Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-681/2022 15.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Hacıyeva (Muradova) Xanım Seyfəddin qızı ilə 01.11.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşının əvvəllər nikahda olmasını bildikdən sonra ailədə yaranmış mübahisələr zəminində cavabdehlər onun yaşadığı mənzili zəbt edərək həmin evdə məskunlaşmış, xeyli müddətdir ki, o, mənzilindən istifadə edə bilmir. O, mənzilinə gedib əşyalarını götürmək istədikdə cavabdehlər və onların digər ailə üzvləri onun atasını, anasını və bacısını döyərək xəsarət yetirmişlər. Hazırda cavabdehlər olan qaynatası Cavabdeh1 və baldızı Cavabdeh2 onun nikahdan əvvəl aldığı əşyaları öz əşyaları kimi istifadə edərək əşyaları ona qaytarmaqdan imtina edirlər. İddia ərizəsində ilkin olaraq qeyd etdiyi əşyalardan 550 manat dəyərində gümüş aksessuarlar, 700 manat dəyərində qadın paltarları, 600 manat dəyərində 1 çanta Loreal firmasının kosmetikası, 120 manat dəyərində saç qurudan, 1500 manat dəyərində yolka formalı qolbaq, 2000 manat dəyərində 1 ədəd yolka formalı boyunbağı, 2000 manat dəyərində ortası rəngli, kənarları brilliant qaşlı olan 1 cüt sırğa, 1000 manat dəyərində ortası rəngli, kənarları brilliant qaşlı olan 1 ədəd üzük onun anasına məxsudur. O, Xanım ilə 2019-cu ildə deyil, 27.10.2020-ci il tarixdə nişanlanmış, əşyalar isə 2018 və 2019-cu illərdə onun tərəfindən və onun vəsaiti hesabına alınmışdır. Məhkəməyə təqdim etdiyi qaimələri o, məhkəməyə müraciət etdikdən sonra əldə etmişdir. Müvəqqəti təminat tədbirinin icrasında o, iştirak etməmiş, həmin sənədin icrası barədə o, icra məmurundən məlumat almışdır. Ona görə də Kristal Abşeron MTK-nın Biləcəri filialı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzildə olan ona məxsus əşyaların, 530 manat dəyərində 1 ədəd ağ rəngli televizor altlığının, 285 manat dəyərində 1 ədəd ağ rəngli yemək stolunun, 420 manat dəyərində 6 ədəd ağ rəngli stulun, 280 manat dəyərində 1 ədəd ağ rəngli açılıb yığılan stolun, 160 manat dəyərində 1 ədəd ağ rəngli jurnal stolunun, 2400 manat dəyərində 1 ədəd 3x2 bənövşəyi rəngli divan və yastıqların, 120 manat dəyərində 1 ədəd qara rəngli kompüter stolunun, 640 manat dəyərində suvenir və qab-qacaqların, 1150 manat dəyərində 1 ədəd başı göy rəngdə taxt və matrasın, 950 manat dəyərində 1 ədəd krem rəngdə 2x3 şifonerin, 360 manat dəyərində 1 ədəd ağ rəngli termonun, 380 manat dəyərində 1 ədəd ağ rəngli paltar və ayaqqabı şkafının, 100 manat dəyərində 3 ədəd divarda olan çərçivənin, 2600 manat dəyərində 1 ədəd ağ rəngli mətbəx mebelinin, 487,99 manat dəyərində 1 ədəd ağ rəngli Samsung markalı paltaryuyan maşının, 290 manat dəyərində 1 ədəd metal rəngli qaz plitəsinin, 190 manat dəyərində 1 ədəd qara rəngli mətbəx üçün şüşəli masanın, 200 manat dəyərində 4 ədəd qara rəngli stolun, 1 ədəd kombi aparatının, 80 manat dəyərində 1 ədəd stabilizatorun, 700 manat dəyərində ayaqqabıların, 850 manat dəyərində saat və eynəklərin, 400 manat dəyərində məişət əşyalarının, qab-qacaqların, 320 manat dəyərində yorğan-döşək və yastıqların, 120 manat dəyərində taxt piletinin, 1500 manat dəyərində kişi paltarlarının, 2600 manat nəğd pul vəsaitinin, ona məxsus sənədlərin, yəni şəxsiyyət vəsiqələrinin, xarici pasportunun, doğum haqqında şəhadətnamələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılmasına, əşyaların qaytarılması ilə bağlı hər hansı maneçilik yaradılmasının cavabdehlərə qadağan edilməsinə, qətnamə icra olunan vaxt həmin əmlaklar mövcud olmasa onların dəyərinin cavabdehlərdən ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qızı X3 Fariz Pərviz oğlu ilə 2018-ci ilin may ayında tanış olmuş, 01.11.2020-ci il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuş, nikaha daxil olduqdan sonra qızı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzilə gəlin köçmüşdür. Lakin qızı X.S.Muradova 7 aylıq hamilə olduqdan sonra Fariz həyat yoldaşı ilə maraqlanmamış, həftələrlə evə gəlməmiş, Sumqayıt şəhərində başqa qadınla yüngül həyat tərzi keçirməyə başlamışdır. Fariz dəfələrlə onun qızını döymüş, qızına məxsus 6900 manat dəyərində olan bütün qızıl və briliant zinyət əşyalarını zorla ondan almış, qızı Zəhradan sonuncunun özünə cehiz pulu yığdığı 8500 manat pulu aldadıb almışdır. Fariz Xanımın hamiləliyinə son verməyə çalışmışdır. Sonradan ona məlum olmuşdur ki, Fariz birinci evliliyində yoldaşı Lamiyəni döyərək 4 aylıq hamiləliyinə son vermişdir. X.S.Muradova döyüldüyü haqqda 6-ci polis bölməsinə şikayət etmişdir. Hal-hazırda Binəqədi polis bölməsində araşdırma aparılır. O, qızı Hacıyeva X8 rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 3, 10 saylı evdə oğlu X7, yoldaşı Xəyalə Hacıyeva ilə birlikdə yaşayır. Onlar heç vaxt Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzildə yaşamamış, onlarda Farizə məxsus olan heç bir əşya yoxdur. Farizin tələb etdiyi əşyaların böyük əksəriyyəti onun qızı Xanıma aldığı cehiz əşyaları və bu əşyalarda Farizin evində ailəsinin istifadəsindədır. Cehiz əşyaları ilə bağlı bütün sübutlar onun qızı Xanımdadır. Fariz bu yalanları ilə onlara böhtan ataraq pul əldə etmək məqsədi güdür. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzildə İddiaçı, onun həyat yoldaşı Xanım Muradova və onların qızı X20 yaşayır. İddia ərizəsində tələb olunan qızıl əşyaları və 2600 manat qızı Xanımın dediyinə görə mənzildə olmayıb. İcra məmuru mənzildə olan əmlakları siyahıya alarkən onlar iştirak etməmiş, qızı Xanım icra məmuru tərəfindən tərtib olunan aktın şəklini çəkib ona göndərmişdir. İcra məmurunun məhkəməyə təqdim etdiyi akt dəyişdirilmişdir. O, qızı Cavabdeh2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Hüseynov küçəsi döngə 3 ev 10-da yaşayır, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində olan 134 nömrəli mənzili zəbt etməmiş, bu mənzildə olan əşyalara görə cavabdehlik daşırmırlar. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib Cavabdeh1 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, valideynləri və qardaşı ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 3, 10 saylı evdə yaşayır, işlədiyi üçün bacısı X5 yaşadığı mənzilə getməyə belə əlavə vaxtı yoxdur. O, heç vaxt Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzilində yaşamamış, bu mənzili zəbt etməmiş, İddiaçı mənzildən çıxarmamış, İddiaçı məxsus hər hansı bir əşya onda və ya atası Cavabdeh1 yoxdur, onun və ya atası Cavabdeh1 İddiaçı hər hansı bir əşyasından istifadə etməsinə maneə yaratması qeyri-mümkündür.O, bacısının zənginə əsasən o, qardaşı İbrahimlə birlikdə bacısının evinə gedərkən atası Xanımın yaşadığı ünvana getməmişdir. İddiaçı özü yaşadığı mənzili tərk etmiş, başqa qadınla yaşamaqla ailəsinin qayğısına qalmır. İddiaçının iddia ərizəsində tələb etdiyi əşyaların böyük əksəriyyəti onun bacısı X5 cehizidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kristal Abşeron MTK ilə İddiaçı arasında bağlanmış 03.09.2019-cu il tarixli ********* saylı müqavilənin surətindən müəyyən olunur ki, MTK Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində olan 134 nömrəli 2 otaqlı mənzili payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01.11.2020-ci il tarixdə verilmiş AZ-İİ 418891 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X12 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2260 qeyd aparılmış, nikaha daxil olduqdan sonra arvada Muradova soyadı verilmişdir. Kristal Abşeron MTK-nın 10.07.2021-ci il tarixli 01 saylı arayışdan müəyyən olunur ki, X2 rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanında tikilmiş yaşayış binalarının 2-ci bina 1-ci blok 17-ci mərtəbə 134 saylı mənzildə qeydiyyatsız yaşayır. Kristal Abşeron MTK-nın 07.12.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X11 həyat yoldaşı İddiaçı məxsus Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanında 2-ci bina 1-ci blok 17-ci mərtəbə 134 saylı mənzildə övladı X20 ilə birlikdə qeydiyyatsız yaşayır. Mənzildə qeydiyyatda heç kim yoxdur. Mənzildə ana və qızından başqa heç kim yaşamır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəsi N.B.Məmmədovun 2382 saylı 18.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Hacıyev X6 qəsəbəsi Y.Hüseynov küçəsi döngə 3, 10 saylı evdə qeydiyyatsız yaşayır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəsi N.B.Məmmədovun 2383 saylı 18.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Hacıyeva X10 qəsəbəsi Y.Hüseynov küçəsi döngə 3, 10 saylı evdə qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 07.10.2018-ci il tarixli ******* saylı qaimə fakturadan müəyyən olunur ki, dəyəri 6230 manat olan mətbəx mebeli, dolab, divan, masa təhvil verilmişdir. Qaimədə qeyd olunan əşyaların kim tərəfindən kimə təhvil verilməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 05.08.2018-ci il tarixli qaimə fakturadan müəyyən olunur ki, Ellit İnşaatdan dəyəri 1100 manat kombi, dəyəri 80 manat olan stablizator alınmışdır. Qaimədə qeyd olunan əşyaların kim tərəfindən alınması qeyd olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 24.09.2019-cu il tarixli 27047 saylı qaimə fakturadan müəyyən olunur ki, satıcı Embawoodun pərakəndə satış distributorluğu tərəfindən alıcı İddiaçı 763 manat dəyərində qonaq dəsti, TV altı, masa, 6 ədəd stul, jurnal masası satılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 24.09.2019-cu il tarixli 27031 saylı qaimə fakturadan müəyyən olunur ki, satıcı Embawoodun pərakəndə satış distributorluğu tərəfindən alıcı İddiaçı 1454,90 manat dəyərində dəhliz dəsti, TV altı, masa, çarpayı, komod, yataq birləşdicisi (güzgü), döşək, yataq baza mexanizmini satılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Kontakt Home mağazasına məxsus 12.12.2018-ci il tarixli qaimənin surətindən müəyyən olunur ki, X4 markalı paltaryuyan maşını almışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 11.02.2022-ci il tarixli 17\68-276298\20 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-26\2021 saylı 16.11.2021-ci il tarixli icra sənədində sadalanan əmlaklardan gümüş aksesuarlar, paltarlar, 1 ədəd Loreal firmasının çanta kosmetikası, yolka formalı qolbaq, 1ədəd yolka formalı boyunbağı, brilliant qaşlı bir cüt sırğa, brilliant qaşı olan 1 ədəd üzük, 2600 manat nəğd pul vəsaiti, tələbkara məxsus şəxsiyyət vəsiqəsi, xarici pasport və doğum haqqında şəhadətnamə aşkar olunmamışdır. İcra sənədində sadalanan digər əmlaklar mənzildə olduğundan həmin ünvanda yaşayan X1 təhvil verilmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, o, 5 ilə yaxındır Farizlə dostdur. 2018-ci ildə Fariz ona zəng edib kömək etməsini xahiş etmişdir. Həmin vaxt Fariz Biləcəri qəsəbəsində Kristal Abşeronun binalarında 17-ci mərtəbədə yerləşən mənzilinə divan, mətbəx mebeli, stol, stullar almışdır. Məhkəmə iclasında şahid X21 ifadəsində göstərmişdir ki, o, Farizlə qonşu olmuşdur. Təxminən 3-4 il əvvəl Farizin xahişinə əsasən Sumqayıtdan yorğan-döşək, pal-paltar, qabqacaq, Əhmədin Sarayda yerləşən sexindən mebel, mətbəx mebeli, divan, stol, stulu Farizin Biləcəri qəsəbəsində olan mənzilinə aparmışdır. Məhkəmə iclasında şahid X28 ifadəsində göstərmişdir ki, o, 15 ildir Farizlə dostluq edir. Farizin sifarişi əsasında o, 2018-ci ildə Farizin Biləcəri qəsəbəsində Kristal Abşeronun binalarında yerləşən mənzilinə mətbəx mebelini, şifoneri, stol, divanı düzəldib aparmışdır. Həmin sifarişin pulunu ona Fariz ödəmişdir. Farizdən başqa heç kim ona pul verməmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, onun nəvəsi X11 ərinin evində, Cavabdeh1 və Cavabdeh2 isə öz evlərində yaşayırlar. X5 mənzilinə atası, bacısı və digər qohumları gedib-gəlmir, Xanımın mənzilində yaşamırlar. Yaşlı olduğundan Xanımın nişanının, toyunun tarixlərini xatırlamır. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, onun qızı Xanım Farizlə 2018-ci ildə tanış olmuş, həmin ilin yazında qızına elçi gəlmiş, həyat yoldaşı əvvəl razı olmasa da, həmin ilin yayında razılıq verilmişdir. Bundan sonra onlar toya hazırlaşmağa başlamışlar, hissə-hissə cehizlər alınmış, lakin pandemiya ilə bağlı toy təxirə salınmışdır. Qızı 01.11.2020-ci il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuş, nikaha daxil olduqdan sonra qızı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzilə gəlin köçmüşdür. Onun həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 heç vaxt Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzildə yaşamamış, bu mənzili zəbt etməmiş, Farizə məxsus hər hansı bir əşyanı götürməmişlər. Fariz başqa qadınla yaşadığı üçün mənzildən özü getmişdir. Onlar həmişə qızının ailəsinin bərpa olunmasına çalışmışlar. Həyat yoldaşı Cavabdeh1 və qızı Cavabdeh2 onunla birlikdə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 3, 10 saylı evdə yaşayırlar. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, onun 2017-ci ilin sentyabr ayında birinci nikahı pozulmuş, İddiaçı ilə o, 2018-ci ilin may ayından tanış olmuş, bir müddət atası onların münasibətlərinə razı olmamış, daha sonra razılaşmış, bundan sonra Fariz ipoteka ilə mənzil alacağını, onların isə mənzili cehizlə dolduracaqlarını demişdir. 2019-cu ilin yayında Farizin elçiləri onlara gəlmiş, pandemiyaya ilə bağlı onlar uzun müddət toy edə bilməmişlər. Tanışlıqdan sonra onlar cehizləri almağa başlamış, maddi imkanlarına uyğun cehizləri müxtəlif ticarət mərkəzlərindən, mağazalardan almışlar. Yataq dəsti Maderadan alınmışdır. Digər əşyalar Sədərək Ticarət mərkəzindən, Embawooddan alınmışdır. Nikaha daxil olduqdan sonra 01.11.2020-ci il tarixdə o, Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanında 2-ci bina 1-ci blok 17-ci mərtəbə 134 saylı mənzilinə köçmüşdür. Mənzildə nikahdan əvvəl Fariz tərəfindən alınan yalnız kompüter stolu vardır. Mətbəx mebeli onun atası tərəfindən Farizin dostu Əhmədə sifariş edilmiş, beh olaraq 100 manat Əhmədə onun tərəfinfən ödənilmişdir. Divana görə 550-650 manatı, mətbəx mebelinə görə 750 manatı o, vermişdir. Dolab Ehsan mebeldən cehiz olaraq onun tərəfindən alınmışdır. Farizin onun atasından və bacısından tələb etdiyi əşyaların böyük əksəriyyəti onun cehiz əşyalarıdır. Həmin əşyalar onun yaşadığı mənzildədir. Atası Cavabdeh1 və bacısı Cavabdeh2 heç vaxt onun yaşadığı mənzildə yaşamamış, Farizə məxsus hər hansı bir əşyanı mənzildən götürməmişlər. Fariz 22.06.2021-ci il tarixdə mənzildən getmiş, başqa bir qadınla yaşayır. O, dəfələrlə Farizə mənzilə qayıtmasını təklif etsə də, nəticəsi olmamışdır. Farizin mənzilə qayıtmasına heç kim maneə yaratmır. Mənzildən getdikdən sonra Fariz 2-3 dəfə gəlib özünə məxsus şəxsi əşyalarını aparmışdır. Farizlə aralarında mübahisə yarandığı gün o, bacısına zəng etmiş, bundan sonra bacısı Zəhra və qardaşı İbrahim onların mənzilinə gəlmişdir. Həmin gün atası onların mənzilinə gəlməmişdir. Fariz mənzildən getdikdən sonra ipotekada olan mənzilin aylıq ödənişlərini də ödəmədiyindən bank tərəfindən ona xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı iddia ərizəsində cavabdehlərin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 saylı mənzili zəbt etmələrini, həmin mənzildə yaşamalarını, ona mənzildən və mənzildə olan əşyalardan istifadə etməsinə manelər yaratmalarını iddia etsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər heç vaxt Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 saylı mənzildə yaşamamış, bu mənzili zəbt etməmiş, iddiaçının bu mənzildən, mənzildə olan əşyalardan istifadə etməsinə manelərər yaratmamışlar. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan, yəni fotoşəkillərdən, şahid ifadələrindən və qaimələrdən müəyyən olunur ki, əslində iddiaçı bu sübutlarla hazırkı icraatda iddia ərizəsində qeyd etdiyi əşyaların nikahdan əvvəl əldə edilməsini sübut etmək niyyətindədir. Məhkəmə iddiaçının bu sübutları ilə bağlı qeyd edir ki, hazırkı icraatda cavabdehlərinə qarşı irəli sürdüyü iddia tələblərinə əsasən bu əşyaların kim tərəfindən, nə vaxt alınmasına dair mübahisə olmadığından bu halların araşdırlmasına zərurət yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı ona məxsus mənzilin cavabdehlər tərəfindən zəbt edilməsini, ona məxsus əşyaların cavabdehlərin qanunsuz sahibliyində olmasını, ona məxsus əmlaklara cavabdehlər tərəfindən qəsd və ya başqa maneələr yaradılmasını sübuta yetirə bilmədiyindən iddia tələbləri tam həcmdə əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Kristal Abşeron MTK-nın Biləcəri filialı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllə 2-ci binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 134 nömrəli mənzildə olan ona məxsus əşyaların, 530 manat dəyərində 1 ədəd ağ rəngli televizor altlığının, 285 manat dəyərində 1 ədəd ağ rəngli yemək stolunun, 420 manat dəyərində 6 ədəd ağ rəngli stulun, 280 manat dəyərində 1 ədəd ağ rəngli açılıb yığılan stolun, 160 manat dəyərində 1 ədəd ağ rəngli jurnal stolunun, 2400 manat dəyərində 1 ədəd 3x2 bənövşəyi rəngli divan və yastıqların, 120 manat dəyərində 1 ədəd qara rəngli kompüter stolunun, 640 manat dəyərində suvenir və qabqacaqların, 1150 manat dəyərində 1 ədəd başı göy rəngdə taxt və matrasın, 950 manat dəyərində 1 ədəd krem rəngdə 2x3 şifonerin, 360 manat dəyərində 1 ədəd ağ rəngli termonun, 380 manat dəyərində 1 ədəd ağ rəngli paltar və ayaqqabı şkafının, 100 manat dəyərində 3 ədəd divarda olan çərçivənin, 2600 manat dəyərində 1 ədəd ağ rəngli mətbəx mebelinin, 487,99 manat dəyərində 1 ədəd ağ rəngli Samsung markalı paltaryuyan maşının, 290 manat dəyərində 1 ədəd metal rəngli qaz plitəsinin, 190 manat dəyərində 1 ədəd qara rəngli mətbəx üçün şüşəli masanın, 200 manat dəyərində 4 ədəd qara rəngli stolun, 1 ədəd kombi aparatının, 80 manat dəyərində 1 ədəd stabilizatorun, 700 manat dəyərində ayaqqabıların, 850 manat dəyərində saat və eynəklərin, 400 manat dəyərində məişət əşyalarının, qab-qacaqların, 320 manat dəyərində yorğan-döşək və yastıqların, 120 manat dəyərində taxt piletinin, 1500 manat dəyərində kişi paltarlarının, 2600 manat nəğd pul vəsaitinin, ona məxsus sənədlərin, yəni şəxsiyyət vəsiqələrinin, xarici pasportunun, doğum haqqında şəhadətnamələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılmasına, əşyaların qaytarılması ilə bağlı hər hansı maneçilik yaradılmasının cavabdehlərə qadağan edilməsinə, qətnamə icra olunan vaxt həmin əmlaklar mövcud olmasa onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-681/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-681/2022
15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver