Məhkəmə qərarları › İş №2(001)-6327/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6327/2021

05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6327/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.09.2005-ci il tarixli (3000 manat pul vəsaitinin əks edildiyi) və 25.12.2014-cü il tarixli (518000 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi tələbinə dair) qəbzlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 400000 manat və 30 manat pul vəsaitinin tutularaq Cavabdeh verilməsi Sabunçu Rayon Məhkəməsi tərəfindən qət edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş AR DİN BAŞ Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 20.11.2020-ci il tarixli 00712515-20 saylı məktubuna və iddiaçı tərəfindən təqdim edilmiş 518000 manat və 3000 manat pul vəsaitlərinin borc verilməsini özündə əks etdirən əl yazısı olan qəbzə istinad etmiş, lakin sözügedən istinad etdiyi əl yazısı olan kağızlarda qeyd edilən məbləğlə iddiaçının ilkin şikayəti əsasında araşdırılaraq cavab məkubu verilmiş AR DİN Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsində verdiyi araşdırmada qeyd etdiyi müraciətin məzmununda təəb edilən məbləğ arasındakı fəqliliyi, iddiaçının təqdim etdiyi qəbzlərin hər hansı hüquqi əsasının olmadığını, etibarsız əqd olduğunu və digər ziddiyyətli nüanslar araşdırılmamışdır. Sözügedən qəbz Cavabdeh AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində pul vəsaitinə dair müraciət edərkən sözügedən pul vəsaitini qəbz üzərində qeyd edilən İddiaçı deyil, yaxın qohumuna verilməsi faktını etiraf etmişdir. Hər kəsə məlumdur ki, heç kəs 518000 manat pul vəsaitini sadə kağız üzərində tanımadığı və heç bir əlaqəsinin olmadığı şəxsə təqdim etməz. Göründüyü kimi şəxs heç bir əsası olmayan, etibarsız sayılan sadə kağız üzərində qeyd edilmiş və iddiaçıya məxsus olmayan xəttlə yazılmış, real olmayan pul vəsaitini tələb edir. Məlumat üçün bildirir ki, sözügedən qəbzlərdən iddiaçının 2021-ci il fevral ayında aparılan məhkəmə icraatı zamanı məlumatı olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdehin qohumu gül mağazasında biryerdə işləmişlər. İddiaçı cavabdehdən 3000 manat məbləğində faizə pul almışdır. Belə ki, Namiqin qohumu iddiaçıya sadə kağıza imza etdirmişdir ki, mağazanın böyüdülməsi məqsədilə 518000 manat pul verir. Bu kifayət qədər böyük məbləğdə pulu iddiaçıya nə uçun sadə kağıza imza etdirməklə təqdim edib. Nə üçün bu məbləğdə pul vəsaiti notarial qaydada razılaşma ilə verilməmişdir. Bu işlə əlaqədar Sabunçu Rayon Məhkəməsinin qətnaməsi vardır. Hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş üzrə cavabdeh Namiq AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vermiş olduğu izahatında bildirib ki, dörd yüz neçə min pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, mülki işin baxılmamış saxlanmasına etiraz edir. Belə ki, mübahisə üzrə tərəflər eyni olsa da, əsaslar fərqlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin ona qarşı qaldırılan iddia ərizəsinə etirazını 05.10.2021-ci il tarixində məhkəməyə ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd edir ki, guya qəbz özünə məxsus olmayan xəttlə yazılmış və real olmayan pul vəsaiti ondan tələb edilir. Həmçinin qeyd edir ki, guya onun həmin qəbzdən Sabunçu Rayon Məhkəməsinin icraatı zamanı məlumatı olmuşdur. İddia tələbini əsassız hesab edir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-561/2021 nömrəli, 08.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 400000 manat borcun tutularaq ona verilməsi barədə qərar qəbul edilmişdir. Həmin işə baxılarkən N.Uluxnaova təzyiq altında borclu olması barədə qəbzə imza etdiyini bildirmişdir. Halbuki hazırda iddia ərizəsində həmin qəbzdən məhkəmə icraatı zamanı məlumatı olduğunu qeyd edir. Bildirir ki, o, hər hansı təzyiq altında olmamışdır. Belə ki, 2014-cü ilin əvvəlində İddiaçı müraciət edərək, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ilkin olaraq 100000 manat pul almış, daha sonra biznesi genişləndirmək və daha çox gəlir əldə etmək məqsədilə 2014-cü ilin yanvar ayından dekabr ayının 25-dək ümumilikdə ondan 518000 manat məbləğində pul almış və həmin pulu 4 il müddətinə qaytaracağına dair yazılı iltizam vermişdir. Lakin 4 il ərzində İddiaçı ona verilən puldan nə gəliri nə də ki, əsas borcu ona qaytarmışdır. İddiaçı hazırki iddia tələbinda göstərdiyi əsaslarla Sabunçu rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və hazırda həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi İddiaçı məqsədi hər hansı bir vasitələrlə dövlətin adından çıxarılan məhkəmə qərarının icrasından boyun qaçırmaqdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, mübahisənin mahiyyətini nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, hazırki iddia tələbində iddiaçı cavabdehdə borclu olmasını göstərən qəbzlərin etibarsız hesab edilməsini xahiş edir. İddiasını da onunla əsaslandırır ki, həmin qəbzlər onun tərəfindən imzalanmamış, Cavabdeh ona qarşı qaldırdığı iddiasında və AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vermiş olduğu ifadəsində tələb edilən pul məbləği arasında fərqliliklər vardır. Lakin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(008)-561/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 400000 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdirr. Həmin qətnamədən müəyyən edilir ki, iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzə əsaslanmaqla, İddiaçı 518000 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı borc aldığı 400000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə təqdim edlən qəbzdən cavabdeh İddiaçı Cavabdeh 518000 manat məbləğində pulu 25.12.2014-cü il tarixdə 4 il müddətinə qaytarmaq şərtilə alması qeyd edilsə də, AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 20.11.2020-ci il tarixli, 007-12515-1220 saylı məktubundan İddiaçıın qalıq borcunun 400000 manat olması müəyyən edilir. Həmin qətnamədən hazırki iddia üzrə iddiaçı apellyasiya şikayəti vermişdir. Həmin mülki iş hazırda apellyasiya məhkəməsinin icraatındadır. İş materiallarına əlavə edilmiş yazılı sənədlərdən görünür ki, hər iki mülki iş üzrə 518000 manat və 3000 manat pulun alınmasına dair borc və ya borcun etirafı haqqında qəbzlər mübahisələndirilmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə iddiaçı həmin qəbzlərə istinad edərək cavabdehdən pulun tutulmasını xahiş etmiş, cavabdeh isə qəbzin hədə-qorxu təsiri altında yazılmasına istinad edərək iddianı qəbul etməmişdir. Hazırki iddia ərizəsində isə iddiaçı etibarlılığına artıq qiymət verilmiş yazılı sənədin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib o qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla başqa məhkəmənin icraatında iş olduğundan və həmin mülki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almadığından hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə yaranmış məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə məhkəmə mübahisələrin mahiyyətini nəzərə alaraq o qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla digər məhkəmənin icratında artıq mülki iş olduğundan, həmin üş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığından hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar