Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-67/2023 10.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı X1 miras qalmış Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinin vərəsələr İddiaçı1, İddiaçı2 və X6 arasında bölünməklə pay hüquqlarının müəyyən edilməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı X1 miras qalmış Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinin vərəsələr İddiaçı1, İddiaçı2 və X6 arasında bölünməklə pay hüquqlarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi RİH xx.xx.2000-ci il tarixli 255 saylı sərəncamı ilə Bakı şəhəri ünvan 1 küçəsində yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh1 ayrılmış, Cavabdeh1 600 kv.m torpaq sahəsi üzərində sahəsi 130 kv.m olan 35 saylı yaşayış evi tikmiş, öz ailəsi və iddiaçı ilə birlikdə orada yaşamışlar. Təxminən 2007-ci ildə Cavabdeh1 qardaşı X2 ailə qurması və yaşayış yerinin olmaması səbəbindən yaşayış evinin həyətində inşa etdiyi ona məxsus qarajın ikinci mərtəbəsini təmir edərək, qardaşının ailəsi ilə birlikdə yaşaması üçün qardaşı X4 vermişdir. X5 xx.xx.2016-cı ildə ağ ciyər vərəmi xəstəliyindən vəfat etmişdir. Ona görə də X1 miras qalmış Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinin vərəsələr İddiaçı1, İddiaçı2 və X3 arasında bölünməklə pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndələri Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2021-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 416 nömrəli reyestr kitabının 39004 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-266\2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh2 qarşı Cavabdeh2 Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisinin Cavabdeh2 sahibliyindən alınıb onun sahibliyinə verilməsinə, Cavabdeh2 azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış sahəsindən çıxarılmasına, həmin sahəyə onun köçürülməsinə dair iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 iddia ərizəsinin qismən təmin edilərək Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinin X5 ilə Cavabdeh2 birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə X2 payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-616/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-266\2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 iddia ərizəsinin qismən təmin edilməsi hissəsində ləğv edilərək “Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinin X5 ilə Cavabdeh2 birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə X2 payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilməsi barədə” Cavabdeh2 iddia tələblərinin rədd edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-425\2023 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-616/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, həmin hissədə yeni qərar qəbul olunaraq Cavabdeh1 iddiası qismən təmin edilərək Cavabdeh1 Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinə köçürülməsi, Cavabdeh1 iddiasının qalan hissədə təmin olunmaması qərar alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X2 vərəsələri olaraq Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisində mərhumun vərəsələrinin paylarının müəyyən edilməsini xahiş etsələr də, həmin əmlakın miras kütləsinə daxil olmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı isə həmin tikilinin cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olması müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçılar iddia tələblərində istinad etdikləri halları sübuta yetirə bilmədiklərindən iddia ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı X1 miras qalmış Bakı şəhəri ünvan 1 küçəsi 35 saylı evin B tikilisinin vərəsələr İddiaçı1, İddiaçı2 və X6 arasında bölünməklə pay hüquqlarının müəyyən edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-67/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-67/2023
10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver