Məhkəmə qərarları › İş №2(001)-658/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-658/2023

18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-658/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə mülki işə 18 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi üzrə məhkəmənin hazırlıq iclası 05 dekabr 2022-ci il tarixə, saat 09:20ə təyin edilmiş, bu barədə müvafiq bildiriş həm iddiaçının, həm də cavabdehin yaşadığı ünvana poçt vasitəsilə göndərilmişdir. 02 dekabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmənin hazırlıq iclasında iştirak edə bilməyəcəyini, işin mümkünsə məhkəmə baxışına təyin edilməsini və məhkəmə iclasının 15 dekabra təyin edilməsini xahiş etmişdir. 05 dekabr 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında tərəflər iştirak etməmiş, məhkəmə iclası tərəflərin iştirakının təmin edilməsi məqsədilə 09 yanvar 2023-cü il tarixə, saat 10:00-a təxirə salınmışdır. Bu barədə müvafiq bildiriş həm tərəflərin yaşadıqları ünvana poçt vasitəsilə, həmçinin, tərəflərin mobil nömrələrinə sms bildirişlə göndərilsə də, 09 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında da tərəflər iştirak etməmişdirlər. Məhkəmə iclası 18 yanvar 2023-cü il tarixə, saat 11:50-ə təxirə salınmışdır. Həmin tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər gəlməmələrinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar