Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-631/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qayınanası X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qayınanası X5 xx.xx.1993-cü ildə vəfat etmişdir. Ondan miras olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evi qalmışdır. Həmin evin texniki pasportu 1964cü ildə tərtib edilmişdir. Həmin evdə 1970-ci ildən fasiləsiz yaşayır və 1971-ci ildə həmin evə qeydiyyata düşmüşdür. Həyat yoldaşı X8 xx.xx.2000-ci ildə vəfat etmişdir. Mərhum qayınanasının yeganə varisidir. Mərhum qayınanası X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov küçəsində yerləşən, 2 saylı fərdi yaşayış evinin miras olaraq onun tərəfindən qəbul edilməsi və buna dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat ofisi tərəfindən müddətin ötürülməsi səbəbindən ona imtina cavabı verilmişdir. Odur ki, müddətin bərpa edilməsi, vərəsəlik işinin açılması, vərəsəlik şəhadətnamənin verilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi(vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, bütün məhkəmə proseslərinə 20 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin(vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 4648737 nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, X6 atası X7, anası isə X4r. 231177 №-li evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Leyla Tağıyeva arasında rəsmi nikah 10 iyun 1971-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Təhməzova” soyadı verilmişdir. İİ-ЖГ seriyalı 457236 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təhməzova Xanım xx.xx.1993-cü ildə Bakı şəhərində baş beyninə qansızma səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 389 № ilə qeyd edilmişdir. AZ seriyalı 075240 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2000-ci ildə Bakı şəhərində kəskin ürək çatışmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 906 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “X15” Vəkil Bürosuna ünvanlanmış əmlaka dair sənəd surətlərinin verilməsi barədə məktubdan görünür ki, mərhum X3 adına Bakı şəhəri, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsi, 2 saylı fərdi yaşayış evinə dair 1964-cü il tarixdə tərtib edilmiş texniki pasport idarəsinin arxivində mövcuddur. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 282 №-li məktubdan görünür ki, Mülki-Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 325 №-li məktubunda göstərilmişdir ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 107-ci bəndinə əsasən: “miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması, Mülki Məcəllənin 1246-1248ci maddələrinin tələbinə əsasən, qanun üzrə müəyyən olunmuş müddətin ötürülməsi və qohumluq münasibətini təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkanı xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 dekabr 2023-cü il tarixli 3-21-3/2-18199/2023 nömrəli müvafiq sənədlərin təqdim edilməsi barədə məktubla məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Prezdentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR. Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsi, 2 saylı fərdi yaşayış evinin sahibi X4r. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsi, 2 saylı fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportla X1 verilmiş, X5 xx.xx.1993-cü ildə, onun oğlu X9 isə xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı mərhum qayınanası X3 yeganə vərəsəsi olduğunu iddia edərək, mərhum qayınanası X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə həvalə edilməsini xahiş etmiş, iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 1133-cü, 1159-cu və 1243-cü maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mərhum X3 mirasının açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Göründüyü kimi, həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəlik halında vərəsəyə münasibətdə deyil, məhz miras qoyana münasibətdə dairəsi konkret müəyyən edilmiş şəxslərin (qohumların) qanun üzrə vərəsə olmasının mümkünlüyü təsbit edilmişdir; gəlinin – yəni, övladın arvadının isə qanun üzrə vərəsə hesab olunan həmin şəxslərin sırasında nəzərdə tutulması müəyyən edilmir. Əksinə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi mərhumənin oğlu – iddiaçının 10 iyun 1971-ci il tarixdən rəsmi nikahda olduğu əri X8 olmuş və o, xx.xx.2000ci ildə vəfat etmişdir. Belə olan halda, iddiaçı qayınanasının deyil, mərhum əri Ramiz Təhməzovun vərəsəsi ola bilər. Nəzərə alınmalıdır ki, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin ...arvadı (əri) birinci növbədə qanun üzrə vərəsə sayılırlar. İşin məhkəmə araşdırılması zamanı həmçinin aydın olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair iddiaçının mərhum qayınanasının adına Azərbaycan SSR. Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir. Həmin texniki pasport Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində də mövcuddur və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas sənədlərdən biri hesab edilir. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi özünü qayınanasının vərəsəsi kimi tanıtdıraraq həmin evi öz adına rəsmiləşdirməkdən ibarət olmuş, bununla belə o, iddia tələbini düzgün qoymamışdır. Bu mənada məhkəmə izah edir ki, iddiaçı 1964-cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən mərhum qayanasına aid olmuş evin mərhum əri tərəfindən, ərinin vəfatından sonra isə özünün miras əmlakı olaraq faktiki qəbulunu təsdiq edən sübutları əlavə etməklə yenidən notariat orqanına və ya imtina aldığı təqdirdə iddia tələbini düzgün, aydın və dəqiq göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsini əsas götürərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-631/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-631/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver