Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6638/2022 17.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Binəqədi rayon İcra şöbəsi cəlb edilməklə) iş üzrə keçirilmiş qiymətləndirmənin etibarsız sayılması və təkrar məhkəməqiymətləndirmə ekspertizasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı iş üzrə keçirilmiş qiymətləndirmənin etibarsız sayılması və təkrar məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 28 yanvar 2016cı il tarixli, 212/16/NF/PB nömrəli və 28 yanvar 2016-cı tarixli, 212/16NF-PK nömrəli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlaklara cavabdehin müəyyənləşdirdiyi 440.000 manat və 72.000 manat qiymətləndirilməsinin etibarsız sayılması, ipoteka ilə yüklü edilmiş əmlaklar üzrə yeni qiymətləndirmənin keçirilməsi və həmin yeni qiymətlərlə hərracda ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(001)-33/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı “borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbi haqqında” iddia ərizəsi qismən təmin edilmiş, açıq hərracda satılacaq ipoteka predmetləri 440.000 manat və 72.000 manat dəyərində qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020ci il tarixli, 2(103)-7600/2020 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2(102)-5380/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tərəflər arasında olan mübahisə ilə bağlı ipoteka predmetlərinin açıq hərracdan satış qiymətləri müəyyənləşdirilmişdir. Belə olan halda, həmin qiymətləndirmənin etibarsız sayılması və yenidən qiymətləndirmənin keçirilməsi tələbinə mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən baxıla bilməz. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 110 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və Binəqədi rayon İcra şöbəsi cəlb edilməklə) iş üzrə keçirilmiş qiymətləndirmənin etibarsız sayılması və təkrar məhkəməqiymətləndirmə ekspertizasının təyin edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6638/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6638/2022
17.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver