Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6415/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair (açar sözlər: mülkiyyət hüququ, öhdəlik) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6.500 (altı min beş yüz) manat pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun, hüquqi yardım üçün ödənilmiş 325 manat pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh tərəfindən dələduzluq yolu ilə aldadılaraq 15.000 (on beş min) manat məbləğində maddi ziyana məruz qalmışdır. Belə ki, tanışı X1 işə düzəldilməsi məqsədilə tanışı Abbasov X2 15.000 manat pul istəmiş və həmin dövrdə Akimin pulu olmadığından onun əvəzinə Hacıəliyə bir neçə dəfəyə 15.000 manatı vermişdir. Daha sonra Hacıəli Akimin iş məsələsini həll etməmiş və bundan sonra Hacıəli barəsində hüquq mühafizə orqanlarına şikayət edilmişdir. Nəticədə cavabdehin barəsində cinayət işi başlanılmış və həmin cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cavabdeh dələduzluq əməli öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq dövründə Cavabdeh Akimin işə düzəldilməsi məqsədilə almış olduğu 15.000 manat pulun 8.500 manat hissəsini qaytarmış, qalan 6.500 manat məbləği də qaytarcağına söz versə də qaytarmamışdır. Məhkəmə istintaqı dövründə Cavabdeh qarşı mülki iddia vermədiyindən hazırda qeyd etdiyi fakt üzrə 6.500 manat məbləğin Cavabdeh onun xeyrinə tutulması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hökmündə onun bu cinayət nəticəsində zərərçəkmiş şəxs kimi hüquqi statusu tanınmış, eyni zamanda maddi ziyan faktı təsdiq olunmuşdur.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxana rəhbərliyi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iştirakının təmin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 28 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı İddiaçı özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya, 15000 manat pul müqabilində qohumu X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldatmış, Fövqəladə Hallar Nazirliyinin X7 İdarəsinin qarşısında İddiaçı 5000 manat, 2024-cü ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı vaxtlarda ünvan 1 ünvanında yerləşən "Başkent" restoranında İddiaçı 3000 manat, 2000 manat və sonuncu dəfə isə 5000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Arifə Hüseynovuya ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin İ cildinin 160-cı vərəqində olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən X3 tərəfindən ona qarşı dələduzluq yolu ilə mənimsənilmiş 15000 manat puldan X4 tərəfindən istintaq zamanı ödənilmiş 500 manat pul zərərçəkmiş şəxs İddiaçı tərəfindən sayılaraq götürülmüş, Cavabdeh 6500 manat borcu qalmışdır.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə tərəfindən işin araşdırılan halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-545/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 28 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Qeyd edilən hökmə əsasən təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, xx.xx.2024-cü il tarixli qəbzə əsasən X3 tərəfindən ona qarşı dələduzluq yolu ilə mənimsənilmiş 15000 manat puldan X4 tərəfindən istintaq zamanı ödənilmiş 8500 manat pul zərərçəkmiş şəxs İddiaçı tərəfindən sayılaraq götürülmüş, Cavabdeh tərəfindən iddiaçıya 6500 manat ödənilməmiş pul məbləği qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6500 manat pul, hüquqi yardım üçün ödənilmiş 325 manat pul və 90 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 6500 manat pul, hüquqi yardım üçün ödənilmiş 325 manat pul və 90 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 6915 (altı min doqquz yüz on beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva