Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6487/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 (yeddi min iki yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddərdir ki, tanıdığı Qalya Rafiq qızı onu Cavabdeh ilə tanış etmişdir. Sədərəkdə ticarətlə məşğul olduğuna görə Könülə pul lazım idi. Pulu borc istəyirdi, lakin qaytardıqda ondan alacağı 7200 (yeddi min iki yüz) manat pula görə 5600(beş min altı yüz) manat əlavə şirinlik kimi qaytaracaqdı. Lakin 2020ci ildən bu günə kimi, heç aldığı pulu da qaytarmamışdır. Dəfələrlə telefon vasitəsilə şirin vədlər vermişdir. Könüllə iki dəfə Bakı şəhərində görüşmüşlər(həmin müddətdə Könülün səsini yazdırmışdır), lakin pulu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, iddiaçıdan 3.000 manat məbləğində faizlə pul götürdüyünü və həmin borcu faizi ilə birlikdə qaytardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, tanışı vasitəsi ilə iddiaçıdan cəmi 3.000 manat məbləğində borc almış və həmin borcu faizi ilə birlikdə iddiaçının ona dediyi adama qaytarmışdır. Onun iddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pul göndərilmiş və onun 4 manatı komissiya məbləğinə çıxılmışdır. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pul göndərilmiş və onun 4 manatı komissiya məbləğinə çıxılmışdır. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 400 manat məbləğində pul göndərilmiş və onun 1 manatı komissiya məbləğinə çıxılmışdır. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 451 manat məbləğində pul göndərilmiş və onun 1,26 manatı komissiya məbləğinə çıxılmışdır. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 350 manat məbləğində pul göndərilmiş və onun 1,75 manatı komissiya məbləğinə çıxılmışdır. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pul göndərilmiş və onun 4 manatı komissiya məbləğinə çıxılmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 25 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, X2 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, “X3 ilə münasibətləri yaxşı olmuşdur, hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Nigarın onun barəsində yazdıqları şər və böhtan xarakterlidir. O,Nigardan heç vaxt pul almamışdır. Çünki onun puluna ehtiyacı yoxdur. Hətta Nigarın ona 2000 manat borcu vardır. Nigarın ona şər atmasının səbəbi ondan ibarətdir ki, onun öz borcları çoxdur, o, istəyir ki, ondan istifadə edərək onun qeyri rəsmi əri Hüseyndən pullar alsın. Lakin, o buna icazə verməz. Ona görə də Nigar belə yollara əl atır. X7 heç bir məbləğdə borcu yoxdur. X1 ərizəsi barədə demişdir ki, həmin şəxsi tanımır, hər hansı ünsiyyəti və söhbəti olmamışdır. O, Nigarın bacısı olduğu üçün belə izahat yazmışdır. O, Şəbnəmdən heç vaxt pul istməmişdir. Heç bir pul alış-verişi olmamışdır. Onun Şəbnəmə heç bir məbləğdə borcu yoxdur. X4 tanııyır, münasibətləri yaxşı olmuşdur, onunla arasında pul alış-verişi olmuşdur. Qalya Qasımlı sələmə pullar vermişdir. O, 2020-ci ildə özünə lazım olduğu təqdirdə ondan pullar götürmüşdür. Hüseyn ona pul göndərdikdə həmin pulları geri qaytarmışdır. O, Qalyadan müxtəlif vaxtlarda müxtəlif miqdarda təxminən 20.000-25.000 manat pullar almışdır. Lakin vaxtı-vaxtında həmin pulları faizləri ilə birlikdə qaytarmışdır. Hal-hazırda həmin pulların qaytarılması barədə qəbzləri təqdim edir. Onun Qalyaya heç bir məbləğdə borcu yoxdur. İddiaçı qiyabi olaraq tanıyır. Onun heç vaxt üzünü görməmişdir. Onunla hər hansı münasibəti olmamışdır. Onu Nigar və Qalya vasitəsi ilə sələmə pul verən kimi tanımışdır. Bəsti Qalya ilə qonşudur. Onun təqdim etdiyi çeklər barədə demişdir ki, o, Qalyadan sələmə pullar götürmək istəyərkən bəzən onun özündə olmamışdır.Qalya onun pulları vaxtı-vaxtında ödədiyini bildiyi üçün Bəstidən alıb vermişdir. Bəsti də həmin pulları göndərdiyini təsdiqləmək üçün pulu onun adına göndərdikdən sonra şəklin çəkib atmışdır. Yəni Bəstinin ona verdiyi 4200 manat pul Qalyadan aldığı 20000-25000 manat pula daxildir. Onun Bəstiyə heç bir məbləğdə borcu yoxdur. Nigar Bəstidən 20000 manat pul almışdır. Həmin pulları nə üçün aldığını bilmir..... ” 06 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 7200 manat məbləğində borc aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə borc pul verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 4200 manat məbləğində borc vermişdir. Həmçinin məhkəmə iclasında cavabdeh iddiaçıdan 3.000 manat məbləğində borc aldığını və həmin borcu qaytardığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında iddiaçının ona 4.200 manat məbləğində borc verdiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4.200 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.200 (dörd min iki yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 (əlli dörd) manatı İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6487/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6487/2022
08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver