Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6752/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh icra olunmamış xidmətə görə 700 manat, faiz 120.75 manat, hüquqi xidmətə görə sərf olunmuş vəsaitlər 250 manat, mənəvi ziyan 200 manat, cəmi 1270.75 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; - 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə başqa məhkəmədə baxılmağa verir. İddia tələbinin mahiyyətindən aydın olduğu kimi mübahisə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır və bu halda iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Elektron informasiya sistemindən əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1ştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə aidiyyəti ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmamış və bunu belə əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi vəkil sorğusuna cavab olaraq bildirmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yaşayır. Bu səbəbdən də hesab edir ki, iddia ərizəsinə cavabdehin faktiki yaşayış yeri üzrə baxılmalıdır. Çünki mülki iş Zaqatala Rayon Məhkəməsinə göndərilsə iddiaçının və ya onun ora getmək imkanı çətinləşəcək və ümumiyyətlə cavabdeh orda olmadığından iştirak etməyəcəkdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sadalanan prosessual normaların tələbindən göründüyü kimi iddia bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Məhkəməyə müraciət edilməsi ilə bağlı yaşayış yeri üzrə seçim imkanı prosessual qanunvericilikdə iddiaçıya münasibətdə və konkret tələblər üzrə müəyyən edilmişdir. Cavabdehin faktiki yaşayış yeri üzrə məhkəməyə müraciət edilməsi üçün isə qanunvericilikdə hər hansı istisna hal və ya alternativ aidiyyət qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul edilən zaman aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən mülki iş baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yer üzrə rayon məhkəməsinə, yəni Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: - 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. - 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6752/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6752/2023
28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver