Məhkəmə qərarları › İş №2(001)-6371/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6371/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6371/2021 18.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı inşaat tikinti işlərinə çəkilmiş ******* manatın Cavabdeh MTK-dan alınıb iddiaçıya ödənilməsi tələbinə dair mülki işə 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin açıq keçirilən hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı inşaat tikinti işlərinə çəkilmiş ******* manatın Cavabdeh MTK-dan alınıb ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçı podratçı kimi cavabdehin sifarişi əsasında bina inşa etməyi öhdəsinə götürmüş, yəni tərəflər arasınakı münasibətlər kommersiya münasibətləri olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı inşaat tikinti işlərinə çəkilmiş ******* manatın Cavabdeh MTK-dan alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 44-45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı inşaat tikinti işlərinə çəkilmiş ******* manatın Cavabdeh MTK-dan alınıb iddiaçıya ödənilməsi tələbi barədə mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar