Məhkəmə qərarları › İş №2(001)-6560/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6560/2023

13.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6560/2023 13.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçı tərəfindən baka ödənilmiş artıq vəsaitin və həmin dövrdən bu günə qədər hesablanmalı olan əlavə məbləğin maddi ziyan kimi cavabdeh tərəfindən geri qaytarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçı tərəfindən baka ödənilmiş artıq vəsaitin və həmin dövrdən bu günə qədər hesablanmalı olan əlavə məbləğin maddi ziyan kimi cavabdeh tərəfindən geri qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bank tərəfindən banka ödədiyi 236(iki yüz otuz altı) manat artıq pul vəsaitinin geri qaytarılması və həmin dövrdən bu günə qədər həmin dövrdən bu günə qədər hesablanmalı olan əlavə məbləğin maddi ziyan kimi cavabdeh tərəfindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40” ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, cavabdehin ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilər. Eyni zamanda iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, iddiaçının tələbi aydın və dəqiq deyil. Belə ki, iddiaçı iddia tələbində “həmin dövrdən bu günə qədər hesablanmalı olan əlavə məbləğin maddi ziyan kimi cavabdeh tərəfindən geri qaytarılması”nı xahiş etsə də, maddi ziyanın məbləğini və hansı dövrü əhatə etdiyini qeyd etməmişdir. Halbuki, prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Həmçinin, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. -152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, hazırki iddia tələbi ilə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçı tərəfindən baka ödənilmiş artıq vəsaitin və həmin dövrdən bu günə qədər hesablanmalı olan əlavə məbləğin maddi ziyan kimi cavabdeh tərəfindən geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, hazırkı iddia tələbi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar