Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6189/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 ABŞ dolları, milli valyuta ilə 15300 manat və 1000 manat, dövlət rüsumuna görə ödədiyi 138,9 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona kosmetoloji xidmətlər göstərən Cavabdeh ilə 2023-cü ilin iyun ayında tanış olmuşlar. Həmin vaxtdan Cavabdeh dəfələrlə yaşadığı evə gəlmiş, ona kosmetoloji xidmətlər göstərmiş və o isə cavabdehin pulunu tam ödəmişdir. Bir gun aralarında yaranmış söhbət zamanı Cavabdeh ona bildirmişdir ki, pulu olmadığından bahalı kosmetoloji məhsullar alaraq, daha keyfiyyətli işlər görə biləcək və imkanlı müştəriləri yarana bilər, daha artıq qazanc əldə edə bilər. Evdə ehtiyyat pulu olduğu üçün Cavabdeh təklifi onda maraq yaratmış və fikirləşmişdir ki, biryerdə işləyib qazanc əldə edə bilərlər. Elmiradan kosmetoloji xidmətlərin aparılması işinin başlanması üçün ilkin olaraq nə qədər pul lazım olduğunu soruşmuşdur. Cavabdeh buna görə 10000 manatla başlayacağını bildirmiş və razılaşmışlar. Nəhayət ki, razılaşmalarına əsasən 2023-cü ilin avqust ayında Elmiranın təyin etdiyi yerdə, yəni, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində, “Xarı Bülbül” şadlıq sarayının yaxınlığında görüşərək, Elmiraya 4000 ABŞ dolları, milli pul vahidi ilə 6800 manat pul vermişdir. 2023-cü ilin sentyabr ayında Elmira ona qazanc olaraq 300 manat pul vermişdir. Sonradan Elmira ona bildirmişdir ki, imkanlı müştərilər yaranmış, yeni aldığı məhsullarla işləməyə öyrəşmiş, işlərinin keyfiyyəti artmış, lakin məhsulların çeşidlərini artırmaq üçün əlavə pul lazımdır. O, həmin vaxt Cavabdeh sözünə inanıb, 2023-cü ilin sentyabr-oktyabr aylarında yaşadığı ünvan 1 ünvanında Elmiraya hissə-hissə olmaqla əlavə 5000 ABŞ dolları, milli pul vahii ilə 8500 manat, əlavə olaraq 1000 manat pul vermişdir. Bununla da, o, Cavabdeh cəmi 16300 manat pul vermişdir. Beləliklə, 2023-cü ilin sentyabr ayından başlayaraq Elmira ona hər ay 300-500 manat qazanc olaraq pul vermiş, eyni zamanda, özünə həmin məbləğdə qazanc kimi pul götürmüş, bu isə ümumilikdə 3000 manat təşkil etmişdir. Cavabdeh 2024-cü ilin ortalarından aylıq qazanc kimi verdiyi pulu dayandırmış, müştərilərdən borcları yığa bilmədiyi üçün ona qazanc kimi pullar verə bilmədiyi barədə məlumat vermişdir. O, Cavabdeh verdiyi 9000 ABŞ dolları, milli valyuta ilə 16300 manat təşkil edən pulunu tələb etdikdə Cavabdeh evini satmaq istədiyini və yaxın vaxtlarda ona olan borcunu qaytaracağını söz vermişdir. Hətta Elmiranın əmisi də ona söz vermişdir ki, ev satılan kimi pullarını verəcəklər. Sonradan Cavabdeh dəfələrlə verdiyi pulları tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir, ondan aldığı pulları qaytarmaq istəmir. Cavabdeh onu aldatması barədə o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında toplanmış materiallar xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə qərar qəbul etmiş, mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sabunçu RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh ondan aldığı pulları tam etiraf etmiş və qaytaracağına söz vermişdir. Cavabdeh dəfələrlə söz versə də, ondan aldığı 9000 ABŞ dolları, milli valyuta ilə 16300 manat təşkil edən borcu qaytarmamışdır. Buna görə də məcbur qalıb məhkəməyə müraciət edib, pullarının ona qaytarılması barədə məhkəmə qərarının çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin, o bildirdi ki, cavabdeh ümumi məbləğdən ilk olaraq 3000 manat, daha sonra isə 500 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 12800 manat, yəni 7529 ABŞ dolları borcu var. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh izahatında göstərmişdir ki, 1995-ci ildən kosmetoloji faəliyyətlə məşğuldur. İddiaçı 2023-cü il tarixdən tanıyır, İddiaçı da kosmetoloji prosedurlar etmişdir. 2023-cü ilin avqust ayında İddiaçı bildirmişdir ki, əgər ona pul verərsə firmalardan daha keyfiyyətli və daha çox məhsullar əldə etməklə müştərilərə yaxşı xidmət göstərib gəlirini artıra bilər, əldə etdiyi gəlirdən isə hər ay ona 1000 manat pul verəcək. İddiaçı 2023-cü ilin avqust-sentyabr aylarında hissə-hissə olmaqla ona ümumilikdə 9000 ABŞ dolları və 1000 manat, cəmi 16300 manat pul vermişdir. O, həmin pulları alandan sonra görəcəyi işi alındıra bilmədiyi üçün verdiyi vədinə əməl edə bilməmiş, lakin İddiaçı ötən müddət ərzində hissə-hissə olmaqla 3000 manat pul ödəmiş, qalan 13300 manatı da qaytaracağına söz vermişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada razılaşma olmuş, bu razılaşmaya əsasən cavabdeh iddiaçıdan kosmetolji fəaliyyat ilə məşğul olmaqla ümumilikdə 16300 manat pul vəsaiti götürmüş və müəyyən müddət ərzində həmin vəsaiti qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, araşdırma zamanı müəyyən olmuşdur ki, cavabdeh iddiaçıya olan borcundan ümumilikdə 3500 manat məbləği ödəmişdir. Bu hal cavabdehin polis idarəsində verdiyi izahatdan, həmçinin iddiaçının məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7529 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) İddiaçınun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 109 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 7529 (yeddi min beş yüz iyirmi doqquz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul vəsaiti və ödənilmiş düvlət rüsumunun 109 (yüz doqquz) manatı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-6189/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6189/2025
08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver