Məhkəmə qərarları › İş №2(001)-680/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-680/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-680/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, AR DİN BDYPİ və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 12 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə üzrə maşının üzərinə təhkim olunmuş AZ **-DG-*** dövlət qeydiyyat nişanı hissəsində müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 25.09.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə AZ **-DG-*** dövlət qeydiyyat nömrəsinin BDYPİ-nə təhvil verilməsi hissəsini etibarsız hesab edilməsi, həmçinin həmin nömrənin 29.09.2017-ci il tarixdə Cavabdeh4 məxsus Toyota Land-Cruiser markalı avtomobilin üzərinə qoyulmasının etibarsız hesab edilməsi və AZ **-DG-*** dövlət qeydiyyat nişanın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan BMW 735 markalı, 1996-cı il istehsalı olan minik avtomobilinin üzərində 20 ildən artıq müddətdə təhkim edilmiş AZ **-DG-*** dövlət qeydiyyat nömrəsini, iddiaçının adına saxlamaq şərtilə Cavabdeh1 12.11.2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda yalnız maşına dair iddiaçıdan etibarnamə almışdır. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçıya məxsus avtomobil nömrəsini qanunsuz qazanc əldə etmək məqsədilə BDYPİ-nin əməkdaşları və orada nömrə alveri ilə məşğul olan Əsgər və onun qardaşı Fuad adlı şəxslər əlbir olub həmin avtomobil nömrəsini Cavabdeh4 14.000 manata satmışlar. Cavabdeh1 mübahisə predmeti olan nömrəni iddiaçının adına saxlayacağı barədə vədlər verərək onu aldatmış, 25.09.2017-ci il tarixdə nömrəni Cavabdeh5 dair alqı-satqı müqaviləsi bağlanmış, qeyd edilən nömrəni isə Cavabdeh1 öz adına saxlatdırmışdır. Bundan sonra 29.09.2017-ci il tarixdə BDYPİ-nin polis əməkdaşları tərəfindən Cavabdeh1 polisə dəvət olunmuş, ondan iddiaçının nömrəsinin Cavabdeh4 verilməsinə dair razılıq ərizəsi alınmış və həmin nömrə Cavabdeh4 məxsus Toyota Land- Cruiser markalı avtomobilin üzərinə qoyularaq qeydiyyat aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı onun razılığı olmadan cavabdehlər tərəfindən nömrəyə dair bağlanılmış bütün əqdləri və aparılmış əməliyyatları əsassız hesab etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 11.03.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Ağacanov iddia ərizəsinə əlavə təqdim edərək, əlavə olaraq AZ **-DG-*** dövlət qeydiyyat nişanının 13.06.2020-ci il tarixdə X2 məxsus Lada 21214 Urban minik markalı avtomobilinin üzərinə təhkim edilməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Ağacanov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. 23.11.2020-ci il tarixdə Cavabdeh4 məhkəməyə ərizə ünvanlayaraq, X1 iddia tələbini qəbul etmədiyini, hal-hazırda onun adına AZ **-DG-*** dövlət qeydiyyat nişanın olmadığını bildirdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, 12.11.2016-cı ildə BMW 735 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 illik etibarnamə əsasında (12.11.2017-ci il tarixədək) İddiaçı tərəfindən Cavabdeh1 satılmışdır. - Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, 11.02.2017-ci ildə İddiaçı məxsus BMW 735 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil 9 ay 1 günlük etibarnamə əsasında (12.11.2017-ci il tarixədək) Cavabdeh1 tərəfindən Cavabdeh7 satılmışdır. - 25.09.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsinə əsasən, İddiaçı məxsus BMW 735 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən etibarnamə əsasında Cavabdeh5 satılmışdır. - Dövlət qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin verilməsi haqqında 29.09.2017-ci il tarixli müqavildən görünür ki, X3 məxsus Toyota Land-Cruiser minik markalı **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh4 adına rəsmiləşdirilmiş və həmin avtomobilin üzərinə **-DG-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. - Mehdiyev Elizbar, Cavabdeh7, Feyzullayeva Nailə, Cavabdeh6, Nəcəfov Zaur və Əliyev Elxan tərəfindən notarial qaydada verilmiş ərizələrlə bildirmişlər ki, İddiaçı məxsus BMW 735 minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 satılarkən, sonuncu **-DG-*** dövlət qeydiyyat nişanını İddiaçı adına BDYPİ-də qeydiyyatda saxlayacağına dair öhdəlik götürmüş, lakin götürdüyü öhdəliyi yerinə yetirməmiş, dövlət qeydiyyat nömrəsini üçüncü şəxsin adına rəsmiləşdirmişdir. - cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, X4 cavabdehlərin hərəkətində dəfələrlə şikayət vermiş, şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Cavabdeh6 İnqilab oğlu və Cavabdeh7 tərəfindən notarial qaydada verilmiş ərizələrdə etiraf etmişlər ki, AZ **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən Cavabdeh1 həmin qeydiyyat nömrəsini İddiaçı adına saxlayacağına dair öhdəlik götürmüş, lakin öhdəliyini pozaraq həmin nömrəni 4000 manata satmışdır. - AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, AZ **- DG-*** dövlət qeydiyyat nişanı 13.06.2020-ci il tarixdə X2 məxsus Lada 21214 Urban minik markalı avtomobilinin üzərinə təhkim edilmişdir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir:  subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər;  iradəsi qüsurlu olan etibarsız əqdlər;  forması qüsurlu olan əqdlər;  məzmunu qüsurlu olan əqdlər. Əqdin etibarlı olması şərtlərindən biri də iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa, əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd daxili iradəsi düzgün formalaşmayan əqdə aiddir.(MM-nin 339-cu maddəsi). Bu əqd son dərəcə ağır şərtli əqd hesab olunur. Son dərəcə ağır şərtli əqd dedikdə, şəxsin ağır vəziyyətə düşməsi nəticəsində onun üçün açıq-aşkar əlverişsiz şəraitdə məcburən bağladığı əqd başa düşülür. Bu əqd onunla xarakterizə edilir ki, həmin əqdi bağlayan şəxsin daxili iradəsi onun normal formalaşdırılmasına mane olan halların təsiri altında yaranır. Elə halların ki, bu hallar şəxsi onun üçün son dərəcə əlverişsiz şəraitdə əqd bağlamağa vadar edir. Son dərəcə ağır şərtli əqd etibarsız hesab etmək üçün üç əsas faktın olması gərəkdir: şəxsin ağır vəziyyətə düşməsi faktı, əqd şərtinin açıq-aşkar qeyri-sərfərli olması; kontragentin təqsiri. Məhkəmə hesab edir ki, hazırki alqı-satqı müqavilələri iddiaçının ağır vəziyyətə düşməsi faktını, əqdin şərtinin açıq-aşkar qeyri-sərfərli olmasına dəlalət edir və cavabdehin iddiaçının ağır vəziyyətə düşdüyünü bilməsi və özü üçün sərfəli olan əqdin bağlanması məqsədilə bu vəziyyətdən istifadə etməsi başa düşülür. O, həmin vəziyyətdən öz mənafeyi üçün istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - -157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən həmin müqavilələrin etibarsız hesab edilməsi tələbi əsaslıdır. Belə ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, iddia olunan **-DG-*** nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı sonrakı mülkiyyətçilərə etibarnamə əsasında alqı-satqı yolu ilə keçmiş, bu hallar ilkin mülkiyyətçinin, yəni hazırki iş üzrə iddiaçının iradəsinə zidd baş vermişdir. Qeyd olunan məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqdlərin etibarsız hesab edilməsi barədə də məhkəməyə iddia verilə bilər. Bunu qanun qadağan etmir. Belə halda iddianın predmeti rolunda əhəmiyyətsiz əqdlərin etibarsız hesab edilməsi barədə tələb çıxış edir. Bu cür iddia o halda verilir ki, əqdin etibarsız əqd olmasını açıq-aşkar müəyyən etmək mümkün olmur. Məsələn, yalan əqd əhəmiyyətsiz əqdin bir növüdür. Bu əqd başqa əqdi pərdələmək üçün bağlanlır. Bu cür hallarda əhəmiyyətsiz əqdlər yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 12 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə üzrə avtomobilin üzərinə təhkim olunmuş AZ **-DG- *** dövlət qeydiyyat nişanı hissəsində müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 25.09.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə AZ **-DG-*** dövlət qeydiyyat nömrəsinin BDYPİ-nə təhvil verilməsi hissəsi etibarsız hesab edilsin. AZ **-DG-*** dövlət qeydiyyat nişanının 29.09.2017-ci il tarixdə Cavabdeh4 məxsus Toyota Land-Cruiser markalı avtomobilin üzərinə təhkim edilməsi etibarsız hesab edilsin. AZ **-DG-*** dövlət qeydiyyat nişanının 13.06.2020-ci il tarixdə X2 məxsus Lada 21214 Urban minik markalı avtomobilinin üzərinə təhkim edilməsi etibarsız hesab edilsin. AZ **-DG-*** dövlət qeydiyyat nişanı İddiaçı qaytarılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar