Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6178/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə və “xxxxxxxxxxx” X1 Məsuliyyətli Cəmiyyətinə qarşı“əmlakın yenidən qiymətləndirilməsi və sair” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı“əmlakın yenidən qiymətləndirilməsi və sair” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli icra işinin və cavabdeh “xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-nin icraatında olan hərracın mübahisəli əmlakların real bazar qiyməti müəyyənləşdirilənə kimi dayandırılması, Cavabdeh2 xx xxxx 2020-ci il tarixli, xx/xx-32113-16 saylı sifariş məktubuna əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mübahisəli əmlakların real bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilməsi, müəyyən olunmuş qiymətlərlə hərracın keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı yuxarıda sadalanan tələblərlə yanaşı Cavabdeh2 icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 72/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsi üzrə icraatın mübahisəli əmlakların real bazar qiyməti müəyyənləşdirilənə kimi dayandırılması barədə qətnamə qəbul edilməsini də xahiş edir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.1. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləliklə qeyd olunan normaların məzmunundan aydın olur ki, “İcra haqqında” Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən, Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda isə icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilməklə məhkəmə tərəfindən dayandırılır. Göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılması əsasları və qaydası “İcra haqqında” Qanunla müəyyən edilmişdir. Həmin qanunda isə “icra sənədi üzrə icraatın dayandırılması” barədə məhkəmədə iddia qaldırılması nəzərdə tutulmadığından hesab edirəm ki, iddiaçının hazırki iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Belə olan halda isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının digər tələblərinə məhkəmə qaydasında baxılmasının mümkünlüyü qanunla müəyyən edilsə də, məhkəmə nəzərə almışdır ki, iddiaçı sözügedən iddia tələbi ilə bağlı təmin tədbirinin görülməsinə dair ərizə də vermiş və həmin ərizəsində Cavabdeh2 icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsi üzrə icra icraatının dayandırılmasını xahiş etmişdir. Məlum olduğu kimi iddianı təmin etmə tədbiri barədə ərizə əlavə edilmiş iddia ərizəsinin icaata qəbulu məsələsi məhkəmə tərəfindən dərhal yoxlanılmalıdir və bu mənada qeyd edilən məzmunda iddia ərizəsinin icraata qəbulu məhkəmədə baxılmalı olmayan tələblə bilavasitə bağlı olan iddianı təmin etməyə yol açır. Başqa sözlə, məhkəmə məhkəmədə baxılmalı olmayan tələblə bağlı iddianı təmin etmə tədbiri barədə ərizəyə baxmalı olur və həmin ərizə üzrə qəbul etdiyi qərarını iddia tələbinin məhkəmədə baxılmalı olmaması ilə əsaslandırması isə qeyri-müəyyənliklə nəticələnir. Yəni, məhkəmədə baxılmalı olmayan iddianın icraata qəbulu yolverilməzdir, yanlışlıqla icraat qəbul edildiyi halda isə sonrakı icraatın mənası yoxdur və məhkəmənin qənaətinə görə bu cür tələbin olduğu iddia ərizəsi öncədən icraata qəbul edilməməli və iddiaçının hansı orqana müraciət etməli olması ona izah edilməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmələr işdə iştirak edən şəxs tərəfindən verilmiş iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizəyə baxarkən iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin, onu da qeyd edirəm ki, əgər Cavabdeh2 icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraatının dayandırılmasına əsas verən “İcra haqqında” Qanunun 17 və 18-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcuddursa, iddiaçı həmin əsaslara istinad etməklə, icraatın dayandırılması üçün Cavabdeh2nə müraciət edə bilər. Beləliklə, təsvir olunanlara əsasən belə qənaətə gəlirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması ilə əlaqədar Cavabdeh2nə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə və “xxxxxxxxxxx” X1 Məsuliyyətli Cəmiyyətinə qarşı“əmlakın yenidən qiymətləndirilməsi və sair” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması ilə əlaqədar Cavabdeh2nə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6178/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6178/2020
20.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver