Məhkəmə qərarları › İş №2(001)-6805/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6805/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6805/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiz maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Rzayev X1 Anar Firuz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş maddi, mənəvi və psixoloji ziyana görə ümumilikdə 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, mülkiyyətində olan “Mercedes Benz E230” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili dəyərini hissə-hissə ödəmək şərti ilə Cavabdeh satmış, pulun tam ödəniləcəyi tarixədək cavabdehə avtomobili idarə etmək hüququnun tanınmasına dair etibarnamə vermişdir. Lakin, cavabdeh avtomobilin pulunu ödəmədiyindən, o öz əmlakını geri almaq məqsədi ilə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş, avtomobili yararsız vəziyyətdə geri götürdükdən sonra öz vəsaiti hesabına onu bərpa etdirmişdir. Lakin, təxminən bir il yarımdır ki, o, öz avtomobilindən istifadə edə bilmir. Belə ki, avtomobil faktiki olaraq cavabdehin istifadəsində olduğu müddətdə cavabdeh müxtəlif yol-nəqliyyat hadisələri törətmiş, təyin olunmuş cərimələri ödəmədiyindən avtomobilin üzərinə həbs qoyulmuşdur. Bütün bu müddət ərzində o taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmış, həmçinin mənəvi, psixoloji sarsıntı keçirmişdir. Ona vurulmuş ümumi zərəri 5000 manat qiymətləndirir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - AD seriyalı, 744647 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz 230E” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 mart 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - 19 mart 2020-ci il tarixli “nəqliyyat vasitəsinin kreditlə satış müqaviləsi”ndən görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili 6600 manata kreditlə Cavabdeh satmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh aylıq 550 manat ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli, 978 nömrəli arayışdan görünür ki, 19 mart 2020-ci il tarixdə İddiaçı oğlu tərəfindən dövlət qeydiyyat nömrəsi **-FG-*** olan avtomobilə dair Cavabdeh adına 7E-7854 reyestrlə rəsmiləşdirilmiş etibarnaməyə İddiaçı 27.11.2020-ci il tarixli ərizəsinə əsasən xitam verilmişdir. - Binəqədi Rayon Polis idarəsinin 21 yanvar 2021-ci il tarixli məktubundan görürün ki, Cavabdeh idarə etdiyi “Mercedes” markalı, **-GF-*** dövlət qeydiyyt nişanlı avtomobillə yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Cavabdeh inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qaunula müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə 21 iyul 2020-ci il tarixdə Binəqədi RPİ DYP Şöbəsinin əməkdaşı tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddia tələbində iddiaçının həm maddi, həm də mənəvi zərərin əvəzini tələb etməsi öz əksini tapmış, lakin 5000 manat pulun hansı hissəsinin maddi, hansı hissəsinin mənəvi zərərə görə tələb olunması açıqlanmamışdır. Buna görə də, məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində və izahatında avtomobilinin cərimə meydançasında saxlanması ilə əlaqədar taksi xidmətindən istifadə etməsini, beləliklə maddi zərərə məruz qalmasını göstərsə də, nə avtomobilin həqiqətən də cərimə meydançasında olmasına, nə də həmin səbəbdən taksi xidmətindən istifadə etməsi və buna xərclədiyi vəsaitə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia maddi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də rədd edilməlidir. İddia rədd edildiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiz maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar