Məhkəmə qərarları › İş №2(001)-6320/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6320/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6320/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2ndən və sədri Cavabdeh1 xx xxx 2015-ci il tarixdə bağlanmış 179 nömrəli müqaviləyə əsasən öhdəliklərində olan 100 kv.m qeyri yaşayış sahəsinin verilməsi və yaxudda indiki dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin normalarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Lakin, iddiaçı sözügedən iddia ərizəsində cavabdehə qarşı konkret tələblə deyil, alternativ tələblərlə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, iddiaçının cavabdehə qarşı yönəldilmiş tələbini konkret göstərməməsi iddia tələbi ilə bağlı dövlət rüsumunun hansı məbləğdə ödənilməsinə dair mübahisəyə yol açır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya verilməli olan 300 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1kv.m 1.000 manat məbləğində dəyərləndirilmiş, iddiaçı isə hazırda iddiaçı tərəfindən 100 kv.m qeyri-yaşayış sahəsinin və ya dəyərinin ödənilməsini tələb edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.11-ci bəndinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, qanunvericilik qiymət qoyulmayan iddia ərizələrindən 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini nəzərdə tutsa da, iddia qiyməti 500 manatdan çox olduqda isə məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumunun tutulmasını müəyyən etmişdir. Belə olan halda , iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş iddia dəqiqləşdirildiyi təqdirdə həmin iddiaya uyğun olaraq hansı məbləğdə dövlət rüsumunun ödənilməli olması müəyyən edilə bilər. Hazırki iddia tələbi isə dəqiq olmadığından iddia tələbinə görə hansı məbləğdə dövlət rüsumunun ödənilməli olmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi dəqiq göstərilmədiyindən və tələbə uyğun dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar