Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-617/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin üzərinə öhdəlik yolunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İşin halları: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC) kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Nizamnamə kapitalında mayalarının miqdarının 100 faizi Cavabdeh (bundan sonra – cavabdeh) məxsusdur. İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsi imzalanmış, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətin direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(060)-7863/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(105)-3716/2018 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehə qarşı (müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin (VÖEN **********) təsisçisi olan cavabdehin üzərinə onun direktor (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(060)-7554/2019 saylı qətnaməsinə əsasən, iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(105)-482/2020 saylı qətnaməsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(102)-3187/2022 saylı qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsiləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin həmin qərarı onunla əsaslandırılmışdır ki, mülki işə birinci instansiya məhkəməsində ərazi aidiyyəti Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildi. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(105)- 1942/2022 saylı qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 01 iyun 2015-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, MMC-nin təsisçisi Cavabdeh olmuş və faktiki olaraq cavabdeh tərəfindən direktor kimi işə götürülmüşdür. İddiaçı MMC-nin faktiki direktoru olduğu 8 ay ərzində heç bir borcu yaranmamış, əksinə müəssisənin əvvəldən yaranmış 33064,47 manat vergi borcundan cəmi 13201,79 manat qalmışdır. İşçi olaraq xx.xx.2016cı ildən dəfələrlə təsisçi cavabdehə ərizə yazaraq direktor vəzifəsindən azad olunma istəyini bildirsə də, işəgötürən tərəfindən müraciətinə cavab verilməmişdir. Həmin vaxtdan da faktiki olaraq müəssisənin fəaliyyəti dayanmışdır. Ona görə də xx.xx.2017-ci ildə gücləndirilmiş imza sertifikatı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olaraq onunla müəssisə arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları yerləşdirmişdir. Hazırda da əmək müqaviləsi bildirişlərinin reyestrində "xxxx" MMC-nin direktoru kimi onun məlumatları göstərilmir. Onunla təsisçi arasında münasibət işçiişəgötürən arasında yaranan münasibətdir ki, əmək qanunvericiliyinə əsasən də, işçini hər hansı üsulla və ya zorla əmək münasibətlərində qalmağa (işi, xidməti yerinə yetirməyə) məcbur etmək qadağandır və müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Reyestrdə olan məlumatlarda qanuni işçi olaraq qaldığından və onun təqsiri olmadan hüquqi şəxsin yaranmış vergi borcuna görə ölkədən çıxışına qadağan qoyulmaqla hüquqları pozulmuşdur. Hazırda faktiki və hüquqi baxımdan "xxxx" MMC-nin işçisi (direktroru) sayılmır. Buna baxmayaraq direktor olaraq onun rekvizitləri göstərildiyindən vergi orqanı, o cümlədən məhkəmələr tərəfindən hüquqları kobudcasına tapdalanmaqdadır. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiklərini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi hazırkı mübahisənin iddiaçıya tətbiq olunmuş vergi borcu ilə əlaqəli olduğunu, hazırkı tələbin nun təmsil etdiyi quruma aidiyyətinin olmadığını, hüquqi şəxsin reyestr məlumatlarının qeydiyyatının yalnız təqdim edilmiş sənədlər əsasında həyata keçirildiyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməni öncədən məlumatlandırmamışdır. Tədqiq edilən sübutlar: - "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 08 iyun 2015-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru təyin edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı 26PEVW000100 nömrəli, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı və MMC arasında xx.xx.2016-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı həmin Cəmiyyətin direktor vəzifəsinə işə qəbul olunmuşdur. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 12 fevral 2016-cı il tarixli ərizə ilə müəyyən olunur ki, iddiaçı səhhəti ilə əlaqədar əmək fəaliyyətini davam etdirə bimədiyinə görə işdən azad edilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Departamentinə ünvanlanmış 04 oktyabr 2017-ci il tarixli ərizədə iddiaçı işdən azad edilməsini xahiş etmişdir. - Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Nizamnamə kapitalında mayalarının miqdarının 100 faizi cavabdehə məxsusdur. - Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(060)-7863/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(105)-3716/2018 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: - 35-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 71-ci maddəsinin İİ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. - 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. - 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. - 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. - 9-1.4. Təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 3.2-ci maddəsinə əsasən, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. - 3.3-cü maddəsinə əsasən, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. - 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. - 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; - 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. - 290-cı maddəsinə əsasən, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. - 292-ci maddəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır və cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Lakin cəmiyyətin yeganə iştirakçısı olan cavabdeh tərəfindən heç bir əsas olmadan ümumi yığıncağın çağırılaraq iddiaçının qaldırdığı məsələ üzrə qərar qəbul edilməmiş və bu barədə dövlət qeydiyyatı orqanına müraciət edilməmişdir. Bu isə öz növbəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına əsas vermədiyindən iddiaçı iradəsinə zidd olaraq reyestr məlumatlarında faktiki olaraq cəmiyyətin qanuni təmsilçisi kimi qalmaqdadır. İşin mübahisəsiz halıdır ki, iddiaçı dəfələrlə qanuni təmsilçisi olduğu MMC-nin təsisçisi olan cavabdehə ərizə ünvanlayaraq, onun direktor vəzifəsindən azad olunmaq istədiyini bildirmiş, lakin, işəgötürən tərəfindən onun müraciətinə cavab verilməmişdir. Dəfələrlə cavabdeh təsisçisi olaraq özünü və ya digər şəxsləri MMC-nin direktoru vəzifəsinə təyin edərək, onun direktor vəzifəsindən azad olunmağı ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməsini tələb etməsinə məhəl qoymamışdır. İşin hallarından da göründüyü kimi, iddiaçı 28 iyul 2015-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin dierktoru vəzifəsinə təyin olunmuş, dəfələrlə ərizə ilə MMC-yə müraciət edərək onun işdən azad edilməsini xahiş etsə də, ərizəsi cavabsız qalmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulduğundan iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh üzərinə İddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-617/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-617/2023
23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver