Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-667/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxus “Hyundai İX 35” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə onun arasında bağlanmış 16 aprel 2012-ci il tarixli müqaviləyə əsasən nəqliyyat vasitəsini əldə etmək üçün ona 21.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi üçün 17 aprel 2012-ci il tarixdə aldığı **-NK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai İX 35” minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmiş və bankla ipoteka müqaviləsi bağlanmışdır. 18 aprel 2012-ci il tarixdə nəqliyyat vasitəsini etibarnamə ilə qohumu X2 vermişdir. Həmin vaxtdan X4 banka olan borc məbləğini vaxtı-vaxtında ödəmişdir. Lakin 2015-ci ildə ölkədə baş verən devalvasiyadan sonra krediti ödəməkdə çətinlik çəkdiyindən, 30 oktyabr 2015-ci il tarixində nəqliyyat vasitəsini qarşılıqlı razılığa əsasən Cavabdeh1 geniş səlahiyyətli etibarnamə ilə vermişdir. Razılığa əsasən qalıq kredit məbləğinin ödənilməsi cavadeh Cavabdeh1 tərəfindən davam etdirilməli idi. Lakin cavabdeh onun hüquqi savadsızlığından, qayda - qanunu bilməzliyindən istifadə edərək onu aldatmışdır. Cavabdeh1 tərəfindən kredit məbləğinin ödənilmədiyi barədə məlumat aldıqdan sonra notarial kontoruna müraciət edərək verdiyi etibarnamənin ləğvini xahiş etmiş və 24 dekabr 2015-ci il tarixində etirabnamə ləğv edilmişdir. Nəqliyyat vasitəsini geri tələb etdikdə isə Cavabdeh1 avtomobili digər Cavabdeh2 02 noyabr 2015-ci il tarixində 363833 nömrəli etibarnamə ilə satdığını bildirmişdir. Cavabdeh2 ailə üzvləri ilə əlaqə yaratdıqda onun Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi bildirilmişdir. Nəticədə cavabdehlər göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmamışlar. Hesab edir ki, o, iddia tələbində haqlıdır. Sözügedən nəqliyyat vasitəsi bankda ipotekada olduğundan və kredit məbləği ödənilmədiyindən bank tərəfindən ondan tələb edilir. Belə ki, cəmi 15.494,44 ABŞ dolları, habelə 30 manat məbləğində dövlət rüsumunun ondan tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi və tutmanın bu iddianın predmeti olan **-NK-*** dövlət qeydiyyat nişanlı, “Hyundai İX 35” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi barədə Bakı Şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 08 fevral 2017-ci il tarixli 2(004)-1285/2017 nömrəli qətnamə qəbul edilmişdir. Barəsində icra tədbirləri həyata keçirilir. O da qeyd olunmalıdır ki, Baş X7i idarəsi tərəfindən ona verilən məlumatda İdarənin kameralarının yaddaş məlumatlarına baxış zamanı nəqliyyat vasitəsinin idarə olunması hallarının müşahidə edilmədiyi qeyd olunmuşdur. Cavabdeh1 məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, o, 30 oktyabr 2015 ci il tarixdə İddiaçı məxsus 2012 ci buraxılışlı “Hyundai İX 35” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobilini ilkin ödəniş etməklə notarial qaydada mülki etibarnamə (7E-21883, Bakı şəhəri 19 saylı notariat ofisi) və sürücülük etibarnaməsi ilə əldə etdikdən sonra razılaşdırılmış məbləği satıcı İddiaçı ödəmişdir. Alqı-satqı prosesindən sonra müvafiq olaraq evə qayıdarkən avtomobilin nasaz olduğunu hiss etmişdir. Səhəri gün avtomobili ətraflı texniki baxış keçirilməsi üçün avtoservisə aparmışdır. Avtoservisdə məlum olmuşdur ki, avtomobil həddən artıq nasaz vəziyyətdədir və eləcə də avtomobilin original yürüşü kustar üsulla geri çəkilmişdir. Dərhal avtomobilin sahibi İddiaçı oğiu ilə əlaqə saxlamış və vicdanlı alıcı olaraq avtomobili geri qaytarmaq istədiyini bildirmişdir. İddiaçı ona ödədiyi məbləği artıq kredit borcuna xərclədiyini söyləmiş və avotomobili başqa bir alıcıya satmağını tövsiyyə etdi. O, isə dərhal avtomobili “Turbo.az” avtomobil alqı-satqı saytına elan olaraq yerləşdirmişdir. 02 noyabr 2015-ci il tarixdə müştəri olaraq Cavabdeh2 avtomobilə baxdıqdan sonra qarşılıqlı razılıq əsasında ilk sahibindən, yəni İddiaçı aldığı məbləğdən 2.000 manat aşağı satmağa razılaşmışdır. Avtomobil 02 noyabr 2015-ci il tarixdə Bakı şəhəri 44 saylı notariat kontorunda verilmiş 14109 reyestr nömrəli etibarnamə ilə Cavabdeh2 etibar edilmişdir. Beləliklə 02 noyabr 2015-ci il tarixdən “Hyundai İX 35” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı 2012-ci buraxılış ili olan ağ rəngli avtomobil üzərində heç bir hüquq və səlahiyyəti yoxdur. Göstərilənlərə əsasən iddianın ona aid hissədə təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh2 məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, sözügedən nəqliyyat vasitəsinə cavabdehlik daşımır və ona aidiyyəti yoxdur. İddiaçı məhkəməyə cavabdehlərin etirazlarına cavab ünvanlayaraq bildirmişdir ki, iddiaçı olduğu iş üzrə Cavabdeh1 etiraz ərizəsinə cavab olaraq bildirir ki, yazılanlar tamamilə yalandır. Belə ki, mübahisə predmeti olan nəqliyyat vasitəsini cavabdehə satarkən razılığın şərtləri belə olmuşdur: Cavabdeh1 ilkin ödəniş kimi 2.000 manat məbləğində pul vəsaitini ona, avtomobilin alınması üçün istifadə olunan kredit borcunun qalıq məbləğini isə hər ay 600 ABŞ dolları olmaqla 29 ay müddətində "xxxx" ASC-yə ödəməli idi. O da öz növbəsində banka olan borc məbləği tam ödənildikdən sonra sözügedən avtomobili Cavabdeh1 mülkiyyətinə verməli idi. Lakin cavabdeh ona 2.000 manat ödəniş etsə də, banka olan qalıq kredit məbləğini ödəməmiş və avtomobili Cavabdeh2 satmışdır. Bu barədə məlumat aldıqdan sonra notariat kontoruna müraciət edərək verdiyi etibarnamənin ləğvini xahiş etmişdir və 24 dekabr 2015-ci il tarixində etirabnamə ləğv edilmişdir. Həmçinin, DİN BDYPİ-nə müraciət edərək avtomobil barəsində axtarış qərarının qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 isə məhkəməyə təqdim etdiyi ərizəsində avtomobilin ona aidiyyəti olmadığını bildirir. Lakin Cavabdeh1 etiraz ərizəsindən də göründüyü kimi o, nəqliyyat vasitəsini Cavabdeh2 satmış və 02 noyabr 2015-ci il tarixində ona etibarnamə vermişdir. Həmçinin Cavabdeh2 etibarnamə verildikdən sonra nəqliyyat vasitəsi yol hərəkəti qaydaları pozulduğuna görə müxtəlif vaxtlarda cərimə edilmişdir. Eyni zamanda Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sisteminin məlumatına əsasən Cavabdeh2 29 mart 2016-cı ildə X3 nəqliyyat vasitəsi üzərində etibarnamə verməyə cəhd etmişdir. Bütün sadalananlar nəqliyyat vasitəsinin Cavabdeh2 tərəfindən gizlədildiyini sübut edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(001)- 667/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə Cavabdeh1 qarşı aid olan hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməklə, məhkəmə iclasında şəxsən iştirak etmək və dindirilmək arzusunda olubolmaması barədə məlumatın məhkəməyə bildirilməsi təklif edilsə də, cavabdeh məhkəmə iclasında iştirak etmək istəyini bildirməmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(004)- 1285/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 aprel 2012-ci il tarixli, 314 nömrəli kredit müqaviləsi üzrə 15 fevral 2016-cı il tarixə ödənilməmiş 13.630,81 ABŞ dolları məbləğində əsas borc, 1.763,63 ABŞ dolları faiz borcu, dəbbə pulu üzrə tələb azaldılaraq 100 ABŞ dolları, cəmi 15.494,44 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş “Hyundai İX 35 minik” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli avtomobilinə yönəldilməli, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Məmməd Bayramov tərəfindən qəbul edilmiş 24 may 2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(004)-1285/2017 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və borclu İddiaçı icra sənədinin icrasını 10 gün müddətində könüllü təmin edilməsi təklif edilmişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisində 30 oktyabr 2015-ci il tarixdə İddiaçı daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallara mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş daşınar əmlakla bağlı bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, daşınar əmlakı ipoteka (girov) qoymaq və ipotekanı-(girovu) qəbul haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarə və təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası pulu, eləcə də sənədləri almağı, dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, Sığorta şirkəti ilə bağlanmış kasko sığorta müqaviləsini ləğv etmək və qalıq sığorta haqqını almağı, xüsusi notariat kontorlarında onun adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh1 30 oktyabr 2025-ci ilə qədər etibar edir. Səlahiyyətlər digər şəxslərə verilə bilər. Qeyd olunan etibarnaməyə 24 dekabr 2015-ci il tarixdə xitam verilmişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 44 saylı notariat ofisində 02 noyabr 2015-ci il tarixdə Cavabdeh1 daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallara mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş daşınar əmlakla bağlı bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, daşınar əmlakı ipoteka (girov) qoymaq və ipotekanı-(girovu) qəbul haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən, idarə və təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası pulu, eləcə də sənədləri almağı, dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, Sığorta şirkəti ilə bağlanmış kasko sığorta müqaviləsini ləğv etmək və qalıq sığorta haqqını almağı, xüsusi notariat kontorlarında onun adından ərizə və digər sənədləri verməyi, işləri aparmağı və bu tapşırığın yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 30 oktyabr 2025-ci ilə qədər Cavabdeh2 etibar edir. Səlahiyyətlər digər şəxslərə verilə bilər. Qeyd olunan etibarnamə 24 dekabr 2015-ci il tarixdə qüvvədən düşmüşdür. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 29 mart 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən X3 verilməsi nəzərdə tutulan etibarnamə təsdiq edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(011)-8084/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı cavabdehin istifadəsində olan ona məxsus “Hyundai İX 35” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılıb ona qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, onun “Hyundai İX 35” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə müxtəlif dövlət orqanlarına ünvanladığı eyniməzmunlu müraciətinə baxılmış və bildirilmişdir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən həmin avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(004)-1285/2017 saylı icra vərəqəsi və 05 iyul 2017-ci il tarixli 17/72-156434/8-18274 nömrəli məktubu əsasında X5 şəxsi heyəti təlimatlandırılmışdır. Baş X7 İdarəsinin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı həmin avtomobilin idarə olunması halları müşahidə olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq avtomobilin saxlandığı yer barədə məlumata malikdirsə, nəqliyyat vasitəsinin məcburi qaydada götürülməsi məqsədi ilə aidiyyəti üzrə Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə müraciət edə bilər. Ərazi üzrə polis orqanı tərəfindən İcra rnəmurlarına müvafiq köməklik göstəriləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portalından çıxarışdan görünür ki, Cavabdeh2 08 mart 2016-cı il tarixdə 96 manat, 25 iyul 2016-cı il tarixdə 400 manat, 16 manat və 80 manat məbləğində cərimə tətbiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2022-ci il tarixli nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, buraxılış ili 2012-ci il olan ağ rəngli “Hyundai İX 35” minik markalı nəqliyyat vasitəsinin nəzəri hesablama yolu ilə orta bazar qiyməti 26.500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir. 04 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Hyundai İX 35” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı olmaqla, onun tərəfindən həmin nəqliyyat vasitəsi "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. 30 oktyabr 2015-ci il tarixdə iddiaçı həmin nəqliyyat vasitəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və digər səlahiyyətlərin həyata keçirilməsini Cavabdeh1 etibar etmiş, 02 noyabr 2015-ci il tarixdə isə həmin nəqliyyat vasitəsinin idarə edilməsi, onun üzərində sərəncam verilməsi və digər səlahiyyətlərin həyata keçirilməsi Cavabdeh1 tərəfindən Cavabdeh2 etibar edilmişdir. Həmin etibarnamələr iddiaçı tərəfindən 24 dekabr 2015-ci il tarixdə ləğv edilmişdir. 29 mart 2016cı il tarixdə Cavabdeh2 tərəfindən X3 həmin nəqliyyat vasitəsinə dair verilməsi nəzərdə tutulan etibarnamə iddiaçı tərəfindən verilmiş etibarnamələr ləğv edildiyi səbəbindən təsdiq edilməmişdir. Daha sonra, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(004)-1285/2017 saylı qətnaməsi ilə iddiaçıdan "xxxx" ASC-nin xeyrinə borc pulun tutulması və tutmanın ona məxsus “Hyundai İX 35” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə Yasamal rayon icra şöbəsində icraata başlanılmışdır. İddiaçı sözügedən icra vərəqəsinin icrası ilə əlaqədar mülkiyyətin olan nəqliyyat vasitəsinin axtarışı ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə müraciət etmiş və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən icra vərəqəsinin icrası ilə əlaqədar X5 şəxsi heyəti təlimatlandırılmış, Baş X7 İdarəsinin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı həmin avtomobilin idarə olunması halları müşahidə olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 qarşı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, onun iddiası təmin edilməmişdir. Hazırda iddiaçı cavabehdən “Hyundai İX 35” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin qaytarılmasını tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, həmin nəqliyyat vasitəsinin ona hər hansı aidiyyətinin olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin etibarnamə ilə sonuncu dəfə cavabdehə verilməsi, cavabdeh tərəfindən sözügedən nəqliyyat vasitəsi idarə edilərkən yol hərəkət qaydalarının pozulması və buna görə ona müxtəlif məbləğlərdə cərimənin tətbiq edilməsi, həmin nəqliyyat vasitəsini başqa şəxsə etibarnamə əsasında verməsinə cəhd etməsi qeyd olunan nəqliyyat vasitəsinin onun sahibliyində olmasına dəlalət edir. İddiaçının isə mülki qanunvericiliyin istinad olunan müddəalarına əsasən cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ var. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin istismar nəticəsində yararsız vəziyyətə düşməsi, məhv olması, hissə-hissə özgəninkiləşdirilməsi və s. istisna olunmur. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki, Baş X7 İdarəsinin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı mübahisəli nəqliyyat vasitəsinin idarə olunması halları müşahidə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Təsvir olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, buraxılış ili 2012-ci il olan ağ rəngli “Hyundai İX 35” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, həmin əmlak natura şəklində qətnamə icra olunan vaxt mövcud olmazsa, onun dəyərini təşkil edən 26.500 manat (qiymətləndirmə ekspertizasının nəzəri hesablama yolu ilə müəyyən etdiyi orta bazar qiyməti) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehən alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində vəsait isə cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Buraxılış ili 2012-ci il olan ağ rəngli “Hyundai İX 35” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, həmin nəqliyyat vasitəsi qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onun dəyərini təşkil edən 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində vəsait Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində vəsait Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHAAZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i **********, müxbir hesab AZ82NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-667/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-667/2022
24.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver