Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-658/2020 28.02.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinə görə 5500 manat, hüquqi xidmətə görə 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 58030 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinə görə 5500 manat, hüquqi xidmətə görə 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 58030 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Sumqayıt avtomaşın bazarında avtomobil alveri ilə məşğul olan Pərvin adlı tanışı vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Cavabdehla tanış olmuş, Pərvin cavabdehlə danışdıqdan sonra cavabdeh Almaniya istehsalı olan 2014-cü il buraxılışlı Seat İbiza minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili 13000 manata satdığını bildirmişdir. Onun 9200 manat pulu olduğundan qalan pulu iki aydan sonra verəcəyi barədə cavabdehlə razılığa gəlmişdir. Bundan sonra onlar Sumqayıt şəhər 1 saylı notariat kontoruna getmiş və Cavabdeh ona notariat qaydasında təsdiq olunan etibarnamə vermiş, o da 9200 manat pulu Pərvin vasitəsi ilə Cavabdeh vermişdir. Bir gün sonra o, avtomobilin bir neçə yerdən vuruğu olmasını, etibarnamənin ona iki ay müddətinə, yalnız avtomobili idarə etmək üçün verildiyini aşkar etmişdir. Bundan sonra o, dərhal Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət etmiş, polis mayoru T.Adıgözəlov ona rəsmi ərizə yazmağa ehtiyac olmadığını özü şəxsən bu işlə məşğul olacağını, onun pulunu həmin şəxslərdən alıb qaytaracağını demişdir. Bir neçə gündən sonra həqiqətən polis mayoru T.Adığözəlov onu, Pərvini və Emili 3cü Polis Bölməsinə çağırmış, ondan avtomobilin açarını alıb avtomobillə birlikdə Cavabdeh təhvil verərək Emilin avtomobili satıb onun pulunu qaytaracağını demişdir. O da, T.Adıgözəlova inanıb açarı və avtomobili Cavabdeh təhvil vermişdir. Bundan sonra 2019-cu ilin yanvar ayında T.Adıgözəlov 3-cü Polis Bölməsində cavabdehdən 1700 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat alıb ona vermiş və bu barədə ondan yazılı iltizam almışdır. Lakin həmin gündən sonra o, pulun qalığı olan 5500 manatı cavabdehdən ala bilməmişdir. Faktla bağlı araşdırma aparılması üçün o, xx.xx.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası DİN-nə müraciət etmişdir. Onun müraciətindən sonra DİN-nin Bəxtiyar adlı əməkdaşı araşdırma aparmış, bir neçə gündən sonra Bəxtiyar ona zəng vurub T.Adıgözəlova töhmət verilməsini, Cavabdeh pulu qaytarması üçün bir ay vaxt verildiyini bildirmişdir. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin 126- 5875A saylı xx.xx.2019-cu il tarixli məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də Cavabdeh avtomobilə görə verdiyi pulun qaytarılmayan hissəsi olan 5500 manat, ona göstərilən hüquqi xidmətə görə 300 manat, dövlət rüumuna görə 30 manat olmaqla cəmi 5830 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Pərvin adlı alverçi ilə bazarda onlara yaxınlaşaraq, İbiza markalı avtomobil almaq istəməsini demişdir. O, avtomobili satan Rəqib Heydərovu çağırmış, İddiaçı avtomobilin pulunun bir hissəsini, yəni 9200 manatı R.Heydərova vermiş, 3800 manat borcu qalmışdır. 2 həftədən sonra İddiaçı ona zəng edib avtomobilin nasaz vəziyyətdə olduğundan geri qaytarmaq istədiyini demişdir. Pərvin avtomobili İddiaçı götürüb R.Heydərova qaytarmış, R.Heydərov avtomobili satdıqdan sonra pulunu verəcəyini demişdir. Özünü polis və İddiaçı xalası oğlu kimi təqdim edən şəxs ona zəng edərək pulun qaytarılmasını tələb etmiş, o, R.Heydərovla Sumqayıta gəlib həmin oğlanla görüşmüş, R.Heydərov Sumqayıtın girişində avtomobili satıb pulu qaytaracağına söz vermişdir. Bundan sonra R.Heydərov avtomobili satıb pulu qaytarmamışdır. R.Heydərov ona ümumilikdə 86000 manat ziyan vurmuş, buna görə də barəsində Bakı Ağır Cinayət Məhkəməsində cinayət işinə baxılır. İddiaçı pul R.Heydərov aldığından o da geri qaytarmalıdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 181.4.-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Elektron notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun notariusu X2 xx.xx.2018-ci il tarixdə mülkiyyətçi X3 İddiaçı verdiyi Seat İbiza minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobildən xx.xx.2019-cu il tarixədək istifadə emək hüququnu müəyyən edən etibarnaməni təsdiq etmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis kapitanı S.İbrahimovun Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisi, polis polkovnik-leytenantı X.Quliyevə ünvanladığı raportdan müəyyən olunur ki, Sumqayıt şəhəri 47-ci məhəllə 8 saylı evin 7 saylı mənzilində yaşayan İddiaçı ***-***-**-** nömrəsindən zəng edərək xx.xx.2018-ci il tarixdə Emil adlı şəxsdən İbiza minik markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili almasını, sonuncuya 45-ci məhəllədə yerləşən notariatda 9200 manat verməsini, sonradan avtomobilin texniki cəhətdən nasaz olmasını aşkar edərək avtomobili geri qaytarmasını, 2018-ci ilin dekabr ayında Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etməsini, PB-də 3700 manatın geri qaytarılmasını, lakin geri qalan pulu qaytarılmamasını, 3-cü PB-də polis mayoru rütbəli Təvəkkül adlı əməkdaşın ondan ərizə almamasını bildirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 126-5875A saylı məktubdan müəyyən olunur ki, tələb məhkəmə baxışının predmeti olduğundan Azərbaycan Respublikası MPM-nin 149,150-ci maddələri ilə müəyyən edilmiş qaydada müraciət və ərizə ilə əlaqədar iddia ərizəsi ilə şikayət etdiyi şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, xidməti fəaliyyətində nöqsanlara yol verdiyinə görə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi T.Adıgözəlov intizam məsuliyyətinə cəlb olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-200/2020 saylı xx.xx.2020-ci il tarixli hökmündən müəyyən olunur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş X1 rəisi O.Kərimova verdiyi xx.xx.2019-cu il tarixli izahatında Cavabdeh xx.xx.2018-ci il tarixdə özünə məxsus Seat İbiza markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili 13000 manata Sumqayıt şəhərində maşın bazarında İddiaçı satmasını, Şəhlanın həmin məbləğin 9200 manatını ilkin olaraq ona ödəməsini, qalan məbləği 3 ay müddətinə ödəyəcəyinə söz verməsini, 10 gündən sonra Şəhlanın avtomobilin nasaz vəziyyətdə olduğunu əsas gətirərək pulunun geri qaytarmasını, avtomobili təhvil götürməsini ondan tələb etməsini, o, pulu artıq xərclədiyini Şəhlaya deməsini, Şəhlanın onun barəsində Təvəkkül müəllimə şifahi müraciət etməsini, Təvəkkül müəllim onları bölməyə çağırmasını, bundan sonra onlar Təvəkkülün iştirakı ilə onun avtomobili satıb Şəhlanın 9200 manatını qaytaracağı barədə razılaşmalarını göstərmişdir. Cavabdeh DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə təqdim etdiyi iltizamdan müəyyən olunur ki, o, İddiaçı 5500 manatı qısa müddətə ödəyəcəyini bildirmişdir. Şahin hüquq MMC-nin xx.xx.2019-cu il tarixli mədaxil orderindən müəyyən olunur ki, İddiaçı ona göstərilən hüquqi xidmətə görə MMC-yə 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nəqliyyat vasitəsinin alqı-satqısına görə 9200 manat almış, həmin vəsaitin bir hissəsini qaytarsa da, 5500 manat pul vəsaitini qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsası olmadan iddiaçıya məxsus 5500 manat pul vəsaitini özündə saxladığından iddia ərizəsi əsaslıdır ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 5500 manat, hüquqi xidmətə görə 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 58030 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-658/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-658/2020
28.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver