Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6365/2023 05.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “adının məkrəzləşdirilmiş kredit reyestri sistemində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli BK- 00020075 saylı zaminlik müqaviləsinə əsasən X1 "xxxx" BOKT MMC-nin Bakı filialından götürdüyü 6250 abş dolları məbləğində kreditin ödənilməsi ilə bağlı adının məkrəzləşdirilmiş kredit reyestri sistemində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən iddiaçının Binəqədi Rayon Məhkəməsinə hansı səbəbdən müraciət etməsi müəyyən edilmir. Belə ki, cavabdeh hüquqi şəxsin ünvanı AZ1095, BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU, HƏZİ ASLANOV, ev 115, mənzil 8-də yerləşir. Odur ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən onun məhkəmə icraatı mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, müvafiq məhkəməyə yenidən müraciət edildiyi zaman dövlət rüsumunun ödənilməsi və cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin əlavə edilməsi ilə bağlı tələbləri də nəzərə alsın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 149-152, 263-264, 267-268, maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “adının məkrəzləşdirilmiş kredit reyestri sistemində zaminlikdən çıxarılması və bununla bağlı həmin sistemdə müvafiq düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6365/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6365/2023
05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver