Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6455/2022 03.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə, ləğv prosesində olan "xxxx" KB ASC-yə və Binəqədi rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərrac, o cümlədən cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi, ləğv prosesində olan "xxxx" KB ASC və Binəqədi rayon icra şöbəsi arasında bağlanmış 26 iyul 2017-ci il tarixli Y-553 nömrəli hərracın nəticələri haqqında yekun protokolun, həmin evin alğı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM): 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, MPM-nin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə, ləğv prosesində olan "xxxx" KB ASC-yə və Binəqədi rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6455/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6455/2022
03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver