Məhkəmə qərarları › İş №2(001)-6491/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6491/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6491/2025 12.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6990 manat maddi zərəri, əldən çıxmış fayda kimi 1920 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kimsəsiz, valideyn qayğısından məhrum uşaq kimi yetimxanada, Bakı şəhəri Sabunçu rayonu 11 nömrəli Köməkçi İnternat Məktəbində böyümüşdür. Ailəlidir, bir azyaşlı övladı vardır. 31 may 2024-cü il tarixdə "HN Construction” QSC-də fəhlə kimi əmək fəaliyyətinə başlamışdır.Onunla Əmək müqaviləsi bağlanılmış, sahə rəisi X3 tabeçiliyinə verilmişdir.17 oktyabr 2024-cü il tarixdə HN Construction"QSC-nin (işəgötürənin) inşa etdirdiyi ünvan 1 ünvanında yerləşən X1 daxilində tikilməkdə olan məktəb binasında iş zamanı sahə rəisi İlqar Babayevin tapşırığı ilə kran vasitəsi ilə 3-cü mərtəbəyə gətirilən qum və mişar daşlarınını boşaltmaqla məşğul idi. Materialı boşaldan zaman İlqar Babayev onun yanında olmuşdur. Materialı boşaltdıqdan sonra növbəti dəfə krana zəncir vasitəsi ilə qoşulmuş səbətə qum doldurub yuxarı mərtəbəyə göndərmişdir. Sonra krana qoşulmuş dəmir səbətdəki qumu boşaltmaq üçün səbətə qoşulmuş zəncirin (trosun) iki ədədinin çıxarıb qumu boşaltmaq üçün səbətin mərkəz hissəsinə qoşan zaman sahə rəisi İlqar Babayev onun yanında idi. İlqar Babayev iddiaçı trosları bərkitmədən, səhlənkarlıq edərək kran operatoruna işarə vermişdir ki, trosu dartsın.Kran trosu dartan zaman onun hər iki əli trosun arasında qalıb sıxışmış, bir əlimi zorla çıxarmışdır. Digər sol əli zəncirlə dəmirin arasında qalmışdır. Kran operatoru kranı dayandıranda artıq gec idi.X8 həkimə yox sınıqçıya aparmış, Sonrakı həkim müayinəsi nəticəsində müıyyən edilmişdir ki, istehsalat zədəsi olaraq o sol saidin sıxılmış sindromundan sonrakı vəziyyəti,sol dirsək sümüyünün və sol əlin İV daraq sümüklərinin sınıqları, sol median və radial sinirlərin aksonal neyropatiyası,sol dirsək oynağınının bükücü kontrakturası (100 dərəcə), sol saidin hərəkətlərinin pozulması, solmil bilək və İ,İİ, İİİ, İV,V barmaqlarında bükücü və açıcı hərəkətlərin mötədil məhdudlaşdırılması və ağır hərəkətlilik ilə müşayət olunmuş sol əlin əzələ və bağlarının gərilməsi və cırılması xəsarətləri almışdır. Həkim müalicələri nəticə verməmiş, sol əli qolu fəaliyyətini tam itirmişdir. DOST Mərkəzindən təqdim olunmuş Arayışla təsdiq olunur ki, ona xx.xx.2025-ci il tarixdə üçüncü dərəcəli əlillik (orqanizmin funksiyalarının pozulması faizi: 40, əlillik səbəbi İstehsalat zədəsi) dərəcəsi təyin edilmişdir. İşəgötürən ona heç bir maddi yardım göstərməmişdir. Tibbi müalicəsi ilə maraqlanmamış, "X2lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta barədə" müqaviləyə, onunla bağlanmış əmək müqaviləsiə uyğun olaraq ona heç bir təzminat ödəməmişdir. İşəgötürən tərəfindən X2 Haqqında 1/2025 nömrəli AKT (İZ FORMASİ) tərtib olunmuşdur. İşəgötürən bədbəxt hadisəni gizlətmiş, aidiyyəti qurumlara məlumat verməmiş, işçini talenin ümidinə buraxmışdır. Nəticədə cavabdehin işçisinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlıq etməsi ilə ağır nəticələrin baş verməsinə, onun istehsalatda az-ağır bədən xəsarəti almağına, əlil olmağına səbəb olmuş, bunula da onun həm maddi zərərə məruz qalmağına, həm də mənəvi ziyana, ömürlük əzab, iztirab və stres keçirməyinə, sol əli ilə əmək fəaliyyəti ilə məşğul olmağdan məhrum etmişdir. Bu səbəbdən qaynaqlanan evdə narazılıqların yaranmasına, həyatdan küsməyi kimi (Uşaqlığım Yetimliklə, gəncliyim, indiki həyatımın isə Əlilliklə keçməsi) həddə çatdırmışdır. Mənim Binəqədi rayon Prokurorluğuna müraciətimdən sonra prokurorluqda İstehsalatda baş vermiş hadisə ilə bağlı araşdırma başlanılmışdır. Araşırma zamanı Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 162.1-ci maddəsinə əsasən "texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa cinayət məsuliyyətinə səbəb olur" müddəsına əsaslanaraq sahə rəisi X5 münasibətdə Binəqədi rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3- cü maddəsi ilə inzibati xəta barədə iş üzrə icraat başlanılmış, inzibati xəta haqqında iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi rayon Məhkəməsinin (hakim Aytəkin İbrahimova) xx.xx.2025-ci il tarixli. 3(001)-1628/2025 nömrəli Qərarı ilə Vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir .Cavabdeh onu əlilliyə məhkum edib, sonradan ona əmək haqqı, təzminat, X2lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərini təmin və təşkil etməməklə maddi durumumu 0-(sıfırın) altına salmaqla onu müalicə və bərpa prosesindən məhrum etmişdir. Onun əmək qabiliyyətini itirməyi, azyaşlı uşağını, ailəni dolandırmağa maddi vəziyyətini minimum təmin edə bilməməyi fiziki və psixi durumumun qeyrinormal olması ilə nəticələnmişdir. Göründüyü kimi, bu qəza keçirdikdən sonra onun həm sağlamlığı əldən getmiş, əlil olmuş, həm də ailəsini dolandıra bilməmək vəziyyətinə düşmüşdür. Bir sözlə cavabdehin təqsiri nəticəsində onu həyata bağlayan bağlar qopmuş,xoşbəxt ailə həyatı viran olmuş, şərəf və ləyaqəti xalq arasında alçalmış (çörək və s. almağa borc verənlər də azalıb). Ailədə yeganə gəlir gətirən şəxsi əlil etmişidir. xx.xx.2025-ci il tarixdə İş yerindən mühasibatlıqdan ona zəng edilib əmək müqaviləsinə xitam verilməyi, son haqq hesabın yeni kartına köçürüldüyünü və gəlib kartını götürməyi bildirilmişdir. İdarəyə gedib əmək haqqı kartını götürmüş, kartına son haqq-hesab kimi cəmisi 577,06 manat pul köçürülmüşdür. İş zamanı xəsarət aldığı vaxtda əmək haqqısı 1000 - 1500 manat olmasına baxmayaraq xəsarət aldığı gündən əmək müqaviləsinə xitam verilən günədək cüzi məbləğlər ödənilmişdir.Bu günə kimi ona əmək müqaviləsinə xitam verilməsi barədə əmri, əmək kitabçasını ona verməmişlər.Əmək müqaviləsinə xitam verilməsi barədə tamamilə məlumatsızdır. Hazırkı, mübahisənin məhkəmədən kənar həlli məqsədilə Bakı şəhəri 6 saylı Medasiya Təşkilatına müraciət etmişdir.Cavabdeh bu barədə məlumatlandırılsa da cavabdehin nümayəndəsi İlkin mediasiya sesiyasına gəlməmişdir.Bu səbəbdən Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli, MSB/6-01750 nömrəli arayış verilmişdir. Cavabdehdən ona vurulmuş maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat, mənəvi zərərin əvəzi olaraq 100000 (yüz min) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmağını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, həmçinin vəkili və nümayəndəsi Nümayəndə2 tələbi müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədi. İzahatında bildirdi ki, iddiaçı hadisənin tarixi ilə əlaqədar özü təhrif olunmuş məlumat verir. Hadisədən sonra iddiaçı sağ əlində problem yaşamasını bildirmiş, onu da tərəflərindən sınıqçıya aparmışlar, sağ əlində hazırda heç bir problem yoxdu. Sol əlin əzilməsindən məlumatlı deyil. Həmçinin iddiaçının kifayət qədər sığorta haqqı ilə bağlı hesabında məbləğ mövcuddur. İstənilən zaman müraciət edib həmin məbləğdən yararlana bilər. Məhkəmənin suallarına cavab olaraq şirkətin vəzifəli şəxsi barəsində aparılmış inzbati xətalara dair icraatdan məlumatlı olmalarını, cərimə olunduqlarını, lakin bu qərardan apellyasiya məhkəməsinə şikayət etmədiklərini bildirdi. Məhkəmə tərəfləri dinləyib, onların mövqeyini dəyərləndirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh QSC-nin direktoru X6 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli Layihə rəhbərinin vəzifə təlimatından görünür ki, X7 işçinin vəzifə öhdəlikləri və texniki bacarıqları ilə əlaqəli vəzifə təlimatı ilə tanış olub onu öz imzası ilə təstiqləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nın xx.xx.2025-ci il tarixli, № 26 ekspert rəyindən görünür ki Azərbaycan vətəndaşı İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər- sol saidin sıxılmış sindromundan sonrakı vəziyyəti, sol dirsək sümüyünün və sol əlin İV daraq sümüklərinin sınıqları, sol median və radial sinirlərin aksonal neyropatiyası, sol dirsək oynağının bükücü kontrakturası (100-dərəcə) , sol saidin hərəkətlərinin pozulması, sol milbilək və İ, İİ, İİİ, İV, V barmaqlarında bükücü və açıcı hərkətlərin mötədil məhdudlaşması və ağır hərəkətlilik ilə müşaiyət olunmuş sol əlin əzələ və bağlarının gərilməsi və cırılması bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində yükqaldırıcı kranın trosu (kəməri) ilə trosa bağlanmış dəmir qabın (içərisinə qum doldurulmuş vəziyyətdə olan) arasında qalması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (25%) əhəmiyyətli dərəcədə dayanıqlı (daimi) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. xx.xx.2025-ci il tarixli, 10/816 nömrəli ekspert rəyindəki tədqiqatın nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 “Tikinti təhlükəsizlik texnikası” Tikinti Norma qaydalarının 2.1, 2.5 bəndlərinin və “yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”-nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur. Normativ aktların tələblərinin pozulması ilə İddiaçı xəsarət arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakterli olmaqla ekspertin səlahiyyət dairəsinə aid deyil. Məktəb binasının tikintisi zamanı qaldırıcı kranla tikinti materialları yüklənib-daşınması işlərinin aparıldığı daimi təhlükə faktoru olan sahəyə kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün həmin sahənin ətrafının mühafizə çəpəri ilə hasarlanması edilmədiyindən və həmin sahəyə daxil olan fəhlə İddiaçı kranla yüklənmiş yükü əli ilə dartmasına (nizamlanmasına) yol verdiyinə görə İİİ4-80 “Tikintidə Təhlükəsizlik Texnikası” Tikinti norma və qaydalarının 2.1, 2.5 bəndlərinin və “yükqaldırıcıların quruluşu və təhlükəsizlik istismarı qaydaları”-nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri işlərinə rəhbərlik etmiş sahə rəisi X7 tərəfindən pozulmuşdur. 42 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş № ******* əmək fəaliyyətinin olmaması ilə əlaqədar sənəddən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən səhhətilə əlaqədar olaraq işdən azad edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 1628/2025-ci il tarixli qərarına əsasən, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə üçüncü dərəcə əlil kimi təyinat almış, əlillik səbəbi istehsalat zədəsidir. Yüngül işlərdə işləyə bilər. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı “əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Bakı şəhəri Sabunçu rayonu 11 saylı köməkçi internat məktəbi tərəfindən verilmiş 142 saylı arayışına əsasən İddiaçı həmin məktəbin Vİİİ sinfini bitirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” Məhkəmənin mövqeyi və əsaslandığı hallar Məhkəmə mübahisənin hüquqi dəyərləndirməsini irəli sürülmüş tələblərin ayrıayrılıqda qiymətləndirilməsi istiqamətində aparılmasını vacib bilir. Maddi ziyanın ödənilməsinə münasibətdə Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdeh təşkilatda işləmiş, əmək münasibətlərində olmuş, şirkətin işçisi olmuşdur. İş vaxtı istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış, bu xəsarət ona İİİ dərəcəli əlilliyin təyin edilməsi ilə nəticələnmişdir. Hazırda heç bir yerdə işləmir. Ailəlidir, himayəsində 1 yetkinlik yaşına çatmayan övladı var. Hadisə müvafiq qurumlar tərəfindən rəsmiləşmiş və şirkətin vəzifəli şəxsi Məhkəmənin qərarı ilə inzibati qaydada tənbeh olunmuşdur. Hadisənin baş verməsi, cavabdeh şirkətin təqsiri və iddiaçının bu hadisə nəticəsində zərər görməsi, əlillik alması işin mübahisəsiz halıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı aldığı xəsarətlə əlaqədar çəkmiş olduğu maddi ziyanın nə qədər təşkil etməsi, maddi ziyanın konkret olaraq nədə ifadə olunmasına dair hər hansı mötəbər sübutlarını təqdim edə bilməmişdir. Məhkəmənin suallarına cavab olaraq əlində yaranmış zədənin müalicəsi ilə əlaqədar fizeoterapiya qəbul etdiyini, lakin bu müalicənin dövlət səhiyyə müəssisəsi tərəfindən əlillərə ödənişsiz əsaslarla göstərilməsini bildirdi. Həmçinin iddiaçı hazırki zamanadək müalicəyə çəkmiş olduğu xərclərlə bağlı da məhkəməyə heç bir əsaslı dəlil təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin maddi ziyanla bağlı hissəsi təmin olunması məqsədəmüvafiq hesab edilə bilməz. Tələbin mənəvi zərərin ödənilməsinə münasibətdə İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almaqla, məhkəmə hesab edir ki, iddiaçının baş vermiş hadisə nəticəsində mənəvi iztirablara məruz qalması, hazırda bir ailə başçısı kimi işləyə bilməməsi səbəbindən stress və gərginlik, əsəb keçirməsi danılmazdır. Məhkəmə işin faktiki hallarını, baş vermiş hadisənin xarakterini, hazırda mövcud nəticələri və bu nəticələrdən doğan iddiaçı üçün qənaətbəxş hesab edilməyən şəraiti diqqətə alaraq tələbin mənəvi ziyan hissəsində qismən təmin olunmasını və cavabdehdən 3000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri təmin olunan hissəyə mütənasib cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" QSC-dən mənəvi zərər olaraq 3000 (üç min) manat pul, həmçinin mediasiya üçün ödənilmiş 50 (əlli) manat xərc, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi 50 manat cavabdeh "xxxx" QSC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar