Məhkəmə qərarları › İş №2(001)-6486/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6486/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6486/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında ümumi sahəsi 56 kv.m və 57 kv.m, cəmi 113 kv.m ibarət 95 və 96 nömrəli mənzillərə dair cavabdehlər Cavabdeh1 MMC və X2 arasında 2021-ci ilin yanvar ayında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında ümumi sahəsi 56 kv.m və 57 kv.m, cəmi 113 kv.m ibarət 95 və 96 nömrəli mənzillərin İddiaçı adına rəsmiləşdirməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması və 40.000 manat məbləğində pulun İddiaçı tutularaq cavabdeh X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh1 MMC-nin ünvan 3 ünvanı, Cavabdeh2 isə Lerik rayonu, Cəngəmiran ərazi idarəsi, Cəngəmiran kəndi üzrə pasport qeydiyyatına alındığı göstərilmişdir. İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən Cavabdeh1 MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 6i aidiyyəti baxımından hazırki iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılması üçün hər hansı hüquqi əsas yoxdur. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Nizami rayonu, digər Cavabdeh2 isə Lerik rayonu üzrə qeydiyyata alınmasını, habelə bu qəbildən olan iddiaların iddiaçının qeydiyyat ünvanı üzrə rayon (şəhər) məhkəməsində baxılmasının təsbit edilmədiyini nəzərə alıb hesab edirəm ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki iddia ilə cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər BinəqədiRayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar