Məhkəmə qərarları › İş №2(001)-66/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-66/2025

21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-66/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X6, Cavabdeh1, üçüncü şəxs “X15” Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (“X15” Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı "qanunsuz hərəkətlərin qarşısının alınması və hüquqların bərpa edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması, Biləcəri Bələdiyyəsinin 745 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən adına Biləcəri qəsəbə hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 140,0 kv/metr torpaq sahəsinin zəbt edilmiş və üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi, eləcə də torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibliyinə qaytarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Biləcəri Bələdiyyəsinin 745 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Biləcəri qəs. hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün 140,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq və yerquruluşu tətbirləri yerinə yetirilərək ərazinin konfiqurasiyası sərhədələri və dönmə nöqtələri əlavə edilmiş situasiya planına uyğun müəyyən edilmişdir. Təəssüflər olsun ki, artıq uzun müddətdir ki, hasar qonşuları Cavabdeh3 və Cavabdeh1 tərəfindən torpaq sahisinin sərhədlərinin pozularaq sahəsinə nüfuz etmələri (zəbt etmələri), eləcə də, torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılması səbəbindən, torpaq sahəsinə hüquqlarının bərpa edilərək faktiki ona aid hissəsinin qaytarılması, eləcə də, ona öz əmlakından maneəsiz- sərbəst istifadə etməyinə köməklik göstərilməsi ilə bağlı Biləcəri Bələdiyyəsinə müraciət etsə də, Bələdiyyənin 02/120 saylı, xx.xx.2023-cü il tarixli cavabı ilə müraciətinin təmin olunmasından imtina edilməklə onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Aşağıdakı əsaslara görə Biləcəri Bələdiyyəsinin cavabı və digər cavabdehlərin hərəkətləri nəticəsində pozulmuş, qanunla qorunan hüquq və mənafelərimin təmin olunmasını hüquqi əsasllı hesab edir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 745 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən adına Biləcəri qəsəbəsi hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 140.0 kv.m. torpaq sahəsi ayrılmışdır. Biləcəri Bələdiyyəsinin 780 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən onun hasarına bitişik ərazidə Cavabdeh3 Biləcəri qəsəbəsi hüdudlarında, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Biləcəri Bələdiyyəsinin 1002 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən onun hasarına bitişik ərazidə Camalova X3 qəs. hüdudlarında, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cti il tarixli aktına uyğun olaraq, Biləcəri Bələdiyyəsinin 745 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Biləcəri qəs. hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün X5 (Muradova) ayrılmış 140,0 kv.nı. torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh1 tərəfindən torpaq sahisinin sərhədlərinin pozularaq zəbt edilməsi torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli akta əlavə olunmuş situasiya planına uyğun olaraq, adına ayrılmış əraziyə hər iki tərəfdən nüfuz edilməsi (zəbt olunması), eləcə də torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılması faktı təsdiq olunur. “Azneft” İB “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin JƏ019-9 saylı, xx.xx.2005-ci il tarixli, JƏ019-4/576 saylı, xx.xx.2005-ci il tarixli və JƏ019-9/575 saylı, xx.xx.2005-ci il tarixli məktublarına, habelə, ərazinin situasiya planına uyğun olaraq, həmin ərazidə torpaq sahəsinin ayrılması razılaşdırılmışdır. Ona öz əmlakından maneəsizsərbəst istifadə etməyinə köməklik göstərilməsi ilə bağlı hüquqlarının bərpasına dair etdiyi müraciətə X2 02/120 saylı xx.xx.2023-cü il tarixli cavabı ilə müraciətinin təmin olunmasından imtina edilməklə onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15” Şirkətinin nümayəndəsi X9 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Əliyeva (Muradova) Ramilə Bəhram qızının Cavabdeh1 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, yerləşən 140 kv.m torpaq ahəsinin zəbt edilmiş və üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi, eləcə də torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək sahibliyinə qaytarılması tələbi barədə iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyeva (Muradova) Ramilə Bəhrəm qızı, Cavabdeh1 qarşı iddia ərizəsi ilə mə\hkəməyə müraciət etmişdir. Elektron məhkəmə sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli bildirişə əsasən müəyyən olmuşdur ki, iş üzrə X15” şirkətinin Azərbaycan Respublikasındakı filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələbində qeyd olunan torpaq sahəsi və torpaq sahəsində yerləşən tikili hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət NeftŞirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X15” şirkətinin qanuni istifadəsinə verilmişdir. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən təminat və öhdəliklərin 1 (e) bəndində saziş ərazisi üzərində hüquqların qəsd edilməsinin qadağan olunması qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli, 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara lid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə seçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata seçirilir. Bildirir ki, “Hasilatın pay bölgüsü haqqında” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş üzbaşma tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra lakimiyyəti və yerli özünü idarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. İddiaçı öz ərizəsində, maddi sübüt kimi Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 745 nömrəli qərarını qoşmaya əlavə etmişdir. Qeyd olunan xx.xx.2007-ci il tarixli 745 nömrəli qərara əsasən Əliyeva (Muradova) Ramilə Bəhrəm qızına Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 140 kv.m torpaq sahəsi ayrılmışdır. Bildirir ki, iddiaçı tərəfindən təqdim olunmuş Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 745 nömrəli qərarı özü-özlüyündə qanunsuz inzibati aktdır. Belə ki, Biləcəri Bələdiyyəsinin vətəndaş Əliyeva (Muradova) Ramilə Bəhrəm qızına fərdi yaşayı evinin tikintisi üçün ayrılmış xx.xx.2007-ci il tarixli, 745 saylı qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuzdur. Məhkəmənin nəzərinə çatdırır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X16 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Məhkəmənin diqqətinə çatdırır, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətinin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, hazırki gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümknsüz hesab edilməsi, şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir. Əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş vətəndaş Cavabdeh1 Abisalam qızına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Biləcəri Bələdiyyəsinin 1002 saylı, xx.xx.2006-cı il tarixli qərarıda qanunsuzdur. Belə ki, vətəndaş Cavabdeh1 Abisalam qızının istifadəsinə torpaq sahəsinin ayrılması haqqında Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1002 saylı qərarının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən artıq öz qüvvəsini itirməsi faktı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3218/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə münasibət bildirilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin tələblərinə müvafiq olaraq Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin “Faktiki istifadə etdiyi torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi təyinatı ilə vətəndaş Cavabdeh1 Abisalam qızının istifadəsinə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 1002 nömrəli Qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Yəni, Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1002 saylı qərarının Sazişin qüvvəyə mindiyi xx.xx.2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirdiyindən məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, iddia tələbində qeyd olunan mübahisəli torpaq sahəsi 1 saylı mədənin 5-cı sahəsində yerləşən 151386 saylı neft quyusunun mühafizə zolağı daxilində yerləşir. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Qeyd olunanlara əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunan torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətində olması, sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi, həmçinin qeyd olunan sahənin ARDNŞ-nin və X15” Şirkətinin istifadəsində olması faktı öz əsksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə qəbul dilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Camalova X1 torpaq aldığını bildirib, iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X15” Şirkətinin nümayəndəsi X9 iddia tələbinə təqdim edilmiş etirazının məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Binəqədi Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Binəqədi Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 745 saylı qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan X7 Biləcəri qəsəbəsi hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün 140.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 780 saylı qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh3 Biləcəri qəsəbəsi hüdudlarında, fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1002 saylı qərarından görünür ki, ünvan 3 ünvanılnda yaşayan Cavabdeh1 Biləcəri qəsəbəsi hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün 500,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Biləcəri Bələdiyyəsinin Baş mühəndisi, mühəndis və X10 tərəfndən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən, Biləcəri Bələdiyyəsinin 745 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Biləcəri qəsəbəsi hüdudlaında fərdi yaşayış evinin tikintisi üçün X5 (Muradova) ayrılmış 140,0 kv.m torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh1 tərəfindən torpaq sahəsinin sərhədlərinin pozularaq zəbt edilməsi torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılmasını qeyd dilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən; Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 avqust 2007-ci İİ tarixli, 745 saylı qərarı ilə X8 ayrılmış 140 kv.m torpaq sahə iki hissədən İbarət olmaqla (575,0 kv.m və 695.0 kv.m təşkil edir), mişar daş hasar ve üzərindəki tikilinin çöl divarları ilə sərhədlənib. Ara sərhədləri mişar daş hasarla sərhədlənib. Torpaq sahəsinin 575.0 kv.m hissəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Qeyd olunan 695.0 kv.m hissədə isə tikili yoxdur. Faktiki olaraq göstərilən sahələrin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi (Binəqədi Oyl) olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədi. Yuxarıda qeyd olunduğu kimi mübahisəli olan torpaq sahəsi iki hissədən ibarət oimaqia (575.0 kv.m və 695.0 kv.m təşkil edir), mişar daş hasar və üzərindəki tikilinin çöl divarları İlə sərhədlənib. Ara sərhədləri mişar daş hasarla sərhədlənib. Torpaq sahəsinin 575.0 kv.m hissəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Qeyd olunan 695.0 kv.m hissədə isə tikili yoxdur. Bundan əlavə təqdim edilmiş cizgilərdə xətkeşlə təyin edilmiş miqyaslara əsasən cizginin biri 1:2500 miqyasında, digər isə 1:3000 miqyasında tərtib olunduğundan iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki göstərdiyi 575.0 kv.m. torpaq sahəsinin daxilində yerləşməsi barədə rəy vermək mümkün olmadı. Hər iki cizgidə iki tərəfin perimetrik ölçüləri, dəqiq istinad və məsafələr qeyd olunmayıb. Sözügedən məsələ ilə bağlı torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmiş təşkilatın rəyinin alınması məqsədəuyğundur. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddia tələbinin əsasını Biləcəri Bələdiyyəsinin 745 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən adına Biləcəri qəsəbə hüdudlarında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 140,0 kv/metr torpaq sahəsinin zəbt edilmiş və üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi, eləcə də torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibliyinə qaytarılması təşkil edir. Məhkəmə aşağıdakılara görə iddia tələbini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 65. 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Hazırkı iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin yerinə yetirilməsi üçün zəruri olan sübutetmə vasitələrinin mövcudluğu konkret mötəbər sübutlarla təsdiqini tapmır. Qeyd edilməlidir ki, müqavilədənkənar xarakter daşıyan vindikasiya iddiasının irəli sürülməsi üçün: 1) iddiaçı tələb olunan əmlakın mülkiyyətçisi, yaxud mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs olmalıdır; 2) iddiaçı əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 3) vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır ki, bu şərtlərə iş üzrə əməl olunmur. Bu kontekstdə, torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığını, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olduğunu və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlətin təminat vermədiyini nəzərə alan məhkəmə bildirir ki, iddiaçının əmlak hüquqlarını əldə etdiyini irəli sürdüyü torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, torpağın planı və ölçüsü tərtib edilməmiş, nəticədə onun mübahisəli torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əksinə, müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərdən heç birinin mülkiyyətində olmamaqla bərabər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli olan torpaq sahəsi iki hissədən İbarət olmaqla (575,0 kv.m və 695.0 kv.m təşkil edir), mişar daş hasar və üzərindəki tikilinin çöl divarları ilə sərhədlənib. Ara sərhədləri mişar daş hasarla sərhədlənib. Torpaq sahəsinin 575.0 kv.m hissəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Qeyd olunan 695.0 kv.m hissədə isə tikili yoxdur. Faktiki olaraq göstərilən sahələrin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi (Binəqədi Oyl) olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədi. Yuxanda qeyd olunduğu kimi mübahisəli olan torpaq sahəsi iki hissədən ibarət oimaqia (575.0 kv.m və 695.0 kv.m təşkil edir), mişar daş hasar və üzərindəki tikilinin çöl divarları İlə sərhədlənib. Ara sərhədləri mişar daş hasarla sərhədlənib. Torpaq sahəsinin 575.0 kv.m hissəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Qeyd olunan 695.0 kv.m hissədə isə tikili yoxdur. Göründüyü kimi iddiaçının Biləcəri Bələdiyyəsi tərəfindən ona ayrılmış 140,0 kv.metr torpaq sahəsinin zəbt edilməsi, üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Bununla yanaşı mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, torpaq sahəsinin cizgisi isə qanunvericiliyin tələblərinə uyğun deyildir. Bunun səbəbi isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Həmin maddənin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. Hazırkı halda isə təqdim edilmiş cizginin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizgdə dəqiq istinad məlumatlarının qeyd edilməməsi səbəbindən iddiaçının sözügedən sahəyə aidiyyətinin olub-olmadığı da müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin sahə bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı iddiaçı mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 03 avqust 2007-ci il tarixli, 745 nömrəli torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarı ilə ona ayrılmasına istinad etsə də, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ərazi hüdudları daxilində yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 140,0 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla Dövlət mülkiyyəti torpağının olması müəyyən edilmişdir. Odur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Qəsəbəsində yerləşən 140,0 kv.metr torpaq sahəsinin zəbt edilməsi, üzərində qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə sahibinə qaytarılmasını tələb etmək hüququ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aiddir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (“X15” Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «qanunsuz hərəkətlərin qarşısının alınması və hüquqların bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyndən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə (“X15” Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilməklə) qarşı "qanunsuz hərəkətlərin qarşısının alınması və hüquqların bərpa edilməsi" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar