Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-648/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehya müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 2 otaqlı 105.7 kv.m, əvəzinə 115 kv.m görə 4320 manat artıq ödənilmiş pulun və 74 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə İddiaçı ilə Cavabdeh arasında yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlamış və həmin müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 2 otaqlı 105.7 kv.m olan mənzili almış, həmin mənzilin dəyəri olan 47565 manatdan, 12.000 manati ilkin ödəniş, qalan pulu isə 24 ay müddətinə tam ödəmişdir. Bir müddət sonra iddiaçı tərəf MTK tərəfindən ofisə çağrılaraq, tərəflər arasında bağlanmış müqavildə yanlışlıq olduğunu, həmin 2 otaqlı mənzilin 105.7 kv.m deyil, 115 kv.m olduğu bildirilmiş və qalan sahəsi üçün əlavə olaraq 4320 manat məbləğində ödənilməsi xahiş olunmuşdur. Beləliklə, iddiaçı müqavilə üzrə aldığı mənzil üçün 47.565 manat deyil 51.885 manat məbləğində pul ödəmişdir. Mənzilin dəyərini tam ödədikdən sonra o, mənzilə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, qurumun əməkdaşları tərəfindən mənzil ölçülərkən, iddiaçıya həmin mənzilin 115 kv.m yox, 105.7 kv.m olduğu bildirilmişdir. Bunanla bağlı iddiaçı tərəf MTK-ya müraciət edərək, artıq ödənilmiş pulun geri qaytarılmasını xahiş etsə də, onlar bundan imtina etmişlər. Həmçinin MTK tərəfindən ona maliyyə arayışın verilməsi üçün əlavə olaraq 1000 manat məbləğində pul tələb edilmişdir. Bununla bağlı iddiaçı 34-cü Polis bölməsinə müraciət etmiş, lakin ona mülki xarakterli olduğunu bildirərək, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmənin 14.12.2021-ci il tarixli iclasında, iddiaçının nümayəndəsi İ.Əlibəyli məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh-dan müqavilə əsasında pulunu tam ödəməklə aldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 2 otaqlı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Cavabdeh-nın üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Əlibəyli iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh (nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24.12.2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsində (Ukrayna dairəsi) yerləşmiş Cavabdeh-nın tikilməkdə olan binasında 12-ci mərtəbədə yerləşən, 143 nömrəli, 2 otaqlı, 105.7 kv.m ümumi sahəsi olan mənzili 47.565 manata alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh tərəfindən verilmiş 24.12.2009-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadı küçəsində (Ukrayna dairəsi) yerləşən Cavabdeh-nın tikilməkdə olan binasında 12-ci mərtəbədə yerləşən, 143 nömrəli, 2 otaqlı, 105.7 kv.m ümumi sahəsi olan mənzil üçün 12.000 (on iki min) manat məbləğində ödəniş etmişdir. - Cavabdeh tərəfindən verilmiş 28.01.2010-cu il tarixdən 17.11.2012-ci il tarixədək verilmiş maliyyə arayışlarında görünür ki, İddiaçı tərəfindən mütamadi olaraq aylıq ödənişlər aparılmaqla, aylar üzrə 39.885 manat, ilkin ödəniş olaraq 12.000 manat ödəməklə, ümumilikdə 51.885 manat ödəniş etmişdir. - Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüqunun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər(178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətni). Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə müvafıq olaraq mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın verilməsindən əsassız olaraq imtina olunmuşdur və onun imtinası qanunauyğun olmamışdır (Mülki Məcəllənin 385, 430, 442-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh-ya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsi) yerləşən binanın 12-ci mərtəbəsi, 143 saylı, 2 otaqlı mənzilə İddiaçı mülkiyyət hüqununun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın verilməsi öhdəliyi Cavabdeh-nın üzərinə qoyulsun. Ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh-dan tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi “4E”. AZ 1116 İş №2(001)-648/2022 25 yanvar 2022-ci il İddiaçı: İddiaçı Ünvan: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 23/37, 120D, mənzil 143 Cavabdeh: Cavabdeh-ya Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 11B, mənzil 93 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-648/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnamənin və qərardadın surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti Hakim Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-648/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-648/2022
18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver