Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6209/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli kartda ona məxsus olan 8323 manat pul məbləğinin ona məxsus 4127-2044-4079-1984 nömrəli karta köçürülməsi və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda olan mənzilini təmir etdirməkdən ötrü pul lazım olduğuna görə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində mənzilində olan köhnə pianinonu “Lalafo” vaistəsi ilə satmaq qərarına gəlmiş və həmin tarixdə bu barədə özünə məxsus olan telefonla sosial şəbəkə vasitəsi ilə elan vermişdir. Təxminən 10 dəqiqə sonra ona məxsus olan telefona Rusiya nömrəsi vasitəsi ilə zəng gəlmiş və naməlum şəxs pianinonu almaq üçün ona məxsus olan bankomat kartının şifrəsi və kodunu istəmişdir. O da, özünə məxsus olan Beynəlxalq Bankdan ona verilmiş (ABB) kartının tam nömrəsini telefon vasitəsi ilə ona gəlmiş həmin nömrəyə vermişdir. Təxminən 5 dəqiqə sonra yaşadığı evə yaxın olan bankomata getmiş və orada ona məlum olmuşdur ki, ona məxsus olan 3 ədəd bankomat kartından ona məxsus olan ümumi məbləği 8200 manat pulu kartdan çıxarılmışdır. Dərhal yaxınlıqda olan Nizmi RPİ-nin 24-cü Polis Şöbəsinə gedərək, bu barədə polis əməkdaşlarına məlumat vermiş və eyni zamanda telefonla AR DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Bundan sonra həmin günü Nizami rayonu Qara Qarayev prospektində yerləşən ABB filialına da gedərək, baş vermiş bu hadisə barəsində bank əməkdaşlarına da məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə isə “ABB”-nin badş ofisinə gedərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Orada “ABB”-nin əməkdaşları ona bildirmişlər ki, kartı bloklanmışdır. Eyni zamanda “ABB”-dən ona zəng edərək izah etmişlər ki, narahat olmasın, kartda olan pulu dələduzalar tərəfindən karta köçürülmüşdür., lakin əməliyyat uğursuz alınmış, pulu hazırda “ABB”-nin fialialındadır. Həmin fakta görə hazırda Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılaraq davam etdirilir. Bank əməkdaşları tərəfindəm həmçinin ona bildirilmişdir ki, yalnız məhkəmə qərarı ilə həmin pulun kartına yüklənilməsi mümkündür. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən ona məxsus olan və “ABB”-nin filialında bloklanaraq saxlanılan 8200 manat pulunun adına olan jartına köçürülməsindən ötrü qərar qəbul edilməsinən ötrü Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəsi əsasında toplanmış material üzrə Nizami Rayon Məhkəməsində araşdırma aparılır. Araşdırma zamanı ABB Hüquq Departamentindən daxil olmuş 6-2-41/2-26359 saylı xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(007)-217/2024 saylı qərarı ilə əlaqədar bildirilir ki, 5522-0993-6496-4957 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə 3000 manat pul “ABB Mobil” mobil tətbiq vasitəsi ilə İddiaçı məxsus 4127-2044-4079-1984 nömrəli karta köçürülmüşdür. Yenə həmin tarixdə 4127-2044-4079-1984 nömrəli kartdan 6090 manat və 2233 manat pul “ABB Mobile” tətbiqi vasitəsi ilə Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli karta köçürülmüşdür. Sonuncu kartdan pulun məxaric edilməsinə dair əməliyyatlar uğursuz olmuşdur. Köçürülmüş pul məbləğləri hazırda həmin kartın hesabındadır. Odur ki, Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli kartda ona məxsus olan cəmi 8323 manat pul məbləğinin ona məxsus 4127-2044-4079-1984 nömrəli karta köçürülməsini və ona ödənilməsini iddia edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: MV seriyalı 018433 nömrəli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X1 Birliyinin vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 5522-0993-6496-4957 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə 3000 manat pul “ABB Mobile” mobil tətbiqi vasitəsi ilə İddiaçı məxsus 4127-2044-4079- 1984 nömrəli karta köçürülmüşdür. Yenə həmin tarixdə 4127-2044-4079-1984 nömrəli kartdan 6090 manat və 2233 manat pul “ABB Mobile” mobil tətbiqi vasitəsi ilə Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli karta köçürülmüş, həmin kartdan pulun məxaric edilməsinə dair əməliyyatlar uğursuz olmuşdur. Məlumat üçün bildirilmişdir ki, həmin kart xx.xx.2024-cü il tarixdə bloklaşdırılmışdır və hal-hazırda blokda olmaqla köçürülmüş pul məbləğləri həmin kartın balansındadır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus evini təmir etmək məqsədilə “Lalafo” internet saytına ona məxsus əşyanın satılması elan yerləşdirmiş, elan yerləşdirildikdən dərhal sonra onun telefonuna zəng gəlmiş və naməlum şəxs ona məxsus olan bank kartının nömrəsini və kodunu istəmiş, iddiaçı da özünə məxsus olan bank kartının nömrəsini və kodunu vermişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, ona məxsus olan bank kartında olan pul vəsaiti çıxarılmışdır. O, bu barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və "xxxx" ASC-yə müraciət etmiş, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus 4127-2044-4079-1984 nömrəli kartdan 6090 manat və 2233 manat pul “ABB Mobile” mobil tətbiqi vasitəsi ilə Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli karta köçürülmüş, həmin kartdan pulun məxaric edilməsinə dair əməliyyatlar uğursuz olmuş, həmin kart xx.xx.2024-cü il tarixdə bloklaşdırılmışdır və hal-hazırda blokda olmaqla köçürülmüş pul məbləğləri həmin kartın balansındadır. Hazırda iddiaçı həmin pul vəsaitinin özünə məxsus karta köçürülməsini və ona ödənilməsini tələb edir. Belə olan halda da, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bununla da məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh adına olan 5522-0993-6054-7913 nömrəli kartdan 8323 manat məbləğində pul vəsaiti İddiaçı məxsus 4127-2044-4079-1984 nömrəli karta köçürülməli və ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 103,23 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh adına olan "xxxx" ASC-də yerləşən 5522-0993-6054-7913 nömrəli kartdan (hesabından) 8323 (səkkiz min üç yüz iyirmi üç) manat məbləğində pul vəsaiti İddiaçı məxsus 4127-2044-4079-1984 nömrəli karta (hesabına) köçürülsün və ona ödənilsin. Cavabdeh 103,23 (yüz üç manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-6209/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6209/2024
09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver