Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-62/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (Gadjiev Aidin) iştirakları ilə, İddiaçı Cavabdeh (Gadjiev Aidin) qarşı pul və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı əmlakın geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul və maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təmirdən sonra yığılan mebellərin qüsurlu olduğundan sökülərək yenidən yığılması üçün 1.000 manat maddi ziyanın tutularaq ona ödənilməsi, cavabdehdən nağd verdiyi 2.300 manat pulun tutularaq ona ödənilməsi, habelə qəsdən xarab etdiyi tikinti materiallarına verdiyi və təmiri qəsdən uzatdığına görə əlavə kirayə yaşadığı üçün, evin sökülüb yenidən təmirə çox böyük ehtiyac olduğundan yenidən təmir zamanı kirayə yaşamalı olduğundan ona vurduğu maddi ziyan kimi 30.000 manat olmaqla cəmi 33.300 manat maddi ziyanın və 50.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidmətinin və məhkəmə üçün sənədlərin tərtib edilməsinə (ərizənin yazılması, sənədlərin kserosurətləri, fotoşəkillər və poçt göndərişinə) görə ödənilmiş 50 manatın cavabehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qəsdən ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, onunla məhkəmə mübahisəsi olan X2 anası X8 ilə əlaqəyə girərək, onun istəyinə uyğun onun mənzilinin təmirini bərbad hala salmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işlə bağlı 17 fevral 2020ci il tarixində Marina Volkovanın vəsatəti əsasında şahid kimi dindirilən Cavabdeh bildirdi ki, 18 aprel 2019-cu il tarixində onun evində təmir işləri görmüşdür. Aprel ayının sonlarında Marina ilə blokda rastlaşıb ondan telefon nömrəsi alaraq, mütəmadi əlaqə yaratmışdır. Hətta bildirdi ki, iş görə-görə İddiaçı kiminlə nə danışdığına qulaq asır, Marinaya xəbər verirdi. Vəkili Vəkil ona sual verdi ki, səni kim İddiaçı evində işləməyə dəvət etmişdir? Cavab verdi ki, İddiaçı. Vəkil təkrar sual verdi ki, bəs siz niyə İddiaçı evində gördüyünüz işlərin hesabatını Marinaya verirdiniz? Belə istəyirdim-cavabını verdi. Bildirir ki, yuxarıda göstərdiyi ünvan onun şəxsi mülkiyyətidir. Evində əsaslı təmir işləri aparmaq üçün Cavabdeh müraciət etmişdir. Cavabdeh 2003-cü ildən tanıyır və ailələri arasında 16 ildir ki, dostluq əlaqələri olmuşdur. Öz evinin qonaqlığında bildirdi ki, evinin təmirini özü etmişdir. Sonra da danışırdı ki, bacısı Solmazın da evinin əsaslı təmirini o etmişdir. O, dəfələrlə onlara gedəndə qonşuluqda təmir işi gördüyünün də şahidi olmuşdur. Öz evinin əl işi səliqəli olduğundan qərara almışdır ki, evinin təmirinin tamamlanmasını ona həvalə etsin. 2018-ci ilin oktyabr ayında başqa bir usta evinin bir otağını, balkonunu (poldan başqa) və mətbəxinin bir hissəsini təmir etmişdir. Həmin ilin noyabr ayında evlərinin söküləcəyini bildirdilər və qapılarına nömrə yapışdırdılar. O, ustaya bildirdi ki, işi dayandırsın. Söküntüyə aydınlıq gətirsin, sonra davam etsinlər. O, müvafiq qurumlara müraciətlər etmiş və cavab almışdır ki, söküntü olmayacaq, ərazidə təmir-bərpa işləri aparılacaq. Bundan sonra həmin ustanı yox, Cavabdeh evində işləməyə çağırmışdır. İşə baxdıqdan sonra ondan əl muzdu nə alacağını soruşmuşdur. Dedi ki, nə istəyirsən ver. O, ona bildirdi ki, burda 2.000 manatlıq təmir işi qalıb. Göstərdiyi işlərə görə o, dostu olduğu üçün 2.500 manat verəcəkdir. Çox sevindi və nə vaxt başlayacağını soruşmuşdur. O da günü sabahdan demişdir. Cavabdeh 18 aprel 2019-cu il tarixində gəldi, birlikdə gedib Dərnəgül tikinti materialları bazarından lazımi materialları aldılar. Həmin gün çox həvəslə işə başladı. O, cavabdehin uzun müddət işsiz olduğunu bildiyindən ilkin olaraq 500 manat pul vermişdir. Bir neçə gün sonra cavabdeh ona bildirdi ki, bacısı Solmaza pul borcu var və istəyir. İmkan varsa ona 1.000 manat da pul versin. O demişdir ki, onsuzda işləyir, 1.000 manat da vermişdir ki, bacısının borcunu versin, rahat işləsin. 9-10 gün sonra gördü ki, cavabdeh əvvəlki həvəslə işləmir. Soruşdu ki, ona nə olub. Dedi ki, o, şilfovka və dolğunu vurmayacaq, çünki allergiyası var. O da demişdir ki, eybi yox başqa adam gətir vurdur. Dedi ki, adamı yoxdur. Həm də pul çox tutur. Halbuki, bu işi də danışıqlarında onun görməsi bildirilmişdir. Dedi ki, eybi yox o, dostluqlarının xatirinə vurdurar. O, cavabdehə işin tez başa çatması üçün əvvəlcədən fəhlə ilə işləməsini bildirmişdir. Gördü ki, fəhlə işini də özü görür. Demişdir ki, belə getsə o, uzun illər təmiri yekunlaşdıra bilməyəcəkdir. Bildirdi ki, o, evdən çıxsın, özü rahat işləsin. O da demişdir ki, onun otağın birində yaşamağı ona mane olmur. Pol vurma zamanı evi boşaldacaqdır. Gördü ki, o, gördüyü işləri normal görmür. Cavabdehə dedi ki, nə olub sənə. Dedi ki, mən 3 ay yayı anasını kəndlərinə aparmalıdır. 100 manat istədi, o da verdi. İyun ayının 7-8-i hər yeri yarımçıq qoyaraq işə gəlmədi. Bildirdi ki, istidə işləyə bilmir. Demişdir ki, gəl heç olmasa bloka açılan yerləri bağla. Yaydır, məhəllələri pisdir, narkomaniya, oğurluq baş alıb gedir. Gəldi dedi ki, 500 manat da ver. Anasını aparır, pulu yoxdur. O da vermişdir. Elə bildi ki, yarımçıq işləri tamamlayacaq. Pulu aldıqdan sonra heç nə olmaz deyib getdi. O, ona dəfələrlə zəng edib heç olmasa 20 avqustda gəlməsini xahiş etsə də, o, əhəmiyyət vermədi. O, evdən çıxmalı idi ki, pol işi görülsün. Dəfələrlə mesaj yazmışdır ki, evdən çıxmaq üçün o, kirayə yaşamalıdır. Avqustun axırları tələbələr Bakıya gəlir. Ev tapmaq çox çətindir. Ona mesaj yazdı ki, 25 avqust evi boşaltsın, gəlir. O, qonşuda ev tapıb 50 manat beh vermişdir. Sonra mesaj yazdı ki, qonağı var, sentyabr ayının 4-ü gələcək. Qardaşı dedi ki, Aydın Bakıya gəlməmiş köçmə. Beləliklə də, behi batmışdır. Sentyabrın 4-ü gəlmədi. 5 sentyabr 2019-cu il tarixində ona zəng etdi ki, yoldadır gəlir. O, elə bilmişdir ki, onlara gəlir. Gözlədi, lakin cavabdeh gəlmədi. Səhəri gün zəng vurdu soruşdu ki, harda qaldı. Başladı qışqırmağa ki, onu qarğadığına görə yıxılmışdır. O, şokda idi. Yoldaşı telefonu alıb dedi ki, rayonda zədə almışdır. Həkimə gedirlər. O, 6 sentyabr tarixində ona səsli mesajlar yazmışdır ki, ayıb olsun. O, ona qardaş demiş, 16 illik dostluqları var, 2.000 manatdan çox pul vermişdir. Niyə qarğasın ki? 17 sentyabrda cavabdeh whatsappla zəng etdi. Sonra mobil telefonla zəng etdi ki, sabahdan işə gəlir. O, qonşudan xahiş etdi ki, evini ona 2 aylığa kirayə versin. Qonşu təmir edəcəyini bildirdi. Digər qonşu olan Məsmə xanım da onunla birgə çox təkidlə 2 aylıq evi ona vermələrini qonşudan xahiş etdilər. Ayı 300 manata o, evi kirayələyərək köçmüşdür. Cavabdeh 18 sentyabr 2019-cu il tarixində gəldi, başladı pol vurmağa. O, cavabdehə dedi ki, polu elə sıx ki, pol aralanmasın, gəzəndə səs çıxarmasın. Düyünlü taxtaları qıraqlara salmasını bildirdi. Ona işini öyrətməməyini dedi. Onların 16 illik dostluqları olduğundan belə cavabı normal saymışdır. Ondan kardon tapmağını, pol bulanmaması üçün polun üstünü örtməli olduğunu bildirdi. 200 manat da istədi ki, xəstə olub, ehtiyacı var. O da vermişdir. Polu vurduqca, üstünə kardon örtürdü. Sonra ona aydın oldu ki, polu qəsdən aralı vurub və üstünü örtüb ki, o, görməsin. 18 sentyabr tarixindən 12 oktyabr tarixinə kimi 7 gün işə gəlmədi. Zəng edib soruşurdu ki, nə olub gəlmir? Deyirdi istirahət edir. Dostluqlarının xatirinə yola vermişdir. O, cavabdehdən şübhələnmişdi. Gördü ki, normal işləmir, nə deyir əksini edir. Demişdir ki, uşaq otağına razetka qoy, spot yeri aç. Cavabdeh isə dedi ki, spot almamısan. Dedi axı o biri otaqlara da almamışdı. Heç nə demədi açdı. Razetka yerini isə dedi ki, kim bu otaqda yatacaq o gəlib desin. O, onun xozeynidir ki, gündə gəlib bir soz deyir? Davaları düşdü. Səsə qardaşı gəldi ona dedi ki, bu nə danışıqdır. Ev sahibi nə desə onu da etməlisən. Ertəsi gün yenə evin giriş kolidorunu elə vəziyyətə saldı ki, qardaşı ilə o, sökməsini və onlar deyən yerdən arakəsməni tikməsini istədilər. O isə dedi ki, “Mən çox hörmətli oğlanam, məni evində işlədirsən, qardaşını işlətmirsən”. Bildirdi ki, 2.300 manatı ona verib qardaşını işlətməlidir? Qardaşı bacarsaydı onu niyə çağırırdı? Gördü anormal danışır. 12 oktyabr tarixində getdi, 4 gün gəlmədi. Whatsappla yazmışdır ki, gəl hesablaşaq üzü qışa gedir, qaldığı evdə şərait yoxdur. Qaldığı evi də ona göstərmişdir ki, bax şərait yoxdur. Təmiri tezləşdirmək lazımdır. 18 oktyabrda gəldi qardaşının yanında dedi ki, ona 400 manat qaytara bilər. Pulu yoxdur. O, cavabdehə 2.500 manatı işin hamısına danışmışdılar demişdir. İşin isə 1/10 faizi görülməyib demişdir. Bacısının iş yerinə gedərək ona demişdir ki, ağsaqqalınıza deyin gəlib onunla danışsın. O da cavabdehin bacı və qardaşına zəng edib gəlib evində onun əl işlərinə baxmalarını xahiş etmişdir. Heç biri gəlməmişdir. O, usta taparaq təcili təmiri davam etdirmişdir. Təmirə gələn ustalar təəccübdən donub qalmışdırlar. Ondan tez-tez soruşurdular ki, düşmənin burda işləyib? Sən canı burda erməni işləyib? Divarlar gözlə görünən əyri idi. Pol cırıldayır, aralı idi. Elektrik naqillərinə faza buraxıb nol veməmişdir. Tavana spot xətlərinə lazımsız uzun xətlər buraxmışdır. Uşaq otağında elektrik xəttinə şurup vurmuşdur ki, lüsturu asanda az qaldı ki, evi yansın. Radiatorlara gələn isti su xəttini soyuq suya birləşdirmişdir. Pərdənin karnizlərinin pərdə gedib-gələn yerinə, yəni içinə şurup vurmuşdur. Polu sökdürmək istəmişdir ki, sıxdırsın. Usta taxtaları çıxarmaq istədi ki, sıxıb şurublasın. Bir taxtanı çətinliklə sındırıb çıxardı və gördü ki, taxtaya şurup yox, mismar vurub. 18 paçka şurup almışdı. Hara gedib bilmir. Eyni zamanda bütün pol əyri vurulub. Divar içi yığılan mebelləri yığan Məmmədov Elçin çox çətinliklə yığsa da, mebellərin altında 4 hətta, elə yer var ki, 6 sm pol əyridir. Çox bərbad bir vəziyyətə salıb evini. O, ondan xahiş etmişdir ki, düyünlü taxtaları qıraqlara vursun. Evlərin ortaları səliqəli görünsün. Qəsdən, seçib taxtaların içində olan göyərmiş və düyünü çox olan, görkəmi pis taxtaları ortadan görünən yerdən vurub. Evin patoloqunu əyri vurub. Məhz, buna görə də o, güllü oboy ala bilməmişdir. Güllü oboyda yan-yana düşməyərək pis görkəm alacaqdı. Arakəsməni əyri tikib. Yuxarısı ilə aşağısında ciddi fərq olduğundan sadə oboylar vurulsa da belə, əyriliklər gözlə görülür. Kondisionerə razetkadan xətt verib ki, bu da xəttin tez xarab olmasına hesablanmışdır. Evinin təmirini qəsdən pis vəziyyətə salmışdır. O, kirayədə yaşamışdır. Onun qərəzli, bilərəkdən bərbad gördüyü işləri ondan sonra işləyən ustalar imkan olanını düzəltsələr də, əksəriyyətini düzəltmək üçün həm vaxt lazım idi və həm də əlavə pul lazım idi. Kirayə qaldığı evdə şərait olmadığından və həm də pul olmadığından o, cavabdehin işlədiyi düzəldilməsi mümkün olmayan yerləri təkrar sökdürüb təmiri normal başa vura bilməmişdir. Evlərin qapılarını qapı ustasına o deyib ki, necə ölçü götürsün. Ölçüdən sonra elə vəziyyət yaradıb ki, qapı ustası qapını yerinə qoymaq üçün yenidən rayona qayıdaraq əlavə yaşmaqlar göndərmişdir. O, onları başqa ustaya əlavə pul verərək yerinə qoydurmuşdur. Lakin, əyrilikləri bərpa edə bilməmişdir. Cavabdeh ona küllü müqdarda ziyan vurmuşdur. Evdən balkona çıxan pilləkənləri yığdırmamışdır ki, evi bu ilin yayında təzədən söküb təmir etdirsin, sonra pilləkani yığdırsın ki, pilləkan söküləndə əlavə vəsait sərf etməsin. Cavabdehə nəğd cəmisi 2.300 manat pul vermişdir. Təmiri gecikdirdiyi üçün əlavə bir aylıq 300 manat kirayə haqqı vermişdir. Təmirin yarımçıq qalan hissəsinə ustalara 2.600 manat danışmışdır. İşi tez başa vurmaları üçün bu məbləğə danışmışdır. İşlər görüldükcə Cavabdeh qəsdən etdikləri üzə çıxırdı, ustalar həmin yerləri düzəltmək üçün ondan əlavə pul istəyirdilər. Evin əyri yerlərini imkan qədər düzəltmək üçün ustalara əlavə 700 manat, işıq xəttinin və radiatorların borularının yenidən qurulması üçün əlavə usta pulu 400 manat, material (sökülən zaman xarab olmuşdur) pulu 200 manat, maşın pulu, fəhlə pulu da daxil olmaqla (həm söküləni daşımağa və həm də təzə materialı boşaltmağa). Pol yenidən sökülməlidir. Təzə taxta alınmalıdır. Taxta vurulmalı, şilfovka olunmalı, dolğulanmalı və yenidən şkurkalanmalı və iki dəfə laklanmalıdır. Polun plintusları söküləndən sonra təkrar vurmaq mümkün deyil. Təzə plintus alınmalıdır. Pol sökülən zaman və təzə pol vurulan zaman oboylar zədə alır. Vertikal aparat yonanda mütləqdir ki, oboya toxunur. Qapılar çıxarılmalıdır. Bu zaman yaşmaqlar təkrar vurula bilməz. Zədə alır. Tavan sökülməlidir. Bu zaman lüsturlar da sökülməli təmirdən sonra yenidən bağlanmalıdır. Tavan və arakəsmələr sökülən zaman istifadə edilən alçipan təkrar istifadə edilə bilməz. Təzəsi vurulmalıdır. Oboylar da alçıpanla birlikdə sökülüb atılmalıdır. Tavana yenidən üz-astar vurulmalı və emulsiya çəkilməlidir. Tavana vurulan paduqalar sökülməlidir və təkrar vurulması qeyri-mümkündür. Təzəsi vurulmalıdır. Arakəsmələrə isə üz-astar vurulduqdan sonra oboylanmalıdır. Təzədən ev əsaslı təmir olmalıdır. Bunun üçün yenə kirayə yaşamalıdır. Kirayə pulu, ev əşyaları daşıyan maşına, fəhləyə həm köçəndə, və həm də təkrar evə qayıdanda pul verməlidir. Bütün bu xərc 30.000 manata yaxın maddi ziyan edir. Bu yaşananlardan məlumdur ki, heç də belə hal sarsıntısız və iztirabsız ötüşməyib. O, təmir müddətində qonşuluqda ayı 300 manata kiyayə ev tutaraq yaşamışdır. 16 yanvar onun, 25 yanvar onunla yaşayan qardaşı oğlunun (atası və anası körpəliyindən vəfat etdiyindən onunla yaşayır) ad günlərini də qeyd edə bilmədilər. Cavabdehin qəsdən evdə etdiyi bərbad vəziyyəti düzəltmək üçün vaxt tələb olunurdu ki, bu əməlinə görə əlavə bir ayda artıq kirayə yaşayaraq, 300 manat kirayə haqqı vermişdir. Lakin, tamamilə düzəldilməsi mümkün olmamışdır. Hər iki balkonunun pilləkanları olmadığından onlar balkonlardan istifadə edə bilmirlər. Bu isə onlara mənəvi əzab verir. Hər gün evə gələndə gördükləri mənzərədən sarsılırlar. Evinin iki tərəfli balkonu olduğu halda, onlar şəxsi mülkiyyətlərindən istədikləri kimi istifadə edə bilmirlər. Bu isə onların sarsıntı keçirməkləri ilə nəticələnir. Təmirdən sonra qohum-qonşular ev qonaqlığı edəcəyini təklif etsələr də, o, hələ tam hazır deyil cavabı verir. Bu isə ona mənəvi əzab-əziyyət verir. Bu hal o, və onunla yaşayan ailə üzvlərinin də sarsınti keçirməyinə səbəb olmuşdur ki, bunun nəticəsində də onlar iztiraba məruz qalmışlar. Qardaşının fevral ayının 13-də vəfat etdiyi gün hər il qohumlar onlara yığışırdı. Bu il evin təmiri bərbad olduğundan, mebellər hazır olmadığından onlar qohumları qəbul edə bilməmişlər. Bu hal da onları sarsıtmışdır. Eyni zamanda 30 manat məhkəmə rüsumu və 40 qəpik bank xidməti də ödəmişdir. Məhkəmə üçün sənədlərin tərtib edilməsinə (ərizənin yazılması, sənədlərin kserosurətləri, fotoşəkil və poçt göndərişinə) 50 (əlli) manat pul vəsaiti sərf etmişdir. Bütün yuxarıda göstərdiyi hallar cavabdehlərin ona maddi ziyanla yanaşı mənəvi ziyan vurmasını sübut edir. Hesab edir ki, cavabdeh ona mənəvi zərər də ödəməlidir. Cavabdeh (Gadjiev Aidin) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, 1 ədəd elektro mişar cihazının (dəyəri 230 manat), 1 ədəd plastik boru üçün elektrik ütüsünün (dəyəri 80 manat), 1 ədəd elektrik drelin (dəyəri 60 manat), 1 ədəd elektrik yonma cihazının (dəyəri 35 manat), 1 ədəd lazer nivelir cihazının (dəyəri 115 manat), 1 ədəd perferatorun (dəyəri 90 manat), 2 ədəd baltanın (ümumilikdə dəyəri 30 manat), 1 ədəd kərkinin (dəyəri 25 manat), 1 ədəd rəndənin (dəyəri 15 manat), 2 ədəd çəkicin (ümumilikdə dəyəri 10 manat), 1 ədəd düzbucaq xətkeşin (dəyəri 6 manat), 1 ədəd montajnikin (dəyəri 5 manat), 4 ədəd məngənənin (dəyəri 21 manat), 1 ədəd iskənənin (dəyəri 4 manat), 1 ədəd dəmirkəsən qayçının (dəyəri 8 manat), 3 ədəd qaz açarının (ümumilikdə dəyəri 24 manat), 2 ədəd tərəzinin (ümumilikdə dəyəri 20 manat), 1 ədəd şuğulun (dəyəri 3 manat), 2 ədəd şpakelin (kürək) (ümumilikdə dəyəri 6 manat), 1 ədəd perenoskanın (dəyəri 5 manat), 2 ədəd kəlbətinin (ümumilikdə dəyəri 20 manat), 1 ədəd 60 sm-lik şpakelin (dəyəri 10 manat), 2 ədəd malanın (malyar üçün) (ümumilikdə dəyəri 12 manat), 3 ədəd pobedit sverlonun (ümumilikdə dəyəri 6 manat), 1 ədəd tefalın (dəyəri 10 manat), 1 ədəd radioqəbuledicinin (dəyəri 16 manat) və ya onların ümumi dəyərində 886 manat pul vəsaitinin İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh onunla əsaslandırmışdır ki, 18 aprel 2019-cu il tarixdə İddiaçı ona zəng edərək evinə dəvət etmişdir. Onun hazırda yaşadığı evini özünün təmir etdiyini bildiyi üçün, onun evinin həmin vaxt qalmış təmirini davam etdirməyi ondan xahiş etmişdir. O, təmirin nə üçün yarımçıq qaldığını soruşduqda təmirin maddi imkanının çatmaması səbəbindən yarımçıq qaldığını bildirmişdir. Yaxın dostu kimi ona bu vəziyyətində kömək etməyini və təmiri davam etdirməyini xahiş etdi. Aralarında olan qarşılıqlı hörməti və ailə dostluqlarını nəzərə alaraq yardımını əsirgəməmiş və təmiri davam etdirməyə razılıq vermişdir. İddiaçı da öz növbəsində bildirmişdir ki, onun evinin yerləşdiyi ərazi yaxın vaxtlarda şəhərdə aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq söküntü planına düşür və yaxın zamanda söküləcək. Söküntü zamanı təmirli evlərin təmirsizlərlə müqayisədə daha yüksək məbləğdə qiymətləndirildiyini, təmir etdirməkdə əsas məqsədinin evinin söküntü zamanı daha çox qiymətləndirilməsinə nail olmaq olduğunu, belə olduqda evinin sökülməsi nəticəsində kifayət qədər pul alacağını və əziyyətinə görə borcundan çıxacağını dedi. Beləliklə, o, İddiaçı evində işə başlamışdır. O, təmir üçün zəruri olan materialların siyahısını Zahidə xanıma bildirdikdə o, bir daha onun diqqətinə çatdırdı ki, təmirin keyfiyyəti onun üçün önəmli deyil, maksimum qənaət etməklə söküntü işləri başlayanadək təmiri başa çatdırmaq lazımdır. Məsələn, o, döşəmənin möhkəm olması üçün taxtaların müvafiq ölçülər üzrə kəsilməli və bir-birinə calandıqdan sonra aralarına yapışqan vurulmalı olduğunu dedikdə Zahidə xanım söküntü başladıqda həmin taxtaları çıxarmaq fikrində olduğundan onları kəsməməyi və yapışqanla korlamamağı ona tapşırmışdır. Təmir işlərini həyata keçirdiyi müddətdə İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayırdı və təmir prosesi onun nəzarəti altında gedirdi. Bu müddət ərzində Zahidə xanım təmirin keyfiyyəti barədə ona heç bir irad bildirməmiş və onun diktə etdiyi şərtlər daxilində təmiri davam etdirməyinə şərait yaratmışdır. Bir neçə ay işlədikdən sonra səhər saatlarında işə gələrkən özünü qonşu kimi təqdim edən qadın ona yaxınlaşaraq İddiaçı evinin təmirini onun həyata keçirdiyini soruşmuş və ona demişdir ki, Zahidə səndən öncə bir neçə ustanı bu evdən qovmuşdur. Zahidə orada qeyri-qanuni işlər görür və onun evinin yük daşıyan divarını zədələyərək öz evi üçün pəncərə yeri açmışdır. Bu məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsində mülki mübahisələrinin olmasını deyərək ona xəbərdarlıq etmişdir. Bir müddət sonra İddiaçı ondan təmiri qonşunun maraqlarına toxuna biləcək formada davam etdirməyi tələb etdikdə o, etiraz etmiş və nəticədə İddiaçı ilə aralarında narazılıq və söz-söhbət olmuşdur. Bundan sonra İddiaçı tələbi ilə işi dayandırmışdır. İki gündən sonra Zahidə xanım ona zəng edərək onu əvəz edən ustaya ona məxsus təmir alətlərinin mane olduğunu deyərək onları aparmağı və evinin onda olan açarını təhvil verməyini tələb etmişdir. Növbəti gün əşyalarını götürməyə getdikdə əşyalarının orada olmadığın və evdə usta işləmədiyinin şahidi olmuşdur. İddiaçı açarı ondan alaraq təmir alətlərinin mebel sexində olduğunu dedi. Həmin sexə getdikdə əşyalarını orada da tapa bilməmişdir. İddiaçı ilə əlaqə saxladıqda ona nə vaxt mən deyən işləri görərsən, əşyalarını götürərsən dedi. Bundan sonra İddiaçı qanunsuz hərəkətlərindən Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Əlavə olaraq, təmir müddətində onun tərəfindən işin əsassız uzadılmasına və İddiaçı maraqlarına toxunacaq hər hansı qərəzli hərəkət edilməmişdir. Həmçinin Cavabdeh (Gadjiev Aidin) qarşılıqlı iddia ərizəsinin məzmununda iddiaya etiraz ərizəsini də məhkəməyə ünvanlamışdır. İddiaçı qarşılıqlı iddiaya etiraz ərizəsi məhkəməyə ünvanlayaraq bildirmişdir ki, cavabdeh qarşılıqlı iddia verərək əmlakın geri qaytarılması tələbi irəli sürmüşdür. Bildirir ki, cavabdehin iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçı qarşılıqlı iddiada göstərdiyi kimi onun mebel sexi vardır və həmin alətlərdən hamısı onun mebel sexində olan alətlərdir. O, cavabdehdən pulunu tələb etdiyi üçün o, bildirmişdir ki, ona məxsus mebel sexinin bütün alətlərini əlindən alaraq onun gəlirinə mane olacaqdır. Cavabdeh, 8 mart 2019-cu il tarixində ona zəng edib evdə oturduğunu, nə iş olsa görmək istədiyini, lap daş boşaltmaq da olsa işləmək istədiyini bildirərək, ondan kömək istəmişdir. O da cavabdehə demişdir ki, evini təmir etdirirdi, söküntü olacaq dedilər, təmiri dayandırmışdır. Ərizə ilə aidiyyatı üzrə müraciətlər etmişdir. Cavab alan kimi söküntü olmayacağı təqdirdə təmiri davam etdirəcəkdir. Bildirdi ki, eyni zamanda qonşular 189 nəfərlə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında ərazidə çoxsaylı yerli əhəmiyyətli abidələr olması və Bakının tarixinin məhvinə etiraz aksiyası keçirmişdir. Baş memar Elbay Qasımzadə onları qəbul etdi və cənab Prezidentə məruzə edəcəyini bildirdi. 1 mart 2019-cu il tarixində mədəniyyət və incəsənət xadimləri ilə Prezidentin görüşündə E.Qasımzadə həmin məsələni qaldırdı və Prezidentin göstərişi ilə ərazi “Qədim tarixi zona” elan edildi. Nəhayət, ona X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yönləndirilmiş ərizələri üzrə bildirildi ki, təmiri davam etdir, söküntü olmayacaq. O, aprelin ortalarında cavabdehə bildirmişdir ki, təmirini etdirsin. Tam əmindir ki, söküntü olmayacaq. Hətta, rəsmi də cavab almışdır. Dedi ki, əvvəlki usta gah gəlir, gah gəlmir, içir, işi xoşuna gəlmir. İstəsən işlə. Yoxsa başqa usta da var. Dedi ki, işləyər, amma alətləri yoxdur. Demişdir ki, səndən əvvəl işləyən ustanın bəzi alətləri var. Qalan mebel sexində hər şey var. Nə də lazım olsa Təzə bazarda günü 3-5 manata verirlər. Gətirib işi görüb qaytararlar. Bütün ustalar belə işləyir. Razılaşdı və gəldi. O, cavabdehi onunla məhkəmə mübahisəsi olan X2 anası X8 ilə əlaqəyə girərək, onun istəyinə uyğun onun mənzilinin təmirini bərbad hala saldığını görmüş, cavabdehi evindən qovmuşdur. Onun yalan uydurmaları Yasamal Rayon Məhkəməsinin qətnaməsində də əksini tapmışdır. O, onu 12 oktyabr 2019-cu il tarixində evindən qovmuşdur. Bacı-qardaşlarına da zəng edib onun pulunu qaytarmalarını, evinə gəlib baxmalarını xahiş etsə də, onlar Aydın onlarla düşmən olar cavabını vermişdirlər. Cavabdeh təkidli tələblərinə baxmayaraq pulunu qaytarmaqdan imtina etmiş və 15 noyabr 2019-cu il tarixində Yasamal rayon Polis İdarəsinə ondan ona məxsus alətlərin alınaraq ona verilməsi barədə müraciət etmişdir. Halbuki, onda ona məxsus alət olsaydı, dərhal müraciət edərdi. O, vəkil sorğusu ilə onun ərizəsini Polis bölməsindən almışdır. Qarşılıqlı iddiada guya onun qanunsuz hərəkətindən müraciət etdiyini bildirir. 27 noyabr 2019-cu il tarixində cavab verilmişdir ki, məhkəməyə müraciət et. Cavabdeh isə, o, fevral 2020-ci il tarixində məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia vermişdir. O, həmin ərizə və cavabı Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim G.Axundovanın icraatında olan mülki işlə bağlı 17 fevral 2020-ci il tarixlində yalançı şahidlik etdikdən sonra əldə etmiş və məhkəməyə təqdim etmişdir ki, aralarında narazılıq olduğundan onun məhkəmədə şahidliyi qərəzli qiymətləndirilməlidir. Onun qovulandan sonra iddia verməməsi də cavabdehin onda heç bir alətinin olmamasını təsdiq edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində ona məxsus 38 adda alət olduğunu bildirmişdir. İddia tələbində göstərdikləri alətlərin bir neçəsi ondan əvvəl işləyən ustanındır, onda qalmışdır. Qalanlar isə mebel sexində olduğundan onun alət gətirməyinə ehtiyac qalmamışdır. Öz-özünü təqzib edərək qarşılıqlı iddiada bildirir ki, döşəmənin möhkəm olması üçün taxtanın müvafiq ölçülər üzərə kəsilməsi üçün onları kəsməməyi ona tapşırdı. Bu halda elektro mişar cihazı nəyə lazım idi? Həm də elektrik yonma cihazı və rəndə nəyə lazım idi sualları bir daha onun yalan iddiada olduğunu təsdiq edir. Əgər lazer var idisə, niyə döşəmə və divarlar tamamilə əyri vəziyyətədir sualı da yaranır ki, bu da onun bir mənalı yalanlarını təsdiq edir. Guya radioqəbuledicisi də olub. Radioqəbuledicidən təmir zamanı nədə istifadə edib sualı yaranır ki, bu da onun yalanlarını ortaya qoyur. Onun mətbəxi balkonda idi. Hal-hazırda da həmin balkon olduğu kimi durur (ərazini standart olaraq dövlət təmir-bərpa edəcəyi üçün təmirə icazə verilməyib). Qaz peçi və üstündə də çaynik və çaydan olduğundan tefala ehtiyac ola bilməzdi. Görünür ehtiyacı var. Onun hər gün yeyib-içməyini o, təmin etmişdir. Özü ilə qazlı suya limon sıxaraq gətirirdi ki, arıqlasın. Qalan onun hesabına səhər və axşam yeməyi yeyib. İndiki zamanda kimin evində perenoska yoxdur ki, usta evindən perenoska gətirir? Digər alətlər də bildirdiyi kimi, əvvəl işləyən ustadan qalıb və əsasəndə mebel sexində 2000-ci ildən olub və hal-hazırda da var. 16 il ailələri arasında olan dostluğa görə onun evində guya pulsuz işlədiyini bildirən Cavabdeh tanımadığı qonşusunun nigahdan kənar saxladığı rus qadınla məhkəməyə gedib yalan şahidlik etməsi bir daha onun qarşılıqlı iddiada və etirazda yazdıqlarının tamamilə yalan olmasını birmənalı təsdiq edir. Hal-hazırda onun evinin təmirinə istifadə edilən materialların ən yüksək qiymətə olması da cavabdehə onun maddi imkanının olmamasını bildirməyini onun uydurması olduğunu sübut edir. O, cavabdehin qarşılıqlı iddiada göstərdiyi kimi zəng edərək, alətlərini apar deməmişdir. O, onun evində işləyən zaman mebel sexində mebellərdən çıxan köhnə koja parçaları, qupkaları, stol ayaqlarını yığaraq ona lazım olduğunu bildirmişdir. O, həmin veşləri aparmasını bildirmişdir. O da gec gəldiyindən onları sexdə lazım olanları işlətmək, qalanını tullamaq üçün sexə atmışdır. O, qardaşından soruşmuşdur, qardaşı da bildirmişdir ki, sexə lazım olmadığı üçün tullayıblar. Qaldı ki, sex balaca olduğundan onun alətləri olmuş olsaydı belə, ora yığmaq mümkün olmazdı. Ən azından iki balkonu boş idi ora yığardı olsaydı. Həmin balkonların özü də bilir ki, İcra Hakimiyyəti təmir etməyə icazə vermirdi, çünki küçəyə baxırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi xahiş edilmişdir. Həmçinin, digər ərizəsi ilə cavabdeh tərəfindən tərtib edilmiş smetaya yazılı etiraz edərək bildirmişdir ki, smetada göstərilənlər həqiqəti əks etdirmir. Birinci halda, o, cavabdehlə smetada göstərilən qiymətlər əsasında təmir etmək üçün danışıq aparmamışdır. İkinci halda, smetada göstərilən məbləğlər heç bir tikinti-təmir bazarında olan reallığı əks etdirmir. Həm gördüyü və həm də qiymətlər həddindən artıq şişirdilmişdir. Cavabdeh guya onun evində 16 adda iş görmüşdür. Smetada göstərilən 1, 4 və 5 sıralarında göstərilən işləri tam, bəzilərini heç görməmişdir. Bir neçəsini isə qismən görmüşdür. Bəzi işləri isə yararsız olduğundan sonradan sökülərək yenidən başqa usta tərəfindən görülmüşdür. Bunlar aşağıdakılardır: Alçipan 110 m2 yox, 82 m2 sahəni əhatə edir, malyar işi - mətbəx, dəhliz və yataq otağında heç bir malyar işi görülməmişdir. Ancaq zalda malyar işi görmüşdür əyrü-üyrü, sonrakı ustalar əyri yerləri düzəltmişdilər. Mətbəxtin 2 divarlarını Nail usta işləmişdir. Digər hissələri isə sonrakı ustalar işələyib. Dəhliz və yataq otağını da sonrakı ustalar işləyib. Döşəmə taxtasını 2 dəfə sıxmaq 50 m2 yox, 33 m2 sahəni əhatə edir. Elektrik işi, teleantena, telefon kabeli - telefon kabeli Nail usta tərəfindən görülüb. Elektrik və teleantena işləri isə 10 faiz icra edilib. Ancaq naqilləri atmaqla şitə qoşmaqla kifayətlənib. Həmin işlər təhlükəli olduğundan sonrakı ustalar tərəfindən sökülərək, yenidən qurulmuşdur. Kərpic hörgüsü, səs izolyasiyası, malyar işi - kərpic işi 2 kv.m sahəni əhatə edir. Səs izolyasiyası, malyar işi həmin hissədə görülməyib, həmin hissəni yarımçıq qoyaraq iyun ayında gedib sentyabrın 17-də qayıtdığından, həyatları üçün hər an təhlükə olub. Belə ki, həmin hissə bloka açılır. Evə oğru, narkoman girə bilərdi və hətta, onunla məhkəmə mübahisəsi olan Marina Volkova da evə ciddi təhlükə yarada bilərdi. Arka söküb yığmaq 4 ədəd - yalandır 4 ədəd arka yoxdur. Arkalar sökülə bilməzdi. Binanın yükdaşıyan divarı olduğundan mümkünsüzdür, sadəcə zal otaqda hər biri 2 metr olan 2 arka var. Arkanın malyar işini görüb. Bu da zalın malyar işinə daxildir. Şveller kəsmək - kəsilməli şveller olmayıb. Olsaydı harada olmasını açıqlayardı. Su sayğacları bütün qonşularla onunkular eyni yerdədir. Yerini dəyişməyə ehtiyac yaranmamışdır. Giriş qapısının ətrafını tarazlamaq, beton styajka etmək - bu iş ən sonda görülən işdir. Hələ içəri qurtarmamış evin girişinə beton styajka edilsəydi evə giriş mümkünsüz olardı. Bu iş evin döşəməsinin lakı vurulduqdan sonra çöldə olduğundan sonrakı ustalar tərəfindən görülmüşdür. Mübahisəli hamamda su və qaz boru xəttlərini kəsmək, pilləkən yığmaq, elektrik işi görmək - ağ yalandır. 1 aprel 2019-cu il tarxində qonşu Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verib. İddia ərizəsində hamamda elektrik enerjisi və su xəttlərinin iddiaçıya məxsus olduğu göstərilir. Qaz göstərilməmişdir. 23 aprel 2019-cu il tarixdə iddiaçının vəkili sübutun təmin edilməsi haqqında məhkəməyə ərizə vermişdir. Həm ərizədə də elektrik enerjisi və su xəttlərinin iddiaçıya məxsus olduğu göstərilir. Hacıyev olmayan qaz xəttini necə kəsib? Hamamın pilləkəni 1991-ci ildə yığılıb. Pilləkan olmasaydı necə istifadə edilir sualı yaranır. İşıq xəttidə eynilə 4 sentyabr 2019-cu il tarixində ekspert, iddiaçı və vəkilinin iştirakı ilə hamama baxış zamanı heç bir yeni xətt aşkar edilməmişdir. Naqillərin təzə olması və yeni işlər görülməsi aşkar edilməmişdir. Həm də 2 aprel 2019-cu il tarixində “iddianın təmini tədbiri barədə'” iddiaçının vəkili məhkəməyə ərizə vermişdir. Qərardad çıxarılmışdır. O, belə işlər gördürməli olsaydı dərhal usta tapıb gördürərdi. 18 aprel 2019-cu ildə onun evin işə başlayan cavabdehi gözləməzdi. Kombi isti-soyuq borusunun çəkilişi olub, lakin düzgün quraşdırmadığı üçün sökülərək sonrakı ustalar tərəfindən yenidən işlənib. Santexnika işi, divara jest vurmaq, pəncərələrə setka montajını harada görməsini göstərməyib. Santexnika işini hamam-tualetdə görürlər ki, bu da sonda olur. O, hələ lazımı işlərin 90 faizini görməmişdir. Divarlara jest vurulmayıb. Ancaq astar-üz vurulub Cavabdeh tərəfindən ancaq zalda. Pəncərələrə setka montajı olunmayıb. Belə ki, onun işlədiyi yerlərdə pəncərə yoxdur. Əvvəlki usta işləyən yerdə pəncərə var. Birdə mətbəxdə nəfəslik plastikdəndir və plastik qapı-pəncərə sexində sifariş edərək setkası ilə birlikdə düzəltdirmişdir. 2018-ci ilin noyabr ayından həmin otaqda yaşamışış, pəncərəni də həmin vaxt dəyişmişdir. Pəncərə açmaq daş kəsmək, divar uçurmaq, armatur buraxmaq, şveller o üz-bu üz yerləşdirmək, dəzgah qurmaq. Pəncərə açmamışdır. Fotodan da görünür ki, əvvəldən də orada nəfəslik var idi. Belə ki, şəkilin ətrafında tüstü bacası gözlə görünür. Həmin nəfəslikdən evə uqar dolduğundan müvəqqəti içini kərpiclə 1990-cı ildə bağlatmışdır. Nəfəsliyin üstündə olan şvellerdən də görünür ki, çox köhnədir. Cavabdeh kərpici sökən zaman şveller yerindən tərpənmişdir. O, məcur olub qaynaqçı çağırıb armaturla bərkitmə işi aparmışdır. Armaturu qaynaqçı buraxıb, Cavabdeh ona kömək edib. Qonşunun iddia ərizəsinə əlavə adı ilə məhkəməyə verilmiş ərizəsindən də görünür ki, bütün aidiyyatı orqanlara şikayətlər ediblər. Yerində aparılan yoxlamalar nəticəsində nəfəsliyin sonradan açılmaması qənaətinə gəliblər və onlara cavab məktubları verilmişdir. Cavabdehin göstərdiyi həcmdə iş uzun müddətli, səsli-küylü olduğundan bu işin mərkəzi küçədə apanlması heç mümkün deyil. 01 saata nəfəslik bərpa olunub ki, bu da cavabdehin yalan deməsini sübut edir. Cavabdeh smetada göstərdiyi ölçülərin də düz olmaması onun yalanlarını təsdiq edir. Belə ki, uzunluğu 85 sm, eni 60 sm olan nəfəsliyin divarının qalınlığı isə 80 sm-dır. Cavabdeh 0.6x1.0 ölçüdə göstərir. Dəzgahı isə 2 m hündürlüyündə, 1.5 m enində qardaşı ilə birlikdə qurub. Hazır dəmir sökülmüş dəzgahın dəmirlərini bir-birinə girmək yolu ilə qardaşı ilə yığmışlar. Tək yığılması mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, o, sonuncu ekspert rəyi ilə razıdır. Belə ki, ekspert tərəfindən verilmiş rəydən görünür ki, cavabdeh tərəfindən onun evində döşəmə düzgün vurulmadığından onda qüsurlar əmələ gəlmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, döşəmənin taxtalarını cavabdehin qohumu ilə birgə almış, hətta ona 3 kv.metr əlavə olaraq taxta verilmiş, taxtanın vurulması üçün “FAB” şirkətinin yapışdırıcısını da almışdır. Cavabdeh onları istifadə etmədiyi üçün sonradan satmışdır. Cavabdeh ona bildirməmişdir ki, döşəməni vurandan sonra belə qüsurlar əmələ gələ bilər. Cavabdeh bildirir ki, döşəmədə olan nöqsanlar onun tərəfindən hamamın evin ortasında inşa edilməsidir, lakin evin ortasında heç kim hamam inşa etmir. Həmçinin, evin planından da görünür ki, hamam küncdə yerləşir. Bundan başqa, hamam taxta döşəmə üstündə inşa edilmir, hamamın altı beton olmalıdır. Qarşılıqlı iddia ilə bağlı isə bildirdi ki, cavabdeh onun evində işləmək üçün hər hansı alət gətirməmişdir. Onun mebel sexi var, alətləri oradan götürüb işlədirdi. Cavabdeh həmin alətlərin hansı firmaya məxsus olduğu, onun rəngi və sair əlamətlərini bildirə bilmir. Əgər onda hər hansı alət qalsaydı, cavabdeh məhkəmədə bununla bağlı iddia qaldırardı. İddia isə yalnız o, məhkəməyə müraciət etdikdən sonra verilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən aldığı taxtaların keyfiyyətsiz olduğu onun tərəfindən iddia ərizəsində etiraf edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, taxtaların pis və göyərmişlərini görünməyən yerdə vurulmasını ondan xahiş etmişdir. Ekspert rəyi həqiqəti əks etdirmir. Ekspert ilkin olaraq qeyd edir ki, təmir orta keyfiyyətlidir, lakin sonra bildirir ki, döşəmədə qüsurlar əmələ gəlmişdir. Göründüyü kimi, ekspert rəyində ziddiyətlər var. İddiaçının imkanı zəif olduğu üçün o, pis keyfiyyətli tikinti materiallarını, o cümlədən döşəmə üçün taxta almışdır. İddiaçı ona bildirmişdir ki, taxtaları elə vursun ki, sonradan həmin taxtaları zədələmədən söküb bağ evinə apara bilsin. İddiaçı hamamı evin ortasında inşa etdirmiş, onun yükü nəticədə döşəmədə qüsurların əmələ gəlməsinə gətirib çıxarmışdır. İddiaçı həmçinin evin döşəməsini domkratla qaldırmışdır ki, evi söküləndə əlavə pul ala bilsin. Belə ki, bununla evin zirzəmisində tavan yuxarı qalxır. İddiaçının təmirdə məqsədi tamah olub ki, evi söküləndə təmirli evə görə əlavə pul alsın. İddiaçı göstərir ki, onun evində 1/10 faizi işlər görülüb. Belə olan halda necə pis keyfiyyətli təmir ola bilər? Əgər o, iddiaçının evinə öz alətlərini aparmamışdırsa, necə olur ki, icra məmuru onun mebel sexində ümumiyyətlə alət aşkar etmir? İddiaçının evində olan qüsurlar ondan qabaq olan ustaların işinin və iddiaçı tərəfindən ona verilən keyfiyyətsiz materialların nəticəsidir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, iddiaçıya onun tərəfindən verilmiş materialların istifadəsi nəticəsində evin təmirində qüsurlar olduğu barədə məlumat vermişdir. İddiaçıya döşəməyə yapışdırıcı vurulmalı olduğunu bildirmiş, lakin iddiaçı taxtaları korlamamağı bildirmişdir. İddiaçı ona qonşuların hüquqlarına toxuna biləcək işləri görməyi tapşırdığına görə o, işi qoyub getmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iş üzrə tərəflərlə qohum deyildir. İddiaçını tanışı Mübarizin vasitəsilə tanımışdır. İddiaçının evində usta kimi işləmişdir. Cavabdehi məhkəmə prosesi keçəndən sonra tanımışdır. Hazırda cavabdehə kömək etmək məqsədilə şahidlik eləməyə gəlmişdir. Lakin Cavabdehı iddiaçının evində görməmişdir. O, həmin evdə, yəni iddiaçının evində malyar, söküntü və alçipan işləri görmüş, həmçinin 1 otağın döşəməsinin altında olan şvelleri qaldırmışdır. Hazırda döşəmədə olan maililik bu səbəbdən ola bilər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, döşəməni o, qaldırmışdır. Həmin evdə təmir işləri kv.metrə uyğun olaraq aparılmışdır. Onun 1 böyük, 1 balaca perforatoru və 100 manat məbləğində pulu iddiaçıda qalmışdır. O, öz hesabıma nahar edirdi. İddiaçı ilə aralarındakı mübahisə təmir işlərinə görə qiymətlə bağlı olmuşdur. Döşəməni o yox, Rəşad adlı usta təmir etmişdir. 2019-cu ilin yay aylarında həmin evdə usta kimi işləmişdir, cavabdehdən 20 gün qabaq həmin evə gəlmişdir. Elektrik işlərini Haqverdi adlı usta görmüşdür. Mətbəxin dördüncü divarında təmir işləri aparmamışdır. 1 otaq, 1 mətbəx və hamam-tualeti təmir etmişdir. Mətbəxin 3 divarını təmir etmişdir. 3 otaqdan birində təmir işləri aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh həm onun qonşusu, həm də müştərisidir. Boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. Təxminən iki il bundan əvvəl ona bildirmişdir ki, onun şəhərə aparılası yükü vardır və onun maşını vasitəsilə həmin yüklərin daşınmasını xahiş etmişdir. O da cavabdehin xahişini yerinə yetirərək həmin yükləri cavabdehlə birlikdə Sovetski deyilən yerə aparmışdır. Yükün içərisində tikinti ləvazimatları – balta, çəkic, balaca lom, mişar, əlcək, paltar və bundan əlavə paket, elektrik çaydan və bir ədəd böyük qutu olmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qutunun içərisindəkiləri görməmişdir. Gətirdiyi yerdə tıxac yarandığı üçün o, maşındakı yükləri cavabdehlə birlikdə səkiyə boşaldaraq həmin ərazidən getmişdir. Yükləri evə şəxsən aparmamışdır. İş materiallarında olan: Cavabdeh tərəfindən tərtib edilmiş smetadan görünür ki, onun tərəfindən iddiaçının evində görülmüş işlər və onların qiyməti aşağıdakı kimidir: Döşəmə taxtasını vurmaq - 74 m2 (60 m2 - 8 manat, 14 m2 – 4 manat) – dəyəri 480+56 manat; Alçipan 110 m2 (16+36=52 m2, 43+15=58 m2) – dəyəri 330 manat; Malyar işi 138 m2 (zal 30+18+15=63 m2, mətbəx 8+11+6=25 m2, dəhliz 22 m2, yataq otağı 28 m2 dəyəri 504+200+88+112 manat; Metlax vurmaq - 3 m2 dəyəri 30 manat; Döşəmənin izolyasiyası, ikiqat = 24 m2 dəyəri 48 manat; Döşəmə taxtasını 2 dəfə sıxmaq - 50 m2 dəyəri 50 manat; Elektrik işi + teleantenna + telefon kabel dəyəri 200 manat; Kərpic hörgüsü + səs izolyasiyası+ malyar dəyəri 60 manat; Arka söküb yığmaq (4 ədəd arka) dəyəri 80 manat; Şveller kəsmək dəyəri 10 manat; Su sayğacının yerini dəyişmək dəyəri 10 manat; Giriş qapısının ətrafını tarazlamaq, beton styajka etmək dəyəri 50 manat; Mübahisəli hamamda su və qaz boru xətlərini kəsmək, pilləkan yığmaq, elektrik işi görmək dəyəri 100 manat; Kombi + isti-soyuq su borusunun çəkilişi dəyəri 200 manat; Santexnika işi, divara jest vurmaq, pəncərələrə setka montajı dəyəri 60 manat; Pəncərə açmaq 0.6x1.0 ölçüdə daşı kəsmək, divarı uçurmaq, armatur buraxmaq, şveller o üz-bu üz yerləşdirmək, dəzgah qurmaq dəyəri 100 manat. Görülən işin cəmi dəyəri 2.768 manat təşkil edir; Fab Boyaların, Karnizlərin və Paduqaların topdan satışı mağazası tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli qaimədən görünür ki, Fab tutku və digər mallar üçün 89 manat məbləğində vəsaiti ödənilmişdir; Gilan Holdinqin alçipanların, topdan və pərakəndə satışı mağazasından verilmiş 05 aprel 2019-cu il tarixli, 000199 nömrəli qaimədən görünür ki, alçipan ağ rəng (6 ədəd) və göy rəng (5 ədəd), köşə oval (5 ədəd), gilan moyak (14 ədəd), Tn 25 “Knauf” (2 ədəd), köşə (6 ədəd), rolik 10 sm-lik (4+1 ədəd), sverlo (2 ədəd) və sinkop (1 ədəd) üçün 155 manat məbləğində vəsaiti ödənilmişdir; Gilan Holdinqin alçipanların, topdan və pərakəndə satışı mağazasından verilmiş 15 aprel 2019-cu il tarixli, 000211 nömrəli qaimədən görünür ki, alçipan 10 ağ rəng (18 ədəd), Tc3 (36 ədəd), Tc4 (60 ədəd), əqrəb 7 qalın (30 ədəd), əqrəb 50 (40 ədəd), əqrəb 30 (10 ədəd), DC 75-lik (51 ədəd), alçipan göy rəng (8 ədəd), Tn 25-lik knauf (3ədəd), əkləmə (10 ədəd), 5x50 (1 ədəd), nasotka (2 ədəd), dəriband knauf, binder (3 dəd), probka (1 ədəd), Tu 65-lik, rolik (1 ədəd), rerav (1 ədəd), köşə (10 ədəd), cerva üçün cəmi 535 manat məbləğində vəsaiti ödənilmişdir; 14 dekabr 2019-cu il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, kant, qarmoşka və kley üçün 869 manat məbləğində vəsaiti ödənilmişdir; 19 noyabr 2019-cu il tarixli qaimədən görünür ki, 26 kombi makterm və digər əşyalar üçün 2.209,9 manat məbləğində vəsait ödənilmişdir; Bosfor Seramic mağazası tərəfindən verilmiş 22 noyabr 2019-cu il tarixli qaimədən görünür ki, 30*60 Salıma Boz (10-60), 30*60 Salıma Boz (10-60), 30*60 X13 (10-60), 2*60 gumus kubik, 60*60 das arg bej, Flexar mavi 1 kg, Flexar ağ 1 kg, Flexar boz 1 kg, Flexar qəhvəyi 1 kg, kres 1.5 mm, kres 1 mm, plasmas kant AG İC, plasmas kant AG TİN, 30*60 senat boz tund, 30*60 senat boz açıq, 30*60 senat boz dekor, 50*50 arnika gri, 2*60 gümüş kubik, 30*60 venus mavi yeni tünd, 30*60 venus mavi yeni açıq, 30*60 venus mavi yeni dekor, 30*30 venus, 4*60 gümüş spiral, chrome mata məhsulları üçün 746,28 manat məbləğində pul vəsaiti ödənilmişdir; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İddiaçı ünvanlanmış 08 may 2019-cu il tarixli məktubun surətindən görünür ki, sonuncunun Bakı şəhəri, Yasmal rayonu, B.Səfəroğlu 100 və 102 saylı binalarının sökülməsinin qarşısının alınması ilə əlaqədar ərizəsinə baxılmış və bildirilmişdir ki, B.Səfəroğlu küçəsi 102 (inventor № 3769) ünvanında yerləşən yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memearlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. Qeyd olunan məsələ ilə bağlı tərəflərindən 14 mart 2019-cu il tarixində Yasamal Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. Müraciətə şifahi olarq bildirilmişdir ki, göstərilən ünvanlarda söküntü işləri aparılmır. Həmin ərazidə təmir-bərpa işləri aparılacaq; Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 100, mənzil 5 İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir; 15 noyabr 2019-cu il tarixdə Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə yazdığı ərizədən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı evində təmir işləri görmüş, lakin bu günə kimi həmin qadın ona məxsus olan 26 ədəd usta alətlərini ona vermir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir; İddiaçı hüquqlarını təmsil edən qanuni nümayəndəsi X1 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində yazdığı izahatından görünür ki, Cavabdeh tərəfindən görülmüş işlər pis olduğundan ona haqq-hesabın edilməsi və pal-paltarının gəlib götürülməsi bildirilmişdir; Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı X12 rəisi polis mayoru Allahverdi Atakişiyev tərəfindən verilmiş 27 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, 16 noyabr 2019-cu il tarixdə icraatına Cavabdeh 15 noyabr 2019-cu il tarixdə Yasamal RPİ-nə ünvanladığı müraciəti daxil olmuşdur. Vətəndaş Cavabdeh müraciətində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı evində təmir işləri görmüş, lakin bu günə kimi həmin qadın ona məxsus olan 26 ədəd usta alətlərini ona vermir. Bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı hüquqlarını təmsil edən qanuni nümayəndəsi olan qardaşı X1 izahatında göstərmişdir ki, Cavabdeh işini tam görmədən, pulu tam alaraq getmişdir. Ona görə də ona məxsus alətlər ünvanda qalmışdır. Qeyd etmişdir ki, gəlib əşyalarını götürə bilər, lakin bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Tərəfindən ərizəyə baxılarkən müəyyən olundu ki, Cavabdeh müraciətində göstərdiyi xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən həllini tapa bilər; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2(004)-89/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 100 saylı evin birinci mərtəbəsində yerləşən hamamdan X3 və onun ailə üzvərinin istifadə etməsinə maneələrin (hamamın giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması) aradan qaldırılması və zəbt edilmiş hamamın boşaldılaraq X4 təhvil verilməsi, evin ümumi istifadədə olan hissələrində (qeyri-yaşayış sahəsində) qanunsuz tikinti işlərinin dayandırılması və həmin hissələrin boşaldılaraq evin sahə mülkiyyətçilərinə təhvil verilməsi vəzifəsinin İddiaçı öhdəsinə qoyulması, evin ümumi istifadədə olan hissələrindən (zirzəmi də daxil olmaqla) istifadə qaydasının müəyyənləşdirilməsi, habelə cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1000 (min) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulub iddiaçıya verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, şahid Cavabdeh izahatında bildirmişdir ki, cavabdehin evində usta kimi işləyib. Keçən ilin aprel ayından oktyabr ayına kimi işləyib. Elektrik işi, döşəmə işi və başqa işləri görüb. Cavabdeh özü onu zəng edib çağırmışdı. Sonra oktyabr ayında münasibətləri pozuldu və o getdi. Cavabdeh iddiaçının hamamını zəbt etmək istəyirdi. Ona deyirdi ki, iddiaçının hamamı ilə onun hamamını birləşdirsin. Ona deyirdi ki, elə et ki, Kamilladan ona gələn xətlər yoxa çıxsın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdehin iddianı təmin etmək haqqında tədbiri təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 100, mənzil 5-də, həmin mənzilin zirzəmisində fəaliyyət göstərən mebel təmir sexi və meyvə-tərəvəz mağazasında olan 1 ədəd elektro mişar cihazının, 1 ədəd plastik boru üçün elektrik ütüsünün, 1 ədəd elektrik drelin, 1 ədəd elektrik yonma cihazının, 1 ədəd lazer nivelir cihazının, 1ədəd perforatorun, 2 ədəd baltanın, 1 ədəd kərkinin, 1 ədəd rəndənin, 2 ədəd çəkicin, 1 ədəd düzbucaq xətkeşin, 1 ədəd montajnikin, 4 ədəd məngənənin, 1 ədəd iskənənin, 1 ədəd dəmirkəsən qayçının, 3 ədəd qaz açarının, 2 ədəd tərəzinin, 1ədəd şuğulun, 2 ədəd şpakelin (kürək), 1 ədəd perenoskanın, 2 ədəd kəlbətinin, 1 ədəd 60 sm-lik şpakelin, 2 ədəd malanın (malyar üçün), 3 ədəd pobedit sverlonun, 1 ədəd tefalın, 1 ədəd radioqəbuledicinin üzərinə həbs qoyulmuş, həmin əşyaların istifadə edilməsi, özgəninkiləşdirilməsi, zədələnməsi və məhv edilməsi İddiaçı və başqa şəxslərə qadağan edilmişdir. 07 iyul 2021-ci il tarixdə Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin, borclu İddiaçı və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadının icrası ilə əlaqədar mübahisəli ünvana baxış keçirilmiş və qərardadda göstərilən əmlaklar (alətlər) qeyd olunan ünvanda aşkar edilməmişdir; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 20 may 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 100 saylı evin 5 saylı mənzili üzrə orta keyfiyyətli təmir işləri aparılmaqla, döşəməyə taxta vurulduğu, tavanda və divarlarda alçipan və rəngsazlıq işləri görüldüyü, arkalarda təmir işləri aparıldığı, döşəməyə metlaq vurulduğu, giriş qapısının ətrafında beton styajka və tarazlama işləri görüldüyü, tikililərdə santexnika işləri görülərək su, qaz, istilik (kombi) xətləri çəkildiyi, binanın xarici divarında daşlar kəsilərək pəncərə oyuğu açıldığı, açılmış oyuğun kənarlarında metal konstruksiyalardan çərçivə düzəldildiyi müəyyən olunmuşdur. Lakin həmin işlərin tikinti materiallarına qənaət etməklə görülübgörülmədiyi, təmir zamanı sərf edilən hansı tikinti materiallarının nə qədər alındığı və təmirdən sonra nə qədər tikinti materialı qaldığı müəyyənləşdirildikdən sonra müəyyən oluna bilər. Baxış zamanı tədqiq olunan mənzil üzrə döşəməyə vurulmuş taxtaların bəzi yerlərdə 1-3 mm aralandığı və boşaldığı, yataq otağının tavananına vurulmuş alçipan üzlüklərlə arkaların üst hissəsi arasındakı məsafənin eyni olmadığı, uşaq otağında döşəmədə maililik olduğu, mənzilin otaqlarına gedən isti və soyuq su boru xətlərinin mağaza kimi istifadə olunan tikilidə tavana vurulmuş lambrin üzlüklərdən aşağı səviyyədə çəkildiyi müəyyən edilmişdir. Lakin bu işlərin yenidən görülməsi üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı müəyyən oluna bilər. Tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin dəyərini müəyyən etmək üçün orta bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Lakin yerinə yetirilmiş işlərlə əlaqədar baxış zamanı tərəflər arasında mübahisə yarandığından mübahisə olunan və mübahisə olunmayan işlərin dəyəri ayrı-ayrılıqda hesablanmışdır. Aparılan hesablamalar nəticəsində, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 100 saylı evin 5 saylı mənzili üzrə yerinə yetirilmiş mübahisə olunmayan işlərin dəyəri 2348,0 manat, mübahisə olunan işlərin dəyəri isə 420,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, təmir işləri zamanı sərf edilən tikinti materialları cavabdeh tərəfindən alınmadığından, həmin materialların dəyəri smetada nəzərə alınmamışdır. Cavabdeh tərəfindən tərtib olunan smetada qeyd olunan işlərin faktiki olaraq tədqiq olunan mənzildə yerinə yetirildiyi müəyyən edilmişdir. Lakin mənzildəki hamam tikilisi söküldüyündən, 13-cü bənddə qeyd edilən işləri müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzili üzrə orta keyfiyyətli təmir işləri aparılmaqla, döşəməyə taxta vurulduğu, tavanda və divarlarda alçipan və rəngsazlıq işləri görüldüyü, arkalarda təmir işləri aparıldığı, döşəməyə metlax vurulduğu, giriş qapısının ətrafında beton styajka və tarazlama işləri görüldüyü, tikililərdə santexnika işləri görülərək su, qaz, istilik (kombi) xətləri çəkildiyi, binanın xarici divarında daşlar kəsilərək pəncərə oyuğu açıldığı, açılmış oyuğun kənarlarında metal konstruksiyalardan çərçivə düzəldildiyi müəyyən edilmiş, lakin həmin işlərin tikinti materiallarına qənaət etməklə görülüb-görülmədiyi təmir zamanı sərf edilən hansı tikinti materiallarından nə qədər alındığı və təmirdən sonra nə qədər tikinti materialı qaldığı müəyyənləşdirildikdən sonra müəyyən edilə bilər. Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzilinin döşəməsində təmirdən sonra qüsurların yarandığı və buna səbəb döşəmənin kip biri-birinə vurulmaması, taxtaların vurulan zamanı nəm olması, atmaların biri birindən aralı vurulması nəticəsində əmələ gələn vibrasiya nəticəsində döşəməyə vurulan taxtaların biri-birindən aralanmasına səbəb ola bilər. Qeyd olunur ki, tədqiq olunan mənzilin döşəməsində olan maillik döşəmə altının düzgün yığılmaması səbəbindən əmələ gəldiyi müəyyən edilir. Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzildə aparılan təmir-tikinti işləri nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 3047,0 manat məbləğində müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, B. Səfəroğlu küçəsi 100 saylı evin 5 saylı mənzildə yerinə yetirilmiş işlərlə əlaqədar baxış zamanı tərəflər arasında mübahisə yarandığından (cavabdeh tərəfindən tamamlanmamış işlərin digər ustalar tərəfindən görüldüyünü) və bu səbəbdən də Bakı şəhəri, ünvan 1 saylı evin 5 saylı mənzilində görülmüş işlərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən tərtib olunan smetada qeyd olunan işlərin faktiki olaraq tədqiq olunan mənzildə yerinə yetirildiyi müəyyən edilmişdir. Lakin mənzildəki hamam tikilisi söküldüyündən 13-cü bənddə qeyd edilən işləri müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 05 mart 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 01 iyun 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı uzun müddət tanıdığı cavabdehə mənzilin təmiri ilə bağlı işlərin icra edilməsini sifariş etmiş və bunun üçün cavabdehə ümumilikdə 2.300 manat məbləğində muzd ödəmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə orta kefyittətli təmir işləri icra edilmiş, lakin təmirdən sonra mənzilin döşəməsində qüsurlar əmələ gəlmişdir. Belə ki, döşəməyə vurulmuş taxtalar bir-birindən aralanmışdır. Buna səbəb döşəmənin bir-birinə kip vurulmaması, atmaların biri-birindən aralı vurulması, o cümlədən taxtaların vurulan zaman nəm olması olmuşdur. Bundan əlavə, döşəmə altı düzgün yığılmaması səbəbindən döşəmədə maillik əmələ gəlmişdir. Hazırda iddiaçı cavabdehdən təmir işlərinin görülməsi üçün ödənilmiş 2.300 manat məbləğində pulun, təmirdən sonra yığılan mebellərin qüsurlu olduğundan sökülərək yenidən yığılması üçün 1.000 manat məbləğində maddi ziyanın, kirayə haqqı olaraq və tikinti materiallarına verilmiş, o cümlədən evin yenidən təmiri üçün ödənilməli olan 30.000 manat məbləğidə maddi ziyanın, 50.000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidmətinin və məhkəmə üçün sənədlərin tərtib edilməsinə (ərizənin yazılması, sənədlərin kserosurətləri, fotoşəkillər və poçt göndərişinə) görə ödənilmiş 50 manatın cavabehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və qarşılıqlı iddia irəli sürərək ona məxsus alətləri və ya onların ümumi dəyərini təşkil edən 886 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər; 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur; 768.1-ci maddəsinə əsasən podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən döşəmənin vurulması üçün təqdim edilmiş taxtaların lazımi keyfiyyətli olmaması səbəbindən qüsurların əmələ gəldiyi, həmçinin iddiaçı tərəfindən döşəmənin vurulması üçün yapışdırıcının alınmaması və bunlar barədə iddiaçını xəbərdar etdiyini bildirsə də, iddiaçı tərəfindən məhkəmə iclasında alınmış taxtaların döşəməyə vurulması nəticəsində qüsurların əmələ gələcəyi barədə ona cavabdeh tərəfindən xəbərdarlıq edilmədiyi bildirilmiş, həmçinin, məhkəməyə təqdim edilmiş qaimələrə əsasən təmir üçün lazımi məhsulların, o cümlədən yapışdırıcının alındığı göstərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, podratçı sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda, habelə sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Lakin cavabdeh tərəfindən göstərilənlərlə bağlı iddiaçını xəbərdar etməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, işdə olan ekspert rəyindən müəyyən olunur ki, döşəmədə yaranmış qüsurların səbəbi yapışdırıcıdan istifadə edilməməsi deyil, döşəmənin bir-birinə kip vurulmaması, atmaların biri-birindən aralı vurulması, o cümlədən taxtaların vurulan zaman nəm olması, döşəmə altının düzgün yığılmaması olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi evin yenidən təmiri üçün ödənilməli olan maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3.047 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, iddiaçıya məxsus mənzildə təmirtikinti işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün ekspert rəyinə əsasən həmin məbləğdə vəsait tələb olunur. Qanunvericiyini tələblərindən göründüyü kimi, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi podratçıdan tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehə ödənilmiş 2.300 manat məbləğində pulun və cavabdehin qəsdən xarab etdiyi tikinti materiallarına verdiyi vəsaitin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, işdə olan digər ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının mənzilində görülmüş işlərin dəyəri 2.348 manat təşkil edir. Həmçinin, ekspert rəylərinə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə orta keyfiyyətli təmir işlərinin görüldüyü müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2.300 manat məbləğində muzdun müqabilində təmir-tikinti işləri görülmüşdür və buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən sonradan yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlinmişdir, yəni həmin məbləği sərf etməklə iddiaçının mənzilində olan qüsurların aradan qaldırılması təmin edilmiş olacaqdır. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən təmirin qəsdən uzatdıldığına görə əlavə kirayə haqqı ödəməklə kirayə tutduğu evdə yaşadığı üçün, təmirdən sonra yığılan mebellərin qüsurlu olduğundan sökülərək yenidən yığılması üçün cavabdehdən maddi ziyanın tutulması, o cümlədən məhkəmə üçün sənədlərin tərtib edilməsinə (ərizənin yazılması, sənədlərin surətlərinin çıxarılması, fotoşəklillər və poçt göndərişi) çəkilmiş xərclərin tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən kirayə haqqının ödənilməsi, təmirdən sonra yığılan mebellərin sökülərək yenidən yığılması üçün ödənilmiş vəsaitlə bağlı, o cümlədən məhkəmə üçün sənədlərin tərtib edilməsinə ödənilmiş xərclərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus tikinti alətlərinin iddiaçıda olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarından isə görünür ki, məhkəmənin 05 iyul 2021-ci il tarixli qərardadının icrası ilə bağlı Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən 07 iyul 2021-ci il tarixdə iddiaçıya məxsus mənzilə baxış keçirilmiş, lakin cavabdeh tərəfindən tələb edilən alətlər iddiaçıya məxsus mənzildə aşkar edilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (qardaşı) Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində veridyi izahatından da görünür ki, cavabdehin iddiaçının mənzilində alətləri deyil, paltarları qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində isə bildirmişdir ki, cavabdehə məxsus yükü Sovetski deyilən yerə aparmış, gətirdiyi yerdə tıxac yarandığı üçün o, maşındakı yükləri cavabdehlə birlikdə səkiyə boşaldaraq həmin ərazidən getmiş. Ona verilmiş suallara cavab olaraq cavabdehə məxsus yükü evə şəxsən aparmadığını, həmçinin qutunun içərisində olanları görmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (Gadjiev Aidin) 3.047 manat məbləğində vəsait və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 1 manatı alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməli, Cavabdeh İddiaçı qarşı əmlakın geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 193 manatı İddiaçı, 7 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (Gadjiev Aidin) 3.047 (üç min qırx yeddi) manat məbləğində vəsait və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 1 (bir) manatı alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı əmlakın geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 193 (bir yüz doxsan üç) manatı İddiaçı, 7 (yeddi) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-62/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-62/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver