Məhkəmə qərarları › İş №2(001)-6213/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6213/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6213/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı "Cavabdeh və digər yaşayanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 41 ünvanında yerləşən ümumi sahəsi 18,0 kv.m. olan bir otaqdan ibarət 36 saylı mənzilə görə cavabdehə 30.000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdeh və ailə üzvlərinin həmin qəzalı mənzildən çıxarılmaları" barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı “Cavabdeh və digər yaşayanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 41 ünvanında yerləşən ümumi sahəsi 18,0 kv.m. olan bir otaqdan ibarət 36 saylı mənzilə görə cavabdehə 30.000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdeh və ailə üzvlərinin həmin qəzalı mənzildən çıxarılmaları” barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələbini aşağıdakı kimi formalaşdırmışdır: “Cavabdeh və digər yaşayanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 41 ünvanında yerləşən ümumi sahəsi 18,0 kv.m. olan bir otaqdan ibarət 36 saylı mənzilə görə cavabdehə 30.000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdeh və ailə üzvlərinin həmin qəzalı mənzildən çıxarılmaları”. Göründüyü kimi, iddia ərizəsində irəli sürülmüş tələb yalnız ərizədə cavabdeh qismində qeyd edilmiş şəxsə deyil, qeyri-müəyyən şəxslər dairəsinə yönəlməmiş, bu da ərizənin mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən tərtib edilməsinə dəlalət edir. Ümumiyyətlə iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, Mülki Prosessual Məcəllənin 149-cu maddəsində imperativ formada sadalanan tərəflərin məlumatları ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Həmçinin, məhkəməyə “Elektron məhkəmə” informasiya sistemindən kənar daxil olmuş iddia ərizəsi “rəis Elmin Zamanov” tərəfindən imzalansa da, həmin şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən müvafiq sənədlər ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı "Cavabdeh və digər yaşayanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 41 ünvanında yerləşən ümumi sahəsi 18,0 kv.m. olan bir otaqdan ibarət 36 saylı mənzilə görə cavabdehə 30.000 manat birdəfəlik maddi yardım ödənilməklə cavabdeh və ailə üzvlərinin həmin qəzalı mənzildən çıxarılmaları" barədə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar