Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6527/2025 05.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxs qismində X15 cəlb etməklə “pul” tələbinə dair (açar sözlər: maddi zərər, əsassız varlanma, vicdanlı alıcı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçının nümayəndəsi De Fendo Vəkil Bürosunun vəkili Vəkil1 Cavabdeh1 nümayəndəsi Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxs qismində X15 cəlb etməklə “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxs qismində X15 cəlb etməklə “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10500 manat avtomaşına görə ödədiyi pulun, əldən çıxmış fayda kimi 1050 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı TURBO.AZ saytında yerləşdirilmiş elan əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixindən mülki əqdlər bağlamaq səlahiyyəti olan etibarnaməli nümayəndəsi Cavabdeh2 xx.xx.2023- cü ildə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 26 ünvanında yerləşən 19 saylı Notariat ofisində 10500 manat pulun qarşılığında Cavabdeh1 məxsus Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında almışdır. Daha sonra həmin avtomaşını daha yüksək qiymətə sataraq qazanc əldə etmək niyyəti ilə TURBO.AZ saytında elan yerləşdirmişdir. Həmin elan əsasında X10 21725 markalı **-TG- *** dövlət qeydiyyat nişanlı avtomaşını məndən 11100 manat qarşılığında Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında xx.xx.2023- cü ildə almışdır. Avtomaşının sonuncu sahibi olan X3 rayon X18 X21 dəvətinə əsasən Vaz 21725 markalı 99-TG082 dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdən Siyəzən RPŞ-nə gətirmiş və avtomaşın o vaxtdan Cavabdeh1 tələbinə əsasən Siyəzən RPŞnin DYPB-nin mühafizə olunan duracağında saxlanılmışdır. Bu hadisələrdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının ondan aldadılaraq və ya zorla alındığına dair Siyəzən rayon Polis Şöbəsinə şikayət etmiş və Cavabdeh2 verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. Salyan rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin Baş təhqiqatçısı X2 apardığı araşdırma nəticəsində və əldə edilmiş izahatlar əsasında toplanmış materiallarla müəyyən olunmuşdur ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 44-də yaşayan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsinə ünvanladığı və aidiyyatı üzrə Salyan rayon Polis Şöbəsinə göndərilmiş müraciətində qeyd olunan xüsusatda, yəni 2023-cü ilin iyun ayında Elman, Şahin və iki nəfər naməlum şəxsin onu yaşadığı evdən çıxardıb, hədə-qorxu ilə 2000 manatını ələ keçirmələrini və Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında tanışları Orxan adlı şəxsin adına keçirtməklərini bildirməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixindən dərhal sonra yox xx.xx.2023-cü ildə Polisə müraciət etmişdir. İzahatları alınmış şəxslər Cavabdeh1 yalan danışdığını və onları şərlədiyini bildirmişlər. Belə ki, Cavabdeh1 tanışları Elman və Şahinin vasitəsilə X8 ilə tanış olmuşdur. Bundan sonra 2023-cü ilin mart ayında X20 Məmmədə demişdir ki, satılmalı Hyundai markalı avtobus və Man markalı yük maşınları vardır. Məmməd Hyundai markalı avtobusla maraqlanmış, avtobus Şamaxı şəhərində olduğundan orada gedib ona baxmış və avtomaşının təmirə ehtiyacı olduğundan əvvəldən danışdıqları kimi 18000 manat deyil 15000 manata onu alacağına dair Familə söz vermişdir. Məmməd maşının təmir işlərini və hal-hazırda pulunun olmamasını əsas gətirərək, satılası Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını olduğunu bildirmişdir Abuzərov Familə. Abuzərov Famil də Cavabdeh1 Elman və Şahin adlı Salyandan olan tanışlarına görə tanıdığı üçün Hyundai markalı avtobusa dair ona mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə vermişdir. Lakin Cavabdeh1 müxtəlif bəhanələrlə Avtobusun pulunu Abuzərov Familə verməmiş və 2 ay sonra məlum olmuşdur ki, Məmməd həmin avtobusu öz adına keçirtmişdir. Abuzərov Famil pulunu Cavabdeh1 tələb etmiş və Məmməd ona Elman və Şahinin vasitəsilə 2000 manat vermiş və qalan pulun əvəzinə Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair onların dedikləri adama, yəni Cavabdeh2 etibarnamə vermişdir. Araşdırma nəticəsində Polis şöbəsinə edilən müraciətin də Familə qalan pulu verməmək üçün Məmməd tərəfindən yalandan edildiyi müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, Cavabdeh1 qarşı heç bir real və qeyri real hərəkət olmamış, ona hədə-qorxu gəlinməmiş, ondan zorla pul və ya qiymətli əşya alınmamış, özünə məxsus Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülki əqdlər bağlamaq səlahiyyəti verən etibarnamə əsasında satmışdır. Əgər Məmmədin müraciətində qeyd etdiyi hadisə baş vermiş olsaydı, ona hədə-qorxu gələn şəxslər onun avtomobilini həmin vaxt öz adlarına və ya başqa şəxsin adına keçirdərdilər. Yuxarıda qeyd edilənlər və toplanmış materiallar əsasında Salyan rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin Baş təhqiqatçısı X6 cinayət hadisəsi olmadığından AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qüvvədədir. Onun bütün bunlardan əvvəlcədən heç xəbəri də olmamış və izahatında da qeyd etdiyi kimi 10500 manat müqabilində həmin avtomaşını Cavabdeh2 etibarnamə əsasında almış və özünü vicdanlı alıcı hesab edir. Lakin X1 rayon məhkəməsində ona qarşı iddia qaldıraraq 12225 manat pulun İddiaçı alınaraq öz xeyrinə tutulmasını tələb edir. Ağayev Hamil hesab edir ki, avtomaşına dair Cavabdeh2 verilən etibarnamə ləğv edildiyindən onun maşına görə ödədiyi 11100 manat və əlavə çəkdiyi xərclər ona qaytarılmalıdır. Bu səbəbdən o, Cavabdeh1 qarşı sonuncuya məxsus Vaz 21725 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması tələbinə dair Salyan rayon məhkəməsində iddia qaldırmış, iddiam təmin edilmədiyindən Apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətimi təmin etsə də, Ali Məhkəmənin Qərarına əsasən iddia ərizəm təmin edilməmişdir. O, həmin iddianı X11 ötrü qaldırmışdır ki, avtomaşını Cavabdeh1 alıb Hamil Ağayevə versin. Lakin iddia ərizəsi təmin edilməmişdir. Həmçinin hesab edir ki, Cavabdeh1 maşını ikinci dəfə özgəninkiləşdirərək əsassız varlanmağa çağlışmışdır. Bunun əksi olsa idi o avtomaşına görə onun ödədiyi pulu qaytarardı. Cavabdeh1 deməsinə görə avtomaşının pulu ona çatmamışdır. Lakin o buna inanmır. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 pulunu mənimsəməklə əsassız varlanmışlar. İddiaçı tərəfindən avtomaşının əvəzində 10500 manat pulun verilməsi Cavabdeh1 nümayəndəsi Cavabdeh2 qarşısında borcun icra olunması borcun ixtiyarlı şəxs qarşısında icra olunması sayılır. Belə ki, xx.xx.2023-cü il tarixindən mülki əqdlər bağlamaq səlahiyyəti olan etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən Cavabdeh2 ona xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında maşını satarkən və o, həmin etibarnamə əsasında avtomaşını xx.xx.2023-cü il tarixində Ağayev Hamilə satarkən vicdanli davranmışlar. Avtomaşın Siyəzən rayonunda duracaqda idi, lakin hal-hazırda Cavabdeh1dır və Hamil Ağayev avtomaşından faydalana bilmir. Bunun da təqsirkarı Cavabdeh1 və Cavabdeh2dur. Hal-hazırda o, həmin şəxslərdən şikayətçidir.
İİ. Tərəflərin mövqeləri:
İddiaçının nümayəndəsi De Fendo Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili X12 təmsil etdiyi cavabdehə münasibətdə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əvvəlki mübahisələrə baxılan zaman qəbul edilmiş məhkəmə qətnamə və qərarları ilə təsdiq edilir ki, Umudov X4 ldığı pulu mülkiyyətçiyə verməmişdir. Belə olan halda iddia tələbinin ona yönələn hissəsində rədd edilməsini xahiş etmişdir. Cavabdeh X9 və üçünçü şəxs X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- CD diskdən görünür ki, Cavabdeh1 ona məxsus (050)-322-86-40 mobil telefonu vasitəsilə xx.xx.2023-cü il tarixində Turbo.az saytında müabahisəli avtomobilin satılması ilə bağlı elan yerləşdirilmişdir. - Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 2014-cü ildə buraxılmış “VAZ 21725 minik" markalı, **-TG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 1 il müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə Cavabdeh2 vermişdir. - Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş 31,07.2023-cü il tarixli etibarnamədən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 2014-cü ildə buraxılmış “VAZ 21725 minik" markalı, **-TG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 1 il müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə İddiaçı vermişdir. - ƏN-İX 022589 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən Cavabdeh1 mülkiyyətində olan 2014-cü ildə buraxılmış "VAZ 21725 minik" markalı, **-TG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 11 ay 3 gün müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə X16 vermişdir. - Cavabdeh1 həmin müraciəti aidiyyəti üzrə Salyan RPŞ-nə göndərilmiş və qeydiyyata alınaraq araşdırma aparılaraq Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Fərmanlının 29 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarından görünür ki, Siyəzən RPŞ-dən daxil olan məlumat əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü Cavabdeh1 hədə-qorxu yolu ilə güya Cavabdeh2 etibarnamə verilməsi Salyan RPŞ-nin TB-nin 29 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı ilə öz təsdiqini tapmamışdır. - Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-395/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1, üçüncü şəxslər X23, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinə qarşı “avtomaşının özgəninkiləşdirilməsinə dair əqdin tanınmasına və avtomaşının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia rədd edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1741/2024 nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(057)-395/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsmiş, iddia təmin edilmiş, mübahisəli “Vaz 21725 minik” markalı, 2014-cü il buraxılışlı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 31,07.2023-cü il tarixli etibarnamə həmin avtomobilin özgəninkiləşdirilməsinə dair əqd kimi tanınmaqla üzərində İddiaçı mülkiyyət hüquqları tanınsın və həmin avtomobil Cavabdeh1 alınaraq İddiaçı qaytarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1106/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh1 (X23, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2(106)-1741/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar çıxarılması, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. - Sizəyən rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Siyəzən şəhəri Vidadi küçəsi ev 34-də yaşayan X13 istifadəsində (etibarnamə ilə)olmuş VAZ 21725 markalı,** TG *** d.q.n-lı avtomaşının mülkiyyətçisi,Salyan rayon sakini Cavabdeh1 ərizəsi əsasında Siyəzən RPŞ-nin DYPB-si tərəfindən yoxlanılmasından ötrü Siyəzən RPŞ-nin mühafizə olunan duracağına gətirilərək, xx.xx.2023-cü il tarixdən hal hazır ki, tarixə qədər Siyəzən RPŞ-nin DYPB-nin mühafizə olunan duracağındadır.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2 – ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. - 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. - 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “...kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin (MM-in) 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, müəyyən edilir ki, Cavabdeh2 öhdəliklərini vaxtında icra edilməməsi halında iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, iddiaçı tərəfindən Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hazırki halda iddiaçı illik bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 10500 manat məbləğində pul, 1050 manat əldən çıxmış fayda və ödənilmiş 125 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10500 manat məbləğində pul, 1050 manat əldən çıxmış fayda və ödənilmiş 125 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11675 (on bir min altı yüz yetmiş beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva