Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6446/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, iddiaçı X1 cavabdeh Binəqədi rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkət və hərəkətsizliyindən və qəbul etdiyi yekun aktın ləğv edilməsinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı X2 cavabdeh Binəqədi rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkət və hərəkətsizliyindən və qəbul etdiyi yekun aktın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət Binəqədi rayon İcra şöbəsinin icra icraatının dayandırılmasına dair 12 dekabr 2017-ci il tarixli qərarın ləğv edilməsini, məcburi icra hərəkətlərinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, icraatın dayandırılması barədə icra məmurunun qərarından, habelə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tərəflər məhkəməyə şikayət verə bilərlər. Yəni, bu qəbildən olan işlərə məhkəmədə iddia icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, məhkəməyə iddia ərizəsi ilə müraciət olunduqda iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, o, icraatın dayandırılması barədə icra məmurunun qərarından, habelə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X1 cavabdeh Binəqədi rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkət və hərəkətsizliyindən və qəbul etdiyi yekun aktın ləğv edilməsinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, icraatın dayandırılması barədə icra məmurunun qərarından, habelə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6446/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6446/2022
07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver