Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6327/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 8 iddiaçının xüsusi mülkiyyətindədir, lakin o, hal-hazırda mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Belə ki, mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh mənzili ona təhvil vermir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 108 nömrəli mənzildən çıxarılması və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 13C saylı evin 108 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə Cavabdeh şəxsən təqdim edilmiş, ona 20 gün ərzində iddiaya etirazını məhkəməyə təqdim etmək hüququ izah edilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ünvan 8 ona hərrac vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə satılmışdır. Mənzil ona satıldıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-646/2022 saylı qərarı ilə həmin mənzil üzərindən 2019-cu ildə cinayət işi çərçivəsində qoyulmuş həbs götürülmüş və xx.xx.2022-ci il tarixdə o, ünvan 8-ə dair çıxarış almışdır. Lakin cavabdeh ona həmin mənzildən istifadə etməyə imkan vermir. Son vaxtlaradək cavabdeh mənzili kirayə vermiş və iddiaçıdan xahiş etmişdir ki, kirayəşinə evdən çıxmağa vaxt versin. Hal-hazırda mənzildə ümumiyyətlə heç kim yaşamır, lakin cavabdeh həmin mənzili iddiaçıya təhvil verməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ünvan 8 ona məxsusdur və həmin mənzilin əslində X1 heç bir aidiyyəti yoxdur və mənzil səhv olaraq müsadirə edilmişdir. O özü imkanlı ailədən olub, həmişə yaxşı qazanıb və özünə mənzil almaq iqtidarında idi. Hal-hazırda cinayət işi üzrə hökm qanuni qüvvəyə minsə də, onlar həmin hökmü Avropa Məhkəməsində mübahisələndirəcəklər. Mübahisəli mənzildə indi heç kim yaşamır, lakin onun həmin mənzili iddiaçıya təhvil vermək fikri yoxdur. O, iddiaçıya verilmiş çıxarışı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mübahisələndirmiş və hazırkı işə həmin işə baxılanadək baxıla bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 8 xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-130/2020 saylı icra vərəqəsində göstərilmişdir ki, “ ... cinayət işi üzrə zərərçəkmiş şəxslər ... İddiaçı 57.500 manat maddi ziyan ... ödənilsin. ... mülki iddianın təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş ... Cavabdeh adına ... ünvan 8 ... üzərinə qoyulmuş həbs saxlanılsın”. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-646/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı, 16 may 2019cu il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı, ünvan 2erləşən 5 saylı və ünvan 3əşən 9 saylı mənzillərin üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-130/2022 saylı icra vərəqindən görünür ki, cinayət işi üzrə mülki iddiaların təmin olunması üçün ünvan 1 ünvanında yerləşən 108 saylı, ünvan 2erləşən 5 saylı və ünvan 3əşən 9 saylı mənzilləri üzərinə qoyulmuş həbs saxlanılmışdır. "xxxx" MMC-nin Hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli, 106/22 nömrəli protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında 30 iyun 2022-ci il tarixdə keçirilmiş təkrar hərracda 76000 (yetmiş altı min) manata İddiaçı satılmış və tələbkar İddiaçı tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-130/2022 saylı icra sənədi üzrə borclu X2 məxsus olan ünvan 7 ünvanında yerləşən 108 saylı mənzil xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə İddiaçı satılmışdır, qeyd edilənlərin nəzərə alınması, ünvan 7 ünvanında yerləşən 108 saylı mənzilin üzərindən məhdudiyyətin götürülməsi və qalib alıcı kimi İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunmuşdur”. Həmin qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 108 saylı ... mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından göründüyü kimi, ünvan 8 xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir və cavabdehin hərracın yekunlarını barədə protokolu mübahisələndirilməsi və çıxarışın ləğv edilməsini məhkəmə qaydasında xahiş etməsi, hazırkı vəziyyətdə bu faktı dəyişmir. Məhkəmə hesab edir ki, şəxsin dövlət tərəfindən tanınmış və işə baxılan zaman qüvvədə olan mülkiyyət hüququnun faktiki olaraq realizə edilməsi üçüncü şəxslərin həmin hüququ mübahisələndirilib-mübahisələndirilməməsi ilə şərtləndirilə bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 8 ünvanından çıxarılmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 8 ünvanından çıxarılsın. ünvan 8 İddiaçı təhvil verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6327/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6327/2022
06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver