Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6809/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı Süleyman Elçin oğlunun, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Süleyman Elçin oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs) “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması dəyən ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Süleyman Elçin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh2 qız arasında bağlanmış 18 fevral 2020-ci il tarixli avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-dən ona dəymiş maddi ziyana görə 4200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.02.2020-ci il tarixində onun qonşusu və dostu X1 ona müraciət edərək bildirmişdir ki, ona təcili pul lazımdır. Xahiş etdi ki, özünə məxsu “Nissan Tida” markalı **-CN-*** dövlət qeydiyyat nömrəli avtomobilini Yasamal rayonu ərazisində fəaliyyət göstərən Cavabdeh1 şirkətinə ipoteka girovu qoyaq və oradan 1 illik 5000 manat, ayda 700 manat ödəməklə faizə pul götürmüşdür. O da razılıq vermişdir və onunla həmin Cavabdeh1 MMC-yə getmişdir. Lakin krediti onun yox, Ülvü Mehraliyevin adına rəsmiləşdirmişlər. Həmin günü də onu da ( yəni 18.02.2020) həmin Cavabdeh1 MMC şirkətinin Ağa adlı əməkdaşı ilə birlikdə DİN-nin BDYPİ-nin Xırdalanda olan olan inzibati binasına getmişlər. Orada onu aldadaraq və guya prosedur qaydasının belə olması adı altında özünəməxsus **-CN-*** dövlət qeydiyyat nişanlı “Nissan Tida” avtomobilini guya Cavabdeh2 satdığı barədə imza atdırmış və sonra da o, öz avtomobilini özünə ancaq sürmək üçün etibarnamə vermişdir. Sonra demişdirlər ki, taxi kimi işləyib qalıq pulu onlara ödəyəcək. Lakin bildirir ki, o həmin prosesin mahiyyətini anlamamışdır. Bunu isə o, girov qoyulmuş avtomobilinin dalınca gedəndə 2021-ci ilin fevral ayında bilmişdir. Cavabdeh1 MMC mart ayının əvvəlində onun avtomobilini 9-cu mikrorayondan profilaktoriyadan evakuator vasitəsilə aparmış və əlindən almışlar. Həmin Cavabdeh1 MMC-yə heç Ülvü Mehraliyevlə bağlanmış müqavilənin əslini belə verməmişlər. Bu hadisəyə qədər o hər ay 700-800 manat pul qazanmışdır. Bununla bağlı o, Maraqlı şəxs dəfələrlə müraciət edərək, bildirmişdir ki, onun ziyana salmışdır və polisə müraciət etməlidir. X3 DİN Baş Mütəşəkkil cinayətkarlıqla Mübarisə İdarəsinə ərizə vermiş, lakin ərizənin araşdırılması üçün Nəsimi Polisinə göndərilmişdir. Lakin Polis İdarəsi bu işi araşdırmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ülvi onun dostudur. Dostuna pul lazım olduğunda maşınını girov qoymuşdur. Ülvi bunun nəticəsində borca 5000 manat pul götürmüşdür. Maşını isə polisdə Sima xanımın adına alğı-satqı etmişdir. Maşın Sima xanıma satılandan sonra Sima xanım ona maşını idarə etmək üçün etibarnamə vermişdir. O, isə həmin maşını idarə etməklə başqa bir şəxsi işə aparıb-gətirmiş, bunun müqabilində isə pul almışdır. 4200 pul tələbinin əsası budur. Pul məbləği ilə bağlı sübutu olmasa da, xidmət göstərdiyi şəxsi məhkəməyə şahid qismində dəvət edə bilər. Tələb edir ki, maşını ona qaytarılsın. Çünki borc məbləği qaytarılmışdır. Polis idarəsində olarkən o maşının satılacağından xəbərsiz olmuş, bu barədə səhvən imza etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 18.02.2020ci il tarixdə dostu Maraqlı şəxs ona müraciət edərək ona pul lazım olduğunu bildirdi və ona məxsus Nissan Tida markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili 313 Cars Şirkətinə ipoteka girovu qoyaraq 1 illik 5000 manat ayda 700 manat olmaqla faizə pul götürməyi xahiş etdi. O da razılıq vermişdir. 313 Cars MMC-də kredit onun yox Maraqlı şəxs adına rəsmiləşdirilmişdir. 18.02.2020-ci il tarixdə DİN BDYPİ-də maşın Cavabdeh2 adına keçirilmiş və sonuncu ona maşını sürmək üçün etibarnamə vermişdir. 2021-ci ilin mart ayının əvvəlində maşını ekavuator vasitəsilə aparılaraq əlindən alınmışdır. Səbəb kimi isə Maraqlı şəxs borcunun qalması və ödənişləri etməməsi göstərilmişdir. Şirkət tərəfindən onlara Ülvi ilə aralarında bağlanmış müqavilə belə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki, avtomobil cərimə meydançasındadır. İddiaçı almış olduğu pul məbləğini geri qaytarmadığı üçün maşın ona verilməmişdir. Özü maşın qarşılığında pul alan Ülviyə Şamaxı Rayon Məhkəməsində iddia qaldırmışdır. Maşın ona satılmış, o da bunun müqabilində pulu Ülviyə vermişdir. Pul məbləği qaytarıldıqdan sonra maşını yenidən iddiaçının adına zatən keçirəcəkdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Süleymanla aralarında alğı-satqı olmuş və avtomobil onun adına keçirilmişdi. Maşını verib əvəzində ondan pul götürmüşlər. İndi isə pulu qaytarmaq istəmirlər. Maşın onlardadı. Pulu ödəsinlər, maşını geri verəcəklər. O bu şəxsləri əvvəllər tanımamışdır, bu işlərlə oğlu məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, 2021-ci ilin mart ayında şirkətə yaxınlaşaraq qalıq qalmış 2000 manat məbləğində borcunu ödəmək istəmişdir. Şirkət tərəfindən ona bildirilmişdir ki, 1 il ərzində qalıq qalmış borcu ödəməlidir. Onun xəbəri olmadan aralarında bağlanmış müqavilənin müddəti uzadılmışdır. Onun hazırda şirkətə 2000 manat məbləğində borcu qalmışdır ki, qalıq borc məbləğinin ödənilməsi üçün onu Şamaxı Rayon Məhkəməsinə vermişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, 18.02.2020-ci il tarixdə dostu Süleymana məxsus Nissan Tida markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili 313 Cars Şirkətinə ipoteka girovu qoyaraq 1 illik 5000 manat ayda 700 manat olmaqla faizə pul götürmüşdür. Onunla şirkət arasında müqavilə bağlandı. Daha sonra DİN BDYPİ-yə gedərək maşını alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adına keçirmişlər. O isə aylıq 700 manat olmaqla 12 ay ödəniş etməli idi. 2020-ci ilin sentyabrında ödənişləri yerinə yetirməkdə çətinlik çəkdiyi üçün şirkətə müraciət etmiş və Hacı adlı əməkdaşla aylıq 475 manat ödəməyə razılaşmışdır. Mart ayında krediti bağlamaq üçün şirkətə yaxınlaşdıqda razılaşmayaraq onlara kreditin 2 illik olduğunu demişlər. Şirkət avtomobili mart ayından onlardan almışdır. Hazırda maşın cərimə meydançasındadır. Cavabdeh1 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan X2 tərəfindən imzalanan 18.02.2020-ci tarixli razılaşmadan görünür ki, o Nissan Tida markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəsinə qəbul etməklə, 12 ay müddətində hər ay 700 manat olmaqla hər ayın 18-nə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür. AD seriyalı, 737704 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, issan Tida markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.02.2020-ci il tarixində alğı-satqı yolu ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1-ci maddəsinə əsaən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hər iki tərəf aralarında faktiki olaraq borc münasibətinin olduğunu öz izahatları ilə təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Maraqlı şəxs 5000 manat məbləğində borc pul vermiş, qarşılığında isə Süleyman Elçin oğluna məxsus “Nissan Tida” markalı **-CN-*** dövlət qeydiyyat nömrəli avtomobil onun adına rəsmiləşdirilmişdir. Yəni faktiki olaraq “Nissan Tida” markalı **-CN-*** dövlət qeydiyyat nömrəli avtomobil Maraqlı şəxs borcunun qarşılığında girov predmeti olmuşdur. Tərəflər arasında bağlanan alğı-satqı müqaviləsi isə əslində girov müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, avtomobilini Cavabdeh2 satmaq niyyətində olmamış, dostunun borcunun qarşılığında girov olaraq Cavabdeh2 adına rəsmiləşdirildiyini düşünmüşdür. Bundan başqa Cavabdeh2 məhkəməyə təqdim etdiyi iş sənədlərə əsaslanmaqla bildirmişdir ki, Maraqlı şəxs Nadir oğluna qarşı Şamaxı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Maraqlı şəxs 18.12.2020-ci il tarixində özünməxsus olan **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 ay müddətinə ayda 700 manat ödəniş edilməsi şərtilə nisyə satdığını bildirmiş və ona 6386 manat borcunun qalıq qaldığını iddia edərək, Maraqlı şəxs maşınının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki məhkəmə iclasında öz izahatında **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maraqlı şəxs Nadir oğlunun ondan aldığı borcun qarşılığında Süleyman Elçin oğlu tərəfindən onun adına rəsmiləşdirildiyini bildirmişdir. Qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh2 ilə iddiaçı Süleyman Elçin oğlu arasında bağlanmış 18.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqddir. Yalan əqd isə etibarsız əqdir. Odur ki, **-CN-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobilə dair iddiaçı Süleyman Elçin oğlu ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab ediləməli, **-CN-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobil Cavabdeh2 alınaraq iddiaçı Süleyman Elçin oğluna verilməlidir. Məhkəmə iddiaçının Cavabdeh1 MMC-dən ona dəymiş maddi ziyana görə 4200 manat pul vəsaitinin tutularaq ona ödənilməsi hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Odur ki, iddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı yönələn tələbini sübut edə bilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki qətnamə borc müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, **-CN-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobilə dair iddiaçı Süleyman Elçin oğlu ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab ediləməli, **-CN-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobil Cavabdeh2 alınaraq iddiaçı Süleyman Elçin oğluna verilməli, iddia qalan hissədə, yəni Cavabdeh1 MMC-dən 4200 manatın tutulması hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. **-CN-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobilə dair iddiaçı Süleyman Elçin oğlu ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2020-ci il tarixli alğısatqı müqaviləsi etibarsız hesab edilsin. **-CN-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobil Cavabdeh2 alınaraq iddiaçı Süleyman Elçin oğluna verilsin. İddia qalan hissədə, yəni Cavabdeh1 MMC-dən 4200 manatın tutulması hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6809/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6809/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver