğundan, iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən hazırki iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı deyil. Belə olan halda ərizənin qəbul edilməsindən imtina olunmalı, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-6139/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6139/2025
04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver