Məhkəmə qərarları › İş №2(001)-674/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-674/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-674/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh3 vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (“X29” MMC, "xxxx" MTK və X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 99000 manat ödənilmiş pulun və 387 manat dövlət rüsumunun cəmi 99387 manat pulun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslandırılması: Cavabdeh1 ilə 2012-ci ildən tanışam. Aramızda olan razılaşmaya əsasən 2014-cü ilin sentyabr-oktyabr aylarında taxta materialları tədarük etməsi üçün ona 40000 (qırx min) ABŞ dolları məbləğində pul vermişəm. Lakin Cavabdeh1 razılaşma şərtlərinə əməl etməmiş, aldığı pulları qaytaracağına söz versə də, vədinə əməl etməmiş və borcunun əvəzinə ümumi dəyəri 99000 (doxsan doqquz min) manat olan mənzilin mənə borclu olduğu 40000 (qırx min) ABŞ dollarının həmin dövrün məzənnəsi ilə 42000 (qırx iki) min manat çıxılmaqla qalan əlavə 57000 (əlli yeddi min) manat ödəniləcəyi təqdirdə onun iş birliyində olduğu cavabdehlər Cavabdeh3 və Cavabdeh2lə məni tanış edərək onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici dairəvi küçə, 2 ünvanında inşa edilmiş binanın 2-ci girişinin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan mənzilin verilməsini təklif etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 göstərilən ünvanda yerləşən mənzili mənə göstərmiş, aramızda razılaşma əldə olunmuş və mənim tərəfimdən göstərilən mənzilin dəyərinin qalan 57000 (əlli yeddi min) manat hissəsi də onlara ödənilmişdir. Bununla əlaqədar olaraq özünü göstərilən ünvanda yerləşən həmin mənzilin mülkiyyətçisi kimi təqdim edən "X29” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X15 ilə qardaşım oğlu X20 arasında 18 noyabr 2015-ci il tarixdə müqavilə imzalanmış və həmin tarxdə sonuncuya Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici dairəvi küçə, 2 ünvanında inşa edilmiş binanın 2-ci girişinin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı da verilmişdir. Lakin "X29” MMC müqavilə öhdəliklərini yerinə yetirmədiyindən qardaşım oğlu X20 "X29” MMC-yə qarşı iddia ərizəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək müqavilə öhdəliyinin yerinə yetirilməsi və göstərilən mənzilin onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini vahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(004)-1302/2017 saylı qətnaməsilə X12 iddia ərizəsi təmin edilmiş, "X29” MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici dairəvi küçə, 2 ünvanında inşa edilmiş binanın 2-ci girişinin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan mənzilin qardaşım oğlu X16 verilməsi vəzifəsi qoyulmuşdur. Lakin sonradan müəyyən olunmuşdur ki, ona borclu olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 va "X29” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X15 onun 99000 (doxsan doqquz min) manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etməklə ona qarşı dələduzluq cinayəti törətmişlər. Nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 1(101)-706/2018 saylı hökmü ilə "X29” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X15 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mənə maddi ziyanın ödəhilmə tələbi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququm izah edilmişdir. Bununla əlaqədar olaraq mən 2021-ci ildə mənə dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciər etmiş. 2(001)-7131/21 saylı işə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(004)- 1302/2017 saylı qətnaməsilə "X29” MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici dairəvi küçə, 2 ünvanında inşa edilmiş binanın 2-ci girişinin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan mənzilin qardaşım oğlu X16 verilməsi vəzifəsi qoyulduğu üçün həmin qətnamənin icra edilməsinin tələb olunması bildirilmiş və tərəfimdən iddia ərizəsi geri götürülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, "X29” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X6 Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici dairəvi küçə, 2 ünvanında inşa edilmiş binada yerləşən mənzilləri satmaq hüququ olmamış, yuxarıda göstərildiyi kimi mənim 99000 (doxsan doqquz min) manat məbləğində pulumu aldatma və etibardan sui-istifadə etməklə mənə qarşı dələduzluq cinayəti törətmişdir. Bu səbəbdən mübahisəli mənzilin X16 verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi icraya göndərilsə də, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia ərizəsində göstərildiyi kimi 40000 dollar pul vəsaitini Qədimə borc kimi verməyib. Qədim həmin pulun qarşılığında ona Rusiyadan taxta gətirməli idi. Həmin taxtaları burada satacaqdılar. Taxta nə Qədimin şəriki Mirhəbibin, nə də Qədimin olub. Taxta öz sexində kəsilib. 40000 dollar məbləğində pulu 2014-ilin təxminən sentyabr-oktyabr aylarında, səhv etmirsə soyuq aylarda verib. Pulu verdikdən 10-15 gün sonra Qədim malı göndərməli idi. Pulu verəndən 4-5 ay sonra dedi ki, pulu verə bilmir. Guya iş alınmır, zavod taxtaları vermir. Təklif etdi ki, dostlarının evi var, əlavə 57000 verərsə, evi adına rəsmiləşdirəcəklər. Evə dair müqavilə birinci onun adına olub. Həmin evin yerləşməsini bəyənməmiş dəyişməyi düşünmüşdür. Rusiyada olan vaxt ona təklif elədilər ki, orta blokda mənzil var, razılaşdığından həmin mənzillə onun adına bağlanan müqavilədəki mənzil dəyişdirilərkən, mənzilə dair İİ müqavilə qardaşı oğlu Hikmətin adına bağlanır. Mənzil üçün 57000 manat pulu MTK-ya verməyib, Namiqin özünə verib. Hətta Namiqn özünə şəxsən ilk olaraq 10000 manat pul verib. Qədimin ona olan 40000 dollar borcu manatla əvəzləşdirilmiş və 42000 manat hesablanmışdır. Əlavə 57000 manat ödəniş etməklə 99000 manata mənzil ona satılmışdır. Hətta buna dair maliyyə arayışı təqdim etdilər ki, 99000 manat ödənilib. Maşın Hikmət tərəfindən evin borcuna görə verilib.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh Qədim özü etiraf edir ki, idiaçıya borcu var. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməsi əsassızdır. Belə ki, həmin ərizənin tətbiqi üçün ilk olaraq müddətin axımının nə vaxtdan başlandığını hesablamaq lazımdır. Tərəflər arasında mübahisə 2014cü ildən davam etsə də, öz həllini tapmır və 2015-ci il noyabrda mənzilə dair müqavilə bağlanana qədər davam edib. Hazırda cavabdehin özü etiraf etdiyi üçün müddət tətbiq edilə bilməz. Əfsuslar olsun ki, iclasda Şirinağa yoxdur. Lakin əvvəlki iclaslarda iştirak edərkən heç kimi tanımadığını, pul almadığını, ev tapmadığını deyir. Məsələ burasıdır ki, Şirinağa Telmana ev tikmək üçün material verib, lakin borcunu ödəyə bilmədiyindən, borcu müqabilində Şirinağaya ev təklif edib, Şirinağa da, evi satmaq niyyətində olub. Məhz Şirinağanın adına olan etibarnamə ilə borca görə “Mercedes s class” markalı avtomobil verilir. Belə ki, avtomobil 27000 manat qiymətləndirlib, 57000 manatdan çıxılır. 30000 manat isə Cavabdeh3 verilib. İş materiallarında olan qətnamədə göstəlir ki, X29 MMC mənzili verməyə öhdəlik götürüb. Lakin şirkət hardadı, rəhbərliyi kimdi, icra vərəqi hansı ünvana gedib, məlum deyil. Tərəfindən Yasamal Rayon Məhkəməsindən qətnamə üzrə icra vərəqini alıb, binanın yerləşdiyi ünvan üzrə Yasamal rayon İcra Şöbəsinə müraciət edilir və cavab olaraq ona bildirilir ki, mənzil Şakir MTK-nındı və öhdəliyi olmadığından mənzili Şakir MTK verə bilməz. Səadət xanımın icraatında iş olan zaman Yasamal Məhkəməsinin qətnaməsindən və mənzildən məlumatı olmayıb. (2017-ci il tarixli) Həmin ildə tərəf özü də burda olmayıb. Ona görə, də ərizə verib iddianı geri götürüb. Nəzərə alınmalıdır ki, tərəf özü etiraf edir ki, sözügedən müqavilə küçədə, yəni hansısa çayxanada yazılıb.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Cavabdeh1 İddiaçı 40000 ABŞ dolları borcu olmuşdur. İddiaçı Cavabdeh1 borcunu tələb etdikdə Cavabdeh1 borcunun əvəzinə ümumi dəyəri 99000 manat olan, mənzilin iddaçıya borclu olduğu 40000 ABŞ dollarının həmin dövrün məzənnəsi ilə 42000 manat çıxmaqla qalan əlavə 57000 manat ödəniləcəyi təqdirdə onun iş birliyində olduğu cavabdehlər, yəni Cavabdeh2 və Cavabdeh3 ilə tanış edərək, həmin şəxslərə məxsus Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında inşa edilmiş binada yerləşən mənzilin verilməsini təklif etmişdir. İddiaçı pulunun batmaması üçün Cavabdeh1 təklifi ilə razılaşmışdır. İddiaçı mənzilin dəyərinin qalan 57000 manat hissəsi də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ödəmişdir. Hətta bununla əlaqədar olaraq, özünü göstərilən ünvanda yerləşən həmin mənzilin mülkiyyətçisi kimi təqdim edən “X29” MMC-nin direktoru X17 ilə iddiaçının qardaşı oğlu arasında müqavilə də imzalanmışdır və maliyyə arayışı verilmişdir. İddiaçı mənzili qardaşı oğlu X9 adına almışdır. “X29” MMC-nin hüquqi şəxs kimi fəaliyyəti yoxdur. İddiaçıdan aldığım məlumata əsasən 57000 manat pul vəsatini Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 şəxsən vermişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia müddətinın tətbiq edilməsinə dair ərizə təqdim edir və nəzərə alınmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya borcu olub. Şahinlə çox əvvəldən Rusiyanın Sverlovski vilayətindən tanışdırlar və birlikdə iş görmüşlər. 2013-cü ildə Azərbaycana qayıdanda Rusiyada olan şəriki ilə aralarınında problem yaranmışdır. Açığı onun Rusiyadakı bazasını keçmiş mtn generalı əlindən aldı. Şahinin 2 vaqon taxtasını da, 2-3 ay gecikmə ilə özü vurub, vaqonun nömrəsini də Şahinə verib. 2014-cü ilin dekabr ayında razılaşdıqları mal vuruldu. Nərimanovda keşlə bazarında restoran var, hansı ki, taxtaçılar adətən ora yığışır. Şahin, Hikmət, Şahinin bacısı oğlu Elçin və onun əvvəli şəriki orda olanda, Şəriki dedi ki, vaqonu Şahin açmalıdı. Şərikinə irad olaraq bildirib ki, sənin mənə yarım milyon borcun var. Bu 2 vaqon taxta heç borcu qarşılamır. Şahin isə mübahisənin üstünə dedi ki, pulu vermişəm Mirhəbibə. Burda mübahisə yaranır ki, əgər ona 40000 dollar pul veribsə, taxtanı almamış, Mirhəbibə niyə əlavə olaraq pul verib. Bu Şahinlə şərikinin oyunu idi. Ona AR CM-nin 178-ci maddə ilə ittiham irəli sürülməsi üçün A.Çovdarovun tapşırığı ilə barəsində şikayət edilmiş, lakin MTN-nin ləğvindən sonra məsələ sonlanmışdır. Lakin 2015-ci ilin iyul ayından yenidən polisə barəsində şikayətlər daxil olmuşdur. Şahin də, ondan şikayət etmək istəyirdi. Həmin vaxt borclu olduğu pula görə, hələ mənzil verilməmişdir. Lakin taxtalar idiaçıya təhvil verilmişdir. Şikayətlərdən sonra dostu Namiqə deyib ki, şikayətçilərdən biri də, Şahin ola bilər. Namiqdə dedi ki, Telman Şirinağaya borcuna görə ev satır. Telmanın Şirinağa qarşısnda öhdəliyi var idi. Telman öz borcunun əvəzində evi Şirinağaya təklif edib, Şirinağa isə satmağı təklif edib. Yəni, faktiki olaraq evi Telman satıb. Həmçinin Borca münasibətdə təklif edəcəyi evi ilk olaraq şəxsən özü 65000 manata razılaşdırıb. Şahinə isə evi kv-tı 650 manat olmaqla, 99000 manata təklif edib. Şahin evə görə əlavə 57000 manat, özü isə 8000 manat ödənilməli idi. Ondan sonra Şahinə borcu silinəcəkdi. Lap əvvəl ev barədə məsələ müzakirə edilən zaman, hətta Telman çayxanada müqaviləni yazanda, (Şahin, Hikmət və İlkin (rəhmətlik Mamedin əmisi oğlu orda idi) demişdir ki, bu evi götürməyin, çayxanada, orda-burda müqavilə yazmazlar. Şahin dedi ki, sənin çox adama borcun var və bu evi başqa borcuna vermək istiyirsən. Şahin onun iradı ilə razılaşmadı. Həmin vaxt müqavilə yazılsa da, mənzilə görə pul ödənilməmişdi. Birinci mənzilə dair müqavilə ilk olaraq Hikmətin adına yazılıb. Həmin ərəfədə iki mənzildən söhbət gedirdi: 1 blok 10 mərtəbədə 165 kv, 2 ci blok 10 mərtəbə 165 kv.m. Şahini Şirinağa ilə onlar tanış ediblər. Şirinağa ilə Şahinin isə öz danışıqları olub. Şirinağa ona verilən 57000 manat pulu Telmana çatdırıb.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, təxminən 2011-ci ilin axırı 2012-ci ilin əvvəllərində İddiaçı ilə Rusiya Federasiyasında tanış olmuşdur. İddiaçı ilə tanış olduqdan sonra bir neçə şərikli işlər görmüş, hətta bir evdə qalmışlar. 2013-cü il tarixdə Rusiya Federasiyasında iddiaçıdan 40000 ABŞ dolları ekvivalentində dəqiq sayını xatırlmadığı rubl borc almışdır. İddiaçının pulunu qaytara bilmədikdə, ona borcun əvəzi olaraq 2 vaqon taxta göndərməyi təklif etmişdir. İddiaçı təklifi ilə razı olsa da, iddiaçıya taxtaları göndərə bilməmişdir. İddiaçıya taxta emalı sexini satmışdır və 2013-cü ilin avqust-sentyabr aylarına Azərbaycan Respublikasına köçmüşdür. O, borcunun ödənilməsində tanışı Cavabdeh3 ona köməklik etməsini xahiş etmişdir. Cavabdeh3 isə tanışı olan Cavabdeh2 və X10 məxsus ucuz qiymətə mənzilin olduğunu bildirmişdir. Namiqdən mənzilin qiymətini soruşduqda, Namiq mənzilin 65000 manata satıldığını bildirdi. O, yaşayışı olan binada 165 kv.metr mənzilinin neçiyə ala biləcəyini soruşduqda, onlar belə mənzilin 1 kv.metrinin 650 manata ala biləcəklərini bildirdilər. Bundan sonra onları tanış etmişdir. Mənzillə bağlı ilk dəfə müqavilə X21 ilə bağlanmışdır. X2 tərəfindən çayxanada bağlandığından Şahinlə əlaqə saxlayaraq, onunla görüşmək istədiyini bildirmişdir. Şahin Napoli restoranında olduğunu bildirdi və onu ora dəvət etdi. Şahinlə görüşdükdə mənzilə dair müqavilənin çayxanada yazıldığını bildirmişdir və bu səbəbdən mənzili almamasını xahiş etdim. Lakin Şahin mənə borcumun çox olmasını və mənzili başqa şəxslərə vermək istədiyimi bildirmiş və ona inanmamışdır. Bundan sonra Hikmətgil həmin şəxslərə 57000 manat ödəniş etdilər. X31 S klas markalı avtomobil də vermişdir. Özü isə 8000 manatın əvəzi olaraq 2013-cü il buraxılışlı X38 avtomobilini Şirinağaya vermişdir. Lakin avtomobil kreditdə olduğundan Şirinağa avtomobili sata bilmədəyini bildirdi. Bundan sonra 8000 manatın əvəzinə Eynulla adlı şəxsə 5000 manat pul və 3000 manat əvəzində isə rayondan pres ot göndərmişdir. Şirinağa ilə Namiqi Eynulla adlı şəxs tanış etmişdir. Daha sonra isə Hikmət mənzili ala bilməmişdir və “X29” MMC-yə qarşı mənzilin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hikmətin iddiası təmin olunsa da, qətnamə icra olunmamışdır. Daha sonra hamısı “X29” MMC-nin həyətində yığışdıq və mənzilin 65000 manata yox daha baha qiymətə satıldığı bildirilmişdir. Dəqiq məbləğ yadında olmasa da, 13000 manat əlavə pul ödəməli idi. Həmin vaxtı mənzilin “X29” MMC tərəfindən yox, "xxxx" MTK tərəfindən satıla bilməsini müəyyən etmişlər. MTK-nın rəhbərliyinin, eləcə də binada yaşayan qonşuların iştirakı ilə mənzilin Hikmətə məxsus olmasını təsdiq edilməsi barədə aktın tərtib olunacağı təqdirdə 13000 manatı ödəyəcəyini bildirmişdir. Həmin vaxtı 13000 manat pul cibində idi. Lakin “X29” MMC-nin rəhbərliyi gəlməmişdir. Həmçinin sonradan mənzilin “X29” MMC tərəfindən yox, "xxxx" MTK tərəfindən satıldığını öyrənmişlər. "xxxx" MTK-nın müdiri rəhmətə getdiyindən oğu Turalla görüşmüş və mənzillərin “X29” MMC tərəfindən qanunsuz satıldığını bildirmişdir. Belə ki, “X29” MMC-nin podratçı şirkət olduğunu bildirmişdir. Hazırki məsələ ilə və digər işlərlə bağlı “X29” MMC-nin direktoru X17 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 8000 manatı ödəsə də belə bu gün iddiaçının qarşısında özünü borclu hesab edir. İddiaçı ona görə 57000 manat pul itirmişdir. Hikmətlə aralarında olan borcun məbləği ilə bağlı razılıq əldə edəcək. Lakin iddiaçıya ev verilsə idi, aralarında heç bir problem olmazdı. O, mənzili şirkətdən mənzilin 1 kv.metrini 400 manat alıb, 650 manatdan iddiaçıya təklif etmişdir. şirkətə 8000 manat ödəniş edəcəkdi. Bu işdə Namiqin heç bir qazancı olmamışdır. O, X11 tanımamışdır. Telmanla Namiq və Şirinağanın hesabına tanış olmuşdur. Ona 57000 manat pul verilməyib.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı hazırda məsuliyyəti başqasına atmaq istəyir. Belə ki, 9-cu mkr oturanda Qədimlə Şahinin mübahisəsi düşür. Bu zaman onlara bu işdə olmadığını demişdir. Şəxsən Şahin ondan xahiş edib ki, mənzillə bağlı münaqişədə sırf ona etibar edir. Hətta buna görə mənzilə dair MTK-nın sənədlərini yoxlanması üçün gətirib Şahin məllimə verib ki, yoxlasın. Şakir MTK rəhbərliyi tutulanda, Qarabağ MTK-nın mənzil satmaq hüququ olmasa da, ama zərərçəkmişləri mənzillə təmin etməli idi. Şirinağa Telman tərəfindən olan adam olub. Dələduzluq fikri olsaydı, sənədləri yoxlatmazdı. 10000 manatı Şahin ona verəndə, deyib ki, pul onsuz özünə çatmadığından, Şirinağaya verməlidi. Qalan məbləğlər isə xırda-xırda Şirinağaya verilib. Məsələ ilə onun bağlılığı Qədimə görə yaranıb. Qədim bir gün yığmışdır ki, problemi var, MTN-də Şahin ondan şikayət etsə, onu tutacaqlar. Qarşılığında isə ona deyib ki, pul köməkliyi edə bilməz. Lakin hadisədən 4-5 gün sonra, görüşəndə ona dedilər ki, Telman Şirinağaya olan borcuna görə ev satır. Şahinə birinci Sumqayıtdan təklif gəldi. Hətta Şahin müəllimlə birlikdə Sumqayıtdakı evə də, baxıblar. Lakin Şahin müəllim ordakı evi istəmədi.

9. Cavabdeh3 vəkili Vəkil1 izahatında bildirmişdir ki, hazırda iddiaçı əsassız varlanmağa çalışır. Təqsirləndiriləndən vurulmuş ziyanı tələb etməyib, hansı ki, bu hüququndan məhrum edilməyib. 57000 manat pul faktiki olaraq MTK-ya çatıb. Şəxs aldadıldığını bilirdisə, 57000 manat pulu Telmandan, qalanı digər şəxslərlə əvəzləşdirə bilərdi onlara müstəqil iddia qaldıra bilərdi. İddia müddəti həmin vaxtdan hesablanmışdır. Cinayət orqanlarına şikayət olubsa, deməli şəxs aldadıldığını bilib. Buna görə də, alacağı olan şəxslərə qarşı iddia qaldıra bilərdi. İddiaçı sadəcə bəxtini sınamaq istəyib ki, bəlkə ev əlindən çıxmasın.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı başqa işdə Cavabdeh2 və Cavabdeh3 yalnız müqaviləni verdiklərini bildirmişdir. Lakin hazırda iddiaçı 57000 manat məbləğində pul vəsaitini cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə hazırki iş üzrə cavabdehlərin “X29” MMC-nin direktoru X17 ilə hər hansı bir əlbirliyi öz təsdiqini tapmamışdır. Hesab edir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1302/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə icra işinin üsulunun dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməlidir. Bundan başqa “X29” MMC ilə "xxxx" MMC arasında razılaşma müqaviləsi vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkildən hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh3 hər hansı pul vəsaitinin verilməsi soruşduqda yox cavabı vermişdir. “X29” MMC-nin direktoru X17 ilə Cavabdeh3 birbaşa tanışlıq münasibətləri olmamışdır. Həmin şəxsləri Cavabdeh1 tanış etmişdir. Cavabdeh3 isə səhv etmirsə, Cavabdeh1 işgüzar münasibətləri olmuşdur. Belə ki, onlar Rusiya Federasiyasından odun gətizdirirmişlər. Cavabdeh3 "xxxx" MTK ilə heç bir əlaqəsi yoxdur.

11. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, X10 Sumqayıt şəhəri, Köhnə Avtovağzal binasının yerində yeni bina tikilən zaman tikinti materialları, yəni şeben, qum və sair materiallar vermişdir. Hazırki məsələ ilə bağlı 8 ay Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinə gedibgəlmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində X17 barəsində aparılan cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Şakir adlı şəxsin oğlu mənzil verə bilməyəciyi təqdirdə pulunu qaytaracağını bildirmişdir. Lakin Şakirin oğlu da onu aldadıb və bir neçə müddətdir ki, pulu vermir. Bundan başqa İddiaçı Cavabdeh1 vasitəsilə tanımışdır. Cavabdeh3 onunla görüşən zaman Cavabdeh1 Yasamal rayonu ərazisində mənzil lazım olduğunu bildirmişdir. Həmin zaman nə Hikməti, nə də ki, Şahini tanımamışdır. Şakirlə “X29” MMC arasında olan münasibətdən xəbəri yoxdur. Cavabdeh1 Cavabdeh3 vasitəsilə tanımış, Cavabdeh1 ilə 2-3 dəfə görüşmüşdür. İddiaçı isə Cavabdeh1 vasitəsilə tanımışdır. Ona heç kim pul verməmişdir. Cavabdeh1 İddiaçı olan borcundan xəbəri olmamışdır. X17 57000 manat məbləğində pul vəsaitini hissə-hissə almasını təsdiq etmişdir. Ona heç bir pul vəsaiti verilməmişdir. Onun nə "xxxx" MTK, nə də ki, “X29” MMC ilə heç bir əlaqəsi yoxdur. Telman mənzilləri satan zaman bütün müqavilələri “X29” MMC-nin adından bağlanmışdır. 57000 manat pulun kimə məxsus olmasını bilmir. Ən sonda 40000 ABŞ dolları borcun olmasını Şahinlə Qədim danışan zaman bilmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 izahatında bildirmişdir ki, mənzlin ödənişinə görə Cavabdeh2 özünə məxsus Mercedes S klas markalı avtomobil vermiş və hissə-hissə olmaqla ödənişlər etmişdir. Namiqlə Eynulla şərik idi. Mənzili Namiqdən almışlar. Ədilov X13 5000 manat pul və pres ot vermişdir. Mənzilin 1 kv.metrini 650 manata razılaşmışdır. O, mənzilə dair Namiqin adına hər hansı müqavilə görməmişdir.

14. Mübasihə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar:

15. Bakı Ağır Cinayələr Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 1(101)- 706/2018 saylı hökmündən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs X17 03 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və s. hökm edilmişdir.

16. Hökmdə göstərilir: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, 2015-ci ildə Şakir Hüseynova məxsus olan, Sumqayıt şəhərində inşa olunan binalarda tikinti materiallarına görə pula ehtiyacı olmasını həmin ərəfələrdə həbsdə olan, X14 demiş, sonuncu, ünvan 5 ünvanında ona məxsus olan binadan bir ədəd mənzil satıb həmin xərcləri ödəyə biləcəyini bildirmiş, o isə həmin binadan bir ədəd mənzil satacağı barədə əvvəldən tanıdığı Cavabdeh2 Fərəcula oğluna demiş, həmin binadan da, mənzil satmaq səlahiyyətinin olmasını sonuncuya demişdir. 2015-ci il noyabr ayının əvvəllərində Cavabdeh2 İddiaçı adlı şəxsin mənzil almaq istədiyini demiş, o İddiaçı bildirmişdir ki, binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, sahəsi 165 kv/metr olan, 4 otaqlı, 55 nömrəli mənzili ümumilikdə 99.000 manata satır. İddiaçı mənzili almağa razılaşmış, ancaq, pulu hissə-hissə ödəyəcəyini demişdir. Beləliklə, 18 noyabr 2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu X36 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında inşa olunan 10 mərtəbəli binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv/metr olan, 4 otaqlı, 55 nömrəli mənzilin İddiaçı qardaşı oğlu olan X9 adına rəsmiləşdirilməsi barədə 46 nömrəli müqavilə tərtib edib imzası, həmçinin "X29” MMC-nin möhürü ilə təsdiq etmiş, Hikmət Aslanov tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə müqavilədə qeyd yazıb imzalamış, mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı da yazıb imzası və "X29” MMC-nin möhürü ilə təsdiq etmişdir. Həmin mənzilə görə ona hissə-hissə olmaqla ödənilmiş 57.000 manat pulu Sumqayıt şəhərində Şakir Hüseynova məxsus binalarla bağlı müxtəlif xərclərə sərf etmişdir. İddiaçı 57.000 manatdan əlavə olan 42.000 manat pulu Cavabdeh1 ödəyəcəyini demiş, ancaq, o Cavabdeh1la bu barədə söhbət etməmiş, sonuncu pul ödəyəcəyi barədə hansısa öhdəçilik götürməmişdir. Hikmət Aslanov sonradan Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərarına əsasən "X29” MMC-nin üzərinə qeyd olunan 55 saylı mənzilin X9 faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi qoyulmuşdur.

17. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərdi ki, 2012-ci ildə tanış olduğu Cavabdeh1 2014-cü ildə Bakı şəhərinə onun üçün taxta materialı tədarük etməsi üçün 2014-cü ilin sentyabr-oktyabr aylarında sonuncuya 40.000 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh1 vədinə əməl edə bilməmiş, pulunu qaytaracağını söz verməsinə baxmayaraq, qaytara bilməmiş və borcun əvəzində Bakı şəhəri Yasamal rayonu X36 massivi Xarici dairəvi küçəsi 2 ünvanında inşa olunan binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 4 otaqlı, 165 kv/metr ölçülü, 55 nömrəli, 99.000 manat dəyərindəki mənzilin borclu olduğu 40.000 dollardan, həmin dövrün məzənnəsi ilə isə 42.000 manatdan əlavə 57.000 manat da ödəyərsə onun adına rəsmiləşdirilməsini təklif etmiş, yerdə qalan 42.000 manatla bağlı özünün hesablaşacağını bildirmiş, o razılaşmışdır. 18 noyabr 2015-ci il tarixdə "X29” MMC adlı şirkətin direktoru X17 55 nömrəli mənzilin 99.000 manat müqabilində onun qardaşı oğlu X9 adına rəsmiləşdirilməsi barədə 46 nömrəli müqavilə tərtib etmiş, müqavilədə mənzilin dəyərinin tam şəkildə ödənilməsi barədə qeyd yazılmış, bundan başqa, mənzilin dəyərinin tam şəkildə ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışı da yazılıb verilmişdir. Müqavilə və maliyyə arayışı X4 imzası, həmçinin, "X29” MMC-nin möhürü ilə təsdiq edilmişdir. Müqaviləni ona Bakı şəhəri Yeni Yasamal massivində Cavabdeh2 və Namiq adlı şəxs vermişdirlər. Müqaviləni verəndə Şirinağaya və Namiqə 10.000 manat nəğd pul vermiş, ertəsi gün isə özünə məxsus olan "Mersedes S" class markalı avtomobilə dair Cavabdeh2 adına 27.000 manat müqabilində hesablaşıb etibarnamə vermiş, sonrakı xatırlamadığı tarixlərdə hissə-hissə olmaqla onlara daha 20.000 manat pul ödəmiş, sonuncu dəfə isə Telman Səlimovun özünə 6.000 manat ödəmiş, yəni, ümumilikdə 57.000 manat pulu tam ödəmişdir. Bir müddət əvvəl gəlib mənzilə baxanda quraşdırmış olduğu qapının dəyişdirildiyini görmüş, Telman Səlimov bunu hansısa anlaşılmazlıqla izah etmiş, ancaq sonradan məlum olmuşdur ki, Telman Səlimovun ümumiyyətlə həmin binaya heç bir aidiyyəti olmamış, mənzili qanunsuz olaraq rəsmiləşdirmişdir.

18. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki,Telman Səlimova bir neçə il əvvəl tikintidə istifadə olunması üçün taxta,qum və digər tikinti materialları verdiyinə görə Telman Səlimovun ona 58.700 manat borcu yaranmış, sonuncu həmin pulu ödəyə bilmədiyinə görə Sumqayıt şəhəri Heydər Əliyev (Dostluq) və Sülh prospektlərinin kəsişməsində, 36-cı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 97.750 manat dəyərində 3 otaqlı, 115 kv/metr ölçülü, 35 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2012-ci il tarixli 79 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və "X29” MMC-nin möhürü ilə təsdiq edib vermişdir. Telman Səlimov demişdir ki, məhkum olunması barədə olan hansısa məhkəmə qərarına görə onun binadan mənzil rəsmiləşdirməyə səlahiyyəti vardır. Razılaşmaları belə olmuşdur ki, həmin mənzili nə vaxt satarsa 58.700 manat pulunu götürüb qalanını Telman Səlimova verər. Yaxud da, mənzili Telman Səlimov özü satarsa onun pulunu ödəyər. Bakı şəhəri Yasamal rayonu X36 massivi Xarici Dairəvi küçəsi 2 ünvanında inşa olunan binadan heç vaxt onun adına mənzil rəsmiləşdirilməmişdir. Telman Səlimov həmin binadan mənzil almaq istəyən olsa sata biləcəyini demişdir. Xatırlamadığı tarixdə Namiq adlı tanışı zəng edib mənzil almaq istəyən olmasını demiş, az sonra isə Cavabdeh1 adlı şəxslə birlikdə Sumqayıt şəhərində onunla görüşəndə Sumqayıt şəhərində Şakir Hüseynov tərəfindən inşa olunmuş binanın 12-ci mərtəbəsində yerləşən mənzilini satdığını deməsinə baxmayaraq, sonuncular Bakı şəhəri ərazisində İddiaçı adlı şəxs üçün mənzil istədiklərini demiş, onları X7 görüşdürmüşdür. Sonrakı xatırlamadığı tarixdə Namiqlə, Qədimlə və Telmanla birlikdə Bakı şəhəri, Yeni Yasamal massivində inşa olunan binadakı mənzili İddiaçı təqdim edib göstərmişlər. Həmin vaxt Cavabdeh1 İddiaçı 40.000 ABŞ dolları məbləğində borcunun olduğunu o bilməmişdir. İddiaçı mənzili 99.000 manata almağa razılaşmışdır. İddiaçı tərəfindən həmin mənzilin dəyərindən ilkin olaraq 10.000 manat, 27.000 manat dəyərində avtomobil, həmçinin sonradan hissə-hissə olmaqla ümumilikdə 57.000 manat pul ödənilmiş, həmin 57.000 manat pulun 51.000 manatı İddiaçı tərəfindən Namiqə və ona ödənilmiş, o həmin pulları Telman Səlimova vermiş, 6.000 manatı isə Telman Səlimovun özünə ödənilmişdir. Belə ki, 57.000 manat pulun 24.000 manatı şəxsən ona ödənilmiş, 27.000 manat dəyərində avtomobil adına etibarnamə verilməklə rəsmiləşdirilmiş, o pulları Telman Səlimova vermiş, həmçinin avtomobili də 27.000 manata satıb pulunu Telman Səlimova vermişdir. Telman Səlimov ona etibar etdiyinə görə "Şirinağa pulu sənə versinlər, sən alıb mənə verərsən" demiş, aralarındakı münasibətə görə o razılaşmışdır. Telman Səlimov demişdir ki, istər Sumqayıt şəhərindəki, istərsə də Bakı şəhəri Yasamal rayonu ərazisindəki binalardan mənzil satmağa səlahiyyəti vardır.

19. Məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsində göstərdi ki, o, Cavabdeh2 təxminən 3-4 il əvvəl avtomobil alveri ilə məşğul olan şəxs kimi tanımış, münasibətləri normal olmuşdur. Xatırlamadığı tarixdə Cavabdeh2 demişdir ki, Sumqayıt şəhərində X18 adlı şəxsə məxsus olan, tikintisi yarımçıq qalan binanın tikintisi ilə məşğul olur. Şirinağanın, həmçinin adını xatırlamadığı bir neçəşəxsin həmin binanın tikintisi üçün tikinti materialı vermələrindən məlumatı olmuş, X11 isə tanımamışdır. Cavabdeh2 xatırlamadığı tarixdə həmçinin demişdir ki, Sumqayıt şəhərində, qeyd olunan binada mənzil almaq istəyən olsa verə bilər. Belə ki, özünün deməsinə görə həmin binanın tikintisinə tikinti materialı verdiyinə görə hansısa məbləğdə pul alacağı olmuş və həmin məbləğin əvəzində kiminsə adına mənzil sata bilər. Şahid Cavabdeh3 həmçinin göstərmişdir ki, tanışı Cavabdeh1 2015-ci ilin payız aylarında ona demişdir ki, İddiaçı adlışəxs ona 40.000 ABŞ dolları pul vermişdir ki, onun üçün Rusiyadan Bakıya taxta tədarük etsin, ancaq İşləri pis getdiyindən həmin taxtanı tədarük edə bilməmiş vəşaitinin pulunu da qaytara bilməmişdir. İddiaçı onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyindən ehtiyat etdiyini, həmin vəziyyətdən necəçıxacağını bilmədiyini demiş, o Cavabdeh2 mənzil satmaq barədə dediklərini xatırlayıb Qədimə demişdir ki, Şirinağa adlı tanışı mənzil satır, həmin mənzili pulun əvəzindəİddiaçı vermək olar. Elə onun yanında Şirinağaya zəng edib danışmış, Şirinağa mənzilə baxmaq üçün onları Sumqayıt şəhərinə dəvət etmiş, Sumqayıt şəhərində dəqiq ünvanını xatırlamadığı, tikintisi yarımçıq qalmış binaya baxandan sonra Qədim İddiaçı oradan mənzil bəyənməyəcəyini deyəndə, orada tanış olduqları X17 Bakışəhəri Yasamal rayonu X36 massivindəki binadan da, mənzil sata biləcəyini demişdir. Növbəti günlərin birində Cavabdeh1la birlikdə Telmanın ünvanını dediyi, Bakışəhəri Yasamal rayonu X36 massivi Xarici dairəvi küçəsi 2 ünvanında inşa olunmuş binanın həyətinə getmiş, orada Cavabdeh2lə və Telman Səlimovla görüşmüş, Telman Səlimov binanı təqdim edib mənzilin həmin binada yerləşdiyini, boş olduğunu, heç kimə satılmadığını demiş, Cavabdeh1 çıxıb mənzilə baxmışdır. Cavabdeh2 əvvəlcə demişdir ki, Telman Səlimov mənzilin hər kv/metrini 400 manatdan olmaqla 65.000 manata satdığını, sonradan isə hər kv/metrinin 500 manatdan olmaqla 84.000 manata satıldığını demişdir. İddiaçı özü də gedib mənzilə baxmışdır. Xatırlamadığı tarixdə mənzilin İddiaçı qardaşı oğlu Hikmətin adına rəsmiləşdirilməsi barədə X4 imzası və onun direktoru olduğu "X29” MMC-nin möhürü ilə təsdiq edilmiş müqavilə verilmiş, müqavilədə mənzilin dəyəri 99.000 manat yazılmışdır. Cavabdeh1 özünün İddiaçı olan borcunu bağlamaq istədiyinə görə mənzili İddiaçı 99.000 manata satmaq barədə razılaşmışdır. Razılaşma belə olmuşdur ki, İddiaçı mənzilə görə 57.000 manat pul ödəsin və dəyəri 99.000 manat olan mənzil onun adına rəsmiləşdirilsin, 99.000 manatla 57.000 manatın arasında qalan 42.000 manat pul da Qədimin Şahinə olan borcu olaraq silinsin, Qədim Şahinə olan 42.000 manat dəyərində 40.000 ABŞ dolları borcunu ödəmiş olsun, Qədim isə mənzilin dəyərinin qalanınıŞirinağaya və Telmana ödəsin. Məlumatı vardır ki, İddiaçı razılığa uyğun olaraq Cavabdeh2 və Telman Səlimova ümumilikdə 57.000 manat pulu tam ödəmişdir. Cavabdeh1 isəŞirinağaya və Telmana mənzilin dəyərinin qalan hissəsini ödəməmişdir. Həmçinin, sonradan bilmişdir ki, Telman Səlimov mənzili İddiaçı təhvil verməkdən yayınmış, nəticədə məhkəmə mənzilin Hikmətin faktiki sahibliyinə verilməsi vəzifəsini "X29” MMC-nin üzərinə vəzifə kimi qoymuşdur. Sonradan məlum olmuşdur ki, X4 həmin mənzili satmağa ümumiyyətlə heç bir səlahiyyəti olmamışdır. Onun marağı yalnız dostluq münasibəti olan Cavabdeh1 İddiaçı olan 42.000 manat borcunun ödənilməsinə kömək etməkdən ibarət olmuşdur ki, Şahin ondan şikayət etməsin.

20. Məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərdi ki, 2011-ci ildən tanıdığı İddiaçı Rusiya Federasiyasından taxta materialı tədarük etməsi barədə şifahi şəkildə razılaşıb 2014-cü ilin sentyabr və ya oktyabr aylarında bunun üçün sonuncudan, həmin dövrün məzənnəsi ilə 42.000 manat dəyərində 40.000 ABŞ dolları pul almış, lakin özündən asılı olmayan səbəbdən nəöhdəliyi icra edə, nə də pulu qaytara bilməmiş, 2015-ci ilin payız aylarında Cavabdeh3 adlı dostuyla söhbət edəndə həmin məsələni danışmış, problemi həll etməkdə çətinlik çəkdiyini, Şahinin onun barəsində şikayət edəcəyini demişdir. Cavabdeh3 bildirmişdir ki, Cavabdeh2 adlı şəxsin vasitəçiliyi ilə X10 tikinti materialları vermişlər, Telman Səlimov isə həmin materialların əvəzində onlara Bakı şəhəri Yasamal rayonu X36 massivi Xarici dairəvi küçəsi 2 ünvanında inşa edilən yüksək mərtəbəli binada mənzil vermişdir. Həmin mənzili ona verə biləcəyini, yaxud da, həmin mənzili borclu olduğu adama verə biləcəklərini təklif etmiş. Cavabdeh3la birlikdə Sumqayıt şəhərinə gedib orada Cavabdeh2lə, həmçinin "X29” MMC-nin direktoru olduğunu bildiyi X17 ilə görüşmüş, sonuncu da bildirmişdir ki, Bakı şəhəri X36 massivindəki binada yerləşən bir ədəd mənzili tikinti materialı əvəzində Şirinağa və Namiqə verib və həmin mənzili ona verə bilər. Namiq, Şirinağa və Telmanla birlikdə Bakı şəhərində yerləşən mənzilə baxmış, Namiqlə Şirinağa 65.000 manat pulun qısa müddətdə ödənilməsini tələb etdiklərindən o, mənzili Namiqlə və Şirinağa ilə 65.000 manata danışıb, İddiaçı 99.000 manata deməyi planlaşdırmışdır ki, həmin puldan 42.000 manatını ona olan borcunun ödənilməsi kimi silsin, yerdə qalan 57.000 manatını isə Şahin nəğd olaraq ödəsin, 65.000 manatla 57.000 manatın arasında qalan 8.000 manat pulu isə özü Namiqlə Şirinağaya ödəsin. İddiaçı ilə görüşüb ona bildirmişdir ki, borcu ödəyə bilmədiyinə görə həmin 42.000 manat borcun əvəzində Bakı şəhəri Yasamal rayonu X36 massivində ona 165 kv/metrlik mənzil sahəsi verə bilər və həmin mənzilin qiyməti 99.000 manat, yəni borcdan 57.000 manat baha olduğuna görə həmin pulu özü ödəyəcək. İddiaçı da demişdir ki, mənzilin pulunun 42.000 manatını mənzili satan şəxs ona görə keçir, 57.000 manatını da ödəsin və mənzil onun adına rəsmiləşdirilsin. İddiaçı mənzilə baxıb bəyənmiş, mənzili 99.000 manata alıb-almadığını soruşmuş, o mənzilin özünə 65.000 manata deyildiyini, özünün isə ona olan borcunu ödəmək məqsədi ilə 99.000 manata satdığını demişdir Şahin, qardaşı oğlu X21, Cavabdeh3, Cavabdeh2, Telman Səlimov və o birlikdə görüşüb razılaşmışlar ki, mənzil İddiaçı adına rəsmiləşdirilsin, İddiaçı mənzilin pulundan 57.000 manatı onların özlərinə ödəsin. O isə 8.000 manat pulu ödəməli olmuş, həmin görüşdən sonra Şahinin Namiq və Şirinağa, həmçinin Telmanla münasibətlərinə, yəni onlara pul ödəməsinə qarışmamış, ancaq, sonradan bilmişdir ki, mənzilin Şahinin qardaşı oğlu Hikmətin adına rəsmiləşdirilməsi barədə Telman Səlimov müqavilə tərtib etmiş, həmçinin mənzilin dəyəri olan 99.000 manatın tam şəkildə ödənilməsi barədə maliyyə arayışı yazıb vermiş, İddiaçı isə Namiqə, Şirinağaya və Telmana ümumilikdə 57.000 manat pul ödəmişdir. Sonradan eşidib bilmişdir ki, X35 Aslanovu həmin mənzilə buraxmaqdan imtina etmiş və ödəmiş olduğu 57.000 manatdan əlavə 42.000 manat pul ödəməsini tələb etmişdir. Mənzillə bağlı problem yaradıldığını görəndə İddiaçı məsləhət görmüşdür ki, məhkəməyə müraciət etsin və məhkəmədən mənzilin onun sahibliyinə verilməsinə dair qərar alsın. Şahin belə də etmiş, mənzilin Hikmət Aslanovun faktiki sahibliyinə verilməsi barədə məhkəmə qərarı verilmişdir. İddiaçı aldatmaq, onun 42.000 manat pulunu əl keçirmək niyyəti olmamışdır. Mənzillə bağlı Namiqlə, Şirinağa ilə, Telmanla söhbət edəndə Telman Səlimovun mənzil satmağa səlahiyyətinin olmadığını bilməmişdir.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7131/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası iddiaçının iddianın geri qaytarılmasını xahiş etməsi əsası ilə baxılmamış saxlanılmışdır.

22. Bakı şəhər Xətai RPİ-nn 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X25 tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda göstərilir: Masalı rayonu Təklək kənd sakini vət İddiaçı müraciəti əsasında aparılan təhqiqat zamanı tərəflər qarşılıqlı razılaşmaya əsasən iş görülməsi ilə bağlı pul verilməsi, işin alınmaması, pulun qaytarılmasında maddi imkanının olmaması əvəzinə mənzil verilməsi, mənzilin sənədlərində problem olması, mənzilin qaytarılması, pulun ödənilməsi tələbi kimi xüsusatların cinayət tərkibli deyil, mülki xarakterli olması müvafiq qanunvericiliyə əsasən mülki qaydada məhkəmə tərəfindən baxılıb öz həllini tapmalı olduğunu nəzərə alaraq, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilir: Şikayətə görə A.Aslanov göstərmişdir ki,2014-cü ilin noyabr-dekabr aylarında Cavabdeh1 RF-dan taxta materialları gətirdiyini, pulu varsa 40.000 ABS dolları verməsini, birlikdə iş görmələrini təklif etmişdir, hər ay 4000 ABŞ dolları xeyir əldə edəcəyini bildirmişdir. O, Qədimə 40.000 ABS dolları vermiş, 1-2 ay sonra o, Qədimin onun aldatdığını başa düşmüş, pulunu qaytarmasını tələb etmişdir. ona pulu olmadığını, 165 kv.m ölçülü mənzilinin 57.000 manata hesablanmasını, həmin mənzili onun adına keçirməsini təklif etmişdir, qalan pulu isə Cavabdeh2 və Cavabdeh3 ödəyəcəyini söyləmişdir. Sonra o, «Elit» TM-nin yanında Namiq adlı şəxslə görüşmüş, 0, Qədim, Namiq oturub söhbət etmişlər, Namiq Qədimin təklifini təsdiqləmişdir. Həmçinin o, Şirinağa ilə də görüşmüş, Şirinağa da Namiqin dediyini bildirmişdir. Bu səbəbdən o, mənzilə görə ilk əvvəl Bakı kinoteatrının yanında Şirinağaya 10.000 manat, sonradan isə hissə-hissə olmaqla 20.000 manat, bir müddət sonra isə Mersedes S klass markalı, **-NZ- *** d.q.n avtomaşında 27.000 manat ödəmişdir. Mənzil ona arayış və müqavilə əsasında verilmiş, sonradan ona məlum olmuşdur ki, mənzil başqasına məxsusdur, Qədim, Namiq, Şirinağa tərəfindən aldadılmışdır.

23. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-1302/2017 saylı qətnaməsi və icra sənədinə əsasən cavabdeh “X29” MMC tərəfindən X36 massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 2-ci girişinin, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m olan 4 otaqlı 55 saylı mənzil X9 faktiki sahibliyinə və istifadəsinə verilməlidir.

24. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilən icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 08 iyul 2022-ci il tarixli qərarında göstərilir: İcra sənədinə əsasən cavabdeh "X29” MMC-nin üzərinə Bakı şəhəri Yasamal r, X36 Massivi, Xarici Dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mətrəbəli yaşayış binasında 2-ci blok 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 164 m² olan 4 otaqlı 55 saylı mənzilin iddiaçı X9 faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi qoyulmalıdır. İcraat zamanı Bakı şəhəri Yasamal r, X36 Massivi, Xarici Dairəvi küçə 2 ünvanında yerləşən binanın 2-ci blokun 10cu mərtəbəsində 55 saylı mənzilin olmadığı məlum olmuşdur. Bu zaman tələbkar mənzilin ona satılarkən mənzillərin nömrələnməsi təxmini olduğunu, 2-ci blokun 10-cu mərtəbəsində pilləkəndən çıxdığda sağdan 1-ci qapını (hal hazırda 46 saylı mənzil) göstərilərək satıldığını söylədi. Araşdırma zamanı həmin mənzilin daha bir neçə şəxsə satıldığı məlum olmuşdur. Belə ki, mübahisəli mənzilin istifadəçisi X3 rayon icra şöbəsinə dəvət olunmuşdur. O, isə həmin mənzilin ona satıldığını bildirmiş və həmin mübahisəli mənzilin ona məxsus olmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11978/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini şöbəyə təqdim etmişdir.

25. Bu səbəbdən də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1302/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqi icra edilmədən həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır.

26. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1302/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında qərarın ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1302/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixində təkrarən icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir.

27. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X22 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1302/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına başlanılması və “X29” MMC-yə tələbin 10 gün müddətində könüllü icrasının təmin edilməsi təklif edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

28. İddiaçı ilə Cavabdeh1 arasında uzun müddət işgüzar əlaqələr olmuş, Ədilov X28 Federasiyasından İddiaçı vəsaiti hesabına yerli bazarda satılması üçün ölkəyə taxta idxalını təmin etmişdir. Lakin sonuncu dəfə 2014-cü ilin dekabr ayında İddiaçı 40000 ABŞ dolları vəsaiti hesabına göndərməli olan malı göndərə bilməmiş nəticədə İddiaçı borcu yaranmışdır. Tərəflərin razılaşması ilə dollarla olan borc 42000 manat ekvivalentində dəyərləndirilmişdir.

29. Cavabdeh1 borcunun əvəzində ona “X29” MMC-dən Bakı şəhəri, Yasamal rayonu, X36 massivi, Xarici dairəvi küçə, 2 ünvanında inşa edilmiş binadan dəyəri 99000 manat olan mənzil alınmasını təmin etmək barədə təklif vermişdir. Tərəflərin razılaşmasına görə mənzilin dəyərinin 57000 manat hissəsi İddiaçı tərəfindən qalan 42000 manat hissəsi isə Cavabdeh1 tərəfindən ödənilməli idi. Cavabdeh1 isə iddia edir ki, onunla MMC-nin rəhbəri Səlimov Telman arasında olan razılığa görə mənzil əslində ona ucuz, yəni 65000 manata təklif edilmiş və o da İddiaçı tərəfindən ödənilməli olan 57000 manat puldan qalıq qalan 8000 manatı ödəməklə mənzilin İddiaçı qardaşı oğlu X9 adına rəsmiləşdirilməsinə, həm də İddiaçıla aralarında olan 42000 manat borc məsələsinin bağlanmasına nail olmağı ümid etmişdir.

30. İddiaçı Cavabdeh1 təklifi ilə razılaşmış və nəticədə MMC ilə X21 arasında xx.xx.2015-ci il tarixli 46 saylı müqavilə bağlanmış və 99000 manatın tam şəkildə ödənilməsinə dair maliyyə arayışı verilmişdir.

31. İddiaçı ödəməli olduğu 57000 manatı hissə-hissə həm Namiqə, həm Şirinağaya, həm də Telmana ödəmişdir. Telman təqsirləndirildiyi cinayət işi üzrə 57000 manatın ona ödənildiyini qəbul etmiş və tikintiyə xərclədiyini bildirmişdir. Bundan əlavə Səlimov Telman ifadəsində İddiaçı qalıq qalan 42000 manatın Cavabdeh1 tərəfindən ödəniləcəyini ona dediyini bildirmişdir. Lakin bu barədə Cavabdeh1la hər hansı razılaşması olmamışdır. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınsa da mülki iddiası olmamışdır.

32. Yasamal Rayon Məhkəməsinin 2(004)-1302/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh "X29” MMC-nin üzərinə Bakı şəhəri Yasamal r, X36 Massivi, Xarici Dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mətrəbəli yaşayış binasında 2-ci blok 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 164 m² olan 4 otaqlı 55 saylı mənzilin iddiaçı X9 faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi qoyulur. Lakin qətnamənin icrası mərhələsində həmin mənzilin daha bir neçə şəxsə satıldığı məlum olur. Belə ki, X3 rayon icra şöbəsində həmin mənzilin ona satıldığını bildirir və mübahisəli mənzilin ona məxsus olmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11978/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini təqdim edir. Nəticədə, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1302/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılır.

33. İddiaçı Qədim, Namiq, Şirinağa tərəfindən ona qarşı dələduzluq edilməsi ilə bağlı şikayəti üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasından imtina edilmişdir.

34. Hazırda iddiaçı cavabdehlərin əlbir olaraq onu aldatdığını idda edərək 99000 manat pulun onlardan müştərək qaydada tutulmasını tələb edir və eyni zamanda ona vurulmuş zərər ödənildikdən sonra mənzillə bağlı hər hansı tələbinin olmayacağını bildirir. İddiaçının eyni tələblə, eyni cavabdehlərə qarşı qaldırdığı iddia tələbi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə iddiaçının nümayəndəsi, vəkilin ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin məsələ ilə bağlı iddiaçının nümayəndəsi bildirir ki, mənzilin təhvil verilməsi ilə bağlı icra sənədinin mövcudluğundan sonradan xəbəri olduğuna görə, həmin icra sənədinin icrası ilə bağlı tədbirlər görülməsi məqsədilə iddianın baxılmamış saxlanılmasını istəmişdir, lakin keçən müddət ərzində həmin icra sənədinin icrası mümkün olmamışdır.

35. Cavabdehlərdən Cavabdeh1 məhkəmə mübahisəsi dövründə həqiqətən iddiaçıya 42000 manat borcunun olduğunu və həmin borcun əvəzinə mənzil təklif etdiyini, mənzilin mübahisəli olduğunu, nəticədə iddiaçıya 57000 manat zərər dəydiyini etiraf etmiş, lakin iddia müddətinin ötürüldüyünü əsas gətirməklə iddianın rədd edilməsini xahiş etmişdir.

36. Cavabdehlərdən Cavabdeh2 ona ödənilən pulun X10 çatdırıldığını, Səlimov Telmanın 57000 manat məbləğində pul vəsaitini hissə-hissə almasını təsdiq etdiyini, onun özünün də zərərçəkmiş olduğunu bildirməklə iddianın rədd edilməsini xahiş edir.

37. Cavabdehlərdən Cavabdeh3 isə Cavabdeh1 işgüzar və dost münasibətləri olduğunu, hazırki mübahisədə ona hər hansı pul məbləğinin çatmadığını və məsuliyyətinin olmamasının hökmlə müəyyən edildiyini əsas gətirməklə iddianın özünə münasibətdə rədd edilməsini xahiş edir. Tətbiq edilən maddi hüquq normaları:

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

40. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

41. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

42. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

43. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

44. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

45. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

46. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

47. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

48. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

49. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

50. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

51. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

52. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

53. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

54. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.

55. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

56. 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Məhkəmənin mövqeyi:

57. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 2014-cü ilin dekabr ayında şifahi qaydada bağlanmış müqavilə üzrə öhdəlik münasibətləri olmuşdur. Öhdəliyini icra etmədiyinə görə Cavabdeh1 42000 manat borcu yaranmışdır. Cavabdeh1 borcunun əvəzində əlavə 57000 manat ödəniş edilməsi şərti ilə dəyəri 99000 manat olan mənzili iddiaçının və ya onun qardaşı oğlunun adına rəsmiləşdirməyi təklif etmişdir. İddiaçı təklifi qəbul etmiş və qardaşı oğlu H.Aslanov ilə "X29” MMC arasında mənzilin alqı-satqısı barədə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmış və 99000 manatın ödənilməsi barədə MMC-nin rəhbəri tərəfindən maliyyə arayışı verilmişdir. İddiaçı və onun qardaşı oğlunun hissə-hissə olmaqla ödədiyi 57000 manat məbləğində vəsait MMC-nin rəhbəri Səlimov Telman tərəfindən qəbul edilmişdir. Bununla belə, Cavabdeh1 tərəfindən 42000 manat pulun MMC-yə və ya Səlimov Telmana ödənilməsi işin halları ilə müəyyən edilmir. H.Aslanov "X29” MMC-yə qarşı mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən mənzilin X9 faktiki sahibliyinə və istifadəsinə verilməsi qərara alınmışdır. Həmin qətnaməyə əsasən verilmiş icra sənədinin icrası hal-hazıradək mümkün olmamışdır. Belə ki, icra məmurunun qərarına əsasən icra sənədi xx.xx.2022-ci il tarixdə icrası mümkün olmayan sənəd kimi məhkəməyə geri qaytarılmış, həmin qərar ləğv edildikdən sonra xx.xx.2023-cü il tarixdə icra sənədi yenidən icraya yönəldilsə də halhazıradək icra olunmamışdır. İcra sənədinin icra olunmasının mümkünsüzlüyü onunla bağlıdır ki, əvvəla "X29” MMC-nin qeyd edilən ünvanda mənzil satmaq səlahiyyəti olmamış və səlahiyyətli "xxxx" MTK tərəfindən isə mənzil qanuni sahiblərinə verilmişdir. Bundan başqa həmin icra sənədinin icrası zamanı müəyyən edilmişdir ki, 10 mərtəbəli yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m olan yalnız 1 ədəd 4 otaqlı mənzil vardır və onun köhnə nömrəsi 52, yeni nömrəsi isə 46-dır. Ümumiyyətlə 2-ci blokda 55 saylı mənzil mövcud deyildir və 10-cu mərtəbədə olan yalnız 52 saylı mənzilin rekvizitləri H.Aslanova təhvil verilməli olan 55 saylı mənzilə uyğun gəlir. Aslanov Hikmət də həmin 52 saylı mənzilin ona təhvil verilməsini tələb etmiş, lakin həmin mənzil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı icra sənədi üzrə başqa tələbkara təhvil verildiyindən icra sənədinin icrası mümkün olmamışdır.

58. Bundan əlavə "X29” MMC-nin rəhbəri X17 CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilmişdir. Belə ki, X1 Qədim Ədil oğlunu və İddiaçı inandırmaqla aldadaraq binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv.m ölçülü 55 nömrəli mənzilin İddiaçı qohumu X9 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri təsdiq edərək mənzilin dəyəri kimi 57000 manat pulu vahid niyyətlə İddiaçı alıb özgənin külli miqdarda 57000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etməsi barədə irəli sürülən ittiham üzrə təqsirli bilinmişdir. Həmin cinayət işi üzrə İddiaçı və Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışlar, İddiaçı mülki iddiası, F.Şirinağanın da təqsirləndirilən şəxs barəsində hər hansı şikayəti olmamışdır.

59. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında öhdəliyin icra üsulunun dəyişdirilməsi barədə şifahi razılıq olsa da, nəticə etibarı ilə sonuncu öhdəliyini icra etməmişdir. Belə ki, onun tərəfindən MMC-yə hər hansı vəsait ödənilməmişdir, həmçinin iddiaçının qohumunun adına rəsmiləşdirilən mənzilin mövcudluğu mübahisə doğurduğundan mənzilin təhvil verilməsi barədə icra sənədinin icrası mümkün olmamışdır. Beləliklə, tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı kimi əmlak verilməsi üsulu ilə öhdəliyə xitam verilməsi baş tutmadığından iddiaçı cavabdehdən öhdəlik üzrə 42000 manat borcunu tələb etməkdə haqlıdır.

60. Məhkəmə iddianı digər hissədə və digər cavabdehlərə münasibətdə ona görə əsassız hesab edir ki, əvvəla digər cavabdehlerlə iddiaçı arasında müqaviləyə əsasən birgə öhdəlik münasibətləri olmamışdır. Belə ki, digər cavabdehlərin MMC ilə iddiaçı arasında hər hansı vasitəçilik rolu oynaması onların birgə borclu kimi məsuliyyətini yarada bilməz. Çünki həmin şəxslər vasitəçi kimi öz vəzifələrini yerinə yetirmişdir. Bundan əlavə 57000 manat vəsaitə münasibətdə isə cavabdehlərin dələduzluq etmiş şəxslə birgə iştirakçılığı, yəni iddiaçıya qarşı hər hansı hüquqazidd əməl törətməsi, o cümlədən əsassız olaraq varlanması işin halları ilə müəyyən edilməmişdir. Əksinə mülki işə baxmış məhkəmə üçün şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə hökmündə İddiaçı məxsus olan 57000 manat vəsaitin Səlimov Telman tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin vəsaiti hazırki mülki iş üzrə cavabdehlərdən tələb etməkdə haqlı deyildir.

61. İddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki işdə isə iddia müddətinin axımı mənzilin təhvil verilməsinin, yəni peşman haqqı kimi əmlakın verilməsinin mümkünsüzlüyünün iddiaçıya məlum olduğu vaxtdan başlanmışdır. Hərçənd ki, mənzilin təhvil verilməsi ilə bağlı icra sənədi hal-hazırda da icra qurumunun icraatındadır. Bununla belə, təxminən 2015-ci ilin əvvələrində icra edilməli olan öhdəlik üzrə borclu borcunu həmin ildə etiraf etmiş və müddətin axımı kəsilmişdir. Eyni zamanda Cavabdeh1 həm məhkəmə iclasındakı izahatında, həm cinayət işi üzrə verdiyi ifadəsində bildirmişdir ki, mənzillə bağlı problem yarandığını görəndə İddiaçı mənzilin təhvil verilməsi ilə bağlı məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Yəni Cavabdeh1 da iddiaçı ilə birlikdə bütün proseslərdə aktiv iştirak etmiş və iddiaçıya mənzilin verilməsi ilə bağlı məsələnin həllində maraqlı olmuşdur. Nəticə etibarı ilə mənzil iddiaçıya və ya onun göstərdiyi üçüncü şəxsə təhvil verilənədək və ya bunun mümkünsüzlüyü müəyyən edilənədək iddia müddətinin axımı kəsilmiş hesab edilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

63. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

64. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

65. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

66. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

67. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

68. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 42000 manat məbləğində pul vəsaiti və 164 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

69. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 42000 (qırx iki min) manat məbləğində pul vəsaiti və 164 (yüz altmış dörd) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar